Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə107/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   103   104   105   106   107   108   109   110   ...   133

 

333

avqust  ayında  ran  hökuməti  ran  Mərkəzi  Bankını  təsis  edərək 

Bank  Melli  ran-da  olan  mərkəzi  bank  öhdəliklərini  alaraq  ran 

Mərkəzi Bankına vermişdir. 

1979-cu  ildə  randa  slam  nqilabın  baş  verməsi  ilə  ran 

Mərkəzi  Bankının  adı  dəyişdirilərək  “ ran  slam  Respublikası 

Mərkəzi  Bankı”  qoyulmuşdur.  Bu  tarixdən  etibarən  randa 

monetar  və  kredit  siyasətləri  ranın  Pul  və  Bank  Qanunu  (1979), 

Bankların 

Milliləşdirilməsi 

Qanunu 

(1979), 


Banklar 

Administrasiyası  Haqqında  Qanun  (1979)  və  Faizsiz  Bankçılıq 

Haqqında Qanun (1983) əsasında tərtib və icra olunur. 

Artıq  keçən  əsrin  ortalarından  nəzəriyyə  kimi  ortaya  çıxan 

Faizsiz  Bankçılıq  60-cı  illərdə  maliyyə 

nstitutu  kimi 

formalaşmağa  başlamışdır.  Belə  ki,  ilk  dəfə  olaraq  Misir  alimi 

prof.  Nəccarın  təlimatı  əsasında  elə  həmin  ölkədə  1963-66-cı 

illərdə  Faizsiz  Bankçılığın  sınaq  modeli  qurulmuşdur.  Bu  qurum 

ilk  dövrlərdə  öz  fəaliyyətini  aşağıdakı  istiqamətlər  üzərində 

cəmləşdirmişdir: 

1.

  Əmanət hesabları; 



2.

  Sərmayə  hesabları  (yəni,  xeyir  və  ziyana  ortaq  olmaq 

şə

rti ilə investisiya, birgə işə qoşulma); 



3.

  Zəkat və sosial-ictimai tədbirlərlə bağlı xeyriyyə hesabı. 

Lakin,  yuxarıda  qeyd  olunan  bütün  xidmətlərə  baxmayaraq 

bu  qurum  tam  şəkildə  müasir  Faizsiz  Bankçılığın  bütün 

ə

məliyyatlarını həyata keçirmirdi. 



Sonrakı dövrlərdə Faizsiz Bankçılıq modeli artıq bütün dün-

yaya  yayılaraq  qlobal  maliyyə  sisteminin  tərkib  hissəsinə  çevril-

mişdir. Bu təkamülü inkişafı qısaca olaraq belə sıralamaq olar.  

Belə  ki,  1975-ci  ildə  slam  nkişaf  Bankı  qurulmuşdur.  Bu 

Bank  slam  ölkələrinin  iqtisadi  inkişafında  vacib  rol  oynamaqla 

yanaşı  faizsiz  bankçılıq  prinsiplərinin  tətbiqinin  genişləndirilməsi 

istiqamətində aparıcı  nstituta çevrilmişdir. 

1973-cü 


ildə 

isə 


Pakistan 

slam 


Respublikasının 

konstitusiyayasına  düzəliş  edilərək  faizsiz  iqtisadi  sistemin 

qurulması  irəli  sürülmüşdür.  Bundan  sonra  isə  1979-cu  ildə 



 

334

Pakistan  ərazisində  fəaliyyət  göstərən  bütün  banklar  öz 

ə

məliyyatlarını  faizsiz  maliyyə  sisteminə  uyğun  aparmağa 



başladılar. Amma, xarici ölkə vətəndaşlarına istisna olaraq ənənəvi 

Bankların xidmətlərindən yararlanmağa da imkan verilir.  

1983-cü  ildən  isə  Malayziyada  ölkə  qanunvericiliyində 

aparılan 

təkmilləşdirmələr 

nəticəsində 

Faizsiz 

Bankların 

yaradılması  üçün  hüquqi  baza  formalaşdırılmışdır.  Məhz  bundan 

sonra da bu ölkədə də çoxlu sayda islami banklar qurulmuşdur.  

Türkiyə  Cümhuriyyətində  isə  1984-cü  ildə  “Özəl  Maliyyə 

Qurumları” ilə bağlı qanunun qəbulu ilə bu ölkədə də faizsiz bank 

prinsiplərinə 

ə

saslanan 



maliyyə 

qurumlarının 

fəaliyyət 

göstərilməsinə  geniş  imkan  yaradılmışdır.  Bu  hadisədən  sonra 

1985-ci ildən bir-birinin ardınca Faysal Finans və Al-Baraka Türk  

kimi özəl maliyyə qurumları fəaliyyətə başlamışdır.  

randa  1983-ci  ilin  sentyabrın    əvvəllərində  bütün  bank 

sistemini əhatə edən   slam Bank Qanunu qəbul olundu və 21 mart 

1984  tarixindən  etibarən  qüvvəyə  mindi.  Həmin  dövrdən 

başlayaraq  ran  slam  Respublikasında  bütün  bank  sistemi 

bütünlüklə faizsiz əməliyyatlar həyata keçirirlər.  

randa  Faizsiz  Bankçılık  sisteminin  fəaliyyətinin  əsasını 

təşkil edən amilləri aşağıdakı şəkildə sıralamaq olar:   

 1. Ölkə iqtisadiyyatının inkişafı üçün pul və kreditin sağlam 

bir  şəkildə  tədavülünü  təşkil  etməklə  haqq  və  ədalət  prinsiplərinə 

uyğun pul-kredit sistemini formalaşdırıb inkişaf etdirilməsi; 

 2. Bu imkanlardan istifadə edərək  ran  slam Respublikası-

nın iqtisadiyyatının inkişaf etdirilməsi üzrə proqramların, strategi-

yaların və dövlət siyasətinin həyata keçirilməsi;

 

3. Konstitusiyanın 43-cü maddəsinin 2-ci və 9-cu bəndlərinin 



icrası  çərçivəsində  malların  sərbəst  dövriyyəsini,  ticarəti  təmin 

edərək  investitsiyaları  işə  cəlb  etməklə  bir  tərəfdən  yeni  iş 

imkanları  formalaşdırmaq  digər  tərəfdən  dövlətin  də  dəstəyi  ilə 

faizsiz kreditvermə imkanların genişləndirilməsi; 

4.Pulun  likvidliyini  qorumaq,  hər  cür  ödəmələrin  tarazlığını 

gözləmək və ticarətin asanlaşdırılması;  




 

335

5.  Bank  tərəfindən  göstərilən  bütün  növ  xidmətləri 

qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə asanlaşdırilması və s.  

Birləşmiş  Ərəb  Əmirliyində  faizsiz  bankçılıq  sisteminin 

tətbiqi  hökumətin    12  mart  1975-ci  il  tarixli  qanunu  ilə  qurulan 

Dubay  slam  Bankının  formalaşmasından  götürür.  Bu  bankın 

fəaliyyəti ilk dövrlərdə aşağıdakı başlıca prinsiplərə əsaslanırdı:  

1.

  Bankın  fəaliyyətində  ortaq  olmaq  üçün  Birləşmiş  Ərəb 



Ə

mirliyinin vətəndaşı olmaq şərt deyil;  

2.

  Bank sərbəst şəkildə ölkə daxilində və xaricdə özünün şöbə 



və nümayəndəliklərini aça bilər;  

3.

  Bankın  xalis  mənfəətinin  ən  azı  10  faizinə  qədəri  qanuni 



yolla  ehtiyat  fonduna  ayrılır  və  bu  məbləğ  şirkətin  açıqlanmış 

kapitalına bərabər olana qədər götürülməyə davam edilir; 

4.Bank  ölkədə bu növ fəaliyyətin tənzimlənməsini əhatə edən 

qüvvədə  olan  qanunvericiliyin  riayət  olunmasına  məsuliyyət 

daşıyır.  

1984-cü  ildə  ran  məclisi  ( slam  Məsləhətçi  Assambleya) 

tərəfindən  islam  maliyyə  hüququ  qəbul  olunub  təcrübədə  istifadə 

edilməyə başlandı. Qəbul olunmuş qanunvericilik aktlarına əsasən 

1985-ci  ilin  mart  ayına  ölkədə  tamamilə  bütün  fəaliyyət  göstərən 

maliyyə  institutlarının  qəti  islamlaşdırılması  həyata  keçirilmişdir. 

Lakin  təcrübədə  bank  tənzimləməsi  və  nəzarəti  üzrə  yeni 

prinsiplərin  və  tələblərin  tam  real  tətbiqi  həqiqətdə  beş  ildən  çox 

müddət tələb etmiş və yalnız keçən əsrin 90-cı illərinin əvvəlində 

başa çatdırılmışdır. Depozit və borc faizlərinin əlavə hesablanması 

və tutulması təcrübəsi bank əməliyyat və investisiya fəaliyyətindən 

tam  sıxışdırılıb  çıxarılmışdır.  Bu  gün  ölkə  bankları  müştəri-

ə

manətçilərə tələb olunana qədər faizsiz depozitlər (cari hesablar), 



faizsiz toplama hesablarını (əmanət depozitlərini) yaxud həmçinin 

faizsiz uzun müddətli investisiya depozitlərini təklif edirlər. Tələb 

olunana  qədər  depozitlərin  və  cari  hesabların  (current  account 

deposits)  sahibləri    çek  kitabçalarından  istifadə  etmək  (açılmış 

hesab  məbləğində)  və  çeklərlə  hesablaşmalar  aparmaq  imkanını 

ə

ldə  edirlər.  Toplama  hesablarının  və  əmanət  depozitlərinin 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə