Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə106/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   102   103   104   105   106   107   108   109   ...   133

 

330

icrası  rolunun  gücləndirilməsi  məqsədilə  qanuna  düzəlişi 

təsdiqləmişdir.    

Çin  Xalq  Bankının  fəaliyyəti  Dövlət  Şurasının  təlimatları 

ə

sasında  monetar  siyasətin  formalaşdırılması  və  həyata 



keçirilməsi,  maliyyə  risklərinin  qarşısının  alınması  və  həll 

olunması və maliyyə sabitliyinin qorunmasından ibarətdir.  

Çin Xalq Respublikasının Çin Xalq Bankı haqqında Qanunu 

Çin  Xalq  Bankının  bu  funksiyaları  yerinə  yetirməsini  təmin  edir: 

müvafiq  sifariş  verilməsi  və  qaydaların  hazırlanması  və  həyata 

keçirilməsi; monetar siyasətin formalaşdırılması və icra olunması; 

valyutanın  buraxılması  və  onun  dövriyyəsinin  idarə  olunması; 

banklararası  kredit  və  istiqraz  bazarlarının  tənzimlənməsi;  xarici 

valyutanın idarə olunması və banklararası xarici valyuta bazarının 

tənzimlənməsi; qızıl bazarının tənzimlənməsi; rəsmi xarici valyuta 

və  qızıl  ehtiyatlarının  saxlanması  və  idarə  olunması;  dövlət 

xəzinəsinin  idarə  olunması;  ödəniş  və  hesablaşma  sisteminin 

normal  fəaliyyətinin  dəstəklənməsi;  maliyyə  sektorunda  çirkli 

pulların  yuyulmasına  qarşı  tədbirlərin  təlimatlandırılması,  təşkil 

olunması  və  müvafiq  maliyyə  vəsaiti  axınlarının  monitorinqinin 

həyata  keçirilməsi;  maliyyə  statistikaları,  sorğuları,  analizləri  və 

proqnozlarının həyata keçirilməsi; mərkəzi bank olaraq beynəlxalq 

maliyyə  tədbirlərində  iştirak  edilməsi;  Dövlət  Şurası  tərəfindən 

qeyd olunan digər funksiyaların icra olunması.  

Çin  Xalq  Bankının  yüksək  rəhbərliyi  sədr  və  sədr 

müavinlərindən  ibarətdir.  Sədr  Çin  Xalq  Respublikasının 

prezidenti  tərəfindən  vəzifəyə  təyin  olunur  və  vəzifəsindən 

kənarlaşdırılır.  Sədr  vəzifəsinə  namizədlər  Dövlət  Şurasının 

Birinci  Katibi  tərəfindən  irəli  sürülür  və  Milli  Xalq  Qurultayı 

tərəfindən təsdiqlənir. Milli Xalq Qurultayının fasilə dövrü ərzində 

namizədlərlə bağlı qərarları Qurultayın Daimi Komitəsi qəbul edir. 

Çin Xalq Bankının sədr müavinləri Dövlət Şurasının Birinci Katibi 

tərəfindən vəzifəyə təyin olunur və ya vəzifədən kənarlaşdırılır.  




 

331

Çin  Xalq  Bankının  qəbul  etmiş  olduğu  sistemə  əsasən  sədr 

sədr müavinlərinin yardımı ilə Bankın ümumi fəaliyyətinə nəzarət 

edir.  


Çin Xalq Bankının Pekində yerləşən baş ofisi 18 funksional 

departamentdən (bürodan) ibarətdir.  

Çin  Xalq  Bankının  Beynəlxalq  departamentinin  cavabdeh 

olduğu sahələr aşağıdakılardır:  

♦ 

Çin  Xalq  Bankının  beynəlxalq  maliyyə  təşkilatları, 



xarici  mərkəzi  banklar  və  Honq  Konq  və  Makao  Xüsusi  nzibati 

Regionlar  və  Tayvan  əyaləti  ilə  rəsmi  əlaqələri  və  işgüzar 

ə

məkdaşlıq münasibətləri; 



♦ 

Yerli  maliyyə  sənayesinin  açılışının  Çin  hökumətinin 

ÜTT-yə  qoşulduğu  zaman  üzərinə  götürmüş  olduğu  öhdəliklərə 

uyğun olaraq koordinasiyası; 

♦ 

Çin Xalq Bankının xarici işlərinin həyata keçirilməsi; 



♦ 

Çin  Xalq  Bankının  xarici  ofislərinin  fəaliyyətinə 

nəzarət.  

 

 




 

332

FƏS L XI.  RAN  SLAM RESPUBL KASI PUL 

VAH D  -   RAN R ALI VƏ

 

MƏRKƏZ  BANKI 

 

1798-ci  ildə  rial  ilk  dəfə  1250  dinara  və  ya  1/8  tümənə 



bərabət  sikkə  olaraq  dövriyyəyə  buraxılmışdır.  1825-1932-ci 

illərdə  rialın  əvəzinə  qirandan  istifadə  olunmuşdur.  1932-ci  ildən 

etibarən  rial  qiranı  əvəz  etmiş  və  elə  həmin  tarixdən  pulu 

məbləğini ifadə etmək üçün rəsmi valyuta olmayan tüməndən (10 

rial) istifadə edilməyə başlanmışdır.  

1945-ci  ilə  kimi  rialın  məzənnəsi  Britaniya  funtu,  1945-ci 

ildən sonra isə ABŞ dolları əsasında təyin olunmağa başlanmışdır. 

randa  slam  inqilabının  baş  verməsi  ilə  əlaqədar  ölkədən  küllü 

miqdarda (40 milyard dollara yaxın) pulun çıxarılması ilə əlaqədar 

olaraq  1979-ci  ildən  1999-cu  ilə  qədər  rialın  dəyərli  əhəmiyyətli 

dərəcədə  aşağı  düşmüşdür.  qtisadi  inkişaf  və  dollar  zonasından 

uzaqlaşma  kimi  səbəblərdən  1999-cu  ildən  etibarən  rialın 

məzənnəsi sabitləşmişdir.  

2002-ci ilədək  ranın məzənnə siyasəti çoxmərhələli sistemə 

ə

saslanırdı  ki,  burada  dövlət  və  yarım-dövlət  müəssisələri  üstün 



tutulan  məzənnədə  (1750  rial  =  1  dollar),  özəl  sektor  isə  bazar 

məzənnəsindən  (8000  rial  =  1  dollar)  istifadə  eləməli  olurdu.  Bu 

cür  məzənnə  siyasəti  qeyri-bərabər  rəqabət  mühiti  yaratdığından 

2002-ci  ilin  mart  ayından  etibarən  bu  sistemi  birləşmiş  bazar 

məzənnəsi siyasəti əvəz etdi.   

ran  slam  Respublikası  Mərkəzi  Bankı  ( RMB)  ranın 

mərkəzi bankıdır.  ran  slam  nqilabından sonra Bankın fəaliyyəti 

şə

riət qanunları əsasında həyata keçirilir. 



ranın  ilk  dövlət  bankı  olan  Bank  Melli  ran  1927-ci  ildə 

təsis  olunmuşdur.  Bankın  əsas  vəzifələri  hökumətin  maliyyə 

ə

məliyyatlarının dəstəklənməsi və  ranın milli valyutasının (rial və 



tümən) çapı və dövriyyəyə buraxılması olmuşdur. Bank Melli  ran 

33 ildən artıq müddət ərzində  ran rialının dəyərini dəstəkləməklə 

ranın  mərkəzi  bankı  kimi  fəaliyyət  göstərmişdir.  1960-cı  ilin 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə