Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə10/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   6   7   8   9   10   11   12   13   ...   133

 

29 

Cari  əməliyyatlar  balansında  yer  alan  ikinci  qrup 

ə

məliyyatlar  beynəlxalq  xidmətlər  sahəsindəki  ticarətdir.  Bunlara 



«görünməyən  ticarət»  də  deyilir.  Məsələn,  xarici  turizm, 

beynəlxalq  bank  və  sığorta  xidmətlərindən  əldə  edilən  komisyon 

və  marjlar,  xarici  investorların  mənfəət  və  faiz  gəliləri  (kapital 

xidmətlərinin  qarşılığı  olaraq),  lizinqin  qarşılığı,  xarici 

məşvərətçilik  xidmətləri  və  mühəndislik  maaşları  kimi  öhdəliklər 

bu  əməliyyatlar sırasına daxil edilir. 

Cari  əməliyyatların  üçüncü  alt  qrupu  qarşılıqsız  yardımlar-

dır. Bunlar ianə və yardım xarakterində olduğu üçün, qarşısında bir 

öhdəlik  yoxdur.  Buna  görə  də  buna  tək  tərəfli  trasferlər  deyilir. 

Məsələn, özəl şəxs və ya hökumətlərin xarici ölkələrə göndərdiklə-

ri  mal  və  pul  şəklindəki  yardımlar,  hədiyyələr  və  s.  kimi  əməliy-

yatlar bura aiddir.   

Cari əməliyyatlar hesabına qeyd edilən bütün debet və kredit 

ə

məliyyatlarının miqdarına cari əməliyyatlar balansı deyilir. Debet 



və  kredit  hesablarının  cəmi  bir-birinə  bərabər  olmadığı  təqdirdə 

isə,  cari  əməliyyatlar  balansının  saldosu  ya  mənfi,  ya  da  müsbət 

olacaq. 

 Kapitalın  və  maliyyənin  hərəkət  hesabı.  Ölkənin  xarici 

dünya  ilə  apardığı  bütün  növ  maliyyə  vəsaiti  və  birbaşa  qoyulan 

sərmayə  investisiyaları,  tədiyə  balansının  sərmayə  hesabı  bölmə-

sində qeyd edilir. Bu əməliyyatlar öz aralarında bəzi alt bölmələrə 

ayrılır. Məsələn, kapital hesabı əvvəlcə uzunmüddətli və qısamüd-

dətli sərmayə deyilən iki alt bölməyə ayrılır. Birbaşa xarici sərma-

yə  investiyaları  ilə  xarici  istiqraz  vərəqələri  və  səhm  sənədlərinin 

alqı-satqısı  uzunmüddətli  sərmayə  əməliyyatları  daxildir.  Bundan 

başqa  rəsmi  qurumlar  tərəfindən  xarici  ölkələrdən  və  ya  beynəl-

xalq  maliyyə  qurumlarından  təmin  edilən  layihə  və  proqram  kre-

ditləri də bu qrupa daxildir. Sərmayə hesabına qeyd edilən əməliy-

yatların ikinci qrupunu qısamüddətli,  yəni müddəti prinsipcə 1 il-

dən az olan sərmayə giriş və çıxışları təşkil edir. Bunlar xarici tica-

rətin  maliyyələşdirilməsinə  istiqamətlənmiş  kreditlərlə  yanaşı, 

beynəlxalq  faiz  fərqlərindən  faydalanmaq  və  ya  spekulyativ 



 

30

məqsədli  qısamüddətli fondlar da ola bilər. Adı çəkilən sərmayə, 

kurs  və  faiz  dəyişikliklərinə  qarşı  çox  həssas  olub,  asanlıqla  bir 

ölkədən digər ölkəyə hərəkət edə bilir. Buna görə də bunlara bəzən 

«isti pul» (hot money) fondları da deyilir. Qeyd etmək lazımdır ki, 

ölkədən  kapital  çıxışı  (mal  ixracatının  tərsinə)  ölkə  baxımından 

debet,  kapital  girişi  isə  kredit  əməliyyatıdır.  Başqa  bir  məqam  da 

budur:  sərmayə  hesabına  yalnız  ana  sərmayə  hesabına  giriş  və 

çıxışlar qeyd edilir. Faiz və ya mənfəət isə sərmayə hesabına deyil, 

yuxarıda  qeyd  edildiyi  kimi,  cari  əməliyyatların  xidmətlər 

bölməsində göstərilir. 

Ümumi  debet  və  kredit  sərmayə  əməliyyatları  arasındakı 

fərqə  də  sərmayə  balansı  deyilir.  Əgər  cari  əməliyyatlar  balansı 

müəyyən miqdarda kəsirlidirsə, sərmayə balansında həmin miqdar 

da  artıq  çıxarsa  və  ya  tərsi  olarsa,  tədiyə  balansında  müvazinət 

pozulmur.  Amma müvazinətin  təmin  edilmədiyi  vəziyyətlərdə  bir 

kəsir və ya daha artıq meydana gəlir. 

Tədiyyə balansının ümumi saldosu (ölkənin ehtiyat aktiv-

lərinin dəyişməsi).  Ehtiyat aktivləri zəruri hallarda istifadə etmək 

məqsədi ilə mərkəzi bank tərəfindən tutulan beynəlxalq ödəmə va-

sitəsidir. Qeyd etmək lazımdır ki, mərkəzi bankların valyuta baza-

rına  müdaxilələri  ölkənin  xarici  iqtisadi  və  maliyyə  münasibətlə-

rindəki proseslərin bir nəticəsidir. 

Ə

gər  ölkənin  xaricdən  əldə  etdiyi  valyuta  gəlirləri  valyuta 



xərclərini  tam  şəkildə  qarşılayırsa,  valyuta  kurslarında  aşırı  bir 

yüksəlmə  və  ya  düşmə  də  görülmmür.  Belə  vəziyyətdə  mərkəzi 

bankın  müdaxiləsinə  lüzum  yoxdur.  Amma,  məsələn,  valyuta 

gəlirləri xərcləmələir qarşılamaq üçün kifayət deyilsə, bu təqdirdə 

valyuta  kursları  yüksəlməyə  başlayır.  Əksinə,  valyuta  təklifi 

valyuta tələbindən çox olarsa, valyuta kursları aşağı düşür. 

Ə

gər mərkəzi bank, az-çox bütün ölkələrdə görüldüyü kimi, 



kurs sabitliyini təmin edən bir siyasət izləyirsə, bu təqdirdə valyuta 

bazarına  müdaxilə  etməlidir.  Yəni  valyuta  tələbi  çox  olanda 

valyuta satmalı və təklif çox olanda bazardan valyutanı almalıdır. 

Bu fəaliyyətlər kursları istənilən səviyyədə saxlamağa kömək edir. 




 

31 

Təbii  ki,  mərkəzi  bankın  müdaxilələri  digər  cəhətdən  də  ehtiyat 

aktivlərində dəyişməyə səbəb olmur.Bazarda valyuta satışı olanda 

ehtiyatlar azalır, bazardan valyuta alanda isə ehtiyatlar artır. Ehti-

yatlardakı  konkret  dəyişmələr  isə,  ölkənin  tədiyə  balansında 

göstərilir.  Ancaq  bir  məqamı  xatırlatmaq  lazımdır  ki,  mühasibat 

baxımından  ehtiyatlardakı  bir  azalma  kredit,  artma  da  debet 

ə

məliyyatı  kimi  qeydə  alınır.  Ehtiyat  aktivləri  hesabı  ilə  birlikdə 



tədiyə  balansının  əsas  hesab  qruplarının  nəzərdən  keçirdik.  Bu 

açıqlamalarda  əhəmiyyətli  bir  məqam  budur:  tədiyə  balansında 

qeydə alınan əməliyyatlardan bir qismi sərbəst, bir qismi də taraz-

laşdırıcı xarakterə malikdir. Tədiyə balansında müsbət və ya mənfi 

saldo meydana gətirən əməlyiyatlar sərbəst əməliyyatlardır. Bunlar 

iqtisadi həyatın irəlləyişi nəticəsində meydana gəlir. 



 

 

2.3. VALYUTA SIYASƏT  VƏ MƏRKƏZ  BANKIN  

MƏZƏNNƏ S YASƏT  

 

Valyuta siyasəti – ölkə daxili və xarici iqtisadi problemləri-



nin həllinə yönəlik, valyuta tənzimlənməsi və nəzarəti, valyuta ba-

zarı, qızıl-valyuta ehtiyatlarından səmərəli istifadə, beynəlxalq ma-

liyyə təşkilatlarında iştirak məsələsinə aydınlıq, valyutanın dönər-

liyi, ölkədaxili və ölkəxariji valyuta problemlərini  sistemli forma-

da təhlili kimi ümdə məsələləri özündə birləşdirir. Valyuta siyasə-

tinin  istiqamət  və  formaları  ölkənin  valyuta-iqtisadi  vəziyyəti  və 

dünya iqtisadiyyatı sferasında gedən dəyişikliklərə bağlı olaraq ta-

razlanır. 

Valyuta siyasətinin sağlam və səmərəli tətbiqi ölkənin iqtisa-

di təhlükəsizliyinin əsas  təminatıdır.Valyuta siyasətinin istiqamət-

ləri aşağıdakılardır : 

1.

  iqtisadiyyatda dollarlaşmanın   qarşısını almaq; 



2.

   valyuta nəzarəti; 

3.

  valyuta  bazarının  optimal  strukturu  və  qızıl-valyuta 



ehtiyatları diversifikasiyası; 


Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə