Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə117/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   113   114   115   116   117   118   119   120   ...   133

 

363

Bu məqsədləri həyata keçirmək üçün Rusiya Bankı Qanunun 

4-cü maddəsində əks olunmuş asağıdakı funksiyaları yerinə yetirir: 

1.

  RF  Hökuməti  ilə  qarşılıqlı  fəaliyyət  göstərərək  rublun 



sabitliyinin qorunması və təmin edilməsinə yönəlmiş vahid dövlət 

pul-kredit siyasətini işləyib hazırlayır və həyata keçirir; 

2.

  nağd  pulların  təkbaşına  emissiyasını  həyata  keçirir  və 



onların dövriyyəsini təşkil edir; 

3.

  kredit  təşkilatları  üçün  son  instansiya  kreditoru  kimi 



çıxış edir; 

4.

  RF-də  hesablaşmaların  həyata  keçirilməsi  qaydalarını 



müəyyən edir; 

5.

  bank  əməliyyatları,  mühasibat  uçotu  və  bank  sistemi 



üçün hesabat işlərinin aparılması qaydalarını müəyyən edir; 

6.

  kredit təşkilatlarının dövlət qeydiyyatını həyata keçirir; 



7.

  kredit təşkilatlarının fəaliyyətinə nəzarət edir; 

8.

  kredit  təşkilatları  tərəfindən  qiymətli  kağızların 



emissiyasını qeydə alır; 

9.

  valyuta tənzimləməsini həyata keçirir; 



10.

 xarici dövlətlərlə hesablaşmalar qaydasını müəyyən edir; 

11.

 valyuta nəzarətini təşkil edir və həyata keçirir; 



12.

 RF-nin 


ödəmə 

balansı 


proqnozunun 

işlənib 


hazırlanmasında iştirak edir. 

Rusiya  Bankının  idarəetmə  orqanları  və  strukturu  Qanunun 

17-18-ci maddələrində əks olunmuşdur. 

Rusiya Bankının ali orqanı Direktorlar Şurasıdır. Bu, Rusiya 

Bankının  fəaliyyətinin  əsas  istiqamətlərini  müəyyən  edən,  banka 

rəhbərlik və onu idarə edən kollegial orqandır. 

Direktorlar  Şurasına  Rusiya  Bankının  sədri  və  Direktorlar 

Ş

urasının 12 üzvü daxildir. 



Rusiya  Bankının  sədri  vəzifəyə  Dövlət  Duması  tərəfındən 

RF  Prezidentinin  təqdimatına  əsasən  səs  çoxluğu  ilə  dörd  il 

müddətinə təyin edilir. 

Direktorlar  Şurasının  üzvləri  vəzifəyə  Dövlət  Duması 

tərəfindən  Rusiya  Bankı  sədrinin  Rusiya  Prezidenti  ilə 



 

364

razılaşdırılmış  təqdimatına  əsasən  dörd  il  müddətinə  təyin  edilir. 

Direktorlar Şurası aşağıdakı funksiyaları yerinə yetirir: 

1.

  RF  Hökuməti  ilə  birlikdə  vahid  dövlət  pul-kredit 



siyasətinin əsas istiqamətlərini işləyib hazırlayır  və onların  yerinə 

yetirilməsini təmin edir; 

2.

  Rusiya Bankının illik hesabatını təsdiq edir və Dumaya 



təqdim edir; 

3.

  Rusiya Bankının xərclər smetasını təsdiq edir; 



4.

  Rusiya Bankının strukturunu müəyyən edir; 

5.

  Mərkəzi  Bankın  pul-kredit  siyasəti  məsələlərinə  dair 



qərarlar qəbul edir; 

6.

  Rusiya Bankının baş auditorunu təyin edir.  



Rusiya  Bankı  Dövlət  Duması  qarşısında  hesabat  verir,  bu, 

özünü aşağıdakı məqamlarda göstərir: 

1.

  Rusiya Bankı sədrinin vəzifəyə təyin və vəzifədən azad 



edilməsi  Dövlət  Duması  tərəfindən  RF  Prezidentinin  təqdimatına 

ə

sasən həyata keçirilir; 



2.

  Rusiya  Bankı  Direktorlar  Şurası  üzvlərinin  vəzifəyə 

təyin  və  vəzifədən  azad  edilməsi  də  həmçinin  Dövlət  Duması 

tərəfindən həyata keçirilir; 

3.

  hər  il  Rusiya  Bankının  Direktorlar  Şurası  Dövlət 



Dumasına  Rusiya  Bankının  fəaliyyəti  haqqında  illik  hesabat 

təqdim edir. 

Bundan  əlavə,  Dövlət  Duması  Rusiya  Bankının  fəaliyyəti 

haqqında  parlament  dinləmələri  keçirir  və  bank  sədrinin 

məruzələrini dinləyir. 

Lakin,  digər  məsələlərdə  Rusiya  Bankı  öz  səlahiyyətlərini 

müstəqil  surətdə  həyata  keçirir,  odur  ki,  dövlət  hakimiyyətinin 

federal orqanları, RF subyektlərinin hakimiyyət  orqanları və  yerli 

özünüidarə orqanları onun fəaliyyətinə müdaxilə etmək hüququna 

malik deyil. 

Rusiya  Bankı  bank  tənzimləməsi  və  kredit  təşkilatlarının 

fəaliyyətinə  nəzarət  orqanıdır,  bu  bank  bank  qanunvericiliyi  və 




 

365

Rusiya  Bankının  normativ  aktlarına  kredit  təşkilatları  tərəfindən 

riayət edilməsinə nəzarət edir. 

Bank  tənzimləməsi  və  nəzarətin  başlıca  məqsədi  ölkənin 

bank  sisteminin  sabitliyini  qoruyub  saxlamaqdan,  əmanətçi  və 

kreditorların  maraqlarını  müdafiə  etməkdən  ibarətdir.  Rusiya 

Bankı federal qanunlarla nəzərdə tutulmuş hallar istisna edilməklə, 

kredit təşkilatlarının operativ fəaliyyətinə müdaxilə etmir. 



Fəaliyyət:

 

Bankın həyata keçirdiyi əsas funksiyalar aşağıda-

kılardır:

 

♦ 

Milli valyutanın sabitliyinin qorununb saxlanılması; 



♦ 

Pul nişanlarının buraxılması və tədavüldən çıxarılması;  

♦ 

Rusiya  Federasiyası  hökuməti  ilə  birgə  maliyyə-kredit 



siyasətini hazırlanması və həyata keçirilməsi və s.  

Təşkilati  struktur:  Rusiya  Mərkəzi  Bankı  27  təşkilati 

strukturdan  ibarətdir.  Burada  79  ərazi  bölməsi  və  623  kassa-

hesablaşma mərkəzi fəaliyyət göstərir.  

Mərkəzi  Bank  Direktorlar  Şurası  tərəfindən  idarə  olunur. 

Ş

ura  darə  Heyətinin  sədri  daxil  olmaqla  12  üzvdən  ibarətdir. 



Ş

uranın  üzvləri  Dövlət  Duması  tərəfindən  4  il  müddətinə  təyin 

edilir.  Mərkəzi  Bankın  darə  Heyətinin  Sədri  Dövlət  Duması 

tərəfindən Prezidentin təklifi əsasında təyin edilir. Dövlət Duması 

Mərkəzi  Bankın  Sədrini  tutduğu  vəzifədən  azad  etmək  huququna 

malikdir. 

 

Mərkəzi Bankın yanında Milli Bank Şurası fəaliyyət göstərir. 



Ş

uranın Federal Assambleya palatalarının, Prezidentin, Rusiya Fe-

derasiyası hökumətinin, Rusiya Mərkəzi Bankının nümayəndələri, 

ekspertlər  və  digər  kredit  təşkilatların  təmsilçilərindən  ibarətdir. 

Bank  Şurası  Direktorlar  Şurası  tərəfindən  təqdim  olunan  Mərkəzi 

Bankın  illik  hesabatlarına  baxılması;  kapital  qoyuluşunun  ümumi 

həcminin  təsdiq  edilməsi;  Bank  işçilərinin  pensiya  təminanatının, 

sosial  və  tibbi  sığortaları  üçün  ayrılan  xərclərin  ümumi  həcmini 

təsdiqetmə funksiyasına malikdir.  

Rusiya  bank  sistemi.  Hal-hazrıda  Rusiya  kredit  sisteminin 

strukturu aşağıdakı kimidir: 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə