Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə121/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   117   118   119   120   121   122   123   124   ...   133

 

376

FƏS L XIV. QAZAXISTANIN PUL-KRED T 

S STEM  

 

Qazaxıstanın  Mərkəzi  Bankının  1997-ci  ildə  milli  pul  vahidi 

olan  tanqe  ilə  açdığı  kreditlərin  faiz  dərəcəsi  49  %,  valyuta  üçün 

tətbiq  etdiyi  faiz  20  %  olmuşdur.  Qazaxıstanda  fond  birjası  fəaliy-

yətinə  1995-ci  ildən  başlanmışdır.  Ümumiyyətlə,  Qazaxıstan  Orta 

Asiya ölkələri içində ölkəyə axan xarici sərmayə miqdarına görə bi-

rinci  yerdədir. Ölkədə müxtəlif ölkələrin banklarının şöbələri və nü-

mayəndəlikləri  mövcuddur.  Türkiyənin  iki  bankı    Ziraət  Bankı  və 

Ə

mlak  Bankının  filialı  Alma-Atada  fəaliyyət  göstərir.  Türk 



Eksimbank  Qazaxıstan  iqtisadiyyatına  240  milyon  dollarlıq  kredit 

ayırmışdır. 

Qazaxıstan Milli Bankı Qazaxıstan Respublikasının mərkəz ban-

kı olmaqla ölkənin ikipilləli bank sisteminin üst pilləsini təşkil edir.  

Sovet  ttifaqı  dövründə  Qazaxıstan  Milli  Bankı  (QMB)  

SSR   Dövlət  Bankının  respublika  kontoru  olaraq  fəaliyyət 

göstərmişdir.  Bununla belə, Qazaxıstan SSR-də pul dövriyyəsinin 

idarə olunması mərkəzləşdirilmiş qaydada həyata keçirilmişdir. 16 

aprel 1991-ci il tarixində “Qazaxıstan Respublikasının dövlət müs-

təqilliyi  haqqında”  qanunun  qəbul  edilməsindən  sonra  QMB 

özünün  maliyyə-kredit,  pul  sistemlərini,  qızıl  ehtiyatlarını  almaz 

və  valyuta  ehtiyatlarını  saxlamaq  hüququ  əldə  etmişdir.  13  aprel 

1993-cü  il  tarixində  qəbul  olunan  “Qazaxıstan  Milli  Bankı 

haqqında” qanun QMB-nin fəaliyyət prinsipləri, hüquqi statusu və 

səlahiyyətlərini müəyyənləşdirmişdir. Qazaxıstan Prezidentinin 30 

mart  1995-ci  il  tarixli  Sərəncamı  əsasında  QMB  özlüyündə 

mərkəzləşdirilmiş  struktura  çevrilmişdir.  Prezidentin  31  avqust 

1995-ci  il  tarixli  Sərəncamı  ilə  isə  Qazaxıstanda  ikipilləli  bank 

sisteminə  keçid  oldu  və  QMB  bu  sisteminin  üst  pilləsini  təşkil 

etməyə başladı.  

Fəaliyyət: QMB aşağıda qeyd olunan funksiyaları həyata 

keçirməkdədir:  




 

377

• Ölkənin pul-kredit siyasəti; 

• Ölkə ərazisində əskinaz və sikkələrin emissiyası; 

• Banklar bankı funksiyası; 

• Hökumətin bankı, maliyyə məsləhətçisi və agenti 

funksiyası; 

• Ödəniş sistemlərinin fəaliyyət göstərməsinin təşkili; 

• Ölkədə valyuta tənzimlənməsi və nəzarəti; 

• Ölkənin qızıl-pul aktivlərinin idarə olunması; 

• Maliyyə təşkilatlarına nəzarət funksiyası; 

• Ölkənin Milli Fondunun idarə olunması.   

Təşkilati  struktur:  Qazaxıstan  Milli  Bankının  darə  Heyəti 

Sədr  və  üç  müavindən  ibarətdir.  Bundan  əlavə  Direktorlar  Şurası 

mövcuddur  ki,  Bura  darə  Heyətinin  üzvləri  və  9  departament 

direktoru daxildir.  

Qazaxıstan Milli Bankı mərkəzi aparat, 11 departament (1-i 

Astanada  olmaqla),  10  ayrı  idarə  və  1  şöbədən  ibarətdir.  Bundan 

ə

lavə,  16  ərazi  filialı  və  Almatı  şəhərində  2  filial  fəaliyyət 



göstərməkdədir.  QMB-nin  tək  xarici  nümayəndəliyi  Rusiya 

Federasiyasındadır. Bunlardan əlavə aşağıda qeyd olunan 4 təşkilat 

Milli Banka hesabat verməkdədir: 

• Banklararası hesablaşmaları mərkəzi; 

• Bank xidməti bürosu; 

• Qazaxıstan sikkəxanası; 

• Əskinaz fabriki. 

QMB aşağıdakı səhmdar cəmiyyətlərin təsisçisidir: 

• Qazaxıstan əmanətlərin zəmanəti agentliyi; 

• Sığorta ödənişlərinin zəmanəti fondu; 

• Qazaxıstan ipoteka kreditlərinin zəmanəti fondu; 

• Qazaxıstan Milli Bankının Ehtiyat Mərkəzi  

Yuxarıda  qeyd  olunanlardan  əlavə,  QMB  “Milli  Prosessinq 

Mərkəzi”nin 

təsisçilərindən, 

“Pensiya 

Yığım 

Fondunun” 



səhmdarlarından biridir.  


 

378

Beynəlxalq əlaqələr: Qazaxıstan Milli Bankının beynəlxalq 

ə

məkdaşlıq münasibətləri əsas olaraq aşağıda qeyd olunan 



istiqamətlərdə inkişaf etdirilir:   

• Xarici mərkəzi banklar və beynəlxalq maliyyə təşkiları ilə 

ə

laqələri inkişaf etdirilməsi və dərinləşdirilməsi; 



• QMB-nin beynəlxalq maliyyə təşkilatları və xarici mərkəzi 

banklardan aldığı texniki yardımın əlaqələndirilməsi; 

• MDB ölkələrinin dövlətlərarası təşkilati strukturlarda 

iştirakı; 

• Qazaxıstan Respublikasının beynəlxalq maliyyə 

təşkilatlarının nizamnamə kapitalında iştirakı. 

 

 

 



 


 

379

SƏRBƏST MÖVZULAR 

 

1.

  ABŞ müasir bank  sistemi 



2.

  Federal  Ehtiyat  Sistemi  -  ABŞ-ın  mərkəzi  bank  sistemi 

kimi  

3.

  Kanadanın mərkəzi bankı olan Kanada Bankı 



4.

  Kanadanın pul- kredit sistemi 

5.

  Kanada banklarının fəaliyyəti. 



6.

  Maastrixt  müqaviləsi  və  Avropa  Birliyi  ölkələrinin 

iqtisadi konvergensiyasının meyarları  

7.

  Avropa  Birliyi  ölkələrinin  vahid  pul  sistemini 



tənzimləyən  ilk  maliyyə  müəssisəsi  Avropa  Valyuta  nstitutu  və 

onun əsas vəzifələri.  

8.

  AMB  Avrozona  üzrə  faiz  dərəcələrini  təyin  edən  orqan 



kimi.  

9.

  AMB  və  Avropa  Mərkəzi  Banklar  Sisteminin  əsas 



məqsədi və qarşısında duran əsas vəzifələr 

10.


 AMB-nin monetar funksiyaları 

11.


 Alman federal bankının əsas funksiyaları.  

12.


 Almaniyanın bank sisteminin ikinci həlqəsi - kommersiya 

banklarının fəaliyyəti 

13.

 Fransa Mərkəzi Bankının məqsəd və vəzifələri.  



14.

 Fransız kommersiya banklarının fəaliyyətinin təhlili.  

15.

 funt sterlinq dünyanın əsas strateji valyuta ehtiyatı kimi. 



16.

  ngiltərə Bankının  əsas funksiyaları  

17.

 Britaniya Krallığının kredit təşkilatlarının fəaliyyəti.  



18.

 Yapon yeninin dünyanın strateji valyuta ehtiyatları içində 

yeri . 

19.


 Yaponiya Bankı ölkənin mərkəzi bankı kimi.  

20.


 Yaponiya

 

Bankının funksiyaları  



21.

 Çin Xalq Bankının fəaliyyəti  

22.

 Türkiyənin pul sisteminin tarixi inkişafı.  



23.

 Türkiyə  Cümhuriyyəti  Mərkəzi  Bankının  məqsəd  və 

vəzifələri  



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə