Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə39/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   35   36   37   38   39   40   41   42   ...   133

 

120

3.

  beynəlxalq  kredit  «isti  pullar»  formasından  hərəkət 



edərək dünya valyuta sistemində sabitliyin pozulmasına və dünya 

iqtisadiyyatında valyuta böhranlarına yol aça bilər; 

4.

  həddindən yuxarı beynəlxalq kreditin cəlbi və onun qeyri 



rasional istifadəsi borc alan ölkəni finans bataqlağına sala bilir və 

hətta əhalinin həyat səviyyəsinin düşməsinə yol aça bilər.  

Lakin  bununla  yanaşı  beynəlxalq  kredit  müvafiq  kompleks 

məsələlərin  həllini  çözə  bilər,  o  cümlədən:  milli  ixracatı  inkişaf 

etdirər;məhsulun  keyfiyyəti  və  kəmiyyətini  artıra  bilər;dünya 

bazarında  ölkənin  rəqabət  qabiliyyətinin  mövqeyini  artıra  bilər; 

milli iqtisadiyyatda struktura, dəyişiklikləri həyata keçirə bilərlər. 

Beynəlxalq  kredit  Milli  dövlət  iqtisadi  tənzimlənməsinin 

obyekti kimi çıxış edir. 

Beynəlxalq  kredit  şərtləri.  Beynəlxalq  kreditin  şərtlərinə 

aşağıdakılar  daxildir:  kreditin  valyuta  mənşəyi;  ödənişin  valyuta 

mənşəyi; kredit məbləği; kreditin müddəti; kredit açmanın üsulları; 

kreditin  istifadəsi  və  ödənilməsi  şərtləri  və  ortaya  çıxa  biləcək 

risklərin sığorta metodu. 

Sxem 7.1. 

 

Subyektlər üzrə beynəlxalq kredit formasının klassifikasiyası 

 

Beynəlxalq Finans 



təşkilatlarının açdıqları 

beynəlxalq kreditlər 

BPF, Dünya bankının qrupu, 

Avropa yenidənqurma və inkişaf 

bankı və s. təşkilatlar 

Beynəlxalq dövlət kredit 

Dövlətlərarası 

Müştərək 

Beynəlxalq bank krediti 

xracatçıya 

Mal üzrə 

Faktorinq (borc) 

Forfeytinq  (veksel 

üzrə) 


Beynəlxalq 

kommersiya 

krediti 

Açıq  hesab,  avans,  veksel,  öncə 

alım, malla ödəmə 

 



 

121

Beynəlxalq  kreditin  spesifik  funksiyalarında  biri  də  kapital 

təmərküzləşməsi və mərkəzləşməsinin gücləndirilməsidir. Beynəl-

xalq  kredit  özəl  şirkətlərin  səhmdar  cəmiyyətlərə  transformasiya-

sında və yeni şirkətlərin qurulmasında ciddi rolu vardır. 

Beynəlxalq  kredit  münasibətlərinin  subyekti  kimi  kreditor 

(ssuda  kapitalının  təklif  edən)  və  borclu  (ssuda  kapitalına  tələbi 

olan) çıxış edir. 

Beynəlxalq  kredit  təməl  motivi,  açılan  kreditdən  maksimal 

mənfəət  əldə  etməkdir.  Beynəlxalq kredit adı keçən orqanlara milli 

iqtisadi siyasət kontekstində: 

1.

 büdcə  kəsirinin  araşdırılması,  valyuta  məzənnəsinin 



sabitliyi və s. bu kimi tədbirlər üçün nəzərdə tutulur; 

2.

 transnasional  finans-sənaye  qrupları  yüksək  faiz 



dərəcələrindən  yararlanmaq  məqsədi  ilə  faiz  dərəcələri  yüksək 

olan ölkələrin pul və kapital bazarına yönəlir; 

3.

 kommersiya bankları öz finans imkanlarına realizə etmək 



və ya müvəqqəti likvidlik problemlərinin həllini beynəlxalq kredit 

bazarlarında əməliyyat aparmaqla həll edir; 

4.

 istehsal  sektor.  Real  sektor  beynəlxalq  kreditdən  geniş 



təkrar istehsalın prosesini sürdürmək üçün istifadə edir. 

Beynəlxalq krediti təklif edən banklar siyahısında ilk yerləri: 

citigroup,  Deutshe  Bank,  HSBC  bankları  tutur.Hal-hazırda 

beynəlxalq kredit alətlərinin həcmi 30 trl. dollarından da yuxarıdır. 



nkişaf etməkdə olan ölkələrin beynəlxalq kreditləşməsi-

nin xüsusiyyətləri  

nkişaf  etməkdə  olan  ölkələrin  beynəlxalq  kreditləşmə 

xüsusiyyətləri aşağıdakılardan ibarətdir. Birincisi, bu ölkələr xarici 

resursların  böyük  hissəsini  güzəştli  kreditlər  və  əvəzsiz 

subsidiyalar  formasında  alırlar.  Güzəştli  kreditlər  və  subsidiyalar 

almaq  istəyən  ölkələrin  seçilməsi,  başlıca  olaraq,  iqtisadi  inkişaf 

səviyyəsindən asılı vəziyyətdə yerinə yetirilir. Ən az inkişaf etmiş 

ölkələr  daha  çox  güzəştlərdən  istifadə  edirlər  və  əksinə,  dinamik 

inkişaf  etməkdə  olan  yeni  sənaye  ölkələrinin  kreditləşməsi  öz 

şə

rtlərinə  əsasən  daha  az  dərəcədə  qərbi  borc  alanların 




 

122

kreditləşməsindən  fərqlənir.  Amma  güzəştli  kreditlər  siyasi  və 

hərbi-strateji motivlər baxımından onlara verilir.  

kincisi, müxtəlif inkişaf etməkdə olan dövlətlərin universal 

beynəlxalq  kreditləşmə  sistemi  yoxdur.  Hər  bir  ölkə  üçün  onun 

inkişafı,  iqtisadi  vəziyyəti  (xüsusən  ödəmə  qabiliyyəti),  aparıcı 

donor  ölkələr  və  beynəlxalq  valyuta-kredit  və  maliyyə  institutları 

arasndakı  münasibətlərdən,  eləcə  də,  ssuda  kapitallarının  dünya 

bazarında  nüfuzundan  və  s.-dən  asılı  olaraq  beynəlxalq 

kreditləşmə mexanizmi formalaşır.     

Üçüncüsü,  müasir  dünya  miqyaslı  kredit  sistemi  inkişaf 

etməkdə  olan  ölkələrin  dünya  təsərrüfatında  inteqrasiya  olunan 

spesifik  şərtlərinə  uyğunlaşdırılmışdır.  Bu,  yalnız  rəsmi  (ikitərəfli 

və  çoxtərəfli)  kreditləşmə  və  maddi  yardım  verilməsinə  deyil, 

həmçinin şəxsi bankların kreditlərinə aid edilir. 

Dördüncüsü,  inkişaf  etməkdə  olan  ölkələr  bilavasitə  inkişaf 

etmiş  ölkələrdən,  inkişaf  etmiş  dövlətlərin  başlıca  donor  olduğu 

beynəlxalq valyuta-kredit və maliyyə institutlarından, o cümlədən, 

dünya bazarında ssuda kapitallarından kredit və subsidiyaların əsas 

hissəsini  alır.  Buna  görə  də,  inkişaf  etməkdə  olan  ölkələrin 

beynəlxalq  kreditləşməsi,  əsas  etibarilə,  dünya  təsərrüfatının 

mərkəzi 


və 

periferiyaları 

arasındakı 

münasibətlər 

ilə 

ə

laqələndirilir.  Beynəlxalq  kreditlərin  və  subsidiyaların  az  hissəsi 



yalnız  inkişaf  etməkdə  olan  ölkələrin  qarşılıqlı  əməkdaşlığı 

çərçivəsində təqdim olunur.  nkişaf etməkdə olan ölkələrin  qtisadi 

Yardım  Şurasına  əvvəlcədən  daxil  olmuş  dövlətlər  ilə  kredit 

münasibətləri bir qədər inkişaf etdirilmişdir. 

nkişaf etməkdə olan ölkələrin kreditləşmə formaları, əsasən, 

Ə

T-ə  ( qtisadi  Əməkdaşlıq  və  nkişaf  Təşkilatı)  daxil  olmuş 



ölkələrin  nkişafına  Yardım  Komitəsi  ( YK)  tərəfindən  qəbul 

edilmiş  sxem  ilə  müəyyən  olunur.  YK  inkişaf  etməkdə  olan 

ölkələr  ilə  əlaqədar  aparıcı  donor-ölkələrin  və  kreditorların  kredit 

siyasətini əlaqələndirir. Bu təşkilat inkişaf etməkdə olan ölkələrin 

beynəlxalq kreditləşmə üzrə statistik məlumatların toplanılması və 

dərc olunması işlərini yerinə yetirir. 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə