Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə17/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   13   14   15   16   17   18   19   20   ...   133

 

51 

11.3. əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti 

ilə  bağlı  başqa  əməliyyatlar  üzrə  faizlərin,  dividentlərin  və  digər 

gəlirlərin  Azərbaycan  Respublikasına  və  Azərbaycan  Respublika-

sından köçürülməsi; 

11.4.  Azərbaycan  Respublikasına  və  Azərbaycan  Respubli-

kasından  qeyri-ticarət  xarakterli  köçürmələr,  o  cümlədən,  əmək 

haqqı, təqaüd, aliment və miras üzrə məbləülərin köçürülməsi, elə-

cə də digər bu kimi əməliyyatlar. 

12. Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları: 

12.1.  birbaşa  investisiyalar,  yəni  gəlir  əldə  etmək  və 

müəssisənin  idarə  edilməsində  iştirak  etmək  hüququna  malik 

olmaq  məqsədi  ilə  müəssisənin  nizamnamə  kapitalına  qoyulan 

sərmayə; 

12.2. qiymətli kağızların əldə edilməsi; 

12.3. torpaq və yerin təki də daxil olmaqla binalar, qurğular, 

eləcə də yerləşdiyi ölkənin qanunvericiliyi ilə daşınmaz əmlaka aid 

edilən  digər  əmlak  üzərində  mülkiyyət  hüququnun,  habelə 

daşınmaz  əmlak  üzərində  başqa  hüquqların  ödənilməsi  üzrə 

köçürmələr; 

12.4.  malların,  işlərin  və  xidmətlərin  ixracı  və  idxalı  üzrə 

180  gündən  artıq  müddətə  ödəniş  möhlətinin  verilməsi  və 

alınması; 

12.5.  müvəkkil  banklar  tərəfindən  valyuta  vəsaitlərinin  180 

gündən artıq müddətə depozitə cəlb edilməsi; 

12.6. cari valyuta əməliyyatları olmayan bütün digər valyuta 

ə

məliyyatları. 



13. "Müvəkkil banklar" - valyuta əməliyyatlarının aparılması 

üçün  Azərbaycan  Respublikasının  Mərkəzi  bankının  lisenziyasını 

almış banklar və digər kredit təşkilatlarıdır.  

 Rezidentlər arasında milli valyuta ilə hesablaşmalar heç bir 

məhdudiyyət  qoyulmadan  aparılır.    Azərbaycan  Respublikasında 

qeyri-rezidentlər  tərəfindən  milli  valyutanın  əldə  edilməsi  və 

ondan istifadə edilməsi qaydası Azərbaycan Respublikası Mərkəzi 

bankı tərəfindən müəyyən edilir.  Rezidentlər və qeyri-rezidentlər 




 

52

tərəfindən  milli  valyutanın  və  milli  valyutada  ifadə  edilmiş 

qiymətli  kağızların  Azərbaycan  Respublikasından  çıxarılması  və 

göndərilməsi  eləcə  də  Azərbaycan  Respublikasına  gətirilməsi  və 

göndərilməsi  Azərbaycan  Respublikası  Mərkəzi  bankının  və 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  birgə  müəyyən 

etdikləri qaydada həyata keçirilir. 

 

 

3.5. F Z K  ŞƏXSLƏR TƏRƏF NDƏN VALYUTA 

SƏRVƏTLƏR N N AZƏRBAYCAN RESPUBL KASINA 

GƏT R LMƏS  VƏ AZƏRBAYCAN RESPUBL KASINDAN 

ÇIXARILMASI  QAYDALARI 

 

Fiziki  şəxslər  tərəfindən  valyuta  sərvətlərinin  Azərbaycan 

Respublikasına  gətirilməsi  və  Azərbaycan  Respublikasından 

çıxarılması    qaydaları  «Valyuta  tənzimi  haqqında»  Azərbaycan 

Respublikası  Qanununa  və  Azərbaycan  Respublikasının  Gömrük 

Məcəlləsinə  müvafiq  olaraq  hazırlanmış  və  fiziki  şəxslər 

tərəfindən  valyuta  sərvətlərinin  Azərbaycan  Respublikasına  nağd 

gətirilməsi  və  Azərbaycan  Respublikasından  nağd  çıxarılması 

qaydalarını müəyyən edir.  

Fiziki  şəxslər  tərəfindən  valyuta  sərvətlərinin  Azərbaycan 

Respublikasına  gətirilməsi  və  Azərbaycan  Respublikasından 

çıxarılması  qaydaların  məqsədləri  üçün  istifadə  olunmuş  "fiziki 

şə

xs olan rezidentlər" (bundan sonra rezidentlər), "fiziki şəxs olan 



qeyri-rezidentlər"  (bundan  sonra  qeyri-rezidentlər),  "müvəkkil 

banklar", "valyuta sərvətləri", o cümlədən, "xarici valyuta", "xarici 

valyutada  qiymətli  kağızlar"  və  "qiymətli  metallar"  anlayışları 

"Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununda   

şə

rh edildiyi kimi başa düşülür.  



Rezidentlər  tərəfindən  valyuta  sərvətlərinin  Azərbaycan  

Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxa-

rılması.  Rezidentlər  valyuta  sərvətlərini  gömrük  orqanlarında  bə-



 

53 

yan etməklə  məhdudiyyət qoyulmadan Azərbaycan Respublikası-

na nağd şəkildə gətirə bilərlər. 

Rezidentlər  tərəfindən  Azərbaycan  Respublikası  ərazisinə 

gətirilmiş  valyuta  sərvətlərinin  məbləği  10.000  (on  min)  ABŞ 

dolları  ekvivalentinədək  olduqda  onların  gətirilməsi  gömrük 

orqanları tərəfindən "Şərnişin gömrük bəyannaməsi" (Əlavə № 1) 

ilə, 10.000 (on min) ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə 

olduqda  isə    "Sərnişin  gömrük  bəyannaməsi"  və  "Gömrük 

vəsiqəsi" ilə rəsmiləşdirilir. 

Rezidentlər  Azərbaycan  Respublikasına  əvvəllər  nağd 

şə

kildə  gətirilmiş  valyuta  sərvətlərindən  50.000  (əlli  min)  ABŞ 



dolları  ekvivalentinədək  məbləği  gömrük  orqanlarında  bəyan 

etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.  

Rezidentlər  tərəfindən  Azərbaycan  Respublikasına  əvvəllər 

nağd  şəkildə  gətirilmiş  valyuta  sərvətləri  ölkə  ərazisindən  nağd 

çıxarılarkən  gömrük  organlarına  "Sərnişin  gömrük  bəyannaməsi" 

(nağd  gətirilmiş  valyuta  sərvətlərinin  məbləği  10.000  (on  min) 

ABŞ  dolları  ekvivalentinədək  olduqda)  və  "Sərnişin  gömrük  bə-

yannaməsi”  və  "Gömrük  vəsiqəsi"  (nağd  gətirilmiş  valyuta 

sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentindən 

çox olduqda) təqdim edilməlidir.  

Rezidentlər  Azərbaycan  Respublikasına  əvvəllər  nağd 

şə

kildə  gətirilmiş  50.000  (əlli  min)  ABŞ  dolları  ekvivalentindən 



artıg  məbləğdə  valyuta  sərvətlərini  valyuta  gətirilən  ölkənin  bank 

və  ya  digər  kredit  təşkilatı  tərəfindən  bu  vəsaitlərin  həmin 

rezidentə  nağd  verilməsini  təsdiq  edən  arayışı  təqdim  etməklə 

Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  müəyyən  etdiyi 

qaydada 

müvəkkil 

banklar 

vasitəsi 

ilə 

Azərbaycan 



Respublikasından kənara köcürə bilərlər. 

Rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş 

valyuta  sərvətlərindən  50.000  (əlli  min)  ABŞ  dolları 

ekvivalentinədək  məbləği  müvəkkil  banklar  tərəfindən  verilmiş 

"Azərbaycan  Respublikasına  əvvəllər  köçürülmüş  xarici  valyuta 

sərvətlərinin  verilməsi  haqqında"  bank  arayışı  əsasında,  gömrük 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə