Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə3/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   2   3   4   5   6   7   8   9   ...   133

 

7

girişi  yoxdursa,  bu  ölkələr  kommersiya  əməliyyatının  həcmini 

azaltmalı  və  valyuta  nəzarəti  kimi  tədbirləri  həyata  keçirmək 

məcburiyyətində qalırlar. Ancaq  bu isə öz növbəsində ölkədəki in-

vestisiyaların riskini artırır. 

Digər cəhətdən bir ölkənin xarici iqtisadi münasibətlərindəki 

proseslərin  təqib  edilməsi,  ölkə  pulun  xarici  dəyərindəki 

dəyişikliklərin  təxmin  edilməsi zəruridir.  Üzən  kurs  sistemlərində 

valyuta kursları təklif və tələbin şərtlərinə görə formalaşır. Ancaq 

ölkənin  ümumi  valyuta  gəlir  və  məsrəfləri  ilə  bunların  hər  birini 

meydana  gətirən  mənbələrin  incələnməsi  üçün  yenə  də  xarici 

iqtisadi əlaqələrə aid məlumatlar əldə edilməlidir. Valyuta kursun-

dakı  dalğalanmalar  isə  valyuta  ticarəti  ilə  məşğul  olan  maliyyə 

qurumları ilə yanaşı, ixracatçı, idxalatçı, daxili və xarici investorları 

və  ya  xarici  kapitaldan  istifadə  edən  geniş  bir  biznesmen  dairəsini 

yaxından maraqlandırmaqdadır. 

Bundan  başqa  istər  xarici  bazarlara  açılan  böyük  fond 

sahibləri,  istərsə  də  yalnız  daxili  bazar  istiqamətində  fəaliyyət 

göstərən  kiçik  yığım  sahibləri  olsunlar,  valyutadan  həm  bir 

investisiya, həm də inflyasiyaya qarşı qoruma vasitəsi kimi istifadə 

etmək  meylindədirlər.  Valyuta  bazarının  geniş  olması,  istənilən 

miqdarda alınıb-satıla bilməsi, xüsusilə xırda yığım sahibləri üçün 

valyutanı  həm  bir  spekulyativ  qazanc  əldə  etmə,  həm  də 

inflyasiyaya qarşı qoruma cəhətdən bir vasitə vəziyyətinə gətirib. 

Ümumiyyətlə,  Beynəlxalq  valyuta-kredit  və  finans  müna-

sibətləri  mövzuları  çox  geniş  bir  kütləni  yaxından  maraqlandırır. 

Finans  bazarlarının  bütünləşməkdə  olduğu  bir  dünyada  əma-

nətlərini xarici maliyyə - kredit  təşkilatlarında  dəyərləndirmək is-

təyənlər və ya xarici bazarlardan maliyyə mənbəyinə ehtiyacı olan-

lar bu mövzuları çox yaxından izləyirlər. Bunlar kimi mal, xidmət 

və  valyuta  ixracı  ilə  əməliyyat  aparan  banklar  və  ya  maliyyə  qu-

rumları,  valyuta  spekulyatorları  və  arbitrajçılarda  «Beynəlxalq 

valyuta-kredit  münasibətləri»  mövzularında  daha  geniş  biliyə  və 

məlumata sahib olmaq istəyindədirlər. 




 

8

Kitab Azərbaycan iqtisadi ədəbiyyatında ilk dəfə hazırlanmış 

və  çoxsaylı  təhsil  müəssisələrində  müəllim,  elmi  işçi,  aspirant, 

magistr,  tələbə  və  xüsusi  ilə  də  beynəlxalq  valyuta  və  bankçılq, 

kredit sahəsində istəyənlər üçün çox əhəmiyyətli dərslik vəsaitidir. 

Beləliklə,  «Beynəlxalq  valyuta  –  kredit  münasibətləri  və 

xarici  ölkələrin  pul-  kredit  sistemi»  fənninin  öyrənilməsində  əsas 

məqsədi  aşağıdakı  mövzularda  tələbələrə  bilik  və  məlumat 

formalaşdırmaqdır:  

1.

 Valyuta münasibətlərinin nəzəri əsasını öyrənmək;  



2.

 Müasir  beynəlxalq  valyuta  sisteminin  struktural 

prinsiplərini öyrənmək; 

3.

 Tədiyə balansının strukturunu təhlil etmə qabiliyyəti;  



4.

 Valyuta  məzənnəsinin  iqtisadi  inkişafın  və  valyuta 

siyasətinin reallaşmasında rolu; 

5.

 Beynəlxalq investisiya və ticarətin inkişafında beynəlxalq 



kreditin rolu; 

6.

 Beynəlxalq  pul  və  kapital  bazarının  fəaliyyəti  haqqında 



məlumat; 

7.

 Beynəlxalq  portfel  investisiyasının  diversifikasiya 



siyasətini yerinə yetirmə qaydası; 

8.

 Beynəlxalq maliyyə institutlarının fəaliyyəti və məqsədləri 



haqqında məlumat; 

9.

 Qlobal  bank  –  valyuta  böhranları  səbəb  və  nəticələri 



haqqında məlumat. 

Kitab  geniş  oxucu  beynəlxalq  valyuta-kredit  və  bankçılq 

sahəsində  işləyənlər  üçün  çox  əhəmiyyətli  bir  tədris  və  məlumat 

nəşridir. 



 

 

 

 

 


 

9

 

 

 

 

 

 

I H SSƏ. BEYNƏLXALQ  

VALYUTA - KRED T  

MÜNAS BƏTLƏR   

 

 

 

 

 

 

 


 

10

FƏS L  I. BEYNƏLXALQ VALYUTA S STEM  

 

1.1.VALYUTA S STEMLƏR N N TAR X   NK ŞAFI 

 

nsanlar  tarixin  ən  qədim  dövrlərindən  bəri  alış  və  satışları 

həyata keçirmək üçün müxtəlif əşyalardan və vasitələrdən istifadə 

etmişdir.  Amma  nizamlı  şəkildə  tətbiq  edilən  ilk  sistem  qızıl 

standartıdır.  

Qızıl  standart  1870-1914-cü  illər  ərzində,  yəni  I  dünya 

müharibəsinə  qədər  öz  «qızıl  dövrünü»  yaşadı.  Bu  sistemdə  qızıl 

standartlarının  əsas  xüsusiyyəti  hər  ölkənin  pulunun  dəyərinin 

müəyyən çəkidə saf qızılla müəyyən edilməsi,  yəni qızılın alış və 

satışı,  ixrac  və  idxalı  sərbəstdir.  Burada  qızıl  sikkələr  qədər  

banknotlar  da  istifadə  edilirdi,  lakin  bununla  yanaşı  banknotlar 

istənilən  zaman  hökumətlər  tərəfindən  qəbul  edilir  və  müəyyən 

edilmiş qaydada qızılla təmin edilir. 

 Ümumiyyətlə,  bu  sistemdə  hökumət  müəyyən  etdiyi  sabit 

qiymətlə  hər  kəsə  qızıl  sata  və  özünə  təklif  edilən  qızılları  ala 

bilərdi.  Qızıl  standartı  ümumbəşəri  bir  sistemdir.  Hər  ölkə  pulun  

dəyərini  qızılla  tənzimlədiyinə  görə  bütün  ölkələrin  pulları  qızıl 

miqdarına  nəzərən  avtomatik  şəkildə  bir-birindən  asılı  idi.  Bunun 

üçün ayrıca  müasir dövrdəki valyuta bazarlarına bənzər bazarlara 

ehtiyac qalmırdı.  

1929-cu ildə  dünya iqtisadi böhranının baş verməsiylə qızıl 

standartının  davam  etməsinə  imkan  qalmadı.  1933-cü  ildə  qızıl 

standartı  tamamilə ləğv olundu.  

Beynəlxalq valyuta sistemində çətinlikləri aradan qaldırmaq 

məqsədi ilə, özəlliklə  inkişaf etmiş ölkələrin  rəhbərləri ABŞ –ın 

Bretton-Vuds qəsəbəsində məsələnin mühakirəsinə qatıldılar. 

Bretton-Vuds sistemi Amerika dollarına və onun vasitəsi ilə 

dolayı  yolla  qızıla  tabe  valyuta  sistemidir.  Konfransda  bir-birinin 

«əkiz  qardaşı»  kimi  qəbul  edilən  iki  yeni  maliyyə  təşkilatının 

qurulmasına qərar verildi:  Beynəlxalq Pul Fondu (BPF) və  Dünya 

Bankı (DB). BPF-nin vəzifəsi beynəlxalq maliyyə münasibətlərini 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə