Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə118/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   114   115   116   117   118   119   120   121   ...   133

 

366

1.

  Rusiya Mərkəzi Bankı. 



2.

  Bank sistemi: 

2.1.Kommersiya bankları; 

2.2. Rusiya Əmanət Bankı; 

2.3. Digər ixtisaslaşdırılmış banklar. 

3.  xtisaslaşdırılmış kredit-maliyyə institutları: 

3.1.Sığorta şirkətləri; 

3.2.Qeyri-dövlət pensiya fondları; 

3.3. nvestisiya şirkətləri; 

3.4.Maliyyə-tikinti şirkətləri. 

Ş

übhəsiz,  kredit  sisteminin  yeni  strukturu  daha  çox  sivil 



bazar təsərrüfatının ehtiyaclarını əks etdirir. 

Eyni zamanda kredit sisteminin təşəkkül prosesi onun bütün 

struktur  haqlarında  müəyyən  problem  və  nöqsanları  aşkar  etdi. 

Başlıca problemlərə aşağıdakılar aiddir: 

1.

  Xırda  kommersiya  bankları  öz  mövcudluğunu  qoruyub 



saxlayır,  onlar  zəif  maliyyə  bazasına  malik  olduğunda  müştəri 

tələbatının öhdəsindən gələ bilmir; 

2.

  əmanət  Bankı  bank  bazarında  özünün  inhisarçı,  qeyri-



məhdud mövqeyini qoruyub saxlayır; 

3.

  ipoteka  banklarının  yaradılmasının  əsası  kimi  Torpaq 



mülkiyyəti haqqında qüvvədə olan Qanunun olmaması; 

4.

  nvestisiya banklarının fəaliyyət göstərməsinin əsası kimi 



korporativ  qiymətli  kağızlar  bazarının  inkişafı  üçün  real  şəraitin 

olmaması; 

5.

  Ixtisaslaşdırılmış  qeyri-bank  institutları  bazarının 



tənzimlənməsi üçün real qanunvericilik bazasının olmaması. 

Bütün  bu  problemlər  sənaye  baxımından  inkişaf  etmiş 

ölkələrin kredit sistemlərinə ən qısa zamanda yaxınlaşmaq yolunu 

tutan  Rusiya  kredit  sisteminin  inkişafını  əhəmiyyətli  dərəcədə 

ləngidir. 

1998-ci  ilin  avqust  ayı  bank  böhranının  başlanğıcı  hesab 

olunur. O zaman hökumət daxili dövlət borcu üzrə defisit və xarici 

banklara  olan  borcların  ödənilməsinə  moratori  elan  etdi.  Rusiya 




 

367

Federasiyası bank sisteminin yenidən qurulması proqramında qeyd 

edildiyi kimi, 1997-ci ilin dekabr ayını bank böhranının başlanğıcı 

hesab  etmək  olar.  Həmin  vaxtdan  etibarən  daxili  maliyyə 

bazarındakı faiz dərəcələri kəskin surətdə artdı. 

Artıq banklar aşağı dərəcələr üzrə ehtiyatlar cəlb etmək və öz 

borc alan müəssisələrinə ucuz kreditlər vermək iqtidarında deyildi. 

Ona  görə  də  borc  alanlar  aldıqları  yüksəkfaizli  kreditlərə  xidmət 

göstərə və əvvəllər aldıqları kreditləri vaxtında qaytara bilmirdilər. 

Dövlət  qiymətli  kağızları  ilə  aparılan  əməliyyatların 

dayandırılması  nəticəsində  bank  sisteıninin  ümumi  aktivlərinin 

16%-i  faktiki  olaraq  donduruldu.  Bununla  bərabər,  banklar 

likvidliyin  tənzimlənməsinin  əsas  instrumentlərindən  biri  kimi 

dövlət qiymətli kağızlar bazarmdan (QKO-OFZ) istifadə edirdilər. 

Çünki kredit təşkilatının müxbir hesabında vəsaitlər kifayət qədər 

olmadıqda bu bazarın iş mexanizmi öhdəliklərin yerinə yetirilməsi 

üçün  dövlət  istiqrazları  paketinin  bir  hissəsini  operativ  surətdə 

satmağa imkan verirdi. 

Bank  sisteminin  həm  mütləq  miqdarda,  həm  də  böhranın 

inkişafı  zamanı  itkilərə  nisbətən  kapitallaşma  səviyyəsinin  aşağı 

səviyyədə  olması  böhraınn  kəskinləşməsinə  əhəmiyyətli  təsir 

göstərdi. 

Daxılı  ehtiyat  bazarının  zəifliyi  və  bankların  xarici  vəsait 

mənbələrindən  asılılığı  bank  böhranının  inkişafına  əhəmiyyətli 

təsir  göstərdi.  1998-ci  ilin  7  ayı  ərzində  müəssisələrdən, 

təşkilatardan  və  əhalidən  cəlb  olunmuş  vəsaitlərin  həcmi  18,6 

milyard  rubl  azalaraq  passivlərin  42%-i  təşkil  etmişdir.  Lakin, 

qeyd  etmək  lazımdır  ki,  böhranm  güc-lənməsmə  baxmayaraq, 

ə

hali  kifayət  qədər  fəalhq  nümayiş  etdirmirdi.  Bankların  apardığı 



fəal  reklam  kampaniyası  və  hökumətin  devalvasiyanın  baş 

verməyəcəyinə  dair  təminatları  tələbli  əmanətləri  azaldaraq 

ortamüddətli  əmanətlərin  həcmini  artırdı.  Bu  proseslər 

inflyasiyanın 11% təşkil etməsi şəraitində 40-50%-li dərəcələr cəlb 

edilməklə  həyata  keçirilirdi.  Bununla  belə,  Rusiyada  fıziki 

şə

xslərdən  cəlb  edilmiş  resurs  ən  az  stabilliyə  malik  olan 




 

368

resursdur,  vəsaitlərin  cəlb  edilmə  müddətlərinin  uzadılması  bank 

sisteminin resurs bazasının stabilliyinin artmasından xəbər vermir. 

Bu,  defoltun  elan  olunduğu  ilk  günlərdə  təsdiq  edildi,  o  zaman 

ə

manətçilər  kütləvi  surətdə  öz  pullarını  banklardan  çıxarmağa 



çalışırdı. 

Böhran  əvvəlcə  iri  sistem  təşkil  edən  banklara  toxundu. 

Sistem  təşkil  edən  banklara  elə  banklar  aiddir  ki,  onlarm  ləğvi 

xeyli sosial və iqtisadi məsrəflərə gətirib çıxara bilərdi. Bu banklar 

geniş yayılmış filiallar şəbəkəsinə və beynəlxalq kredit təşkilatları 

ilə əlaqələrə malikdir. Onların xidmət göstərdiyi müştərilərin sayı 

daha çoxdur. 

1998-ci  ilin  sentyabr  ayında  bankların  yenidən  qurulma 

dövrü başlandı. 

Kommersiya  banklarının  yenidən  qurulması  yolunu 

müəyyən  edən  Rusiya  Bankı  onlan  dörd  qrupa  bölməyi  zəruri 

hesab etdi. Bununla, bankların böhrandan çıxarılması imkanları və 

onların böhrandan sonrakı sistemdə yeri müəyyən edildi. 

Birinci  qrupa  maliyyə  cəhətdən  sabit  olan  bütün  banklar 

daxil edildi. Bu qrupa maliyyə böhranı ilə şərtləndirilən müəyyən 

çətinlikləri  olan,  lakin  müstəqil  surətdə  böhranın  nəticələrini 

aradan  qaldırmağa  qadir  olan  banklar  da  daxil  idi.  Birinci  qrupa 

daxil  olan  banklar  RF  Morkəzi  Bankının  müvəqqəti  yardımına 

güvənə bilərdi. 

kinci  qrupa  yalnız  RF-nin  subyektlərı  olan  regionlar  üçün 

böyük iqtisadi və sosial əhəmiyyət kəsb edən banklar daxil idi. Bu 

banklar  xüsusı  maliyyə  sağlamlaşdırılması  planlarını  işləyib 

hazırlamalı  idi.  Onlar  Rusiya  Bankının  kapitalın  artırılmasında 

iştirakı yolu ilə, habelə bankların səhmlərinin idarə olunması, yeni, 

o cümlədən xarici investorların cəlb edilməsi, kreditlərin verilməsi 

yolu ilə yardıma güvənə bilərdilər.  kinci qrupa daxil olan banklar 

regional banklar sistemində «dayaq» banklarına çevrilməli idi. 

Üçüncü qrupa ayrı-ayrı iri (struktur əmələ gətirən), müstəqil 

surətdə  bank  əməliyyatlarını  aparmaq  imkanı  olmayan  banklar 

daxil  edildi.  Olduqca  böyük  sosial  və  iqtisadi  xərclərlə  əlaqədar 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə