Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə28/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   24   25   26   27   28   29   30   31   ...   133

 

86

etdikləri  gəlirlərə  görə  vergi  tətbiq  edilmirdi.  Ancaq  1989-cu  il 

fevral ayından etibarən bu gəlirlər vergiyə  cəlb edildi. 

Böyük birjalar. 

Almaniya-Frankfurt  Fond  Birjası.  Almaniyada  birjalar 

ölkə  iqtisadiyyatının  digər  sahələrinin  inkişaf  etməsinə  paralel 

olaraq  inkişaf  etmişdir.  Yaponiya,  Fransa  və  ABŞ  kimi  dünya 

iqtisadiyyatında  əhəmiyyətli  dərəcədə  iqtisadi  çəkisi  olan 

Almaniya  kapital  bazarı  mövzusunda  bu  ölkələrdən  olduqca  geri 

qalmışdır.  Alman  birjalarında  qiymətli  kağızlarla  aparılan  əmə-

liyyatların  həcmi  dünyada  əməliyyat  keçirilən  qiymətli  kağızların 

ümumi həcminin 4%-ni təşkil edir. Bunun əsas səbəbi Almaniyada 

1930-1945-ci  illər  ərzində  nasional-sosializm  ideologiyasının 

hakim  ideologiya  olması  idi.  Bu  görüşə  görə  yəhudilər  kapital 

bazarı  vasitəsi  ilə  alman  iqtisadiyyatına  və  xüsusilə  də  alman 

xalqına zərər vermiş, hətta 1930-cu illərdə Almaniyada baş verən 

iqtisadi  böhranda  onlar  da  məsuliyyət  daşıyırlar.  Almaniyada  yə-

hudi  düşmənçiliyinin  nəticəsində  kapital  bazarına  qarşı 

etimadsızlıq  meydana  gəlmişdir.  Almaniyanın  ən  böyük  fond 

birjası  Frankfurt  şəhərindədir.  1996-cı  ildə  Franfurtdakı  fond 

birjasında  qiymətli  kağızlarla  əməliyyatın  həcmi  1485    milyard 

marka olmuşdur. 

Frankfurt  birjası  Almaniyanın  finans  mərkəzi  və  Avropanın 

London birjasından sonra 2-ci ən böyük birjadır. 

Ümumiyyətlə, Almaniyada 8 dənə qiymətli kağız bazarı və 3 

dənə  müddətli  əməliyyat  birjası  fəaliyyət  göstərir.  Bu  birjalar 

içində ən böyüy Frankfurt birjasıdır. Frankfurt birjasında 1994-cü 

ilin  sonuna  qədər  toplam  əməliyyat  həcmi  5,201  mlrd.  marka, 

bunlardan səhmlərin həcmi 1415 mlrd. marka, istiqrazların həcmi 

3,786 mlrd. marka olmuşdur. 



Paris  Fond  Birjası.  Paris  Fond  Birjasının  fəaliyyəti  uzun 

müddət  dövlət  müdaxiləsi  kimi  səbəblərlə  kölgədə  qalmış,  ancaq 

1986-1997-ci  illər  özəlləşdirmə  tədbirləri  nəticəsində  birja 

iqtisadiyyatın  tənzimlənməsində  aktiv  rol  oynamağa  başlamışdır. 

Nəticədə  1990-cı  illərin  ortalarında  qiymətli  kağızların 



 

87 

kapitallaşma  dəyəri  səkkiz  dəfə  artmış  və  buna  müvafiq  olaraq 

yeni  texnoloji  sistemli  proqramlar  klirinq,  depozitor,  trast 

ə

məliyyatlarında istifadə edilməyə başlamışdır.  



Ümumiyyətlə,  Paris  birjasının  idarə  heyəti  12  üzvdən 

ibarətdir.  12  üzvdən  10-u  vasitəçi  qurum  təmsilçisi,  1-i  birjada 

qeydiyyatdan  keçmiş  şirkətin  təmsilçisi,  digər  üzv  isə  vasitəçi 

qurumlarda  çalışanların  təmsilçisidir.  Bu  məclisdə  hökumətin 

təmsilçisi Finans Nazirliyinin nümayəndəsidir. 

Fransa  iqtisadiyyatında  ailə  müəssisələrinin  uzun  müddət 

fəaliyyətinin  nəticəsi  olaraq  Parisdə  fond  birjasının  inkişafı 

ləngimişdir. 

XIX  əsrin  əvvəlində  Paris  Fond  Birjasında  10-a  yaxın 

ş

irkətin qiymətli kağızları ilə əməliyyat keçirilirdi. 



Səhmdar  cəmiyyətlərinin  inkişafı  ilə  bərabər  Paris  Fond 

Birjası ölkə iqtisadiyyatında ciddi ictimai sosial instituta çevrildi. 

Paris  birjasında  qiymətli  kağızlarla  əməliyyat  dövlət 

tərəfidən  tənzimlənir  və  nəzarət  edilir.  Başqa  ölkələrdə  birjaya 

nəzarət hökumət qurumlarının birinin fəaliyyəti ilə məhdudlaşırsa, 

Fransada  isə  hətta  birja  brokerləri  (onların  sayı  85-ə  yaxındır) 

hökumət  qərarı  ilə  vəzifəyə  təyin  edilir.  Bu  brokerlərin  birjada 

aparılan bütün əməliyyatlar üzrə mononol hüquqları vardır. 

Birja  əməliyyatları  komissiyası  Paris  birjasının  fəaliyyətinə 

nəzarət edir və 5 üzvdən ibarətdir. Komissiya üzvləri finans naziri 

tərəfindən təyin edilir. Komissiya aşağıdakılara nəzarət edir: 

 -  səhmdar  cəmiyyətlərinin  ictimaiyyətə  açıqladıqları 

faktlara; 

 - məlumatların dəqiqliyi və operativliyinə; 

 - birja haqqında edilən şikayətlərə; 

 -  qiymətli kağızların alqı-satqısına. 



Milan  Fond  Birjası.  Milan  Fond  Birjası  taliya  dövlətinin 

mülkiyyətində olan müəssisədir. Birja fəaliyyətinə nəzarəti Finans 

Nazirliyi  həyata  keçirir.  Birjada  qiymətli  kağızlarla  əməliyyat 

aparan  brokerlər  (130-a  yaxın)  dövlət  məmuru  statusuna 




 

88

sahibdirlər.  Milan  birjasında  500-ə  yaxın  şirkətin  kağızları 

ə

məliyyatda iştirak edir və bunların da 1/3 səhmlərdir. 



 Eyronext  birjası.    Avropa  qitəsinin  böyük  birjaları  olaraq 

qəbul  edilən  Amsterdam,  Belçika  və  Parij  birjaları  2000-ci  ilin 

mart  ayında  Euronext  adı  altında  ortaq  bir  birja  qurmağa  qərar 

vermişlər.  Birləşmənin  gerçəkləşmisilə  2.3.  trilyon  Avrobazar 

dəyərinə  çatan  iri  bir  birja  ortaya  çıxmış  oldu.  London  birjasının 

bazar  dəyəri  2.8  trilyon  dollara  çatacaqdır.  Üç  birjanın  birləşmə 

yoluna getməsindəki ən böyük səbəb aşağı salınmasıdır. 

Euronext  birjası  fəaliyyətə  keçdiyində  Avropanın  ən  böyük 

25  şirkəti  bu  birjada  əməliyyat  görəcəkdir.  Euronext  birjasının 

sədri tərəfindən dörd il ərzində idarə ediləcəyi qərarlaşdırılmışdır. 



Nordquote  birjası  (Skandinaviya  ölkələri  birjaları). 

Skandinasiya  ölkələri  olaraq  tanınan  Danimarka,  Finlandiya, 

Norveçdə  birjalararası  bilgi  xəbərləşmə  sisteminə  dayanan 

ölkələrarası  ortaq  bir  əməkdaşlıq  anlaşılmışdır.  Bu  sistem  ilə 

Kopenhaqen,  Helsinki,  Oslo  və  Stokholm  birjalarında  Skandi-

naviya  ölkələrinə  aid  səhmlərin  alış-satışını  gerçəkləşdirmək 

mümkün  olacaqdır.  1994-cü  il  noyabr  ayında  qurulan  Nordquote 

sistemində  əməliyyat  aparan  83  şirkətə  aid  105  səhm  vardır.  Bu 

sistem Skandinaviya ölkələri arasında səhmlərin ticarətini artırmaq 

ilə  yanaşı  xarici  investorlara  Skandinaviya  ölkələri  bazarını  ən 

yaxşı şəkildə tanıtma məqsədini güdür. 

Honkond  birjaları.  Honkonqda  ilk  birja  1891-ci  ildə 

quruldu.  1950-ci ilərdə Honkond sürətlə sənayeləşdi və Çindən bu 

ölkəyə  güclü  bir  şəkildə  əmək  və  sərmayə  axını  oldu.  1972-ci 

illərdən etibarən aksiya dəyərlərində böyük artımlar oldu. 1987-ci 

ildə  dünya  birjalarına  təsir  edən  finans  böhranının  ən  böyük 

səbəblərindən birisi də Honkond birjasında az sayda şirkətin böyük 

çəkiyə  sahib  olması  idi.  Məsələn,  1991-ci  ilin  axırında  Honkond 

birjasındakı  şirkətlərin  ümumi  kapitalının  9,5%-ni  tək  bir  şirkət, 

«HK Telekommunikaşion» şirkəti təmsil edirdi. Birjanın ən böyük 

iyirmi  firmasının  ümumi  kapitalı  isə  birjada  əməliyyat  aparılan 

aksiya dəyərinin 66%-nə bərabər idi. 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə