Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə19/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   15   16   17   18   19   20   21   22   ...   133

 

57 

edən sənəd (vəsaitin məbləği 50 min ABŞ dolları ekvivalentindən 

artıq olduqda).  

Sənədlərin  düzgün  tərtib  olunması  yoxlanıldıqdan  sonra 

bank  vəsaitləri  rezidentdən  qəbul  edir  və  həmin  sənədlərin 

surətlərini  özündə  saxlayır.  Vəsaitlərin  respublikaya  gətirilməsini 

sübut  edən  gömrük  sənədlərinin  və  valyuta  qətirilən  ölkənin 

müvafig  bank  və  ya  digər  kredit  təşkilatı  tərəfindən  bu  vəsaitin 

nağd şəkildə verilməsini təsdiq edən sənədin əsli, həmin sənədləri 

son icra edən bankda saxlanmalıdır. Əgər gömrük bəyannaməsi və 

arayış  tamamilə  icra  olunmursa  bank  bu  sənədlərin  əslində 

müvafiq qeyd aparır və surətlərini özündə saxlayır.     

 

Rezidentlərin  hesablarından  köçürmələr.  Azərbaycan 

Respublikasının  rezidentlərinin  hesablarından  vəsaitlər  aşağıdakı 

istiqamətlərdə köçürülə bilər:   

Respublika daxilində: 

1.

 respublikaya idxal olunan və respublika daxilində satılan 



malların,  həmçinin  respublikada  göstərilən  və  ya  respublikaya  

idxal  olunan  (rezidentlərin  xeyrinə  ölkə  xaricində  göstərilən) 

xidmətlərin  müqabilində  digər  rezidentlərin  və  ya  qeyri-

rezidentlərin  Azərbaycan  Respublikasının  ərazisində  yerləşən 

filiallarının,  nümayəndəliklərinin,  digər  ayrıca  bölmələrinin  və  ya 

qeyri-rezident  tərəfindən  müvəkkil  edilmiş  hər  hansı  bir  şəxsin 

xeyrinə ünvanlanmış köçürmələr; 

2.

 Azərbaycan  Respublikasının  digər  rezidentlərinin 



nizamnamə kapitalında iştirak; 

3.

 qrant, ianə, sosial yardım və sponsorluq; 



4.

 kreditlərin və kredit faizlərinın ödənilməsi üçün; 

5.

 müvəkkil banklarda depozitlərin yerləşdirilməsi üçün; 



6.

 manata  və  ya  digər  valyutalara  konvertasiya  olunmaq 

üçün;  

7.

 rezidentin  respublika  daxilində  yerləşən    filial  və 



nümayandəliklərinə,  digər  ayrıca  bölmələrinə,  tabelikdə  olan 

müəssisələrə  ünvanlanmış  və  ya  həmin    müəssisələrdən  baş  




 

58

idarələrinə    məqsədlənmiş    köçürmələr  (baş  idarənin  müvafiq 

qərarı olduğu halda);  

8.

 təsisçilərə dividendlərin ödənilməsi üçün; 



9.

 rezidentin özünün digər müvəkkil banklarda olan valyuta 

hesablarına  köçürmələr; 

Respublikadan kənara

1)  idxal  müqaviləsi  üzrə  respublikaya  gətirilən  malların, 

həmçinin respublikada göstərilən və  ya respublikaya idxal olunan 

xidmətlərin  müqabilində  köçürülən  vəsaitlər.  Bu  hallarda  ödəniş 

aşağıdakı üsullarla aparıla bilər: 

avans  ödənişləri;  Avans  yolu  ilə  ödənişlər  əməliyyatın 

eyniləşdirilməsini  təmin  edən  sənədlər  (müqavilə,  proforma–

invoys, ödəniş sənədləri, sifariş və sair sənədlər) əsasında aparılır. 

mallar  idxal  edildikdən,  işlər  görüldükdən  və  ya  xidmətlər  

göstərildikdən  sonra;  göstərilən  köçürmələr  icra  edilərkən,  idxal 

müqaviləsi  və  gömrük  bəyannaməsinin  əslində  (üz  tərəfində) 

ödənişin həyata keçirilməsi barədə qeyd aparılır, qeydiyyat bankın 

məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və həmin sənədlərin 

surətləri  bankda  saxlanılır.  Ödəniş  işlərin  görülməsi,  xidmətlərin 

göstərilməsi  ilə  əlaqədar  olduqda,  banka,  idxal  gömrük 

bəyannaməsinin  əvəzinə  işlərin  görülməsi  və  ya  xidmətin 

göstərilməsini təsdiq edən sənəd təqdim olunmalıdır. 

dxal  müqavilələri  üzrə  malın  dəyərini  yalnız  malı  alan 

təşkilat  ödəyə  bilər.  dxal  müqavilələrinin  dəyərinin  üçüncü  şəxs 

tərəfindən  ödənilməsinə  Azərbaycan  Respublikası  Mərkəzi 

Bankının  (bundan  sonra  –  Mərkəzi  Bank)  fərdi  icazəsi  ilə  yol 

verilir.  Müqavilədə  mal  göndərənə  ödəniləcək  vəsaitlərin  üçüncü 

şə

xsin bank hesabına ödənilməsi nəzərdə tutularsa, belə ödənişlər 



icra edilə bilər; 

Respublikaya idxal olunan mallar (işlər, xidmətlər) müdafiə 

və  milli  təhlükəsizlik  ehtiyacları  üçün  nəzərdə  tutulduqda  və  bu 

Qaydaların  2.2.2a  yarımbəndində  göstərilən  köçürmələrin  icrası 

üçün  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  xüsusi 

tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə 




 

59 

ə

məliyyatları  idxal  müqavilələri,  gömrük  bəyannamələri  və 



ödənişlərin,  o  cümlədən  avans  ödənişlərinin  aparılmasını  təsdiq 

edən  hər  hansı  digər  sənəd  tələb  olunmadan  icra  edilməlidir.  Bu 

halda  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  xüsusi 

tapşırığını təsdiq edən sənədin surəti bankda saxlanılır. 

1) Reeksport və vasitəçilik üzrə köçürmələr aşağıdakılardır; 

Belə  köçürmələr  malı  alan  və  ya  xidmətlər  göstərilən 

ölkədən  vəsaitlər  daxil  olunanadək  icra  edilərsə,  bu  halda 

Qaydaların  2.2.2.  bəndinin  a  yarımbəndində  nəzərdə  tutulmuş 

avans ödənişi rejimi tətbiq olunur; 

2)  icra  olunmamış  ixrac  müqavilələri  üzrə  geri  qaytarılan 

vəsaitlər; 

3)  rezidentlərin  xaricdə  yerləşən  filial  və  nümayəndəlikləri-

nə, həmçinin törəmə  və  tabelikdə  olan  müəssisələrinə  məqsədli  

köçürmələr;   

4) vergi qanunvericiliyinə riayət etmək şərti ilə, rezidentlərin 

xarici təsisçilərinə dividendlərin ödənilməsi məqsədi ilə köçürmə-

ləri; 

5)  xarici  banklardan  cəlb  edilmiş  kreditlərin  və  kredit 



faizlərinin  ödənilməsinə  yönəldilmiş  köçürmələr;  Bu  hallarda 

rezidentlər  kredit  müqaviləsini,  həmin  vəsaitin  ölkə  daxilində 

istifadəsini  və  ya  bu  vəsaitlər  hesabına  alınmış  malların  və  xid-

mətlərin  idxal  olunmasını  təsdiq  edən  sənədlərin  əslini  banka 

təqdim  etməklə  ödənişləri  apara  bilər.  Köçürmə  həyata 

keçirildikdən sonra sənədlərin surətləri bankda saxlanılmalıdır. 

Kredit  ölkədən  kənarda  istifadə  olunubsa,  rezidentlər  kredit 

müqaviləsini  və  həmin  vəsaitin  ölkə  xaricində  istifadəsinə  dair 

sənədi  banka  təqdim  edir.  Əməliyyatın  sağlam  xarakter  daşıması 

bankda  şübhə  doğurmadıqda  xarici  banklardan  cəlb  edilmiş 

kreditlərin  və  kredit  faizlərinin  ödənilməsinə  yönəldilmiş 

köçürmələr  icra  edilə  bilər.  Əməliyyat  icra  edildikdən  sonra 

təqdim  edilmiş  sənədlərin  üzərində  bankın  qeydiyyatı  aparılır  və 

surətləri bankda saxlanılır. 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə