Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə105/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   101   102   103   104   105   106   107   108   ...   133

 

327

qanunu  qəbul  edilməklə  artan  xarici  marağı  təmin  etmək 

məsələləri həll edilməlidir. Risk mərkəzli nəzarətdə nəzarət prosesi 

hər bir bankın risk portfelinə uyğun olaraq müəyyən olunur. 

Bir  çox  ölkələr  kimi,  Turkiyədə  də  bank  sisteminin  Basel 

Ilyə  keçidi  ilə  əlaqədar  hazırlıq  işləri  görülməkdədir.  Belə  ki,  23 

bank  üzrə  sərmayə  yetərliliyinin  minumum  səviyyəsi  nəzərdə 

tutulan  8  faizdən  yuxarı  olmasını  təmin  edilmişdir.  Planlaşmaya 

ə

sasən  2005-2008-ci  illər  ərzində  bank  sektorunun  məcmu 



kapitalınm hər il 12% artınlması nəzərdə tutulmuş və 2008-ci ilin 

sonuna 350 milyard dollara çatması gözlənilir. Əlavə olaraq, daxili 

və  xarici  bazarlardakı  rəqabət  nəticəsində  banklann  sayının 

azalması  davam  edəcəkdir  və  beynəlxalq  arenada  lazımi  gücə 

malik  Türkiyə  banklarının  yaradılması  üzrə  iş  apanlacaqdır. 

Türkiyə  iqtisadiyyatına  etibarın  artması,  yeni  razılaşmalann 

gerçəkləşməsi  nəticəsində  xarici  banklann  məcmu  varlığı  2005-ci 

ilin əvvəlində 3,6% təşkil etdiyi halda, yaxın qısa müddətdə 20%-ə 

çatacağı gözlənilir. 

 

 




 

328

FƏS L X. ÇİN YUANI VƏ

 

 Ç N XALQ 



RESPUBL KASININ MƏRKƏZ  BANKI 

 

“Yuan”  sözü  “dəyirmi,  yumru”  mənasını  daşıyır.  Bu  Tsin 



sülaləsinin gümüşdən olan sikkələrinə verilən addır.  

lk  dəfə  yuan  1835-ci  ildən  buraxılmışdır.  Yuanla  bərabər 

diğər  pul  vahidi  –  lyan  da  dövriyyədə  idi.  1933-ci  ilə  qədər 

gömrük və digər vergilər lyan əsasında müəyyən edilirdilər. 1933-

cü  ildə  pul  sisteminin  birləşdirilməsi  məqsədilə  qanun  qəbul 

olundu.  Buna  baxmayaraq  digər  pullardan  da  istifadə  olunmaqda 

idi. Gümüş standardı faktiki olaraq 1935-ci ilə qədər güvvədə qal-

mışdır  və  Çin  valyutasının  kursu  gümüşün  dünya  bazarlarındaki 

qiymətindən  asıllı  idi.  1935-ci  ildə  aparılan  pul  islahatları  nəticə-

sində  gümüş  yuanlar  əskinas  pullarla  -  fabi  ilə  əvəz  olunmuşdu. 

Gümüş  standartdan  imtina  edilmiş  və  qızıl  standarta  kecid  elan 

edilmişdir.  Həddindən  artıq  kağız  pulların  emissiya  edilməsi  və 

dövriyyəyə buraxılması nəticədə inflasiya meydana gəlmişdir.  

1948-ci  ildə  aparılan  pul  islahatlarına  əsasən  yeni  əskinas 

pullar  –  “qızıl  yuan”  buraxıldı.  1  dekabr  1948-ci  ildə  Çin  Milli 

Bankı  yaradılmış  və  Bank  dövriyyədə  olan  bütün  digər  pulları 

çıxarmağa başladı. Çin Xalq Respublikasının yaranmasından sonra 

pul  dövriyyəsinə  hökumət  tərəfindən  ciddi  nəzarət  edilirdi. 

Ölkənin hər ərazisində  yerli pulları yuanlara xüsusi məzənnəsi ilə 

dəyişmək mümkün idi. 1969-cu ildə Çin Xalq Respublikasının pul 

sisteminin latın adı – jeminbi (yənı “xalq pulu”) elan edilmişdir.  

1974-cü  ilə  qədər  yuanının  məzənnəsi  Britaniya  funtu  və 

Honkonq  dolları  əsasında  müəyyən  edilirdi.  1974-ci  ilin  avqust 

ayından isə məzənnə ABŞ dolları və digər valyutalara qarşı valyu-

ta səbəti əsasında müəyyən olunmağa başladı. Lakin Avropa  ttifa-

qı, ABŞ və Yaponiyanən təsiri altında 21 iyul 2005-ci ildən yuanın 

ABŞ  dollarına  qarşı  sabit  məzənnədən  istifadə  etməsi  dayandırıl-

mışdır və milli valyutasının məzənnə dəyəri 2% artırılmışdır. Hal-




 

329

hazırda yuanın məzənnəsi çoxsaylı valyuta səbətinə əsasən müəy-

yənləşdirilir. 

Çin  Xalq  Respublikasının  mərkəzi  bankı  olan  Çin  Xalq 

Bankı  Çinin  monetar  siyasətə  nəzarət  edir  və  Çinin  kontinental 

hissəsində  fəaliyyət  göstərən  maliyyə  institutlarının  fəaliyyətini 

tənzimləyir. Çin Xalq Bankı Çin Bankı (kommersiya bankı) və ya 

Çin Mərkəzi Bankı (Tayvanın mərkəzi bankı) ilə səhv salınmama-

lıdır.   

Bank  1  dekabr  1948-ci  il  tarixində  Huabey  Bankı,  Beyhay 

Bankı  və  Xibey  Fermer  Bankının  birləşməsi  nəticəsində  təsis 

edilmişdir.  lk  əvvəl  Şizəçuanda  yerləşən  Baş  ofis,  1949-cu  ildə 

Pekinə köçmüşdür. 1949-1978-ci illərdə Çin Xalq Bankı Çin Xalq 

Respublikasının  yeganə  bankı  idi  və  o,  mərkəzi  və  kommersiya 

bankın funksiyasını yerinə yetirirdi.  

1980-ci  illərdə  iqtisadi  islahatların  tərkib  hissəsi  olaraq  Çin 

Xalq  Bankının  kommersiya  bankı  funksiyaları  müstəqil,  lakin 

dövlətə məxsus olan dörd bank arasında bölüşdürüldü və 1983-cü 

ildə Dövlət Şurası Çin Xalq Bankının Çinin mərkəzi bankı olaraq 

fəaliyyət  göstərəcəyini  elan  etdi.  Onun  mərkəzi  bank  statusu 

Səkkizinci  Milli  Xalq  Qurultayının  18  mart  1995-ci  il  tarixində 

keçirilən  3-cü  clasında  təsdiqlənmişdir.  1988-ci  ildə  Çin  Xalq 

Bankı  əsaslı  şəkildə  yenidən  formalaşdırılmışdır.  Əyalət  və  yerli 

filialların  hamısı  bağlanmış  və  əvəzində  fəaliyyət  hüdudları  yerli 

inzibati  hüdudlara  uyğun  olmayan  9  regional  filial  açılmışdır. 

2003-cü ilin mart  ayında Onuncu Milli Xalq  Qurultayının  Birinci 

clası Çin Xalq Bankının bank təsisatları, aktivlərin idarə olunması 

ş

irkətləri,  inam  və  investisiya  şirkətləri  və  digər  depozit  maliyyə 



institutları  üzrə  nəzarət  funksiyalarını  ayırmaqla  Dövlət  Şurasının 

Təşkilati  Struktur  slahatı  üzrə  Qərarını  təsdiqləmişdir.  Nəticədə 

maliyyə  sektoruna  nəzarət  məqsədilə  Çin  Bank  Nəzarət 

Komissiyası  yaradılmışdır.  2003-cü  ilin  27  dekabr  tarixində 

Onuncu  Milli  Xalq  Qurultayının  Daimi  Komitəsi  Çin  Xalq 

Bankının  ümumi  maliyyə  sabitliyi  və  maliyyə  xidmətləri 

təminatının  qorunması  üçün  monetar  siyasətin  hazırlanması  və 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə