Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə27/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   23   24   25   26   27   28   29   30   ...   133

 

83 

London Fond Birjasında dörd əsas bazar fəaliyyət göstərir: 

1.

   yerli aksiyalar; 



2.

   beynəlxalq aksiyalar; 

3.

   dövlət  istiqrazları  və  sabit  faizli  qiymətli 



kağızlar; 

4.

  yeni şirkətlərin aksiyalarının bazarı. 



1994-cü  ildə  London  Fond  Birjasında  əməliyyat  keçirilən 

qiymətli  kağızların  bazar  dəyəri  1151,6  milyard  dollar  olmuşdur. 

London  Fond  Birjası  əməliyyat  keçirilən  aksiya  miqdarına  görə 

birinci  yerlədir.  Bundan  başqa  fond  birjasında  aksiyaları 

ə

məliyyatda  iştirak  edən  şirkətlərin  sayı  1646-dır.  Birjada  xarici 



aksiyaların ticarət həcmi 688 milyard ingilis sterlinqi olmuşdur. 

2008  -  2009-cu  illərdə  bütün  dünyada  səhmlərin  ilkin  açıq 

yerləşdirilməsi  əməliyyatlarının  sayı  və  həcmi  kəskin  azalmışdır. 

Dünya  maliyyə  böhranı  nəticəsində  fond  birjalarında  ilkin  səhm 

yerləşdirmələrinin  həcmi  ( PO  –  ilkin  kütləvi  təklif)  2008-ci  ildə 

3,5 dəfə azalıb. 2008 –ci ildə  dünya fond birjalarında 322,9 mlrd. 

dollar  həcmində  PO  keçirilibsə,  2009  –ci  ildə    bu  göstərici  91,7 

mlrd.  dollara  enib.  Bununla  yanaşı,  şirkətlər  83,3  mlrd.  dollar 

məbləğində  əvvəl  elan  edilmiş  yerləşdirmələrdən  imtina  edib  ki, 

bu  da  son  üç  ilin  rekord  göstəricisidir.  Qlobal    maliyyə  böhranı 

səbəbindən  2008  -  ci    ildə  fond  bazarı  vasitəsi  ilə  şirkətlərin 

konsolidayası  üzrə  bağlanan  əqdlərin  həcmi  2007-ci  illə 

müqayisədə  31%  azalaraq  2,9  trln.  dollara  çatıb.  Aparılmış 

hesablamalara əsasən, 2009 – ci ildə  inkişaf etmiş ölkələrdən olan 

60-dan çox şirkət maliyyə böhranı səbəbindən  PO keçirməsindən 

imtina edib. Bu imtinalar üzrə ümumi həcm 32,7 mlrd. dollar təşkil 

edərək 6 illik maksimuma çatıb .  

Cəmi 3-4 il bundan əvvəl  PO əsasən ABŞ, Qərbi Avropa və 

Asiya  ölkələrinin  inkişaf  etmiş  iqtisadiyyatlarının  müstəsna 

səlahiyyəti  hesab  edilirdi.  ndi  artıq  vəziyyət  dəyişir.  Tarazlıq 

inkişaf  etməkdə  olan  bazarlara  tərəf  meyl  edir.  ri  investorların 

çoxunun  Rusiya,  Hindistan  və  Çinə  sərmayə  qoyması  qlobal 

inkişaf  strategiyasının  ayrılmaz  tərkib  hissəsidir.  nkişaf  etməkdə 



 

84

olan  digər  bazarlara  da  maraq  artır.  Məsələn,  Polşa,  Qazaxıstan, 

Braziliya,  srail,  Malayziya  şirkətləri  investorların  diqqətini  cəlb 

etməyə başlamışdır. 

2010  -ci  ildə  PO  tədbirləri  70  ölkədə  keçirilmiş  və  səhm-

lərin  yerləşdirilməsi  əməliyyatlarının  çoxu  beynəlxalq  xarakterli 

olmuşdur. 

Bundan öncə, belə bir fikir vardır ki, iri şirkətin səhmlərinin 

satışının  təşkilinə  sanballı  kapital  cəlb  etməsi  üçün,  həmin 

səhmləri ABŞ birjalarında yerləşdirmək məqsədəuyğundur. 

Böyük  Britaniya  bazarları  yüksək  dərəcədə  likvid  olmaları 

ilə  fərqlənirlər,  lakin  eyni  zamanda  onlar  ABŞ  bazarları  ilə 

müqayisədə  o  qədər  də  ciddi  tənzimlənmir,  bu  isə  Londonda 

listinqin  daha  sürətli  və  ucuz  yerləşdirilməsinə  kömək  edir. 

Məsələn,  London  birjası  MDB  ölkələrindən  olan  şirkətlər  üçün 

daha  cəlbedicidir:  2009  -  ci  ildə  Rusiyada  həyata  keçirilmiş  30  

PO  prosedurundan  yalnız  biri  daxili  bazarda,  qalanları  isə 

Londonda  keçirilmişdir.  2009  –  2010  -  ci  illərdə  MDB 

ölkələrindən  olan  şirkətlərin  vəsaitlərinin  72  faizindən  çoxu 

London birjasında, 15 % Honkonq  birjasından cəlb edilmişdir.  

 

Cədvəl 5.7.  

 

PO  üzrə əqdlərin ortalama qiyməti (2 kvartal 20011-ci il) 

 

Fond birjası 



PO üzrə 

ə

qdlər 



ə

qdlərin 


həcmi 

London fond birjası 

36 

10.661 


Alman fond birjası 

959 



Varşava fond birjası 

55 


600 

Vena fond birjası 

366 


Oslo fond birjası 

257 



Ümumi Avropa üzrə 

134 


13.366 

 

MənbəОбзор рынка  PO в Европе. 2 кв. 2011 г.  




 

85 

IPO  bazarı  üzrə      ixtisaslaşmış  tədqiqat  şirkəti  Renaissance 

Capital  məlumatına görə, 2011-ci ildə birjaya 125 şirkət listinqdən  

keçib(  2010-cu  ildə  154  şirkət)  ,  1  il  ərzində    IPO  gəlirliyi  12% 

qədər  azalıb.  Bunun  əsas  səbəbi    Avropada  davam  edən  borc 

böhranı  ilə  əlaqədardır.  Məsələn,  ABŞ  birjalarında  28  xarici 

ş

irkətdən yalnız dörd şirkət IPO tədbirlərində iştirak edib. 



Bununla  yanaşı,  bu  gün  Azərbaycan  qiymətli  kağızlar 

bazarında  xarici  investorların  fəaliyyəti  ölkə  iqtisadiyyatının 

inkişaf  etdirilməsində  ən  vacib  amillərdən  biridir.  Azərbaycan 

fond bazarında bir sıra problemlərin olmasına baxmayaraq, xarici 

investorlar  və  beynəlxalq  qurumlar  kapital  yatırılması  imkanları 

baxımından  Azərbaycan  bazarını  kifayət  qədər  perspektivli  bazar 

hesab  edirlər  ki,  bu  da  ölkədə  əlverişli  investisiya  mühiti  ilə 

ə

laqədardır.  



Həqiqətən Azərbaycanda mütəmadi olaraq qanunvericilik və 

iqtisadi  xarakterli  tədbirlər  həyata  keçirilir,  qiymətli  kağızlar 

bazarının  inkişafı  ilə  əlaqədar  xarici  və  beynəlxalq  qurumlarla 

daim iş aparılır, beynəlxalq təcrübə öyrənilir.  



Tokio Fond Birjası. Tokio birjası «Birja haqqında» Qanuna 

müvafiq  olaraq  1878-ci  ildə  qurulmuşdur.  Tokio  Fond  Birjasında 

ə

məliyyat aparılan qiymətli kağızlar aşağıdakılardır: 



1.

  aksiyalar; 

2.

  istiqrazlar; 



3.

  birja indeksi üzərində əməliyyatlar; 

4.

  1989-cu ildən başlayaraq opsionlar; 



5.

 1990-cı ildən başlayaraq istiqrazlar üzrə opsiyonlar. 

Tokio birjası Finans Nazirliyinin icazəsi ilə qurulub, üzvlük 

ə

sasına görə fəaliyyət göstərən və mənfəət məqsədi güdməyən bir 



qurumdur.  1990-cı  ilin  sonuna  rəqəmlərə  görə  Tokio  Fond 

Birjasının  124  üzvü  vardır.  Bunların  da  25-i  xarici  şirkətlərin 

nümayəndələridir. 

Yaponiyada  1953-1989-cu  illər  ərzində  sərmayə  bazarını 

inkişaf  etdirmək  məqsədi  ilə  fiziki  şəxslərin  aksiyalarından  əldə 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə