Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə33/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   29   30   31   32   33   34   35   36   ...   133

 

102

olan  ehtiyacın  Amerika  banklarından  qarşılanmasıdır.  Axırıncısı 

isə  «böyük  birjalarının  dəyişik  ölkələri»  pullarından  ibarət  olan 

tələbin artması və bnun qarşılanma ehtiyacıdır. 

Konsorsiumun  qarşılaşdığı    ən  əhəmiyyətli  problemlərdən 

biri  finans  böhranı  vəziyyətində  vəsait  tapmamalarıdır.  Çünki  bu 

tip  qrumular  bir  ölkəyə  və  ya  bir  mərkəz  bankından  asılı  olaraq 

fəaliyyət göstərirlər. 



6.  Off-Şor  bankçılığı.  1950-ci  illərdən  etibarən  sürətli  bir 

genişləmə  prosesinə  girən  dünya  iqtisdiyyatı  ilə  birlikdə  Qərb  və 

Şə

rq bloku ölkələri arasındakı münasibətlər gərginləşdi. Bu illərdə 



SSR   Hökuməti  ABŞ-ın  milli  pul  vahidi  olan  dolları  Avropa  pul 

bazarına  aparmış  və  nəticədə  Avrobazar  meydana  gətirmişdi.  Bu 

dəyişləmələr nəticəsində də «Off-Şor» bankçılığı yaranmışdı. Belə 

bankçılıq  ölkə  xaricində  təmin  edilən  fondların  yenə  də  ölkə 

xaricində  istifadə  edilməsini  qarşısına  məqsəd  qoyan  bir  bank 

tipidir.  «Off  Şor»  bankların  göstərdikləri  xidmətlər  xarici  pul 

vahidi  ilə  aparılır.  Xüsusi  ilə  «Off  Şor»  bankçılığı  vergilərdən 

yararlanmaq  məqsədi  ilə  qurulur.  llki  sabit  bir  ödəmə  xaricində 

heç  bir  vergi  və  valyuta  nəzarətinin  olmadığı  bir  qrup  ölkələr 

arasında  Hollandiya  antilləri,  Tayman  adaları  nümunə  göstərilə 

bilər.  Hal-hazırda  daha  genişyayılan-ofşor  banklardır.  Onlarsız 

praktiki  olaraq  heç  bir  TMB-nin  əməliyyatları  keçinə  bilməz. 

Prinsipcə offşor bankların təşkili məqsədləri offşor kompaniyalarla 

eynidir.  Onlardan  ən  əsası  vergiqoymanı  minimumlaşdırmaqdır. 

Offşor  bankların  aşağıdakı  xüsusiyyətləri  vardır:  bankın 

qeydiyyata  alındığı  ölkənin  rezidentləri  ilə  işləmək  hüququ 

yoxdur; qeydiyyata alınmaq üçün ödənilən nizamnamə kapitalının 

tələb  edilən  həcmi  digər  ölkələrə  nisbətən  çox  aşağıdır;  bank 

praktiki  olaraq  vergilərdən  azaddır  və  ehtiyat  saxlamaq  və  digər 

bank  normativlərinə  qoyulan  tələblər  bir  qayda  olaraq  ofşor 

banklarında  başqa  ölkələrə  nisbətən  daha  az  ciddidir,  ölkə 

xaricində  əməliyyatlara  görə  valyuta  nəzarəti  mövcud  deyil. 

Dünyada  «offşor»  zonaları  içində  ən  tanınmış  bölgə  –  Kayman 

adalarıdır.  Burada  qeydiyyata  alınmış  bankların  sayı  580-dır  və 




 

103

onların  aktivlərinin  dəyəri  500  milyard  dollardır.  Karib  dənizinin 

şə

rq  hissəsində  Sent-Vinsent  adalarında  15  bank  və  7  min 



transnasional  şirkət,  Dominikada  –  5800  şirkət,  Naue  adalarında 

isə  3  min  şirkət  qeydiyyatdan  keçmişdir.  Halbuki,  bu  adada 

yaşayanların sayı 2 mindir. 

Dünya  iqtisadiyyatında  Men,  Qernsi  və  Cersi  adalarının, 

Banam  adasının,  Sent-Kristofer  və  Nevis  Federasiyasının, 

Niderland  Antil  adalarının,  Arubı  ( taliya  mafiyasının  ənənəvi 

sığınacağı),  Kayman  adasının,  Britin  Virginiya  adaları,  Panama 

(ofşor biznesin beşiyi) və nəhayət, Kipr ofşor bankları daha böyük 

ə

həmiyyət kəsb edir. 



Yeri  gəlmişkən,  son  zamanlar  xüsusi  sveçrə  bankları  kimi 

tanınan ofşor biznes çox geniş inkişaf etmişdir. 

Kayman  adalarında  500-dən  çox  ofşor  banklar  və  1300 

sığorta  kompaniyası  qeydə  alınmışdır.  Belə  ki,  dünyanın  50  iri 

bankının  43-ünün  burada  bölmə  və  törəmə  bankları  var.  Kayman 

adalarında  bankların  bölmələrinin  məcmu  depozit  qoyuluşunun 

məbləği  astronomik  rəqəmə  –  150  mlrd.  dollara  çatmışdır. 

Honkonqda xarici bankların 1,5 mindən çox bölməsi fəaliyyət gös-

tərir. 

Demək  olar  ki,  ofşor  banklar  transmilli  bankların  daha  bir 



ə

sas  təbəqəsini  yaratmışdır.  Müasir  şəraitdə  praktiki  olaraq 

dünyada  heç  bir  transmilli  kapitalın  finans  sxemi  bunsuz  keçinə 

bilmir. 


XXI əsrin əvvəllərində şaxələnmiş, çoxqatlı və çoxfunksiyalı 

TMB  sistemi  formalaşmışdır.  TMB  sistemi  transmilli  kapitalın 

ə

sas tələbatlarını ödəyir və dünya finans bazarlarının fəaliyyətinin 



institutsional əsasını təşkil edir. 

Lakin  investorlar  üçün  cənnət  sayılacaq  məkan  –  Banam 

adalarındır.  Burada  36  ölkə  mənşəli  418  bank,  580  investisya 

fondları,  60  sığorta  şirkətləri  və  100  min  transnasional  şirkətlər 

fəaliyyət göstərir. Bunların dövriyyəsi təqribən 350 milyard dollar 

səviyyəsindədir. 




 

104

Offşor  bankçılıq  üçün  gərəkli  olan  struktural  şərtləri 

aşağıdakı kimi sıralamaq mümkündür: 

1.

 iqtisati və finans üstünlükləri; 



2.

 iqtisadi və siyasi sabitlik; 

3.

 texniki şərtlər; 



4.

 hüquqi şərtlər; 

5.

 bankçılıq sirrinin maksimum ölçüdə qorunması; 



6.

 digər səbəblər.  

 

 

6.6. BEYNƏLXALQ BANKÇILIQDA  NƏZARƏ

S STEMLƏR    

 

Dünyada  bank  sferasına  nəzarətə  və  bu  sferanın  tənzimlən-



məsinə ciddi ehtiyac ötən əsrin 20-30-cu illərində baş vermiş Bö-

yük depressiyadan sonra formalaşmağa başlamışdır.  kinci Dünya 

müharibəsindən  sonra  bank  biznesinin  beynəlmiləlləşdirilməsi  və 

kapitallaşmanın  sürətləndirilməsi  beynəlxalq  bank  nəzarəti  qayda 

və  normalarının  formalaşmasını  şərtləndirdi.  Bununla  belə,  bank 

sferasında  nəzarət  səlahiyyətləri  hər  bir  ölkədə  qanunvericiliklə 

müəyyən olunmuş institusional formalarda həyata keçirilir. Bu sis-

temlərin  müxtəlif  ölkələr  üzrə  fərqlərinə  baxmayaraq,  onların  ha-

mısı  aşağıdakı  əsas  məqsədlərin  həyata  keçirilməsinə  istiqamətlə-

nib: 


1.    Pul  və  maliyyə  sabitliyinin  saxlanması.  Bu  da  bankların 

iflasına yol verilməməsi və aktiv və passivlərin səmərəli idarə edil-

məsinə  yönəldilmiş  bank  tənzimlənməsi  ilə  bağlı  tədbirlərin  gö-

rülməsi deməkdir. 

2.  Bank  sisteminin  səmərəliliyinin  təmin  olunması.  Bu  isə 

aktivlərin keyfiyyətinin artırılması və potensial risklərin azaldılma-

sı  hesabına  əldə  olunur.  Bank  nəzarətinə  həmçinin  daxili  bank 

ə

məliyyatlarının və maliyyə vəziyyətinin qiymətləndirilməsi daxil-



dir ki, bu da bankların həyati əhəmiyyətli iqtisadi əməliyyatları və 


Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə