Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə37/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   33   34   35   36   37   38   39   40   ...   133

 

114

VII FƏS L. BEYNƏLXALQ  KRED T  VƏ  DÜNYA 

QT SAD YYATINDA  XAR C   BORC  DURUMU 

 

7.1. BEYNƏLXALQ  KRED T N  MAH YYƏT  

 

Həm  xarici  dövlətlər  (başlıca  olaraq  inkişaf  etmiş),  həm  də 

beynəlxalq təşkilatlar (xüsusilə DVF və Beynəlxalq Yenidənqurma 

və  nkişaf  Bankı,  BY B)  ehtiyacı  olan  ölkələrə  maliyyə  yardımı 

göstərirlər.  Xidmətlər  formasında  göstərilən  yardım  texniki 

yardım, amma ərzaq məhsullarının, dərmanların və birinci dərəcəli 

vacib olan digər predmetlərin təchiz olunması ilə göstərilən yardım 

isə  humanitar  yardım  adlanır.  Bu  cür  yardımdan  adətən  hərbi 

yardımı ayırırlar (silahlar və b. ilə təchizat). 

Maliyyə  yardımını  kommersiya  borclarından,  kredit  və  ssu-

dalardan fərqləndirmək üçün “qrant-element” anlayışından istifadə 

olunur. Müxtəlif alınmış vəsaitlərin güzəştlilik səviyyəsinin müəy-

yən olunması üçün istifadə olunan göstərici qrant-element adlanır; 

o,    kommersiya  şərtlərinə  nisbətən  daha  güzəştli  şərtlərdə  borcun 

(kreditin, ssudanın) verilməsi nəticəsində borcun ödənilməsi hesa-

bına ödənişlərin hansı hissəsinin kreditor tərəfindən bütöv alınma-

masını müəyyən edir. Bununla yanaşı, şərti olaraq belə hesab olu-

nur  ki,  borcun  (kreditin,  ssudanın)  kommersiya  şərtlərində  veril-

məsi zamanı kreditor borca verilmiş kapitaldan 10% həcmində gə-

lir əldə edir.  

Maliyyə yardımına o borcları, kredit və ssudaları aid edirlər 

ki, orada qrant-element 25%-dən az olmayan hissəni təşkil edir. 

Az  inkişaf  etmiş  ölkələr  üçün  göstərilən  maliyyə  yardımı 

onların  maliyyə  resurslarının  əsas  mənbələrindən  biri  olmuşdur. 

Ə

gər  1980-ci  ildə  o,  bu  ölkələrin  ÜDM  ilə  nisbətdə  4%  təşkil 



edirdisə,  o  zaman  o,  kapital  qoyuluşlarının  və  dövlər  xərclərinin 

xeyli hissəsini təmin etməklə 90-cı illərin ortasında – 12%-dən çox 

təşkil  edirdi,  bəzi  ölkələrdə  isə  bu  xərclərin  əsas  hissəsini  təşkil 

edirdi. Qalan ölkələrin əksəriyyəti xarici yardımın az hissəsini alır, 




 

115

buna  baxmayaraq,  bəzi  istisna  halları  vardır:  əgər  90-cı  illərin 

ortasında  Azərbaycan,  Albaniya,  Ermənistan,  Gürcüstan, 

Qırğızıstan üçün xarici  yardım onların ÜDM-nə  4-10% həcmində 

ə

lavə  olunurdusa,  o  zaman  Monqolustan  üçün  bu,  28%  təşkil 



edirdi. Hindistan, Çin və Rusiya kimi bu cür inkişaf etməkdə olan 

və  keçmiş  sosialist  ölkələri  üçün  xarici  yardım,  bir  qayda  olaraq, 

onların  ÜDM-nə  1-2%-dən  az  hissədən  ibarətdir.  Bu  cür  nəhəng 

ölkələr,  o  cümlədən,  dünya  standartlarına  görə  orta  inkişaf 

səviyyəsi  olan  ölkələr  üçün  dünya  maliyyə  bazarında  xaricdən 

alınmış  vəsaitlər  və  xarici  birbaşa  və  portfel  investisiya  axını 

böyük əhəmiyyət kəsb edir. 

Yardımın  göstərilməsi  adətən  (amma  hər  zaman  deyil) 

müxtəlif şərtlərin yerinə yetirilməsi ilə əlaqədardır. Belə ki, 1990-

cı  illərdə  Rusiyada  olduğu  kimi,  DVF-dən  və  BY B-dən  yardım 

alan  ölkələr  öz  iqtisadi  siyasətini  bu  təşkilatların  tövsiyələrinə 

uyğun olaraq razılaşdırmalıdırlar.  

Klassik  iqtisadçılara  görə,  beynəlxalq  kredit  inkişaf  etməkdə 

olan ölkələrin finans qaynaqlarına olan ehtiyacın qarşılanmasına de-

yilir.  nkişaf  etməkdə olan ölkələrdə  rast  gəlinən problemlərdən  biri 

yığım  çatışmazlığıdır.  Beynəlxalq  kreditə  olan  ehtiyacın  səbəblərini 

aşağıdakı formul vasitəsi ilə göstərə bilərik: S - I = X-M.  Burada S - 

ölkə daxili yığımı, (I) - ölkə daxili investisiyaları, X - mal və xidmət 

ixracını, M - mal və xidmət idxalını göstərir. S

də qoyulan investisiyaların miqdarının ölkə içindəki yığımlara nisbə-

tən böyük olduğu başa düşülür. Bu durumda investisiyaların beynəl-

xalq kredit hesabma saxlanaraq qarşılanınası məsələsi olacaqdır. Sax-

lanan beynəlxalq qaynaqlar idxalat çoxluğuna yönəldiləcəkdir. 

Beynəlxalq  finansman,  ölkələr  arasındakı  müxtəlif  növ  fi-

nans axınlarının və əməliyyatların prosesini əhatə  edir. Beynəlxalq 

Finans  quruluşlarının  finansman  fəaliyyətlərindəki  əməliyyatlar  bir-

birindən  fərqlidir.  Bunun  səbəbi  də  kreditlərin  çeşidliyindədir.  Bey-

nəlxalq finansmanın anlamı olaraq həm xarici borcları, həm də bey-

nəlxalq yardımları əhatə edən geniş bir mənaya malikdir.  anələr yar-

dım  özəlliyi  formasında  olub  beynəlxalq  finansman  formalarından 




 

116

biridir.  anələr,  ehtiyac  hiss  edilən  maddələrin,  ehtiyacı  olan  ölkəyə 

verilməsi  ilə  həyata  keçiririlir.  Çox  az  rastlanan  pul  ianələridir. 

Texniki  yardımlar  da  ianə  anlamı  içindəki  yardımlardır.  Adətən, 

beynəlxalq finans qurumlarının fondlarından az inkişaf etmiş ölkələr 

ianə formasında yararlana bilirlər. Beynəlxalq finansmanın böyük bir 

hissəsini  rəsmi  yardımlar  təşkil  edir.  Bunlar  hökumətdən  hökumətə 

köçürülən  borc  vermə  əməliyyatlarıdır  ki,  ümumiyyətlə,  uzun 

müddətli və aşağı faizli olurlar. Digər finansman forması da millətlər-

arası qurumlar tərəfindən aparılan finanslaşmadır. Bunların başlıcaları 

Dünya Bankı və ona bağlı olan qurumlardır. 

Digər  bir  beynəlxalq  kreditləşmə  forması  özəl  satıcı 

kreditləridir.  Özəl  istehsalçı  və  ya  satıcı  qurumlar  qarşı  tərəfdəki 

ölkənin rəsmi və ya özəl sektor qurumlarına doğrudan kredit verirlər. 

Xarici  özəl  investisiyalar  da  beynəlxalq  finans  qaynaqları  içində 

önəmli bir yer tutur. Xarici sərmayəli şirkətlərin inkişaf etməkdə olan 

ölkələrə investisiya yardımları doğrudan-doğruya mənfəət əldə etmək 

məqsədini güdür. 

Beynəlxalq kredit beynəlxalq iqtisadi münasibətlərdə istifadə 

edilir.  Beynəlxalq  kredit    1-ci  növbədə  müxtəlif  ölkələrin  re-

zidentləri  arasındakı  iqtisadi  əlaqələrə,  2-ci  növbədə  rezident 

ölkələrin  müxtəlif  institutlar  ilə  yəni  beynəlxalq  və  regional 

təşkilatlarla  münasibətlərə,  ən  son  olaraq  isə  müxtəlif  rezident 

ölkələrin beynəlxalq pul və kapital bazarlarındakı əməliyyatlarına 

xidmət edir. 

Beynəlxalq  kreditləşmənin  faiz  dərəcəsi,  bir  çox  faktorlarla 

müəyyən  edilir  ancaq  əsas    borcluların  kredit  reytinqidir.  Keridt 

reytinqi  bir  çox  göstəricilər  əsasında  beynəlxalq  təşkilatlar 

tərəfindən  hesablanır  ki,  bu  da  borclunun  sosial-siyasi  faktorlarla 

iqtisadi vəziyyəti əsasında götürülür. Kredit reytinqi investision və 

spekulyativ  ola  bilər.  Birinci  dərəcəli  borcalan  yüksək  investision 

reytinqlə  borc  resurslarını  aşağı  qiymətlərlə  əldə  edir.  Spekulyativ 

reytinqli borcalan isə ancaq bahalı kredit vasitələrinə sahib ola bilər. 

Beynəlxalq  kredit  rəsmi  və  özəl  ola  bilər.  Rəsmi  kreditlər 

beynəlxalq  və  regional    kredit  təşkilatları,  dövlətin  mərkəzi  və 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə