Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə102/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   98   99   100   101   102   103   104   105   ...   133

 

318

iştirakların toplam həcmi isə bankın xüsusi vəsaitlərinin 60%-i ilə 

məhdudlaşdırılmışdır. 

Maliyyə  sektorunda  dünya  standartlarına  uyğun  hüquqi, 

idarə  və  audit  bazisinin  yaradılması  və  yaxşılaşdırılması 

istiqamətində  2000-ci  ilin  dekabrında  Dünya  Bankı  ilə  777,8 

milyon  dollarlıq  Maliyyə  sektoruna  uyğunluq  krediti  müqaviləsi 

imzalanmışdır.  Bu  kredit  daxilində  393  milyon  dollar  həjmindəki 

hissə istifadə edilmiş, 385 milyon dollar həjmindəki 2-ji hissə isə 

Proqramın  məqsədinə  uyğun  olaraq  Maliyyə  və  dövlət  sektoruna 

uyğunluq  kreditinə  daxil  edilmişdir.  2001-ci  ilin  iyulunda  Dünya 

Bankı  ilə  Maliyyə  və  dövlət  sektorunda  həyata  keçiriləjək  orta 

müddətli  reforma  proqramlarının  dəstəklənməsi  məqsədilə  jəmi 

1,1 milyard dollarlıq PFPSAL I kredit müqaviləsi imzalanmışdır.  

2000-ci  il  noyabr  və  2001-ci  il  fevral  böhranları  və  bank 

sektorunun zəif yönləri 

Türkiyə  iqtisadiyyatında  ilk  böyük  böhran  1994-cü  ildə  baş 

vermişdir.  1994-cü  il  böhranında  3  bank  təsfiyə  müddətinə 

alınmışdır.  1994-cü  il  böhranının  mənfi  nəticələri  qısa  müddətdə 

aradan qaldırılmış, sektorda 1995-ci ildən sonra dollar baxımından 

ortalama 18% artma müşahidə edilmişdir. Bu müddətdə Uzaq Şərq 

və  Rusiya  böhranları  ilə  1999-cu  ildə  baş  verən  zəlzələ  səbəbilə, 

Türkiyə iqtisadiyyatındakı ciddi daralma bank sisteminə də mənfi 

təsir göstərmişdir. 

2000-ci  ilin  əvvəlində  qüvvəyə  minən  inkişaf  proqramı 

daxilində  güclü  maliyyə  siyasəti  tətbiq  edilməyə  başlanmış  və 

struktur  reformaları  həyata  keçirilmişdir.  nflyasiya  ehtimalını 

azaltmaq  üçün  valyuta  kursları  hədəflənən  inflyasiyaya  görə 

müəyyən edilərək əvvəlcədən açıqlanması, xarici valyutanı TL-nə 

nəzərən daha jəlbediji etmişdir. Bu çərçivədə bankların bir hissəsi 

mənbələrini qısa müddətli valyuta ilə, məsrəflərini uzun müddətli 

TL  cinsindən  inkişaf  etdirməyə  başlamışdır.  2000-ci  ildə  bank 

sektorunun  aktivində  də  müəyyən  bir  dəyişiklik  müşahidə 

edilmişdir.  Kreditlərin  aktivlərə  nisbətində  əsaslı  bir  artım  olmuş, 

likvidliyi  yüksək  olan  qiymətli  kağızlar  portfelinin  jəmi  aktivlər 



 

319

içində  nisbəti  azalmışdır.  Xüsusilə  istehlak  kreditlərində  əvvəlki 

ilə  görə  4  dəfə  artım  olmuşdur.  Kreditlərdə  nəzərə  çarpan 

dəyişiklik  xariji  valyuta  jinsindən  kreditlərdəki  artımın  məhdud 

olması,  TL  cinsindən  kreditlərin  isə  əsaslı  surətdə  artmasıdır. 

Aktiv və passivin quruluşundakı dəyişikliklərin nətijəsində 2000-ji 

ildə bank sektoru, likvidlik və faiz risklərinə qarşı daha təsirli bir 

vəziyyətə  gəlmişdir.  Bank  sektornun  bazar  risklərinə  qarşı 

reaksiyasının daha da artdığı şəraitdə noyabr 2000-ji ildə baş verən 

böhran  nətijəsində  faiz  nisbətinin  çox  artması  xüsususilə  yüksək 

borjlanma  ehtiyajında  olan  dövlət  bankları  ilə  EƏSF  nəzdindəki 

bankların strukturlarını tamamilə pozmuşdur. Noyabr böhranından 

sonra  görülən  tədbirlər  və  BVF-dan  alınan  7,5  milyard  dollar 

həjmindəki  əlavə  rezerv,  bazardakı  dalğalanmaları  qismən  aradan 

qaldırmışdır.  

Mərkəzi  Bankın  valyuta  rezervləri  artmış  və  faiz  nisbətləri 

azalmışdır.  Anjaq  2001-ci  ilin  fevralında  xəzinə  tenderindən 

ə

vvəlki  prezident  və  baş  nazirin  müavini  arasındakı  münaqişə, 



tətbiq  edilən  proqrama  və  kurs  siyasətinə  olan  inamın  tamamilə 

itməsinə  səbəb  olmuş  və  valyuta  tələbi  artmışdır.  Mərkəzi  Bank 

yüksək  səviyyədəki  bu  valyuta  tələbinə  qarşı  likvidliyə  nəzarət 

etməyə  çalışmış,  anjaq  ortaya  çıxan  likvidlik  problemi  xüsusilə 

dövlət  banklarının  yüksək  ölçüdə  günlük  likvidlik  ehtiyajları 

səbəbi ilə ödəmələr sisteminin bağlanmasına səbəb olmuşdur.  Bu 

şə

raitdə  tətbiq  edilən  sabit  valyuta  kurs  sistemi  21.2.2001-ci  ildə 



buraxılaraq TL dalğalanmaları sabit buraxılmışdır. 

Bu  dəyişmələr  nətijəsində  bank  sektorunda  mövjud  olan 

problemlər  daha  da  artmışdır.  Noyabr  böhranında  kurs  riskindən 

mənbəyini  götürən  itkilərlə  üzləşən  bank  sisteminin  balans 

sisteminə  bu  dəyişmə  mənfi  təsir  göstərir.  Böhran  müddətində 

nisbətlərindəki  sürətli  artım  fond  məsrəflərini  yüksəltmək  və 

qiymətli  kağızlar  portfelinin  bazar  dəyərini  azaltmaq  sürəti  ilə 

bankın  balansını  pozmuşdur.  Faizlərdəki  hədsiz  artım,  qısa 

müddətli fond tələbi vajib statusda olan dövlət və fond banklarının 

jiddi zərərlərlə qarşılaşmasına səbəb olmuşdur. Likvid olan özəl və 




 

320

xariji  bankların  faizlərinin  yüksəlməsi  ilə  qarşılaşdığı  fond 

məsrəfləri  isə  məhdud  qalmışdır.  Böhran  vəziyyətində  dövlət 

bankları  TL-nin  dəyər  itkisindən  təsirlənməmiş,  özəl  banklar  isə 

kurs riskinə  görə problemlərlə üzləşmişdilər. Baş verən böhranlar 

real sektorda ciddi bir daralmaya səbəb olmuşdur. Böhran vəziyyə-

tində qısa müddətli faizlərlə yanaşı dövlət daxili borjlanma sənəd-

lərinin 2-ji bazar faiz nisbətlərinin də artması ilə bankların qiymətli 

kağızlar  portfelinin  bazar  dəyəri  azalmışdır.  Sektordakı  zəiflik  və 

EƏSF-nun  dövr  etdikləri  dövlət  maliyyəsinin  üzərinə  götürəjəyi 

zərərlərin  artmasına  səbəb  olmuşdur.  Artan  fond  ehtiyacı,  dövlət 

banklarını və EƏSF nəzdindəki bankları daha çox fond cəlb etmə-

yə vadar etmişdir. Bu vəziyyət bankları likvidlik və faiz risklərinə 

qarşı müdafiəsiz etmişdir.  

Dövlətdaxili borjlanma sənədlərinin əmanət banklarının jəmi 

aktivlər  içindəki  payındakı  artım,  özəl  sektora  verilən  kreditlərin 

cəmi  aktivlər  içindəki  payındakı  azalma,  bankların  real  iqtisadiy-

yatı  yetərli  ölçüdə  dəstəklənməməsi  ilə  yaratmışdır.  Yüksək  in-

flyasiya  və  qeri-müəyyənliklər,  ehtiyat  sahiblərini  qısa  müddətə 

yönəltmiş,  bankların  vəsait  və  öhdəlikləri  arasındakı  müddət  uy-

ğ

unsuzluğunu artırmışdır. Yüksək inflyasiya və sürətlə artan borc  



ehtiyatı nətijəsində TL-nə olan  etibarın zəifləməsi, pul dövriyyəsi 

də sürətləndirilmişdir. Valyuta tavdiat hesablarının (reno daxil) cə-

mi  əmanətlər  içindəki  payı,  1990-cı  ildə  27%-dən  1999-cu  ildə 

44%-ə  yüksəlmişdir.  Bankların  xarici  valyuta  cinsindən  borclana-

raq,  ya  da  valyuta  ehtiyatı  toplayaraq  Dövlət  daxili  borclama  sə-

nədləri  olmaqla  TL  cinsindən  aktiv  tutmaları,  açıq  mövqelərini 

yüksəltmişdir.  Bundan  başqa  bankların  yüksək  faizli  dövlət  qiy-

mətlilərinin xariji mənbələrlə təmin etmələri bankları kurs riskinə 

qarşı  dayanıqlı  vəziyyətə  gətirmişdir.  Maliyyə  sektorunda  ortaya 

çıxan  bu  quruluş,  böhranların  dərinləşməsinə  səbəb  olmuş  və  tət-

biq edilən proqramların müvəffəqiyyətinə mane olmuşdur.  

Noyabr və fevral böhranları Türkiyədə bank sektorunun zəif 

olduğunu  bir  daha  təstiqləmişdir.  Sektorda  ortaya  çıxan  böhranda 

ə

n  vacib  faktor,  son  illərdə  baş  verən  iqtisadi  dayanıqsızlıqdır. 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə