Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə108/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   104   105   106   107   108   109   110   111   ...   133

 

336

sahibləri həmçinin bank maliyyə ehtiyatları və borclarının alınması 

imkanı  baxımından  müəyyən  preferensiyalardan  (üstünlüklərdən) 

istifadə  edirlər.  Əmanət  qoyuluşları  və  depozitlərini  saxlayan 

şə

xslərin  stimullarına  və  imtiyazlarına  həmçinin  islam  bankları 



tərəfindən hesab sahiblərinin Məkkəyə dini səfərinin maliyyələşdi-

rilməsi aid edilir.  

Uzun  müddətli  investisiya  depozitlərinin  sahibləri  hesabdan 

vəsaitin  götürülməsindən  bir  neçə  ay  qabaq  banka  yazılı  bildiriş 

göndərmədən  istənilən  məbləğdə  vəsait  götürə  bilməzlər.  Lakin 

onlar  islam  maliyyələşdirmə  üsulunun  (sxeminin)  –  müdarabənin 

(bəzən  təcrübədə  ehtikar  mübadilənin,  sərfəli  ehtikarın  və  gəlirli 

mübadilə əqdlərinin bəzi cəhətlərinə malikdir) prinsiplərinə uyğun 

məcmu  bank  gəlirlərinin  (mənfəətinin)  birgə  bölüşdürülməsində 

şə

rtsiz  iştirak  hüququnu  əldə  edirlər.  stənilən  tip  borc  alan 



müştərilərin  banklarla  uzun  müddətli  qlobal  sazişləri  və  birbaşa 

tərəfdaşlıq  münasibətləri  hər  cür  təşviq  edilir  və  stimullaşdırılır. 

Həmin  sazişlərə  uyğun  olaraq  müştərilər  birbaşa,  həyata 

keçirilməsi  onların  əvvəl  bankdan  aldıqları  maliyyə  vəsaiti 

hesabına  maliyyələşdirilmiş  onların  həyata  keçirdiyi  istehsalat 

kapital qoyuluşu və investisiyalarından əldə olunan bütün mümkün 

gəlirləri  (mənfəəti)  bölürlər.  Banklarla  bağlanılan  tərəfdaşlıq  və 

ə

məkdaşlıq  haqqında  sazişlər  adətən  borc  alan  müştəri  (operator) 



tərəfindən  yalnız  həmin  bankın  maliyyələşdirdiyi  müəyyən  bir 

investisiya  layihəsi  (kapital  qoyuluşu)  haqqında  bağlana  bilərlər. 

Bununla  yanaşı  bu  gün  borc  alan  müştərinin  (operatorun) 

təsərrüfat  və  investisiya  fəaliyyətinin  bütün  növlərini  əhatə  edən 

onun  bütün  gəlirlərinin  bölüşdürülməsi  haqqında  oxşar  sazişlərin 

bağlanması yol verilir, hətta təşviq edilir.        

Məhdud  tərəfdaşlıq  haqqında  sazişlərlə  (ciddi  müəyyən 

olunmuş investisiya layihəsi çərçivəsində) bağlı söyləmək olar ki, 

bölüşdürmə  yalnız  borc  alan  investor  (operator)  tərəfindən  islam 

bankının  maliyyələşdirdiyi  konkret,  ciddi  müəyyən  olunmuş 

layihənin həyata keçirilməsindən əldə edilən gəlirlərə aiddir.    



 

337

Tam  tərəfdaşlıq  və  müştərinin  bütün  mənfəətinin  bankla 

bölüşdürülməsi haqqında sazişlə bağlı söyləmək olar ki, borc alan 

müştərinin əldə etdiyi istənilən növ gəlir (mənfəət) müvafiq olaraq 

onun  tərəfindən  bankla  birgə  əsasla  bölüşdürülür.  Məsələn,  artıq 

qeyd  edildiyi  kimi,  müştəri  tərəfindən  maşınların,  avadanlığın  və 

digər  texnikanın  əldə  olunması  bilavasitə  islam  bankının  özünün 

(müştərinin  tapşırığı  ilə)  satın  alma  (yaxud  onun  maliyyələşdiril-

məsi)  yolu  ilə  həyata  keçirilir.  Sonra  müştəri  edilmiş  satın  alma-

ların  tam  məbləğini  hissələrlə,  ayrı-ayrı  ödəmələr  yolu  ilə  banka 

ödəyir. Az əhəmiyyətli deyil ki, belə hallarda alınmış maşınlara və 

avadanlığa  dair  mülkiyyət  hüququ  bank  tərəfindən  müştəriyə 

sonuncu banka olan kumulyativ maliyyə borcunu ödəmək üçün ilk 

qismən  ödənişi  etdikdən  dərhal  sonra  keçir.  Müştərilərin  islam 

bankları  ilə  müqavilə-məqsədli  hesablaşmalarının  alternativ 

forması  kimi  bankın  satın  aldığı  maşınlara,  texnikaya  və 

avadanlığa  dair  faktiki  modifikasiya  olunmuş  maliyyə  lizinqi 

(lizinq sazişləri) formaları çıxış edir. Bu cür lizinq (icarə) sazişləri 

zamanı bankın satın aldığı maşınlara və avadanlığa dair mülkiyyət 

hüququ  yalnız,  onun  tərəfindən  lizinq  obyektinin  dəyəri  tam 

ödənilməklə,  müştəri  bankla  bağlanmış  lizinq  sazişi  üzrə  son 

ödənişi  etdikdən  və  hesablaşmanı  apardıqdan  sonra  müştəriyə 

keçir.  

Bu gün qüvvədə olan islam maliyyə hüququna əsasən islam 

bankları 

həmçinin 

müştərinin 

ticarət 


ə

məliyyatlarını 

maliyyələşdirə,  müştərinin  tapşırığı  ilə  malın  müddətli  forvard 

satınalmalarını  (forward  purchases)  həyata  keçirə  bilərlər.  Malın 

məqsədli  müddətli  forvard  satın  almaları  ilə,  mahiyyət  etibarilə 

xalis  ehtikar  müddətli  əmtəə  mübadiləsi  haqqında  saziş  və 

müqavilələrdən  ibarət  olan,  xüsusiləşdirilmiş  fyuçers  (birja) 

ticarəti 

arasında 

dəqiq 


ə

həmiyyətli 

fərqlər 

(dərəcələr) 

müəyyənləşdirilmişdir.  Sonuncular  məlum  olduğu  kimi  ərəb 

ölkələrində tam və qəti surətdə qadağan olunur.  

Bankla  malın  müddətli  forvard  satın  almaları  həyata 

keçirilərkən həmin bank ona idxal ticarəti ilə məşğul olan şirkət və 




 

338

ya  agent,  yaxud  topdan  ticarətlə  məşğul  olan  tacirlə  təqdim 

olunmuş satın alınmış mala görə hesab-fakturaları (invoysları) çox 

vaxt dərhal ödəyir. Belə olan halda bank öz hesabına idxal ticarət 

ilə  məşğul  olan  şirkətlərin  yaxud  topdan  ticarətlə  məşğul  olan 

tacirin  birbaşa  tapşırığı  ilə  mal  alır.  dxal  ticarətlə  məşğul  olan 

ş

irkətlər  və  topdan  ticarətlə  məşğul  olan  tacirlər  öz  növbəsində 



islam bankına olan borclarını artıq onların aldıqları malın müxtəlif 

tacirlərə,  satış  şirkətlərinə  yaxud  son  istehlakçı-idxalçılara  və 

faktiki alıcılara təkrar satışından sonra ödəyirlər.  

Ə

rəb  islam  bankları  bu  gün  vahid  şəklə  salınmış  standart 



müddətli  forvard  ticarət  kontraktlarından  və  malların  təkrar  satışı 

üzrə  müqavilələrdən  (əmtəə  arbitrajı)  istifadə  edirlər.  Bu  cür 

maliyyələşdirmə sxemləri zamanı bankın öz müştərisinə verdiyi (o 

cümlədən  idxal  əməliyyatları  üzrə)  həyata  keçirilmiş  mal  satın 

almaları üzrə ödənişin faktiki olaraq hissə-hissə həyata keçirilməsi 

adətən 90-180 gün təşkil edir.  

Kredit-bank sektorunun islamlaşdırılması prosesləri ayrı-ayrı 

ə

rəb  ölkələrində  müxtəlif  intensivlikdə  inkişaf  edirlər.  Onların 



arasında  bank  işinin  islamlaşdırılması  mexanizmləri  olduqca 

intensiv  şəkildə  son  on  il  ərzində  randa,  həmçinin  Pakistanda 

tətbiq edilirdi.  

1979-cu  ildən  etibarən  ranın  bank  sistemi  onun  qlobal 

islamlaşdırılması  əsasında  milliləşdirilmiş  və  tamamilə  yenidən 

təşkil  olunmuşdur.  randa  birləşmiş  islam  bank  sisteminin 

qurulması və fəaliyyəti prinsiplərini müəyyənləşdirmiş əsas hüquqi 

sənədlər 1983-cü ildə qəbul olunmuş istənilən formada sələmçilik 

fəaliyyətini  qadağan  edən  islam  prinsipləri  əsasında  olan  Bank 

fəaliyyəti  haqqında  qanun    və  ranın  Konstitusiyası  olmuşlar. 

randa  islam  bank  işinin  əsas  xarakteristikalarına  ilk  növbədə 

dövlət  tərəfindən  bütün  bankların  fəaliyyətinə  ciddi  cari  nəzarət, 

xüsusi  kommersiya  banklarının  yaradılmasına  qoyulan  qadağa  və 

maliyyə  vəsaitinin  (borc  ehtiyatlarının)  ödənişliyi  prinsipinin 

istifadəsindən tam imtina aid edilməlidir. Bu gün ölkədə qüvvədə 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə