Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə12/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   8   9   10   11   12   13   14   15   ...   133

 

35 

qtisadi  vahidlərin  fəaliyyətlərin  daxili  və  xarici  əlaqələr 

olmaq üzrə 2 istiqamətdə hərəkət edir.Beynalxaq iqtisadiyyatın tək 

qalibi  var.O  isə  möhkəm  dayanaqlı  pulф  sahib  olan  ölkədir.  Zəif 

pula  dünyada  yer  yoxdur.Valyuta  təklif  və  tələb  bərabərliyi 

məzənnə adlanır. 

Valyuta  məzənnə  siyasəti  -  milli  iqtisadiyyatla  dünya 

iqtisadiyyatı arasında vasitəlik edir. 

 Dünyada gedən qloballaşma prosesi, ölkələrarası inteqrasiya 

prosesinin  dərinləşməsi,  onlar  arasında  qarşılıqlı  əlaqə  və  bir-

birinə  bağlılıq  dünya  iqtisadiyyatının  inkişafı  kontekstində  , 

məzənnə    bir  tərəfdən  сiddi  makroiqtisadi  göstərijisi  kimi  qəbul 

edilir, digər tərəfdən isə valyuta-məzənnə tarazlığı dövlətin iqtisadi 

siyasətinin  prioritet məqsədlərindən biridir. 

Ölkənin  dünya  bazarında  rəqabət  qabiliyyətliyi  valyuta 

məzənnəsinin  dinamikasından  asılıdır.  Valyuta  kursunun  köməyi  

ilə  xarijdə  istehsal  edilən  istənilən  mal  və  xidmətlərin  qiymətini 

ölçmək olar. 

Valyuta  bazarında  məzənnənin    2  funksiyası  var:    daxili 

iqtisadi  şərtləri  və  xarici  iqtisadi  şərtləri  dəyərləndirək,    ikisi 

arasında tarazlığı qurmaqdır və valyuta məzənnəsi də qiymət qəbul 

edildiyinə görə, o zaman valyuta təklif və tələbini gerçək səviyyə 

tarazlığında tutmaq gərəkdir. 

Beləlikə  məzənnə  daxili  qiymətlə  xarici  qiymət  arasında 

ə

laqəni  yaradan  yeganə  vasitədir  və  ən  önəmli  makroiqtisadi 



göstəricilərindən biridir. 

Məzənnə valyuta isytehsal edən sektorlarla  valyuta isteklak  

edən  sektor  arasında  tarazlığı  qoruyur  və  beləliklə  eyni  qayda  ilə 

ixrac  sektorı  və  idxal  sektorları  arasında  stimullaşdırma  və 

qorumaçılıq siyasəti həyata keçirir. 

Başqa  bir  sözlə  ifadə  etsək,  valyuta  qazananlara  tam 

qarışılığı  verilmiş,  valyutaya    isə  ehtiyacı  olanlar  tam  dəyərini  

ödəyərək almış olurlar. 

qtisadiyyatın    işləyişinə  təsir  edən  önəmli  parametr- 

qiymətdir.Hər  qiymətdə  olduğu  kimi  buradada  valyutanın  defisit 




 

36

dərəcəsi  həm  istehsalçıya  həm  də  isteklakçıya  təsir  etməkdədir. 

Necə  ki,  məhdud  bir  olan  malın  qitmətini  aşağı  tutmaq  istəyi 

istehsalçını cəzalandırmaq və  istehsalı daraltmaq anlamına qəlir. 

Bu  vəziyyətdə  valyuta  məzənnəsi  tarazlı  məzənnə  altında 

kəskin  dəyərlənmiş  olduğundan  ortaya  bir  rant  çıxacaq  və 

istehlakçı  rant  formasında  idxalatçı  sektora  yəni  valyuta  ehtiyacı 

olana  axtarmış  olacaqdır.Az  dəyərlənmiş  bir  məzənnə  isə  valyuta 

istehsalçılarına bir rant axtarmış olacaq.  

Qiymət  artımı,  xariji  ölkələr  tərəfindən  milli  məhsula  tələb 

azalır və nətijədə milli valyuta dəyərsizləşir. 

Amma  məzənnə  sadəcə  təklif  və  tələbə  daxil  deyildir. 

Məzənnə  siyasəti  –  ölkənin  ixrajat  potensiyalına  və  investiya 

mühitinə təsir edən ən önəmli formalaşdırma tədbirlər məjmusudur 

(məs:  tədiyyə  balansının  tənzimlənməsi,  ölkənin  qızıl-valyuta 

ehtiyatları). 

Məzənnə  siyasətini  anlamaq  üçün  önjə  inflasiya  ilə,  faiz  və 

valyuta  məzənnəsinin  arasındakı  əlaqələri  müəyyən  etmək 

lazımdır. Qiymət artımı pul vahidinin məzənnəsini aşağı salır, tərsi 

məzənnə aşağı düşməsi qiymət artımına yol açır. 

Məzənnə  siyasətinin  fəlsəfəsi:  məzənnə  sabitliyi,  onun 

dinamikasını  proqnozlaşdıra  bilmək;  ixracatın  qəbul  edilə  bilər  

rentabellik  dərəcəsi  və  daxili  bazarın  qorunmasının    optimal 

variantı. 

Məzənnə 

siyasəti 

makroiqtisadi 

tarazlığının 

təmin 

olunmasında  rolu  və  əhəmiyyəti  çox  vacib  göstərijilərdən  biridir. 



Bundan öncə, məzənnənın  sadəcə valyuta təklif və tələbinə bağlı 

olmağını qeyd etdik. 

Valyuta  məzənnəsinə  təsir  edən  amillər:  daxili  və  xariji 

qiymət  səviyyəsi  (SGP  nəzəriyyəsi);  xarici    ticarət  balansına  aid 

statistik  göstəricilər;  beynəlxalq  kapital  hərəkətində  dəyişikliklər 

(məs. ölkə daxilində faiz dərəjələrinin artımı: öz növbəsində milli 

pul  vahidinin  dəyərini  artırır);  tədiyyə  balansının  ayrı-ayrı 

maddələrində  dəyişiklik  (ixrajat  artımı,  milli  valyutanın 

güjlənməsinə,  bu  isə  öz  növbəsində  ölkənin  beynəlxalq  aləmdə 



 

37 

rəqabət qabiliyyətliyinə mənfi təsir göstərir); dövlət budcəsinə aid 

göstəricilər;  xarici  borc  və  faiz  ödəmələri;  dövlət  budcəsinə  aid 

göstəricilər,  xarici  borc  və  faiz  ödəmələri;  pul  miqdarındakı 

dəyişmələr;  Mərkəzi  bankın  qızıl-valyuta  ehtiyatlarının  həcmi  və 

beynəlxalq  qurumların  ölkə  iqtisadiyyatına  bağlı  dəyərləndirmə 

notları və s. 

Faiz,  qiymət,  gəlir  kimi  dəyişkənlər  xəbər  və  ya  rəsmi  

qurumların açıqlamalarından təsirləndiyi kimi, valyuta kurslarının 

da bunlardan təsirlənməsi aksiomadır. Siyasi xəbərlər bu mövzuda 

ön sırada  gəlməkdədir.  qtisadiyyatda  gedən prosesləri və valyuta 

kurslarındakı  dəyişmələri  təhmin  etmək  üçün  təməl  iqtisadi 

göstəriciləri izləmək və araşdırmaq lazımdır.  

Qeyri-bazar  amillər:  Valyuta  bazarında  MB  müdaxilə 

dərəcəsi;  ölkədə    siyasi  vəziyyət  və  beynəlxalq  valyuta  bazarında 

ümumi vəziyyət və meyllər. 

Siyasi  və  psixoloci  amillər  də  valyuta  kurslarına  təsir  edən 

amillərdəndir.  qtisadi  amillər,  uzunmüddətli  valyuta  kurslarının 

müəyyən  edilməsində  çox  əhəmiyyətli  rol  oynayırlar.  Anjaq 

iqtisadi  olmayan  amillər  də  çox  vaxt  valyuta  kurslarına  da  ciddi  

təsir edir. Bu təsir nəticəsində bəzi pullar üzərində meydana gələn 

münasibətlər  də  rol  oynayır.  Məsələn,  sverçə  frankı  etibarlı 

puldur.  Bu  da  onun  müəyyən  bir  ölçüdə  qüvvətli  pul  olduğunu 

göstərir.  

Azərbaycanda valyuta siyasətinin əsas vəzifələri aşağıdakılar 

olmuşdur:  Manatın  real  bazar  dəyərinin  təminatı;  dollarlaşma 

meylinin  zəifləməsi;  qızıl-valyuta  rezervlərinin  səmərəli  istifadəsi 

və  real  valyuta  məzənnəsinin  istifadəsi  üçün  səmərəli  alətlərdən 

istifadə. 

Manatın  məzənnəsi  –  iqtisadiyyatın  sosial  və  iqtisadi 

sağlamlığının əsas indikatorlarından biridir. 

Azərbaycanda    makroiqtisadi  tarazlığının  təminatı  üçün 

aşağıdakı  vəzifələr  müəyyən  edilir:  pul  tədavülünün  dayanıqlığı; 

büdcənin tarazlığı; valyuta məzənnəsinin sabitliyi. 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə