Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə20/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   16   17   18   19   20   21   22   23   ...   133

 

60

6)  xarici  müəssisə  və  təşkilatlardan  cəlb  olunmuş  maliyyə 

yardımlarının,  digər  borcalmaların  və  onlar  üzrə  faizlərin 

ödənilməsinə yönəldilmiş köçürmələr.  

Cəlb  olunmuş  maliyyə  yardımları  və  digər  borcalmalar 

ölkədən kənarda istifadə olunubsa, rezidentlər müvafiq müqaviləni 

və  həmin  vəsaitin  ölkə  xaricində  istifadəsinə  dair  sənədi  banka 

təqdim  edir.  Əməliyyatın  sağlam  xarakter  daşıması  bankda  şübhə 

doğurmadıqda  xarici  müəssisə  və  təşkilatlardan  cəlb  olunmuş 

maliyyə  yardımlarının, digər borcalmaların və onlar üzrə faizlərin 

ödənilməsinə  yönəldilmiş  köçürmələr  icra  edilə  bilər.  Əməliyyat 

icra  edildikdən  sonra  təqdim  edilmiş  sənədlərin  üzərində  bankın 

qeydiyyatı aparılır və surətləri bankda saxlanılır. 

7)  əvvəllər  Azərbaycan  Respublikasına  köçürülmüş  xarici 

valyuta  vəsaitləri;  Bu  halda  pul  vəsaitinin  həmin  rezidentin 

hesabına  əvvəllər  köçürülməsini  sübut  edən  bank  hesabından 

çıxarış təqdim edilməklə maneəsiz icra edilə bilər.  

8)  əvvələr  Azərbaycan  Respublikasına  nağd  şəkildə 

qətirilmiş  xarici  valyuta  vəsaitləri;  ödənişin  icrası  üçün  müvəkkil 

banka nağd şəkildə qətirilmiş xarici valyuta vəsaitinin məbləği 10 

(on) min ABŞ dolları ekvivalentinədək olduqda "Sərnişin gömrük 

bəyannaməsi",  10  (on)  min  ABŞ  dolları  ekvivalentindən  artıq 

olduqda  "Sərnişin  gömrük  bəyannaməsi"  və  "Gömrük  vəsiqəsi", 

eyni  zamanda,  fiziki  şəxsin  Azərbaycan  Respublikasına  daxil 

olmasını təsdiq edən viza qeydiyyatı olan (viza rejimi tətbiq edilən 

ölkədən  gətirilərsə)  pasportu  təqdim  edilməlidir.  Əvvəllər  nağd 

şə

kildə gətirilmlş xarici valyuta vəsaitlərinin məbləği 50 (əlli) min 



ABŞ  dolları  ekvivalentindən  artıq  olarsa,  əlavə  olaraq  valyuta 

gətirilən  ölkənin  müvafiq  bank  və  ya  digər  kredit  təşkilatı 

tərəfindən  bu  vəsaitin  ona  nağd  şəkildə  verilməsini  təsdiq  edən 

sənədlər  (bank  hesabından  çıxarış,  kassa  qəbzləri  və  s.)  təqdim 

edilməlidir.  Təqdim  edilmiş  sənədlərin  əslində  (üz  tərəfində) 

ödənişin  həyata  keçirilməsi  barədə  bankın  məsul  işçisinin  imzası 

və ştampı ilə təsdiq edilmiş qeydiyyat aparıldıqdan sonra, onların 

və viza qeydiyyatının  surəti bankda saxlanılır. 




 

61 

 9) Şəxsi məqsədlər üçün köçürmələr. Hər bir rezident fiziki 

şə

xs müvəkkil banklardakı hesabları vasitəsilə bir əməliyyat günü 



ə

rzində 1000 (min) ABŞ dolları ekvivalentinədək məbləğdə xarici 

valyutanı  ödənişin  məqsədi  göstərilməklə  sərbəst  şəkildə  ölkədən 

xaricə köçürə bilər. 

Hər  bir  rezident  fiziki  şəxs  müvəkkil  banklardakı  hesabları 

vasitəsilə  xarici  ölkələrdə  yaşayan  və  ya  müvəqqəti  qalan  yaxın 

qohumlarına  (yaxın  qohum  kimi  ata,  ana,  baba,  nənə,  ər,  arvad, 

oğul,  qız,  qardaş,  bacı,  övladlığa  götürülənlər  nəzərdə  tutulur) 

istənilən məbləğdə xarici valyutanı təsdiqedici sənədləri (Azərbay-

can  Respublikası  vətəndaşının  şəxsiyyət  vəsiqəsi,  qanuni 

nümayəndənin  hüquqlarını  təsdiq  edən  sənəd,  doğum  haqqında 

şə

hadətnamə,  nikah  haqqında  şəhadətnamə)  təqdim  etməklə 



sərbəst şəkildə köçürə bilər.  

10)  pensiyalar,  məhkəmə,  arbitraj,  notarial  və  digər  inzibati 

orqanların  xərcləri,  məhkəmə  orqanlarının  qərarları  əsasında 

ödənilən alimentlər və digər oxşar köçürmələr;  

11)  kapitalın  ölkədən  çıxarılması  ilə  bağlı  köçürmələr.  Belə 

köçürmələr  rezidentlər  tərəfindən  istənilən  ölkəyə  aşağıdakı 

məqsədlər üzrə və şərtlər daxilində aparıla bilər: 

birbaşa investisiyalar, yəni gəlir əldə etmək və müəssisənin 

idarə edilməsində iştirak etmək hüququna malik olmaq məqsədi ilə 

müəssisənin  nizamnamə  kapitalına  qoyulan  sərmayələrin 

köçürülməsi; 



qiymətli kağızların əldə edilməsi məqsədilə köçürmələr;  

-  torpaq  və  yerin  təki  də  daxil  olmaqla  binalar,  qurğular, 

eləcə  də  daşınmaz  əmlaka  aid  edilən  digər  əmlak  üzərində 

mülkiyyət  hüququnun,  habelə  daşınmaz  əmlak  üzərində  başqa 

hüquqların ödənilməsi üzrə köçürmələr;  



-  rezidentin  xarici  bankdakı  hesabına  depozit  qoyulması 

məqsədilə köçürmələr. 

Rezidentlər kapitalın hərəkəti ilə bağlı köçürmələri aparmaq 

üçün  əməliyyatın  məqsədini,  məbləğini  və  şərtlərini  təsdiqləyən 

sənədlərin  (o  cümlədən,  müqavilə  və  digər  təsdiqedici  sənədlər) 



 

62

ə

slini  müvəkkil  banka  təqdim  edir.  Sənədlər  əməliyyatın  bəyan 



edilmiş məqsədini əsaslandırdıqda və əməliyyatın sağlam xarakter 

daşıması  şübhə  doğurmadıqda  müvəkkil  bank  ödənişi  icra  edə 

bilər.  Əməliyyat  icra  edildikdən  sonra  təqdim  edimiş  sənədlərin 

üzərində bankın qeydiyyatı aparılır və surətləri bankda saxlanılır.  

digər məqsədlər üzrə köçürmələr aşağıdakılardır: 

1.

 beynəlxalq təşkilatlarda, konfranslarda, sərgilərdə, fuarlarda 



iştirak haqları;   

2.

 xarici  ölkələrin  dövri  nəşrlərinə  yazılış  haqları;  elanların 



yerləşdirilməsi haqları;  

3.

 güvvədə  olan  qanunvericiliyə  əsasən  respublika  kənarına 



ödənilən vergilər, rüsumlar və cərimələr; 

4.

 təhsil,  müalicə  haqlarının  ödənilməsi  və  bu  məqsədlərlə 



respublika  vətəndaşlarına  göstərilmiş  maddi  yardım  üçün 

köçürmələr; 

5.

 müəlliflik  hüquqlarından  istifadə  haqlarının  və 



françayzinqin ödənilməsi üçün köçürmələr.  

Bu  hallarda  ödənişin  məqsədini  və  mədləğini  təsdiqləyən 

müqavilələr,  arayışlar,  invoys  və  ya  digər  təsdiqedici  sənədlərin 

ə

sli müvəkkil banka təqdim edilir, müvəkkil bank təqdim olunmuş 



sənədlərin  əməliyyatın  elan  edilmiş  məqsədini  əsaslandırdığına 

ə

min  olarsa,  onları  məqbul  sayarsa  və  ümumiyyətlə  əməliyyatın 



sağlam xarakteri şübhə doğurmazsa ödənişi icra edə bilər. Təqdim 

edilmiş  sənədlərin  üzərində  bankın  qeydiyyatı  aparıldıqdan  sonra 

surəti bankda saxlanılır.  

Rezidentlər  müvəkkil  banklardakı  hesablarından  xarici 

valyuta vəsaitlərini məhdudiyyət qoyulmadan nağd şəkildə  çıxara 

bilərlər. 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə