Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə119/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   115   116   117   118   119   120   121   122   ...   133

 

369

onları  bağlamaq  məqsədə  uyğun  deyildi.  Bu  qrupa  daxil  olan  hər 

bir  bank  üçün  fərdi  maliyyə  sağlamlaşdırılması  planmm 

mövcudluğu  nəzərdə  tutulmuşdu.  Onların  yenidən  qurulması  RF 

Mərkəzi  Bankı  və  Kredit  Təşküatlarınm  Yenidən  Qurulması  üzrə 

Agentliyin (KTYQA) idarəçiliyi ilə həyata keçirilməli idi. 

Dördüncü  qrupa  öz  fəaliyyətlərini  müstəqil  surətdə  bərpa 

etməli olan banklar daxil edildi. Əgər buna müvəffəq olmazlarsa, o 

zaman  onlar  öz  fəaliyyətlərini  dayandırmalıdırlar.  Bu  bankların 

ə

manətçi və kreditorlarının əmanətlərini digər banklara köçürmək 



yolu ilə onlara yardım göstərilməsi nəzərdə tutulmuşdur. 

1998-ci  ildə  Rusiyanın  400-dən  artıq  bankı  problemli 

banklar  kimi  tanındı.  Onların  bir  çoxu  üçün  müflislik  və  ya 

qarışma  reallığa  çevrildi.  Cəmiyyət  nöqteyi-nəzərindən  qarışma 

müflislikdən daha məqbuldur. Müəyyən məqamadək bankın başqa 

bank qarışması və ya ona birləşməsi onu müflisləşdirməkdən daha 

ucuz  başa  gəlir.  Lakin  bu  uzun,  əzablı  və  ziddiyyətli  prosesdir, 

çünki mənfəət labüd itkiləri hər zaman ödəmir. 

Bankların  qarışma  və  ya  birləşmə  şsklində  yenidən 

qurulması  haqqında  metodik  göstərişlər  bank  böhranı  ərəfəsində 

işlənib hazırlanmış və daha sonra dəqiqləşdirilmişdir. 

1998-ci  ilin  avqust  ayında  baş  vermiş  bank  böhranından 

sonrakı  yenidənqurma  dövrü  belə  bir  nəticəyə  gəlməyə  əsas  verir 

ki, Rusiyanın bank sistemi böhranının nəticələrini müvəffəqiyyətlə 

aradan qaldıraraq zəruri sabitlik əldə etmişdir.  

Rusiyanın  dövlətlərarası  maliyyə  təşkilatlarında  iştirakı. 

Rusiyada  bazar  iqtisadiyyatınən  təşəkküllünün  mühüim  aspektlə-

rindən  biri  onun  beynəlxalq  əmək  bölgüsündə  bərabərhüquqlu 

iştirak məqcədilə dünya iqtisadi sisteminə inteqrasiya olunmasıdır. 

Ş

übhəsiz,  belə  bir  inteqrasiya  Rusiyanın  dövlətlərarası  maliyyə 



təşkilatlarında tam iştirakını nəzərdə tutur. 

Dünya  əhəmiyyətli  be;ə  təşkilatlara  ilk  növbədə  Birləşmiş 

Millətlər  Təşkilatının  kinci  Dünya  müharibsindən  sonra  yaradıl-

mış  üç  ixtisaslaşdirılmış  maliyyə-kredit  stitutu  aiddir,  həmin  təş-




 

370

kilatlara üzvlük Rusiya üçün xüsusilə aktualdır. Bu təşkilatlar aşa-

ğ

ıdakılardır: 



1.

 Beynəlxalq Valyuta Fondu (BVF); 

2.

 Dünya Bankı Qrupu (DB); 



3.

 Avropa Yenidənqurma və  nkişaf Barkı (AY B). 

Beynəlxalq  Valyuta  Fondu  dövlətlərin  valyuta-kredit  müna-

sibətlərinin tənzimlənməsi və ictimai dünya valyutası ilə qısamüd-

dətli kreditlərin verilməsi yolu ilə onlara maliyyə yardımının gös-

tərilməsi  üçün  nəzərdə  tutulmuşdur.  BVF-nin  yarandığı  1944-cü 

ildən  ABŞ-ın  dolların  qızıla  mübadiləsini  ləğv  etdiyi  1971-ci  ilə-

dək ABŞ dolları dünya valyutası rolunda çıxış edirdi. 

Dollar qızılla əlaqəni itirdikdə, ABS və Beynəlxalq Valyuta 

Fondu  isə  fəal  demonetizasiya  äyaasətini  həyata  keçirməyi 

başladıqda  dünya  valyuta  sisteminin  yenidən  qurulması  obyektiv 

zərurəti meydana gəldi. 

Belə  bir  şərait  dünya  valyuta  sistemində  ayrı-ayrı  ölkələrin 

iqtisadi  vəziyyətinə  qarşı  neytral  mövqe  tutacaq,  BVF-nin  bütün 

üzvləri üçün məqbul olacaq edə qızılı biləcək pul vahidinin istifadə 

üçün müəyyən edilməsi ilə bağlı fəaliyyətə təkan verəcəkdi. 

Uzun sürən müzakirələrdən sonra BVF-nin SDR adlandırılan 

yeni  beynəlxalq  pulun  emissiyasını  başlayacağı  ilə  bağlı 

kompromis qərar qəbul edildi. 

BVF  üzvlərinin  Yamayka  sazişi  nəticəsində  qızıl  rəsmi 

surətdə  demonetizasiya  edildikdən  sonra  Beynəlxalq  Valyuta 

Fondu SDR-in emissiyasını həyata keçirir. 

BVF  səhmdar  cəmiyyət  modeli  əsasında  qurulmuşdur.  Hər 

bir ölkə SDR ilə ifadə edilmiş kvotaya malikdir. Ölkələrin BVF ilə 

rnünasibətləri  (kapitala  ödəmələr;  BVF  ehtiyatlarından  istifadə 

imkanları, müvafiq qərarlar qəbul edilərkən səslərin miqdarı; ölkə 

tərəfindən  alınan  SDR-in  məbləği  və  s.)  kvota  əsasında  müəyyən 

edilir. Kvotanın həcmi ÜDM-in həcminə, ödəniş balansına, rəsmi 

girov valyuta ehtiyatlarına müvafıq müəyyən edilir. 

Kapitalın  və  müvafıq  olaraq  kvotaların  məbləği  vaxtaşırı 

olaraq  yenidən  nəzərdən  keçirilir  və  dəqiqləşdirilir.  Kapitalın 



 

371

növbəti  onbirinci  artımı  1999-cu  ilin  yanvar  ayında  baş  verdi  və 

nəticədə  BVF-nin kapitalı 212 milyard SDR-ə qədər  (297 milyon 

dollar) artdı. 

Rusiya  1992-ci  ihn  iyun  ayında  BVF-nin  üzvü  oldu.  Hal-

hazırda  onun  kvotası  5,9  milyard  SDR  (8,3  milyard  dollar)  təşkil 

edir.  Kvotaların  ümumi  məbləğinin  2,8%-i  onun  payına  düşür  və 

Rusiya doqquzuncu yerdədir (Kanadadan sonra). 

BVF-də  üzvlük  Rusiyaya  həyata  keçirilən  iqtisadi  islahata 

maliyyə  dəstəyi  vermək  və  Dövlət  büdcəsinin  kəsirini  ödəmək 

üçün  sərbəst  konvertasiya  edilən  valyutada  kredit  almaq  imkanı 

verir. 


1993-1998-ci  illər  ərzində  Dünya  Bankı  Rusiyaya  ümumi 

məbləği 11,4 milyard dollar təşkil edən 41 istiqraz vərəqəsi təqdim 

etmişdir. 

Rusiya  1990-cı  ildə  təşkil  olunmuş  Avropa  Yenidənqurma 

və  nkişaf  Bankının  (AY B)  iştirakçısıdır  (1994-cü  ildə  qəbul 

edilmişdir).  Bankın  10  milyon  avro  həcmində  kapitalı  hər  biri  10 

avro  dəyərində  olan  1  milyon  səhmə  bölünür.  Rusiya  aparıcı 

səhmdarlardan biri hesab olunur: bütün səhmlərin 4% onun payına 

düşür. 

AY B-in  başlıca  vəzifəsi  Avropa  ölkələrinin  açıq  bazar 



iqtisadiyyatına keçməsinə yardım etməkdən ibarətdir. Bunun üçün 

AY B  rəqabətədavamlı  özəl  sektorun,  ilk  növbədə  kiçik  və  orta 

müəssisələrin  inkişafına  və  genişlənməsinə  yardım  edir, 

sahibkarlıq  fəaliyyətini  inkişaf  etdirmək  məqsədilə  xarici  və  yerli 

kapitalın  səfərbər  edılməsinə  yardım  göstərir;  investisiyaları  özəl 

müəssiisələrin  inkişafı  üçün  şərait  yaradan  infrastruktur 

obyektlərinə yönəldir. 

Avqust  böhranınadək  Rusiya  AY B-in  maliyyə  ehtiyatların-

dan bəhrələnən əsas dövlətllərdən biri idi. Bank tərəfındən verilmiş 

kreditlərin 25%-i Rusiya üçün nəzərdə tutulmuşdu. Avqust böhra-

nından  sonra  AY B-in  Rusiyaya  münasibətdə  kredit  siyasəti  hər 

bir investisiya layihəsinə onun maliyyə bazarında sabitliyn nöqte-

yi-nəzərindən yanaşma istiqamətində yenidən nəzərdən keçirildi. 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə