Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə113/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   109   110   111   112   113   114   115   116   ...   133

 

351

♦ Bank və kredit təşkilatlarının fəaliyyətlərinə nəzarət; 

♦ Xarici  valyuta  siyasəti  və  əməliyyatlarının  tərtibi  və 

tənzimlənməsi; 

♦ Qızıl əməliyyatlarının tənzimlənməsi; 

♦ Milli  valyuta  axınının  formalaşdırılması  və  tənzimlən-

məsi.  

Hökumətin bankı olaraq  RMB hökumət hesablarını, dövlət 



müəssisələri  və  təşkilatlarına  verilən  qrant  və  kreditlərin 

saxlanması üçün səlahiyyətləndirilmişdir.  

RMB aşağıdakı orqanlardan ibarətdir: 

♦ Baş Məclis; 

♦ Monetar və Kredit Şurası; 

♦ darə Heyəti; 

♦ Not Ehtiyatlarına Nəzarət Şurası; 

♦ Müşahidə Şurası.  

darə Heyəti Sədr, sədr müavini, baş katib və 3 vitse-sədrdən 

ibarətdir.  

Milli Cəvahirat Xəzinəsi -  RMB-nin Baş Ofisində yerləşir. 

Xəzinədə  dünyada  məşhur  olan  bir  çox  daş-qaşların  kolleksiyası 

toplanmaqdadır.  

RMB  bir  sıra  beynəlxalq  iqtisadi  təşkilatlarla  əməkdaşlıq 

ə

laqələrinə  malikdir.  ran  slam  Respublikası  slam  nkişaf 



Bankının fəal üzvlərindən biri olduğundan  RMB-nin onunla çox 

yaxın əlaqələri var.  

RMB-nin  Sədri  ranın  Beynəlxalq  Valyuta  Fondundakı 

Müdiri olaraq çıxış edir.  

RMB 

Beynəlxalq 



Hesablaşmalar 

Bankının 

illik 

toplantılarında müşahidəçi statusunda iştirak edir.  



Bundan  əlavə  RMB  Dünya  Bankı  ilə  yaxın  əməkdaşlıq 

ə

laqələrinə malikdir.   



 

 



 

352

FƏS L XII. RUS YА FEDERАS YАSININ PUL –

KRED T S STEM   

 

“Rubl”  sözünün  etimologiyası  ilə  bağlı  əsas  versiyası  bu 



sözün  “rubit”  (“doğramaq”)  felindən  yaranmasıdır.  Rubl  gümüş 

metaldan  doğranan  parçaya  deyilirdi.  Rublun  rəsmi  simvolu 

olmadığından abbreviyaturası olan “руб” geniş istifadə olunur.  

Rubl  on  altıncı  əsrdən  başlayaraq  Rusiyanın  milli  pul  vahidi 

olaraq qəbul edilişdir. 1897-ci ildən etibarən Rusiya qızıl standartına 

keçmişdir.  Bu  proses  1914-cü  ilə  qədər  davam  etmişdir.1917-ci  il 

Oktyabr  inqilabından sonra rubl Sovet  ttifaqına  girən bütün ölkələr 

üçün yeganə bir pul vahidi olaraq qəbul edilmişdir. 1991-ci ildə Sovet 

Ittifaqın dağılması ilə  rubl Rusiyanın pul vahidi  olaraq  qəbul  edildi. 

Lakin Rusiya rublu bu günədək dəyərini sürətlə itirməyə başlamışdır. 

Birinci  rubl  (Qədimdən  -  31  dekabr  1921-ci  ilədək)  –  Rubl 

təxminən 500 illik bir dövrdə Rusiyanın valyutası olmuşdur. 1704-

cü  ildə  valyuta  islahatı  keçirən  I  Pyotr  rublu  standartlaşdırmışdır. 

1710-cu  ildən  isə  rublun  xırda  pulu  olan  kopeyka  buraxılmağa 

başlandı (1 rubl = 100 kopeyka). I Dünya Müharibəsinin başlaması 

ilə  qızıl  standartının  tətbiqi  dayandırıldı  və  rublun  dəyəri  düşdü. 

Nəticədə  1920-ci  illərin  əvvəllərində  ölkə  hiperinflyasiya  ilə 

üzləşirdi.  

kinci rubl (1 yanvar 1922 – 31 dekabr 1922) – Çervonetsin 

buraxıldığı 1922-ci ildə ilk defə denominasiya oldu (1 yeni rubl = 

10 000 köhnə rubl).  

Üçüncü rubl  (1  yanvar 1923 – 6 mart 1924) – 1923-cü ildə 

baş verən təkrar denominasiyada da (1:100) yalnız kağız pullar çap 

olunmuşdur. Bu rublun tədavüldə olduğu dövrdə Sovet  ttifaqının 

ilk valyutası buraxıldı.  

Dördüncü (Qızıl) rubl (7 mart 1924 – 1947) – 1924-cü ildə 

baş  verən  denominasiya  nəticəsində  “qızıl”  rubl  buraxıldı  (1  yeni 

rubl = 50000 köhnə rubl).  




 

353

Beşinci rubl (1947 – 1961) – II Dünya Müharibəsindən sonra 

Sovet  Hökuməti  dövriyyədəki  pul  kütləsini  azaltmaq  məqsədilə 

müsadirəedici denominasiya keçirdi (1 yeni rubl = 10 köhnə rubl). 

Bu yalnız kağız pullara təsir etdi.  

Altıncı  rubl  (1961  –  31  dekabr  1997)  –    Bu  1947-ci  ildə 

keçirilən  denominasiyanın  eyni  şərtlərlə  təkrarı  idi.  1991-ci  ildə 

SSR -nin  dağılması  ilə  rubl  Rusiya  Federasiyasının  valyutası 

olmağa davam etdi. Rusiya Bankı tərəfindən  yeni rubllar 1993-cü 

ildə  buraxıldı.  90-cı  illərdə  baş  verən  hiperinflyasiya  dövründə 

rublun dəyəri əhəmiyyətli dərəcədə aşağı düşdü.  

Yeddinci  rubl  (1  yanvar  1998  -  indiyədək)  –    1998-ci  ildə 

baş  verən  denominasiya  (1  yeni  rubl  =  1000  köhnə  rubl) 

fundamental  iqtisadi  problemləri  həll  etmədi.  Rusiyada  maliyyə 

böhranın  baş  verməsi  ilə  1998-ci  ilin  avqustundan  rubl  dollar 

qarşısında 70% dəyər itirdi. 

Rusiyanın  pul  sisteminin  hüquqi  əsasmı  12  aprel  1995-ci  ildə 

qəbul  edilən  Mərkəzi  Bank  haqqında  Qanun  təşkil  edir.  Rusiyanın 

rəsmi  pul  vahidi  rubl  qəbul  edilmişdir.  Rusiya  Federasiyasının 

tədavülündə  rubl  xaricində  başqa  pul  vahidlərinin  istifadəsi  qanunla 

tənzimlənir. Rubl dəyərinin qızıla və ya başqa qiymətli əşyalara olan 

qarşılığı qanunda müəyyən edilməmişdir. Tədavüldə nağd pul emissi-

yasına  və  onların  təşkilinə,  tədavülə  çıxarılmasına  yalnız  Mərkəzi 

Bank səlahiyyətlidir.  

1917-ci  ilə  qədər  Rusiyada  kredit  sistemi  kapitalist 

iqtisadiyyatının  şərtləri  çərçivəsində  inkişaf  etmişdir.  Bu  dövrdə 

quruluşuna,  funksiyalarına  və  əməliyyatlarına  görə  Rusiya  kredit 

sistemi inkişaf etmiş kapitalist ölkələrinin modelinə yaxın idi. Rusiya 

imperiyasının kredit sistemi aşağıdakı qurumlardan ibarət idi: 

• Dövlət Bankı; 

• Kommersiya bankları; 

•  xtisaslaşdırılmış  kredit  təşkilatları  (sığorta  şirkətləri,  kredit 

kooperasiyaları) 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə