Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə125/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   121   122   123   124   125   126   127   128   ...   133

 

389

Beta  əmsalı  -  Fond  bazarında  qiymətli  kağızın  kursunun 

dəyişməsi ilə umumi bazar kursunun dəyişməsi arasında kəmiyyət 

nisbətini  ifadə  edən  gostərici.  Beta  əmsalı  AK&M  agentliyi 

tərəfindən  hesablanır.  Əgər  Beta  əmsalı  musbətdirsə,  onda  bu 

qiymətli  kağızın  səmərəliliyi  bazarın  səmərəliliyinə  uyğundur. 

Mənfi  beta  əmsalı  zamanı  həmin  qiymətli  kağızın  səmərəliliyi 

bazarın səmərəliliyi artdıqca azalacaqdır. Beta əmsalını, həmcinin, 

qiymətli  kağızlara  investisiya  riskinin  olcusu  hesab  etmək  olar. 

Beta əmsalının boyuk olması zamanı investisiyaların risk dərəcəsi 

orta  hesabla  bazara  gorə  yuksəkdir.  Beta  əmsalının  kicik  olması 

zamanı investisiyaların risk dərəcəsi aşağı olur. 

Beynəlxalq  kredit  -  Borc  kapitalının  olkələr  arasında 

hərəkəti və fəaliyyəti ilə muşayiət olunan kredit novudur. Kreditor 

  borc  alan  rolunda  banklar,  iri  şirkətlər,  xususi  sahibkarlar, 

dovlət  idarələri,  hokumət,  həmcinin  beynəl  xalq  və  regional 

təşkilatlar cıxış edə bilərlər. 

Beynəlxalq  reytinq  agentliyi  -  Beynəlxalq  reytinq 

agentliyidir.  Moody’s  reytinqləri  risk  səviyyəsi  və  alıcının  borc 

uzrə  odənişləri  vaxtında  edə  bilməsi  əsasında  muəyyən  edir. 

hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir. 



Beynəlxalq  Valyuta  Fondu  –  əsası  1944-cu  ildə  ABŞ-ın 

Nyu-Hempşir  ştatının  Bretton-Vuds  əyalətində  BMT-nin 

valyutamaliyyə  konfransında  qoyulan,  valyuta-maliyyə  sferasında 

beynəlxalq  əməkdaşlığı  təmin  etmək,  beynəlxalq  ticarətin 

genişlənməsinə  və  tarazlı  inkişafına  şərait  yaratmaq,  bununla  da 

uzv  olkələrin  iqtisadi  yuksəlişinə  yardımcı  olmaq,  uzv  olkələrin 

valyuta  stabilliyinə  və  s.  xidmət  etmək  məqsədilə  yaradılan 

maliyyə institutudur.  



Beynəlxalq bank bazarı  – bankların təsbit edilmiş müddət 

ə

rzində qısamüddətli likvidlik problemlərini uyğunlaşdırmaq üçün 



öz  aralarında  borc  alıb  verdiyi  pul  bazarıdır.  Faiz  dərəcəsini 

müəyyənləşdirən birinci dərəcəli bankların faiz dərəcəsi inter-bank 

offered rate adlanır.  



 

390

Birbaşa investisiya  – gəlir əldə etmək və müəssisənin idarə 

edilməsində  iştirak  etmək  məqsədilə  kompaniyanın  nizamnamə 

kapitalına və əsas vəsaitlərə qoyulan investisiyadır.   

Banklararası  pul  bazarı  -  Banklararası  qısamüddətli  (bir 

gündən bir ilədək) kredit və depozit bazarıdır. 



Banklardan  kənar  nağd  pul  -  Mərkəzi  Bankın  və 

kommersiya  banklarının  kassalarında  olan  pullar  istisna  olmaqla 

Mərkəzi Bank tərəfindən dövriyyəyə buraxılmış nağd puldur.  

Baza  inflyasiya  -  Qiymətləri  dövlət  tərəfindən  tənzimlənən 

malların  qiymətlərinin  dəyişimindən  və  mövsümi  amillərdən 

təmizlənmiş inflyasiyadır. 

Benefisiar  ştirakçı – vəsaiti alan  ştirakçıdır. 

BMS – Mərkəzi Bankın Baş Mühasibatlıq Sistemidir. 

Beynəlxalq  ödəniş  kartı-  Beynəlxalq  kart  təşkilatlarının 

(Visa, MasterCard, American Express və s.) üzvü olan yerli və ya 

xarici  banklar  tərəfindən  emissiya  edilmiş,  beynəlxalq  kart 

təşkilatlarının loqotipini daşıyan, ölkə daxilində və ölkədən kənar 

ə

məliyyatların aparılması üçün istifadə olunan kartdır. 



Dünya  Bankı  –  dünyada  qlobal  iqtisadi  inkişaf  məqsədlərinə 

xidmət  edən  və  maliyyə  resurslarının  bölgüsünü  təmin  edən  ən 

böyük  donor  təşkilatlardan  biri.  Bankın  əsas  məqsədi  kasıb 

ölkələrə  struktur  islahatlarının  həyata  keçirilməsində  və 

yoxsulluğun  azaldılmasında  yardım  göstərməkdir.  Ayrı-ayrı 

ölkələrdə sabit və davamlı inkişafa nail olmaq üçün Dünya Bankı 

öz maliyyə resurslarından, yüksək ixtisaslı kadrlarından və biliklər 

bazasından istifadə edir. Dünya Bankı heç də klassik mənada bank 

deyil,  ixtisaslaşmış  agentlikdir.  BMT  tərəfindən  yaradılan  bu 

agentliyin  hazırda  184  üzvü  var.  Həmin  ölkələr  bu  qurumun 

fəaliyyətinə  nəzarət  edir.  Dünya  Bankı  inkişaf  etməkdə  olan 

ölkələrə  çox  aşağı  faiz  dərəcəsi  ilə  və  ya  faizsiz  uzunmüddətli 

kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə 

də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir. 

DBnin 

strukturları: 



IBRD; 

IFC  (International  Finance 

Corporation);  IDA  (International  Development  Agency  );  MIGA 




 

391

(Multinational 

Investment 

Guarantee 

Agency); 

ICSID 

(International Center for Settlement of Investment Disputes). 



Denominasiya    –  köhnə  pul  nişanlarının  qəbul  edilmiş  nisbət 

qaydasında  yenisi  ilə  əvəz  edilməsi,  pul  tədavülünün  qaydaya 

salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul 

vahidinin  miqyas  dəyişikliyidir.  Buna  sadə  dillə  “sıfırların 

silinməsi”  də  deyilir.  Mal  və  xidmətlərin  qiymətləri,  tariflər, 

ə

məkhaqqı,  pensiyalar,  təqaüdlər,  idarə  və  müəssisələrin 



balanslarında, bank hesablarında olan pul vəsaitlərinin qalığı da bu 

nisbətlə yenidən hesablanır. 



Dövriyyədə  olan  nağd  pul  Mərkəzi  Bank  tərəfindən  dövriyyəyə 

buraxılmış  nağd  pullardır.  Buraya  bank  sistemindən  kənarda  olan 

nağd  pulla  yanaşı  Mərkəzi  Bankın  və  kommersiya  banklarının 

kassalarında olan nağd pullar da daxildir. 



Dəhlizin  minimal  həddi  bir  günlük  vəsaitlərin  cəlbolunma 

(REPO)  faiz  dərəcəsi  ilə,  maksimal  həddi  isə  -  bir  günlük 

vəsaitlərin  yerləşdirmə  (Əks-REPO)  faiz  dərəcəsilə  müəyyən 

olunur.  



Dövriyyədə olan nağd pul -  Mərkəzi Bank tərəfindən dövriyyəyə 

buraxılmış  nağd  pullardır.  Buraya  bank  sistemindən  kənarda  olan 

nağd  pulla  yanaşı  Mərkəzi  Bankın  və  kommersiya  banklarının 

kassalarında olan nağd pullar da daxildir. 



Devalvasiya  Milli  valyutanın  xarici  valyutaya  nəzərən 

məzənnəsinin ucuzlaşdırılmasıdır. 



Dezinflyasiya  –  Qiymətlərin  artımı  prosesini  səngitmək  üçün 

dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemidir. O cümlədən 

Mərkəzi  Bankın  pul  siyasətinin  sərtləşdirilməsi  dezinflyasiya 

tədbirlərinə aiddir. 



Dollarlaşma  –  Milli  valyutaya  paralel  olaraq  sərbəst  dönərli 

valyutanın  daxili  pul  tədavülündə  yer  almasdır.  Dollarlaşma 

səviyyəsini  ölçmək  üçün  müxtəlif  göstəricilərdən  istifadə  edilir. 

Belə  göstəriciyə  misal  olaraq  xarici  valyutada  əmanət  və 

depozitlərin  cəmi  əmanət  və  depozitlərdə  xüsusi  çəkisini 

göstərmək  olar.  Bu  göstərici  pulun  yığım  funksiyasının 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə