Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə109/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   105   106   107   108   109   110   111   112   ...   133

 

339

olan  vahid  islam  bank  qanunvericiliyinə  əsasən  ranın  milli  bank 

sistemi aşağıdakı məsələlərin həllinə yönəlib:  

1.

 ölkənin  bütün  kredit-pul  sisteminin  qüvvədə  olan 



qanunvericilik  əsasında  və  islam  qaydalarına,  ilk  növbədə  şəriət 

adət  və  ənənələrinə  tam  uyğun  şəkildə  sabit  fəaliyyəti,  pul 

dövriyyəsinin  tənzimlənməsi  və  iqtisadiyyatın,  ilk  növbədə  onun 

real  sektorunun,  sabit  inkişafına  nail  olmaq  üçün  effektiv 

maliyyələşdirmə sisteminin təşkili;  

2.

 dövlət  iqtisadi  proqramlarının  uğurlu  həyata  keçirilməsi 



üçün daxili pul vəsaitinin səfərbər edilməsi;  

3.

 islam  bank  idarələrinin  təcrübəsində  tam  uyğun  əmanət 



məhsullarının  və  maliyyə  vasitələrinin  tətbiqi  yolu  ilə  əhalinin 

faizsiz  investisiya  və  depozit  əməliyyatlarında  real  iştirakının 

genişləndirilməsi  üçün  lazımi  şəraitin  yaradılması.  Söhbət  ilk 

növbədə  əhalinin  vəsaitinin  birgə  cəlb  edilməsindən,  onun  faizsiz 

hesablarda  yerləşdirilməsindən  və  sonra  bankların  səfərbər  etdiyi 

pul ehtiyatlarının ölkədə hazırlanan effektiv investisiya layihələri-

nin  maliyyələşdirilməsi  məqsədlərinə  təkrar  bölüşdürülməsindən 

gedir.  Bu  məsələlərin  həlli  üçün  həmçinin  xüsusi  bank  ehtiyat 

fondlarının təsis edilməsi, banklar tərəfindən faizsiz əmanət qoyu-

luşları və müddətli depozitlər sistemindən istifadə nəzərdə tutulur. 

Ə

manətlərin yığılması və bank aktivlərinin effektiv yerləşdirilməsi 



ilk növbədə investisiyaların real təsərrüfat sektoruna maliyyə şək-

lində  sabit  qoyuluşunu  və  ölkə  əhalisinin  məşğulluq  səviyyəsinin 

artırılmasını təmin etməlidirlər;  

4.

 aktiv  dövriyyəsində  pul  kütləsinin  həcminin  tənzim-



lənməsi və ödəniş balansının vəziyyətinə nəzarət; 

5.

 ödənişlərin  aparılması  və  pul  haqlarının  qəbulu, 



köçürülmələrin  edilməsi,  kommersiya  (xarici  ticarət)  sazişlərinin 

və  müqavilələrinin  təmin  edilməsi,  həmçinin  qüvvədə  olan  bank 

qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  digər  maliyyə  xidmətlərinin 

göstərilməsi. 

ranın  bank  sisteminin  sabit  fəaliyyətinin  və  yenidən 

qurulmasının  təminatında  əsas  rol,  şübhəsiz,  ranın  Mərkəzi 




 

340

Bankına  məxsusdur,  hansı  ki,  ölkənin  kredit-pul siyasətini  işləyib 

hazırlayır  və  həyata  keçirir,  pul  nişanlarının  emissiyasını  həyata 

keçirir,  ölkənin  qızıl-valyuta  ehtiyatlarını  idarə  edir,  pul 

dövriyyəsini,  bank  investisiyalarını  və  sairəni  tənzimləyir.  ranın 

Mərkəzi  Bankı  tam  islamlaşdırılmış  milli  bank  sistemi 

çərçivəsində  ölkənin  bütün  kredit-bank  idarələrinin  fəaliyyətinə 

nəzarət edərək:  

1.

 bankların,  həyata  keçirdikləri  xidmətlərin  və  əməliy-



yatların konkret növündən asılı olaraq, gəlir norması üçün minimal 

və  maksimal  miqdarı  (səviyyələri),  həmçinin  banklar  tərəfindən 

müxtəlif  növ  əmanətlərin  sahiblərinə  (saxlayanlarına)  verilən 

preferensiyaların,  imtiyazların  və  s.  yol  verilən  həcmlərini 

müəyyən edir;  

2.

 dövlətin  milli  iqtisadi  siyasəti  çərçivəsində  bank 



kapitalının  təsərrüfat  sahələri  və  sektorları  üzrə  investisiya 

şə

klində  qoyuluşu  istiqamətlərini,  həmçinin  müxtəlif  sahələrdə 



investisiya layihələri üçün minimal yol verilən gəlir normalarını və 

həmin  normaların  iqtisadiyyatın  müxtəlif  sahələri  üzrə  mümkün 

differensiasiyasını (ayrılmasını) müəyyən edir;  

3.

 bank tərəfindən bir müştəriyə (borc alana) sərbəst şəkildə 



verilə  biləcək  maliyyə  vəsaitinin  (borclarının)  maksimal  həcmini 

nizamlayır.  

2001-2002  illərdə  artıq  ən  yaxın  gələcəkdə  ranın  bütün 

maliyyə  sisteminin  kifayət  qədər  əsaslı  müəyyən  islahatının 

mümkünlüyünü  təsdiqləyən  əlamətlər  daha  aydın  görünməyə 

başlamışdır.  Dövlət  tərəfindən  hər  yeri  əhatə  edən  bank  inhisarı, 

yerli  kredit  bazarında  müəyyən  bir  real  rəqabətin  olmaması  və 

bunun nəticəsi kimi bir çox islam banklarının investisiya fəaliyyə-

tinin  nisbətən  aşağı  effektivliyi  dövlətin  strateji  maraqlarına  ob-

yektiv  cavab  vermirlər.  Təsadüfi  deyil  ki,  bu  gün  ran  hökuməti 

tam islamlaşdırılmış kredit-bank sektoru daxil olmaqla ölkə təsər-

rüfatının  müəyyən  liberallaşmasına  istiqamətlənmiş  addımlar  atır. 

Belə  ki,  2000-2005  illər  üçün  ranın  sosial-iqtisadi  və  mədəni 

inkişafının üçüncü beş illik planı haqqında qanunvericiliklə bir sıra 




 

341

bankların səhmlərinin təxminən 49% özəl sektorun səhmdarlarının 

və  investorlarının  sərəncamına  verilməsi  yolu  ilə  dövlətin  kredit-

bank  sahəsində  inhisarının  müəyyən  zəiflədilməsi  nəzərdə 

tutulmuşdur.  

Lakin  bütövlükdə  inqilabdan  sonrakı  dövrdə  (xüsusilə  90-cı 

illərdə)  ranın  iqtisadi  siyasətinin  əsas  məqsədi  şübhəsiz  bütün 

milli  bank  idarələrinin  məqsədyönlü  islamlaşdırılması  olmuşdur. 

Vahid müsəlman cəmiyyətində, ona müvafiq olaraq ölkənin bütün 

institutlarının  bütün  növ  banklar  və  yerli  maliyyə  idarələri  daxil 

olmaqla ölkənin bütün institutlarının islam prinsiplərinə tam uyğun 

qaydada  fəaliyyət  göstərməli  olduqları  tələb  adətən  daha  asan  və 

effektiv həyata keçirilir.  slam banklarına Qərb yönümlü universal 

(ənənəvi)  kommersiya  bankları  ilə  bərabər  fəaliyyət  göstərməsi 

üçün  sadə  icazənin  verilməsi  burada  açıq  surətdə  kifayətsiz  və 

qeyri-qənaətbəxş  qərar  hesab  olunur.  Yüksək  dini  islam 

cəmiyyətində  (sosial  strukturlarda)  əməliyyatları  üzrə  faiz 

hesablayan  və  tutan  istənilən  maliyyə  institutlarının  fəaliyyəti 

qətiyyən  həyata  keçirilmir  və  qadağan  edilir.  Eyni  zamanda 

istənilən  ənənəvi  kommersiya  banklarının  fəaliyyəti  doğru 

olmayan,  “dinsiz”,  doğruluq  və  islam  ədaləti  prinsiplərinə  (an 

affront  to  the  faithful)  zidd  hesab  olunur.  Bütün  bank  sektorunun 

fəaliyyətinin  Quran  prinsiplərinə,  ilk  növbədə  şiə  cərəyanının 

mahiyyətinə  və  ruhuna  şərtsiz  uyğunluğunu  təmin  etmək  üçün 

dövlət  ranın bütün milli bank sistemini tam islamlaşdırmışdır. Bu 

tədbir  özünün  cari  fəaliyyətində  Qərb  maliyyə  və  kredit-bank, 

həmçinin  investisiya  institutlarının  fəaliyyət  prinsiplərindən 

istifadə  edən  ənənəvi  kommersiya  banklarının  istənilən 

ə

məliyyatlarını obyektiv mümkünsüz etmişdir.  



RAN  SLAM  RESPUBL KASINDA  BANK  S STEM -

N N  NK ŞAFININ  XÜSUS YYƏTLƏR .  ranın  kredit  sistemi 

öz  başlanğıcını  1906-1907-ci  illərdən  götürür,  həmin  dövrdə 

konstitusiya  ölkənin  pul  təsərrüfat  idarəsində    feodal  üsullarını 

ləğv  etmiş  və  şahın  ölkənin  milli  sərvəti  üzərində  nəzarətsiz 

sərəncamına  son  qoymuşdur.  Lakin,  həqiqətdə  20-ci  əsr  boyu 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə