Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə25/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   21   22   23   24   25   26   27   28   ...   133

 

76

münasibətlərdə  vahid  şəklə  salınması  və  onların  müəyyən  bölmə 

və maddələr üzrə bölünməsi nəzərdə tutulur.  

Ticarət  balansının  verilənləri,  əsasən,  təhlil  müddəti  ərzində 

ticarətdə baş verən dəyişikliklər haqqında ümumi təsəvvür yaranır. 

Amma  ödəniş  balanslarında  ixrac  və  idxal  haqqında  göstərilən 

məlumatlar  ilkin  statistik  göstəricilərin  düzgün  olmaması  ilə 

ə

laqədar  xeyli  təhrif  olunur.  Məsələn,  bütün  leqal  xarici  ticarət 



ə

məliyyatları  gömrük  mallarının  kəsişdiyi  zaman  kifayət  qədər 

dəqiq  müəyyən  olunur.  Sonra  ölkənin  valyuta  orqanları  gömrük 

statistikasının ödəniş balansının tələblərinə uyğunlaşdırılması üçün 

aşağıdakı şəkildə lazımi düzəlişlər edirlər: S F qiymətlərində idxalı 

FOB  qiymətlərində  idxal  ilə  yenidən  hesablayırlar  (yəni,  fraxt  ilə 

ə

laqədar xərcləri və malların alınmasına çəkilən biraşa xərclərdən 



sığortalanmanı  ayırırlar),  rüsum  haqqının  çıxılan  qiymətlər  üzrə 

idxalı  nəzərə  alır,  yardım  çərçivəsində  alınmış  malların  qiyməti 

valyuta  statistikasından  çıxarırlar  və  s.  Amma  bir  çox  inkişaf 

etməkdə  olan  ölkələr  lazımi  məlumatların  olmaması  ilə  əlaqədar 

S F qiymətləri üzrə idxalı hesablayır, bu isə həm ticarət balansının, 

həminin  xidmətlər  üzrə  hesablamaların  təhrif  olunmasıa  aparıb 

çıxarır.  Bir  çox  inkişaf  etməkdə  olan  ölkələrdə  xarici  ticarətin 

ə

ksər hissəsi qaçaqçılıq yolu ilə həyata keçirilir və onların gömrük 



və valyuta statistikasında nəzərə alınmır.  

Ümumiyyətlə,  gənc  dövlətlərin  əksəriyyəti  xarici  ticarət 

ə

məliyyatlarını  mənfi  saldoya  çıxarır,  bu  isə  onların  beynəlxalq 



ödənişlərinin 

ümumi 


şə

kildə 


tarazlaşdırılmamasının 

ə

sas 



səbəblərindən biri hesab olunur.  

Bir  çox  inkişaf  etməkdə  olan  ölkələr  ödəniş  balansları  ilə 

yanaşı  hesablaşma  balansları  da  hazırlayırlar.  Bu  balansların 

saldosu  adətən  bir-birinə  uyğun  gəlmir.  Məsələn,  OPEK  üzv 

dövlətlərinin  hesablaşma  balansı  kapitalların  ixracını  yerinə 

yetirməklə aktivdir; 80-ci illərin ortalarında neftə qoyula qiymətlər 

aşağı düşən zaman ödəniş balansı passiv olur. Neft ixracı ölkələri - 

inkişaf  etməkdə  olan  ölkələr  üçün  hər  iki  balansın  passiv  saldosu 

xarakterikdir.  



 

77 

Bu  balanslar  arasındakı  fərq  kapitalların  və  kreditlərin 

hərəkəti ilə əlaqədar əməliyyatlarda əks olunur. Əgər ABŞ Brazili-

yaya  100  milyon  ABŞ  dolları  məbləğində  kredit  vermişdirsə,  bu 

məbləğ kapitalların azaldıması kimi kreditor ölkənin balansına və 

borclu ölkəyə edilən tələb formasında hesablaşma balansının akti-

vinə qeyd edilir. Braziliya krediti aldıqda, bu, ölkənin borcu qeyd 

olunan ödəniş balansının aktivində və hesablaşma balansının passi-

vində əks olunur. Ödəniş balansı ilə hesablaşma balansı arasındakı 

ə

laqə onunla şərtlənir ki, struktur, prinsip etibarilə, eyidir və bey-



nəlxalq hesablaşmalarda özünü göstərir. 

nkişaf 


etməkdə 

olan 


ölkələr 

ödəniş 


balansının 

tənzimlənməsi  ilə  əlaqədar  müxtəlif  metodları,  əsas  etibarilə, 

ixracın  stimullaşdırılmasına,  malların  idxalının  saxlanılmasına, 

xarici  kapitalların  cəlb  edilməsinə,  kapitalların  ixracının 

məhdudlaşdırılmasına  yönəldilən,  eləcə  də,  sənaye  cəhətdən 

inkişaf  etmiş  dövlətlərdən  götürülmüş  metodları  tətbiq  edirlər:  1) 

deflyasiya  siyasəti;  2)  milli  valyutanın  devalvasiyası  (onun 

səmərəliliyinin təmin olunması üçün inkişaf etməkdə olan ölkələr 

müntəzəm  olaraq  ixrac  və  idxal  ilə  bağlı  fərqli  vergiləri  və 

subsidiyaları, bəzən ikiqat valyuta bazarı formasında valyuta kursu 

çoxluğunu  tətbiq  edirlər);  3)  valyuta  məhdudiyyətləri;  4)  maliyyə 

və  pul-kredit  siyasəti  (ixracatçılar  üçün  büdcə  subsidiyalarından 

istifadə  olunur,  idxal  üçün  verginin  proteksionist  şəkildə 

artırılması,  pul-kredit  siyasəti);  5)  əsas  maddələrin  formalaşması 

prosesində  dövlətin  ödəniş  balansına  təsirinin  xüsusi  dərəcələri. 

Tənzimlənmənin  mühüm  obyekti  ixracın  monokulturasının  və 

onun  diversifikasiyasının  aradan  qaldırılması  üzrə  ticarət 

balansıdır. Tənzimlənmə ölkənin xarici ticarət strukturunda yüksək 

səviyyəli  irəliləyişlərə,  malların  idxalının  məhdudlaşdırılmasına 

yönəldilmiş və birinci dərəcəli vacib predmet sayılır. 

“Görünməyən”  əməliyyatlar  üzrə  ödənişlərin  və  daxil  olan 

pul  vəsaitlərinin  tənzimlənməsi  məqsədilə  inkişaf  etməkdə  olan 

ölkələr  aşağıdakı  tədbirləri  görürlər:  turizm  infrastrukturunun 

yaradılması yolu ilə xarici turistlərin cəlb edilməsi; işçi qüvvəsinin 




 

78

mühacirətinin  tənzimlənməsi;  “Nəqliyyat”,  “Sığorta”  maddələrinə 

ə

sasən xərclərin azaldılması və b. 



nkişaf etməkdə olan ölkələr xüsusi donanmasını yaratmağa 

çalışırlar.  Onların  bəzisinin  (Panama,  Kipr,  Honduras,  Hindistan, 

Liberiya və s.) artıq iri donanması vardır. Buna baxmayaraq, onun 

xeyli hissəsini saxta bayraqlar altında üzən gəmilər təşkil edir. 70-

ci illərin ortalarından neft ixrac edən ölkələr maye daşıyan xüsusi 

donanmanın yaradılması üçün xeyli səy göstərdilər. Bununla onlar 

çıxış  yolunu  neftin  istehlakçıya  nəql  edilməsi  sahəsində  işin  əsas 

hissəsini  beynəlxalq  neft  inhisarlarının  əlindən  almaqda 

görürdülər.  

Dənizə  çıxışı  olan  gənc  dövlətlər  (Şri  Lanka,  Hindistan, 

Sinqapur,  Yəmən  və  b.)  öz  limanlarında  xarici  gəmilərə  xidmət 

göstərilməsi sahəsindən xeyli miqdarda gəlir əldə edirlər. Bundan 

başqa, digər nəqliyyat xidmətlərindən, məsələn, Suriyanın,  rakın, 

Livanın,  ranın  və  digər  ölkələrin  ərazisindən  keçən  neft 

kəmərlərinin  istismarından  valyuta  formasında  daxil  olan 

vəsaitlərin  artırılması  üçün  tədbirlər  görülür.  Dənizə  çıxışı 

olamayan  ölkələr  (Nepal,  Çad,  Ekvador,  MAR  və  b.)  daha  agır 

vəziyyətdədir,  onlar  qonşu  ölkələrin  ərazisindən  daşınmalar  ilə 

ə

laqədar xeyli miqdarda vəsait xərcləməli olurlar.  



Sığorta  sahəsində  xarici  şirkətlərdən  asılılığın  azaldılması 

üçün  bəzi  inkişaf  etməkdə  olan  ölkələrdə  (Suriya,  Əlcəzair,  Şri 

Lanka,  Tanzaniya,  Zambiya  və  b.)  milli  sığorta  şirkətləri 

yaradılmış,  dövlət  sektorunda  xarici  sığorta  şirkətlərinin 

fəaliyyətinə  nəzarət  müəyyən  olunur.  Bir  sıra  ölkələrdə  (Birma, 

ran,  Argentina)  dövlət  sığorta  ilə  əlaqədar  üz  üzərinə  xeyli  risk 

götürür. 1965-ci ildən etibarən Türkiyə,  ran və  Pakistan arasında 

bədbəxt  hadisələrdən  təkrar  sığortalanmaq  üçün  dörd  pulun 

yaradılması,  1960-cı  ildən  etibarən  dəniz  sığortası  üzrə  Asiya 

sindikatı  haqqında  üçtərəfli  razılaşma  qüvvədədir.  Ərəb  ölkələri 

ə

rəb  dövlətlərinin  Sığorta  Federasiyasını  yaratmışlar  və  burada 



neft  axtarışı,  neft  hasilatı  və  nəqli  ilə  əlaqədar  əməliyyatların 

sığortalanmasına xüsusi diqqət yetirilir.  




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə