Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə21/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   17   18   19   20   21   22   23   24   ...   133

 

63 

Azərbaycan  respublikasi  qeyri-rezidentlərinin  xarici  valyuta 

ə

məliyyatları.  Qeyri-rezidentlərin  hesablarına  daxilolmalar. 



Azərbaycan  Respublikasının  qeyri-rezidentlərinin  müvəkkil 

banklardakı  xarici  valyuta  hesablarına  vəsaitlər  sərbəst  şəkildə 

mədaxil edilə bilər: 

Aşağıdakı  mənbələrdən  daxil  olan  vəsaitlərin  mədaxil 

edilməsi üçün xüsusi şərtlərə əməl edilməlidir:                      

1. Azərbaycan Respublikasının ərazisində mal satılmasından 

və xidmət göstərilməsindən əldə edilmiş vəsaitlər;  

Bu  hallarda,  Azərbaycan  Respublikasının  ərazisində  xarici 

valyuta  ilə  mallar  satılması  və  xidmətlər  göstərilməsi  üçün 

lisenziya tələb olunur. Əgər ölkə ərazisində satılmış malların və ya 

göstərilmiş  xidmətlərin  müqabilində  ödənilən  vəsaitlər  respublika 

kənarından köçürülərsə, belə daxilolmalara  yol verilir. 

2.  Azərbaycan  Respublikasından  ixrac  edilən  malların 

(işlərin,  xidmətlərin)  müqabilində  digər  qeyri-rezidentlər 

tərəfindən nağd ödənilmiş vəsaitlər;  

Bu hallarda aşağıdakı tələblərə əməl edilməlidir:  

1. müqavilədə ödənişin nağd hesablaşma yolu ilə aparılması 

nəzərdə tutulmalıdır; 

2.  vəsaitlər  yalnız  malı  alan  qeyri-rezidentdən  və  ya  həmin 

qeyri-rezident  tərəfindən  müvafiq  surətdə  müvəkkil  edilmiş  fiziki 

şə

xsdən qəbul edilə bilər;  



3.  qeyri-rezidentlər  tərəfindən  (qeyri-rezident  tərəfindən 

müvəkkil  edilmiş  fiziki  şəxs  olan  nümayəndə)  əvvəlcədən 

respublikaya  gətirilmiş  xarici  valyuta  vəsaitləri  gömrük 

orqanlarında bəyan edilməlidir. 

4. vəsaitlər ölkəyə gətirilməsi və gömrük orqanlarında bəyan 

edilməsi tarixindən 10 gün müddətində qeyri-rezidentin kassasına 

mədaxil edilməlidirr;  

5.  qeyri-rezidentlər  vəsaitləri  xəzinələrinə  qəbul  etdikdən 

sonra 2 iş günü ərzində bankdakı hesabına mədaxil etməlidir. 

Banklar  vəsaitləri  qəbul  edərkən  aşağıdakı  sənədləri  tələb 

etməlidir:  ixrac  müqavilələrinin  əsli;  mədaxil-kassa  orderinin 



 

64

surəti;vəsaitlərin 

nağd 

şə

kildə 



respublikaya 

gətirilməsini 

təsdiqləyən gömrük sənədləri; - qeyri-rezident tərəfindən müvəkkil 

edilmiş fiziki şəxs olan nümayəndənin səlahiyyətlərini təsdiq edən 

vəkalətnamə; - valyuta qətirilən ölkənin müvafig bank və ya digər 

kredit təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini 

təsdiq  edən  arayış  (vəsaitin  məbləği  50  min  ABŞ  dolları 

ekvivalentindən artıq olduqda). 

Sənədlərin  düzgün  tərtib  olunması  yoxlanıldıqdan  sonra 

bank  vəsaitləri  qeyri-rezidentdən  qəbul  edir  və  həmin  sənədlərin 

surətlərini  özündə  saxlayır.  Vəsaitlərin  respublikaya  gətirilməsini 

sübut  edən  gömrük  sənədlərinin  və  valyuta  qətirilən  ölkənin 

müvafig  bank  və  ya  digər  kredit  təşkilatı  tərəfindən  bu  vəsaitin 

nağd şəkildə verilməsini təsdiq edən sənədin əsli, həmin sənədləri 

son icra edən bankda saxlanmalıdır. Əgər gömrük bəyannaməsi və 

arayış  tamamilə  icra  olunmursa  bank  bu  sənədlərin  əslində 

müvafiq qeyd aparır və surətlərini özündə saxlayır.     

 

Azərbaycan  Respublikası  qeyri-rezidentlərinin  hesabların-



dan köçürmələr  

Respublika daxilində

1) respublikaya idxal olunan və  respublika daxilində satılan 

malların,  həmçinin  respublikada  göstərilən  və  ya  respublikaya 

idxal  olunan  (Azərbaycan  Respublikası  ərazisində  təsərrüfat 

fəaliyyəti  ilə  məşqul  olan  qeyri-rezidentlərin  xeyrinə  ölkə 

xaricində  göstərilən)  xidmətlərin  müqabilində  digər  rezidentlərin 

və  ya  qeyri-rezidentlərin  Azərbaycan  Respublikasının  ərazisində 

yerləşən  filiallarının,  nümayəndəliklərinin  və  ya  qeyri-rezident 

tərəfindən  müvəkkil  edilmiş  hər  hansı  bir  şəxsin  xeyrinə 

ünvanlanmış köçürmələr; 

2)  Azərbaycan  Respublikasının  rezidentlərinin  nizamnamə 

kapitalında iştirak; 

3) qrant, ianə, sosial yardım və sponsorluq; 

4) kreditlərin və kredit faizlərinın ödənilməsi üçün; 

5) müvəkkil banklarda depozitlərin yerləşdirilməsi üçün; 



 

65 

6)  manata  və  ya  digər  valyutalara  konvertasiya  olunmaq 

üçün;  

7) qeyri-rezidentin respublika daxilində yerləşən filial və nü-



mayandəliklərinə,  digər  ayrıca  bölmələrinə,  tabelikdə  olan 

müəssisələrinə  ünvanlanmış  və  ya  həmin  müəssisələrdən  baş 

idarələrinə məqsədlənmiş köçürmələr (baş idarənin müvafiq qərarı 

olduğu halda);   

8) təsisçilərə dividendlərin ödənilməsi üçün; 

9)  qeyri-rezidentin  özünün  digər  müvəkkil  banklarda  olan 

valyuta hesablarına köçürmələr; 

Respublikadan kənara: 

1)  idxal  müqavilələri  üzrə  respublikaya  ğətirilən  malların 

(işlərin, xidmətlərin) həmcinin respublikada ğöstərilən və ya idxal 

olunan  xidmətlərin  müqabilində  köcürülən  vəsaitlər.  Bu 

ə

məliyyatlar aşağıda göstərildiyi kimi  aparıla bilər: 



 -  avans  ödənişləri;  Avans  yolu  ilə  ödənişlər  əməliyyatın 

eyniləşdirilməsini  təmin  edən  sənədlər  (müqavilə,  proforma–

invoys, ödəniş sənədləri, sifariş və sair sənədlər) əsasında aparılır.           

 - mallar idxal edildikdən  və ya xidmətlər  göstərildikdə

sonra;  idxal  müqavilələrinin  və  gömrük  bəyannaməsinin  əslində 

(üz  tərəfində)  ödənişin  həyata  keçirilməsi  barədə  qeyd  aparılır, 

qeydiyyat bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və 

həmin  sənədlərin  surətləri  bankda  saxlanılır.  Ödəniş  işlərin 

görülməsi,  xidmətlərin  göstərilməsi  ilə  əlaqədar  olduqda,  banka, 

idxal  gömrük  bəyannaməsinin  əvəzinə  işin  görülməsini,  xidmətin 

göstərilməsini təsdiq edən sənəd təqdim olunmalıdır. 

dxal müqavilələri üzrə malın (işin, xidmətin) dəyərini yalnız 

malı  alan  (iş  görən,  xidmət  göstərən)  təşkilat  ödəyə  bilər.  dxal 

müqavilələrinin  dəyərinin  üçüncü  şəxs  tərəfindən  ödənilməsinə 

Mərkəzi  Bankın  fərdi  icazəsi  ilə  yol  verilir.  Müqavilədə  mal 

göndərənə  (iş  görənə,  xidmət  göstərənə)  ödəniləcək  vəsaitlərin 

üçüncü  şəxsin  bank  hesabına  ödənilməsi  nəzərdə  tutularsa,  belə 

ödənişlər icra edilə bilər; 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə