Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə16/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   12   13   14   15   16   17   18   19   ...   133

 

48

mi  məzənnəsinin  müəyyən  edilməsi  mexanizmini  daha  da 

liberllaşdırmaq  üzrə  qəti  addım  atmışdır.  1999-cu  ilin  iyul  ayının 

12-dən  başlayaraq  manatın  xarici  valyutalara  nisbətən  rəsmi 

məzənnəsinin  Bankı  Banklararası  Valyuta  Birjasında  formalaşan 

məzənən  əsasında  təyin  olunması  mexanizmi  ləğv  edilmişdir. 

Həmin tarixdən xarici valyutalara nisbətdə rəsmi məzənnə hər gün 

daxili  valyuta  bazarının  bütün  seqmentlərində  təyin  edilmiş  mə-

zənnələrin əsasında orta çəki prinsipi üzrə hesablanır. 

Gələcəkdə  respublikada  valyuta  münasibətləri  inkişaf  etdik-

cə, valyuta tənzimlənməsi praktikasının daha da liberallaşdırılması 

və milli valyutanın – manatın xarici dönərliliyinə mərhələ-mərhələ 

tam  nail  olunması  məqsədilə  bu  sahədəki  qanunvericilik  daha  da 

təkmilləşəcəkdir. 

«Valyuta tənzimi haqqnda» qanunda aşağıdakı anlayışlardan 

istifadə edilib:  

«Azərbaycan Respublikasının milli valyutası»(bundan sonra 

«milli valyuta»):  

1.  Tədavüldə  olan,  eləcə  də  tədavüldən  çıxarılan,  lakin 

tədavüldə  olan  pul  nişanlarına  dəyişdirilə  bilən  Azərbaycan 

Respublikası  Mərkəzi  bankının  bank  biletləri  (banknotları) 

şə

klində olan manatlar və sikkələri; 



2.  Azərbaycan  Respublikasında  banklarda  və  digər  kredit 

təşkilatlarında hesablarda olan manat vəsaiti; 

3. Azərbaycan Respublikasından kənarda yerləşən banklarda 

və digər kredit təşkilatlarında hesablarda olan manat vəsaiti. 

4. "Milli valyutada qiymətli kağızlar"- manatla ifadə edilmiş 

ödəniş  sənədləri  (çeklər,  veksellər,  akkreditivlər  və  s.),  fond 

sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri. 

5. Xarici valyuta: 

5.1.  müvafiq  xarici  dövlətin  və  ya  dövlətlər  qrupunun 

ə

razisində  tədavüldə  olan  və  qanuni  ödəniş  vasitəsi  sayılan,  eləcə 



də  tədavüldən  çıxarılmış  və  ya  çıxarılan,  lakin  həmin  ərazidə 

tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə 

biletləri və sikkələr şəklində pul nişanları; 



 

49 

5.2. xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya 

hesablaşma vahidlərində hesablarda olan vəsaitlər.  

6. Valyuta sərvətləri: 

6.1. xarici valyuta; 

6.2.)  xarici  valyutada  qiymətli  kağızlar  -  xarici  valyutada 

ifadə  edilmiş  ödəniş  sənədləri  (  çeklər,  veksellər,  akreditivlər  və 

s.), fond sərvətləri(səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri; 

6.3.  qiymətli  metallar  -  zərgərlik,  digər  məişət  məmulatı  və 

bu məmulatın qırıntıları istisna olmaqla, hər hansı növdə və halda 

olan  qızıl,  gümüş,  platin  və  platin  qrupundan  olan  metallar 

(paladium, iridium, rodium, rutenium və osmium); 

6.4.  xam  və  emal  edilmiş  (zərgərlik,  digər  məişət  məmulatı 

və  bu  məmulatın  qırıntıları  istisna  olmaqla)  təbii  daş-qaş  (almaz, 

yaqut, zümrüd, sapfir, aleksandrit, mirvari). 

Qiymətli  metallardan  və  qiymətli  təbii  daş-qaşdan 

hazırlanmış  məmulatın,  zərgərlik  və  digər  məişət  məmulatına, 

yaxud  onların  qırıntılarına  aid  edilməsi  qaydası  və  şərtlərini 

Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. 

7. Rezidentlər: 

7.1. Azərbaycan Respublikasında daimi  yaşayış  yeri olan, o 

cümlədən  Azərbaycan  Respublikası  hüdudlarından  kənarda 

müvəqqəti qalan fiziki şəxslər; 

7.2.  Azərbaycan  Respublikası  qanunvericiliyinə  müvafiq 

surətdə yaradılmış hüquqi şəxslər; 

7.3.    Azərbaycan  Respublikasında  yerləşən  və  Azərbaycan 

Respublikasının  qanunvericiliyinə  müvafiq  surətdə  yaradılmış, 

lakin hüquqi şəxs olmayan müəssisə və təşkilatlar; 

7.4.  Azərbaycan  Respublikası  hüdudlarından  kənarda 

yerləşən  Azərbaycan  Respublikasının  diplomatik  və  digər  rəsmi 

nümayəndəlikləri; 

7.5.  bu  bəndin  "b"və  "c"  yarımbəndlərində  göstərilmiş 

rezidentlərin  Azərbaycan  Respublikası  hüdudlarından  kənarda 

yerləşən filialları və nümayəndəlikləri. 

8. Qeyri-rezidentlər: 



 

50

8.1.  Azərbaycan  Respublikası  hüdudlarından  kənarda  daimi 

yaşayış  yeri  olan,  o  cümlədən  Azərbaycan  Respublikasında 

müvəqqəti qalan fiziki şəxslər; 

8.2.)  xarici  dövlətlərin  qanunvericiliyinə  müvafiq  surətdə 

yaradılmış  Azərbaycan  Respublikası  hüdudlarından  kənarda 

yerləşən  hüquqi  şəxslər  və  hüquqi  şəxs  olmayan  müəssisə  və 

təşkilatlar; 

8.3. Azərbaycan Respublikasında  yerləşən xarici diplomatik 

və  digər  rəsmi  nümayəndəliklər,  habelə  beynəlxalq  təşkilatlar, 

onların nümayəndəlikləri və filialları; 

8.4.  bu  bəndin  "b"  yarımbəndində  göstərilmiş  qeyri-

rezidentlərin  Azərbaycan  Respublikasında  yerləşən  filialları  və 

nümayəndəlikləri (büro və agentlikləri). 

9. Valyuta əməliyyatları: 

9.1.  valyuta  sərvətlərinə  mülkiyyət  hüququnun  və  digər 

hüquqların  keçməsi  ilə  əlaqədar  əməliyyatlar,  o  cümlədən  ödəniş 

vasitəsi  kimi  xarici  valyutadan  və  xarici  valyutada  ödəniş 

sənədlərindən istifadə edilməsi; 

9.2. valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətiril-

məsi  və  göndərilməsi,  eləcə  də  Azərbaycan  Respublikasından  çı-

xarılması və göndərilməsi; 

9.3. beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi. 

10. Xarici valyuta ilə və xarici valyutada qiymətli kağızlarla 

ə

məliyyatlar  cari  və  kapitalın  hərəkəti  ilə  bağlı  valyuta 



ə

məliyyatlarına bölünürlər. 

11. Cari valyuta əməliyyatları: 

11.1. malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə he-

sablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən ar-

tıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmala-

rın  həyata  keçirilməsi  üçün  xarici  valyutanın  Azərbaycan  Res-

publikasına və Azərbaycan Respublikasından köçürülməsi; 

11.2.  180  gündən  artıq  olmayan  müddətə  maliyyə 

kreditlərinin alınması və verilməsi; 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə