Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə116/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   112   113   114   115   116   117   118   119   ...   133

 

360

Dövlət Kommersiya Bankının yenidən qurulması əsasında Russiya 

Dövlət  Bankını  yaradılmasından  başlayır.  27  dekabr  1917-ci  ildə 

inqilab nəticəsində hakimiyyətə gələn sovet hökuməti “Kommersi-

ya  bankların milliyələşdirilməsi haqqında sərəncam“ qəbul etmiş-

dir. Bütün səhmdar kommersiya bankları milliləşdirilməklə Rusiya 

Dövlət Bankı ilə birləşərək RSFSR-in Milli Bankı yaradılmışdır.  

1921-ci ildə RSFSR-in Dövlət Bankı, 1923-cü ildən isə SSR  

Dövlət Bankı kimi fəaliyyət  göstərirdi. 13 iyul  1990-cı ildə SSR  

Dövlət  Bankının  Rusiya  Respublika  Bankı  əsasında  RSFSR  Ali 

Ş

urasına  hesabat  verən  RSFSR  Dövlət  Bankı  yaradılmışdır.  Bu 



Rusiya Mərkəzi Bankının yaradılma tarixi hesab edilir. 20 dekabr 

1991-ci  ildə  SSR   Dövlət  Bankı  ləğv  olunaraq  bütün  aktiv  və 

passivləri,  həmçinin  Rusiya  ərazisində  olan  əmlakı  RSFSR 

Mərkəzi Bankına verilmişdir. 1991-ci ildən adını dəyişərək Rusiya 

Federasiyasının  Mərkəzi  Bankı  adı  altında  fəaliyyətini  davam 

etdirməkdədir.  1991-1992-ci  illərdə  Rusiya  Mərkəzi  Bankın 

nəzarəti  altında  xüsusi  bankların  kommersiya  filialları  əsasında 

kommersiya  bankları  yaradılmışdır.  Bank  rubla  qarşı  valyuta 

mübadiləsini  müəyyən  edir  və  valyuta  bazarını  yaradaraq 

valyutanın  alqı-satqısını  aparmağa  başlayır.  1992-ci  ildə  Mərkəzi 

Bank  dövlət  büdcəsinin  kassa  əməliyyatlarının  aparılması 

funksiyasını  yeni  yaradılan  Federal  Xəzinədarlığa  ötürülmüşdür. 

1992-1995-ci  illərdə  Mərkəzi  Bank  kommersiya  banklarının 

fəaliyyətinə nəzarət və yoxlama sistemi, valyuta tənzimlənməsi və 

nəzarəti  sistemləri  yaratmışdır.  1995-ci  ildən  başlayaraq  Mərkəzi 

Bank  birbaşa  kreditlərin  ayrılması  yolu  ilə  dövlət  büdcəsinin 

kəsirinin  maliyyələşdirilməsini  və  iqtisadiyyatın  inkişafına  mər-

kəzləşdirilmiş məqsədyönlü kreditlərin ayrılmasını dayandırmışdır.  



Müasir  dönəm  Rusiya  Mərkəzi  Bankı.  1995-ci  ildən 

başlayaraq  Mərkəzi  Bank  birbaşa  kreditlərin  ayrılması  yolu  ilə 

dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsini və iqtisadiyyatın 

inkişafına  mərkəzləşdirilmiş  məqsədyönlü  kreditlərin  ayrılmasını 

dayandırmışdır.  

Bankın həyata keçirdiyi əsas funksiyalar aşağıdakılardır:



 


 

361

• Milli valyutanın sabitliyinin qorununb saxlanılması; 

• Pul nişanlarının buraxılması və tədavüldən çıxarılması;  

• Rusiya  Federasiyası  hökuməti  ilə  birgə  maliyyə-kredit 

siyasətini hazırlanması və həyata keçirilməsi və s.  

Rusiya  Mərkəzi  Bankı  27  təşkilati  strukturdan  ibarətdir. 

Burada  79  ərazi  bölməsi  və  623  kassa-hesablaşma  mərkəzi 

fəaliyyət göstərir.  

Mərkəzi  Bank  Direktorlar  Şurası  tərəfindən  idarə  olunur. 

Ş

ura  darə  Heyətinin  sədri  daxil  olmaqla  12  üzvdən  ibarətdir. 



Ş

uranın  üzvləri  Dövlət  Duması  tərəfindən  4  il  müddətinə  təyin 

edilir.  Mərkəzi  Bankın  darə  Heyətinin  Sədri  Dövlət  Duması 

tərəfindən Prezidentin təklifi əsasında təyin edilir. Dövlət Duması 

Mərkəzi  Bankın  Sədrini  tutduğu  vəzifədən  azad  etmək  huququna 

malikdir. 

 

Mərkəzi Bankın yanında Milli Bank Şurası fəaliyyət göstərir. 



Ş

uranın Federal Assambleya palatalarının, Prezidentin, Rusiya Fe-

derasiyası hökumətinin, Rusiya Mərkəzi Bankının nümayəndələri, 

ekspertlər  və  digər  kredit  təşkilatların  təmsilçilərindən  ibarətdir. 

Bank  Şurası  Direktorlar  Şurası  tərəfindən  təqdim  olunan  Mərkəzi 

Bankın  illik  hesabatlarına  baxılması;  kapital  qoyuluşunun  ümumi 

həcminin  təsdiq  edilməsi;  Bank  işçilərinin  pensiya  təminanatının, 

sosial  və  tibbi  sığortaları  üçün  ayrılan  xərclərin  ümumi  həcmini 

təsdiqetmə funksiyasına malikdir.  

RF  hökuməti  RF  MB  ilə  birlikdə  iqtisadi  siyasətin,  o 

cümlədən  pul  və  kredit  siyasətinin  əsas  istiqamətlərini  müəyyən 

edir.  Mərkəzi  Bank  tərəfindən  iqtisadiyyatın  pul-kredit 

tənzimlənməsi  bazar  iqtisadiyyatında  qəbul  edilmiş  vasitələr  yolu 

ilə  həyata  keçirilir:  kommersiya  banklarının  kreditlər  üzrə  faiz 

dərəcələrinin,  ehtiyat  tələblərinin  dəyişdirilməsi  və  açıq  bazarda 

ə

məliyyatların  aparılması.  Mərkəzi  Bank  pul  kütləsinin  miqdarını 



və artım tempini tənzimləyir. 

Emissiya-kassa  tənzimlənməsinin  həyata  keçirilməsi,  kredit 

təşkilatlarına,  həmçinin  müəssisə  yə  təşkilatlara  kassa  xidmətinin 

göstərilməsi  üçün  Mərkəzi  Bankın  baş  ərazi  idarələrində, 




 

362

hesablama-kassa mərkəzlərində nağd pulların qəbulu və verilməsi 

üzrə  dövriyyə  kassaları  və  pul  biletləri  və  sikkələrin  ehtiyat 

fondlan mövcuddur. 

Rusiya Bankı haqqında Qanunun 1-ci maddəsinə uyğun ola-

raq bu idarə Rusiya Federasiyasının əsas bankıdır və onun mülkiy-

yətindədir.  Rusiya  Bankının  hüquqi  statusunun  öz  xüsusiyyətləri 

var. Bu bank, bir tərəfindən, hüquqi şəxsdir və kommersiya bank-

ları  və  dövlətlə  (büdcə  ilə)  müəyyən  mülki-hüquqi  sövdələşmələr 

həyata  keçirə  bilər.  Digər  tərəfdən,  ona  Rusiyamn  pul-kredit 

sisteminin  idarə  edilməsi  sahəsində  geniş  səlahiyyət  verilmişdir. 

Beləliklə, Rusiya Bankı ikili hüquqi mahiyyətə malikdir. 

RF  Mərkəzi  Bankının  sahibkarlıq  fəaliyyətinə  yönəlmiş 

səlahiyyətlər Rusiya Bankı haqqında Qanunun 45-47-ci maddələri 

ilə müəyyən edilmişdir. Həmin maddələrə əsasən, Rusiya Bankının 

hüquqları aşağıdakılardır: 

1.

 qiymətli kağızlar və digər aktivlərlə təmin etmək şərti ilə 



ə

n çoxu bir il müddətinə kredit vermək; 

2.

 qanunla  müəyyən  olunmuş  şərtlərlə  çekləri  və  barat 



veksellərini,  həmçinin  dövlət  qiymətli  kağızları  və  istiqraz 

vərəqələrini almaq və satmaq; 

3.

 təminat və zəmanət vermək; 



4.

 qanunla 

nəzərdə 

tutulmuş 

digər 

kommersiya 



ə

məliyyatlarını həyata keçirmək. 

Eyni  zamanda  Rusiya  Bankı  haqqında  Qanunun  3-cü 

maddəsinə  uyğun  olaraq  bankın  fəaliyyətinin  əsas  məqsədləri 

aşağıdakılardır: 

1.

  rublun  qorunması  və  sabitliyinin  təmin  edilməsi,  o 



cümlədən  xarici  valyutalara  münasibətdə  rublun  alıcılıq 

qabiliyyətinin saxlanılması; 

2.

  RF-nin bank sisteminin inkişafı və möhkəmləndirilməsi; 



3.

  hesablaşmalar  sisteminin  effektiv  və  fasıləsiz 

işləməsinin təmin edilməsi; 

4.

  Rusiya  Bankı  mənfəət  qazanmaq  naminə  fəaliyyət 



göstərmir. 


Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə