Microsoft Word bvkm-xopks docx


edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və  ya dolayı yolla sahiblikdir.   M



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə127/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   123   124   125   126   127   128   129   130   ...   133

 

395

edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və 

ya dolayı yolla sahiblikdir.  

Mərkəzi  Bankın  uçot  dərəcəsi  "faiz  dərəcələri  dəhlizi"nin  bir 

parametri  kimi  çıxış  edir.  Faiz  dərəcələri  dəhlizinin  parametrləri 

iki  aydan  bir  ölkədəki  makroiqtisadi  durum  və  Mərkəzi  Bankın 

inflyasiya hədəfi əsas götürülərək müəyyən olunur. 



Monetar  şərait  indeksi  -  Monetar  şərait  indeksi  pul  siyasətinin 

ə

məliyyat hədəflərində orta çəkili dəyişməni ifadə edir. Əməliyyat 



hədəfləri  kimi  bir  qayda  olaraq  qısamüddətli  faiz  dərəcəsi  və 

məzənnə 


götürülür. 

MŞ  


aşağıdakı 

düstur 


vasitəsilə 

qiymətləndirilir:  Burada,  və  –  müvafiq  olaraq,  hesabat  və  baza 

dövründə real faiz dərəcəsi; və – müvafiq olaraq, hesabat və baza 

dövründə  mübadilə  məzənnəsi;  və  –  müvafiq  olaraq,  real  faiz 

dərəcəsi  və  valyuta  məzənnəsi  üzrə  normallaşdırılmış  xüsusi 

çəkidir. 



Monetizasiya  - 

qtisadiyyatın  pulla  təminatı  səviyyəsini 

xarakterizə  edən  göstəriciləri  özündə  ehtiva  edir.  Məsələn,  pul 

kütləsinin  ÜDM-də  xüsusi  çəkisi  iqtisadiyyatın  monetizasiya 

səviyyəsinin göstəricisidir. 

Məzənnə  rejimləri  -  Ölkədə  milli  valyutanın  xarici  valyutaya 

nəzərən  məzənnəsinin  müəyyən  edilməsi  üsulu.  Təcrübədə  3 

məzənnə  rejimi  mövcuddur:  1.  Üzən  2.  Üzən-tənzimlənən  3. 

Təsbit  edilmiş.  Üzən  məzənnə  rejimində  məzənnə  valyuta 

bazarında  tələb-təklif  əsasında,  heç  bir  müdaxilə  olmadan 

formalaşır.  Mərkəzi  Bank  yalnız  fövqəladə  hallarda  valyuta 

bazarına  müdaxilə  edir.  Üzən-tənzimlənən  rejimdə  isə  məzənnə 

ə

sasən  tələb-təklif  əsasında  müəyyən  edilsə  də,  Mərkəzi  Bank 



kəskin tərəddütlərinin qarşısını almaq üçün aktiv fəaliyyət göstərir.  

Nominal  faiz  dərəcəsi  - 

nflyasiya  nəzərə  alınmadan 

hesablanmamış  cari  faiz  dərəcəsi. nflyasiya  nəzərə  alındıqda 

nominal faiz dərəcəsindən real faiz dərəcəsini əldə etmək olar: (1 + 



r

)(1 + i) = (1 + R), – nominal faiz dərəcəsi, – real faiz dərəcəsi, 



– inflyasiya səviyyəsi. 




 

396

Nyu York Fond Birjası -  ABŞ-ın Nyu York şəhərində  yerləşən 

və bazar kapitallaşmasına go rə dunyanın ən boyuk səhm birjası. 



Paris klubu  – xarici borclarını ödəməkdə çətinlik çəkən ölkələrin 

başqa  ölkələrin  dövlətlərindən  aldıqları  borcların  (dövlətdən 

dövlətə  borclar)  restrukturizasiyasına  (strukturun  yenidəntəşkili) 

aid görüşmələrin təşkil edildiyi rəsmi toplantı platformu.  



Portfel  -  nvestorun  maliyyə  alətləri  dəsti.  Portfel  birbaşa  olaraq 

investorlar  tərəfindən  və  ya  maliyyə  vasitəciləri  tərəfindən  qurula 

bilər.  Portfelin  qurulması  zamanı  investor  gəlirlikdən  əlavə  riskə 

də  fikir  verməlidir.  Portfelin  umumi  riskini  azaltmaq  məqsədilə 

diversifikasiyadan istifadə olunur. Az risk tələb edən investorların 

portfelləri 

adətən 

sabit 


gəlirli 

qiymətli 

kağızlar 

və 


pulekvivalentlərindən,  yuksək  risklə  yuksək  gəlir  etmək  istəyən 

investorların  portfelləri  isə  səhmlər,  deri  vativlər  və  alternativ 

investisiyalardan ibarət olur. 

Pulun  alıcılıq  gücü  –  müəyyən  pul  vahidi  ilə  konkret  dövrdə 

inflyasiya və  ya deflyasiya nəzərə alınmaqla əldə etmək mümkün 

olan mal və xidmətlərin məcmusudur. 

Pulun  dövriyyə  sürəti    –  müəyyən  iqtisadiyyatda  hər  bir  pul 

vahidinin müəyyən bir vaxtda neçə dəfə əl dəyişdirdiyini göstərən 

ölçü. 

Pul  vəsaitlərinin  hərəkəti  –  şirkətin  maliyyə  vəziyyətinin 

göstəricisi.  Müəyyən  aralıq  vaxt  müddətində  pul  vəsaitlərinin 

daxilolmaları ilə ödənişlər arasındakı münasibəti bildirir. 

Pul  bazası-  Pul  kütləsinin  Mərkəzi  Bank  tərəfindən  qısa  müddət 

ə

rzində  dəyişdirilə  bilən  hissəsi  nəzərdə  tutulur.  Pul  bazasının 



tərkibinə  dövriyyədə  olan  nağd  pul  və  bank  ehtiyatları 

(kommersiya  banklarının  Mərkəzi  Bankdakı  müxbir  hesablarının 

qalıqları) daxildir. 

Pul kütləsi- Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş 

vasitələrinin  məcmusudur.  Maliyyə  bazarları  inkişaf  etdikcə  pul 

kütləsinə  daxil  edilən  aktivlərin  sayı  artır.  Müasir  dövrdə 

likvidliyin  müəyyən  minimal  həddini  özündə  təcəssüm  etdirən 

maliyyə aktivləri pul kütləsinə daxil edilir. Likvidlik prinsipindən 



 

397

ə

lavə  adətən  pul  kütləsinə  maliyyə  aktivlərinin  elə  bir  qrupu  aid 



edilir ki, o pul siyasətinin hədəfi olmağa yararlı olsun. Azərbaycan 

praktikasında  pul  kütləsinin  3  növü  fərqləndirilir:  a)  dar  mənada 

pul  kütləsi  (M1),  b)  manatla  geniş  mənada  pul  kütləsi  (M2),  c) 

geniş mənada pul kütləsi (M3).  



Pul  icmalı  -  Ölkənin  maliyyə  sektoru  ilə  digər  sektorlar  arasında 

olan  pul  münasibətlərini  əks  etdirən  göstəricilər  sistemidir.  Pul 

icmalı  ölkənin  Mərkəzi  Bankının  və  kommersiya  banklarının 

analitik  balanslarının  birləşdirilməsi  əsasında  formalaşır.  Analitik 

balanslar ölkənin Mərkəzi Bankının aylıq mühasibat balansının və 

kredit  təşkilatlarının  icmal  mühasibat  balansının  göstəricilərinin 

analitik qruplaşdırılması vasitəsilə hesablanır. 

Pul  kütləsinin  hədəflənməsi  -  Mərkəzi  Bank  tərəfindən  pul 

kütləsinin  həcminin  tənzimlənməsini  nəzərdə  tutan  pul  siyasəti 

rejimidir.  Bu  zaman  Mərkəzi  Bankın  fəaliyyəti  pul  kütləsinin 

dəyişimi üzrə hədəfə nail olunmasına yönəldilir. 



Pul  multiplikatoru  -  qtisadiyyatın,  xüsusilə  də  bank  sisteminin 

pul  yaratmaq  qabiliyyətini  xarakterizə  edir  və  geniş  mənada  pul 

kütləsinin (M2) manatla pul bazasına nisbəti kimi hesablanır. 

Pul  siyasəti  -  Pul  siyasəti  əsasən  qiymətlərin  sabitliyinin  təmin 

edilməsi  məqsədilə  həyata  keçirilən  tədbirlər  sistemidir.  Mərkəzi 

Bank  valyuta  məzənnəsi,  pul  kütləsi  və  faiz  dərəcələrini 

tənzimləmək  vasitəsilə  inflyasiya  proseslərinə  təsir  göstərir. 

Azərbaycanda  pul  siyasəti  Mərkəzi  Bank  tərəfindən  həyata 

keçirilir  və  onun  son  məqsədi  öz  səlahiyyətləri  çərçivəsində 

qiymətlərin sabitliyini təmin etməkdən ibarətdir. 

Pul siyasəti alətləri - Mərkəzi Bankın qarşısına qoyduğu hədəflərə 

nail  olmaq  üçün  istifadə  etdiyi  iqtisadi  dəyişənlərdir.  Pul  siyasəti 

alətləri  birbaşa  və  dolayı  alətlərə  bölünür.  Birbaşa  alətlərə  missal 

olaraq faiz dərəcələri üzərində nəzarət, kreditləşmə dəhlizi, birbaşa 

və  ya  məqsədli  kreditlərin  verilməsini  göstərmək  olar.  Dolayı 

alətlərə misal olaraq açıq bazar əməliyyatlarını göstərmək olar. 



Pul  siyasəti  alətlərinin  avtonomiyası  Mərkəzi  Bankın  qarşıya 

qoyulmuş  məqsədlərə  nail  olması  üçün  pul  siyasəti  alətlərini 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə