Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə18/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   14   15   16   17   18   19   20   21   ...   133

 

54

orqanlarında  bəyan  etməklə  Azərbaycan  Respublikasından  nağd 

şə

kildə çıxara bilərlər. 



Rezidentlər  tərəfindən    adambaşına  10.000  (on  min)  ABŞ 

dolları  ekvivalenti  məbləğində  valyuta  sərvətləri  (fond  sərvətləri 

istisna  olmaqla)  sənəd  təqdim  edilmədən,  gömrük  orqanlarında 

bəyan  edilməklə  Azərbaycan  Respublikasından  nağd  şəkildə 

çıxarıla bilər. 

Xarici ölkələrə xidməti ezamiyyətə gedən rezidentlər, həmin 

şə

xsləri  ezamiyyətə  göndərən  təşkilatlara  xidmət  göstərən 



müvəkkil bankların təsdiqedici sənədlərində (ezamiyyə xərclərinin 

ödənilməsi  barədə  bank  arayışı,  Əlavə  №-4)  göstərilən 

məbləğlərdə  ezamiyyə  və  nümayəndəlik  xərclərinin  ödənilməsi 

üçün  xarici  valyuta  sərvətlərini  Azərbaycan  Respublikasından 

nağd şəkildə çıxara bilər. 

Qeyri- Rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbay-

can    Respublikasına  gətirilməsi  və  Azərbaycan  Respublikasından 

çıxarılması. Qeyri-rezidentlər valyuta sərvətlərini gömrük orqanla-

rında  bəyan  etməklə    məhdudiyyət  qoyulmadan  Azərbaycan  Res-

publikasına nağd şəkildə gətirə bilərlər. 

Qeyri-rezidentlər  Azərbaycan  Respublikasına  əvvəllər  nağd 

şə

kildə  gətirilmiş  valyuta  sərvətlərindən  50.000  (əlli  min)  ABŞ 



dolları  ekvivalentinədək  məbləği  gömrük  orqanlarında  bəyan 

etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.  

Qeyri-rezidentlər  tərəfindən  Azərbaycan  Respublikasına  əv-

vəllər  nağd  şəkildə  gətirilmiş  valyuta  sərvətləri  ölkə  ərazisindən 

nağd  çıxarılarkən  gömrük organlarına "Sərnişin gömrük bəyanna-

məsi"  (nağd  gətirilmiş  valyuta  sərvətlərinin  məbləği  10.000  (on 

min) ABŞ dolları ekvivalentinədək olduqda) və "Sərnişin gömrük 

bəyannaməsi” və "Gömrük vəsiqəsi" (nağd gətirilmiş valyuta sər-

vətlərinin  məbləği  10.000  (on  min)  ABŞ  dolları  ekvivalentindən 

çox olduqda) təqdim edilməlidir.  

Qeyri-rezidentlər  Azərbaycan  Respublikasına  əvvəllər  nağd 

şə

kildə  gətirilmiş  50.000  (əlli  min)  ABŞ  dolları  ekvivalentindən 



artıg  məbləğdə  valyuta  sərvətlərini  valyuta  gətirilən  ölkənin  bank 


 

55 

və  ya  digər  kredit  təşkilatı  tərəfindən  bu  vəsaitlərin  həmin  qeyri-

rezidentə  nağd  verilməsini  təsdiq  edən  arayış  təqdim  etməklə 

Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  müəyyən  etdiyi  qay-

dada  müvəkkil  banklar  vasitəsi  ilə  Azərbaycan  Respublikasından 

kənara köcürə bilərlər. 

Qeyi-rezidentlər  əvvəllər  Azərbaycan  Respublikasına  köçü-

rülmüş valyuta sərvətlərindən 50.000 (əlli min) ABŞ dolları ekvi-

valentinədək məbləği müvəkkil banklar tərəfindən verilmiş "Azər-

baycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvət-

lərinin  verilməsi  haqqında"  bank  arayışı  əsasında,  gömrük  orqan-

larında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə 

çıxara bilərlər. 

Qeyi-rezidentlər,  onları  ezamiyyətə  göndərən  təşkilatın 

təsdiqedici  sənədlərində  (ezam  olunma  barədə  əmrdən  çıxariş  və 

ya ezamiyyə vəsiqəsi və ezamiyyə haqqının verilməsi barədə kassa 

məxaric  orderinin  qəbzi)  göstərilən  məbləğdə  valyuta  sərvətlərini 

Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər. 

Gömrük  orqanlarının  məsul  şəxsləri  rezident  və  qeyri-

rezidentlərə bu Qaydaların tələblərindən irəli gələn şərtlərin qeyri-

qanuni  yollarla  əldə  edilmiş  vəsaitlərin  ölkə  ərazisindən  tranzit 

daşınmasının  məhdudlaşdırılması  məqsədi  ilə  tətbiq  olunduğunu 

izah edirlər. 

Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası ərazisinə 

gətirilən  valyuta  sərvətləri  haqqında  aylıq  məlumatları  növbəti 

ayın  20-dək,  50.000  (əlli  min)  ABŞ  dolları  ekvivalentindən  artıq 

məbləğdə gətirilən valyuta sərvətləri barədə isə məlumatları 7 gün 

müddətində müəyyən olunmuş qaydada Mərkəzi Banka göndərir.  

Azərbaycan  respublikası  rezidentlərinin  xarici  valyuta 

ə

məliyyatları. Rezidentlərin hesablarına daxilolmalar. Azərbaycan 



Respublikası  rezidentlərinin  müvəkkil  banklardakı  xarici  valyuta 

hesablarına vəsaitlər sərbəst şəkildə mədaxil edilə bilər. 

Aşağıdakı mənbələrdən daxil olan edilməsi üçün xüsusi şərt-

lərə əməl edilməlidir:                      




 

56

1.

 Azərbaycan Respublikasının ərazisində mal satılmasından 



və  xidmət  göstərilməsindən  əldə  edilmiş  vəsaitlər;  Bu  hallarda, 

Azərbaycan  Respublikasının  ərazisində  xarici  valyuta  ilə  mallar 

satılması  və  xidmətlər  göstərilməsi  üçün  müvafiq  lisenziya  tələb 

olunur.  Əgər  ölkə  ərazisində  satılmış  malların  və  ya  göstərilmiş 

xidmətlərin  müqabilində  ödənilən  vəsaitlər  respublika  kənarından 

köçürülərsə, belə daxilolmalara  yol verilir. 

2.

 Rezidentlər  tərəfindən  ixrac  edilən  malların,  işlərin, 



xidmətlərin (bundan sonra, "mallar") müqabilində qeyri-rezidentlər 

tərəfindən    rezidentlərə  nağd  şəkildə  ödənişlər;  Bu  hallarda 

aşağıdakı  tələblərə  əməl  edilməlidir:      müqavilədə,  kontraktda  və 

ya bu əqdi təsdiq edən digər razılaşma sənədlərində (bundan sonra, 

“müqavilə”) ödənişin nağd hesablaşma yolu ilə aparılması nəzərdə 

tutulmalıdır;    vəsaitlər  yalnız  malı  alan  qeyri-rezidentdən  və  ya 

həmin qeyri-rezident tərəfindən müvafiq surətdə müvəkkil edilmiş 

fiziki  şəxsdən  qəbul  edilməlidir;  qeyri-rezidentlər  (qeyri-rezident 

tərəfindən müvəkkil edilmiş fiziki şəxs) tərəfindən əvvəlcədən res-

publikaya  gətirilmiş xarici valyuta vəsaitləri gömrük orqanlarında 

bəyan  edilməlidir.  Vəsaitlər  ölkəyə  gətirilməsi  və  gömrük 

orqanlarında  bəyan  edilməsi  tarixindən  10  gün  müddətində 

rezidentin  kassasına  mədaxil  edilməlidir;    rezidentlər  vəsaitləri 

xəzinələrinə  qəbul  etdikdən  sonra  2  iş  günü  ərzində  bankdakı 

hesabına mədaxil etməlidir. 

 Banklar  vəsaitləri  qəbul  edərkən  aşağıdakı  sənədləri  tələb 

etməlidir: 

1.

 ixrac müqaviləsinin əsli; 



2.

 mədaxil-kassa orderinin surəti; 

3.

 vəsaitlərin  nağd  şəkildə  respublikaya  gətirilməsini 



təsdiqləyən gömrük sənədləri; 

4.

 qeyri-rezident tərəfindən müvəkkil edilmiş fiziki şəxs olan 



nümayəndənin səlahiyyətlərini təsdiq edən vəkalətnamə; 

5.

 valyuta gətirilən ölkənin müvafig bank və ya digər kredit 



təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq 


Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə