Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə115/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   111   112   113   114   115   116   117   118   ...   133

 

357

nin  sabiq  xarici  bankları  ilə  birbaşa  müxbir  münasibətləri  qura 

bilər. 

Genişləndirilmiş  valyuta  lisenziyasına  malik  olan  banklar 



daxili  valyuta  lisenziyası  almış  bankların  həyata  keçirdiyi 

ə

məliyyatları  apara  bılər.  Lakin  onlar,  bundan  əlavə,  lisenziyada 



göstərilmiş 

miqdar 


dairəsində 

xaricı 


banklarla 

müxbir 


münasibətləri qura bilər. 

Baş  valyuta  lisenziyası  banklara  daha  geniş  səlahiyyətlər 

verir.  Baş  valyuta  lisenziyasına  malik  olan  banklar  lisenziyada 

göstərilmiş  bütün  növ  valyuta  əməliyyatlarını  həyata  keçirmək 

hüququna  malikdir.  Bundan  əlavə,  qeyd  edilən  lisenziya  xaricdə 

bankın  fıliallarını  açmağa  və  qeyri-rezident  kredit  təşkilatlarının 

nizamnamə kapitalının bir hissəsini əldə etməyə imkan verir. 

Valyuta birjaları Rusiya valyuta bazarının təşkilində mühüm 

rol  oynayır. 

ş

güzar  silsilənin  pisləşməsi  və  konyunktur 



dəyişmələri  şəraitində  valyuta  bazarının  təşkilində  valyuta 

birjalarının rolu xüsusilə nəzərə çarpdı. 

1998-ci ilin avqust böhranı nəticəsində MBVB-in işi yenidən 

təşkil  edildi.  Burada  6  oktyabr  1998-ci  ildən  etibarən  iki  hərrac 

sessiyası  rejiminə keçid  baş verdi.  Arbitraj  əməliyyatlarını həyata 

keçirməyə  imkan  verməyən  yeni  hərrac  rejimi  tənzimləyici 

rolunda çıxış edərək Rusiya valyuta bazarını əhəmiyyətli dərəcədə 

sabitləşdirdi. 

Rusiya  valyuta  bazarında  pul  axmlarının  hərəkəti 

aşağıdakılar vasitəsilə həyata keçirilir: 

1.

  valyuta əməliyyatları; 



2.

  əmtəə  və  xidmətlərin  alqı-satqısının  valyuta-kredit  və 

hesablaşma təminatı; 

3.

  qiymətli kağızlarla aparılan əməliyyatlar; 



4.

  xarici investisiyalar. 

Milli  valyuta  sisteminin  mühüm  xüsusiyyəti  onun  milli  pul 

vahidinin mübadilə kursu rejimidir. 

Rusiyanın  bazar  iqtisadiyyatına  keçməsi  şəraitində  rublun 

vahid  «üzən»  valyuta  kursu  tətbiq  edildi.  Lakin,  ölkə 




 

358

iqtisadiyyatının  idxaldan  ciddi  asılılığı  rublun  kursunun  aşağı 

düşməsinə və Rusiya bazarının idxal edilmiş mallarla doldurulması 

probleminin kəskinləşməsinə gətirib cıxardı. Nəticədə ixrac azaldı, 

inflyasiya isə gücləndi. 

Valyuta  bazarındakı  vəziyyəti  sabitləşdirmək  məqsədı  ilə 

dövlət öz tənzimləyici rolunu gücləndirdi. 

6  iyul  1995-ci  ildə  Rusiya  Bankı  və  RF  Hökuməti  valyuta 

dəhlizi, yəni birja və banklararası valyuta bazarlarında rublun cari 

mübadilə  kursunun  dəyişmə  hədləri  rejimini  tətbiq  etdi.  Dollara 

münasibətdə  rublun  valyuta  kursunun  enib-qalxmasının  qəti 

müəyyən  olunmuş  hədd  qiymətləri  Rusiya  Bankı  tərəfindən 

valyuta bazarına müdaxilələr vasitəsilə saxlanılırdı. 

Bu  tədbir  nəticəsində  valyuta  kursu  uzun  müddət  ərzində 

nəzərdə  tutulduğundan  əhəmiyyətli  dərəcədə  uzaqlaşmırdı,  ayrı-

ayrı dövrlərdə isə hətta dolların kursunun rubla münasibətdə aşağı 

düşməsi müşahidə olunurdu. 

1997-ci  ilin  oktyabrında  Cənub-Şərqi  Asiya  ölkələrində  baş 

vermiş  maliyyə  böhranı  Rusiyanın  daxili  valyuta  bazarına  güclü 

təsir  göstərmiş  əsas  hadisə  oldu.  Böhran  nəticəsində  xeyli 

məbləğdə  kapitalın  inkişaf  etməkdə  olan  bazarlara  malik 

ölkələrdən  inkişaf  etmiş  ölkələrin  dövlət  kağızlarına  yerləşməsi 

baş verdi. Rusiya hökumətinin qısamüddətli dövlət istiqrazlarında 

yerləşdirilmiş xarici kapitalın geriyə axını başladı. 

Vəsaitlərin  əhəmiyyətli  dərəcədə  çıxarılması  və  xarici 

valyutaya  tələbatın  artması  nəticəsində  valyuta  bazarında  rublun 

qiymətdən  düşməsi  gözlənilməyə  başladı.  Rusiya  Bankı  müəyyən 

tədbirlər  görsə  də,  onlar  kifayət  etmədi  və  nəticədə  17  avqust 

1998-ci  il  tarixdə  dollara  münasibətdə  rublun  kursunu  bir  dollar 

üçün  6-9,5  rubl  həddində  müəyyənləşdirməklə  siyasi  valyuta 

dəhlizindən imtina etdi. 

Dövlət istiqrazları bazarının yenidən formalaşması və qeyri-

rezidentlərin  vəsaitlərinin  qaytarılmasına  30-günlük  moratori  elan 

edilməsi ilə eyni zamanda həyata keçirilmiş bu  tədbir nəticəsində 




 

359

Rusiya valyuta bazarının sabitlıyi pozuldu və rublun valyuta kursu 

ə

həmiyyətli dərəcədə aşağı düşdü. 



Rusiya  valyuta  bazarını  qismən  sabitləşdirmək  məqsədı  ilə 

Rusiya  Bankı  1999-cu  ildə  rublun  «üzən»  valyuta  kursu  rejıminə 

keçdi. Həmin rejim bu gün də qüvvədədir. 

Sovet  ttifaqı  1991-ci  ildə  süquta  uğradıqdan  sonra  Rusiya 

Federasiyasının  pul  sistemi  Mərkəzi  Bank  (Rusiya  Bankı) 

haqqında  Federal  Qanuna  uyğun  olaraq  fəaliyyət  göstərir.  Bu 

qanun pul sisteminin hüquqi əsaslarını müəyyən etmişdir: 

1.

  Rusiya Federasiyasının rəsmi pul vahidi rubldur; 



2.

  Rusiya  Federasiyası  ərazisində  digər  pul  vahidlərinin 

tətbiqi qadağandır; 

3.

  Rublun qızıla nisbəti qanunla müəyyən olunmamışdır; 



4.

  Rublun  хarici  pul  vahidlərinə  nisbətən  rəsmi  kursu  RF 

MB tərəfindən müəyyən olunur; 

5.

  Rusiya Bankı Rusiya Federasiyası ərazisində nağd pulun 



emissiyasını  həyata  keçirmək,  onun  dövriyyəsini  təşkil  etmək  və 

dövriyyədən çıхarmaq müstəsna hüququna malikdir; 

6.

  Rusiya  Bankının  bütün  aktivləri  ilə  təmin  edilən 



banknotlar  və  metal  sikkələr  qanuni  ödəmə  qüvvəsinə  malik  olan 

pul növləridir; 

7.

  kredit idarələri üçün nağd pulların saxlanma, daşınma və 



inkassasiya qaydalarının müəyyən edilməsi; 

8.

  Banknot  və  sikkələrin  nümunələri  Rusiya  Bankı 



tərəfindən təsdiq edilir; 

9.

  Rusiya  ərazisində  nağd  (banknotlar  və  sikkələr)  və 



nağdsız  (kredit  idarələrində  olan  hesablardakı  vəsaitlər  şəklində) 

pullar fəaliyyət göstərir; 

10.

 Nağd  pullar  emissiya  icacəsi  əsasında  dövriyyəyə 



buraхılır.  Emissiya  icazəsi  pul  banknotları  və  sikkələrin  ehtiyat 

fondları  hesabına  RF  MB-yə  dövriyyə  kassasını  qüvvətləndirmək 

hüququ verən sənəddir. 

RUS YA  MƏRKƏZ   BANKI.  Tarix:  Rusiya  Federasiyası 

Mərkəzi  Bankının  tarixi  1860-cı  ildə  çar  Aleksandr  II  tərəfindən 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə