Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə4/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   2   3   4   5   6   7   8   9   ...   133

 

11 

tənzimləmək,  DB-nin  vəzifəsi  isə  müharibə  nəticəsində  dağılan 

Avropa  ölkələrinin    iqtisadiyyatını  dirçəltmək,  habelə  inkişaf 

etməkdə  olan  ölkələrin  itisadi  inkişafını  təmin  etmək  məqsədi  ilə  

onlara göstərilən maliyyə yardımını gücləndirmək idi. 

Bretton-Vuds  sisteminin  qəbul  etdiyi  valyuta  kursuna 

«tənzimlənən  sabit  kurs  sistemi»  deyilməkdədir.  1946-cı  ildə 

tətbiq edilən bu sistem 1973-cü ildə dağıldı.  

Sistemin xüsusiyətləri aşağıdakı kimidir: Müqaviləni imzala-

yaraq BPF-yə üzv olan ölkə, milli pulunun dəyərini sabit bir kursla 

Amerika  dollarına  bağlayır.  Milli  pulun  bu  sabit  dollar  kursuna 

«dollar pariteti» deyilmişdir.  ABŞ isə dolların dəyərini başqa bir 

ölkənin valyutası  ilə deyil, 1 unsiya saf qızıl=35 dollar kimi sabit 

qiymətlə ölçmüşdü. Digər cəhətdən ABŞ, xarici ölkələrin mərkəzi 

banklarına  qızılın  dollara  konversiyasına  icazə  verirdi.  Yəni 

Amerika Federal Ehtiyat Bankı xarici ölkələrin mərkəzi banklarına 

təklif  etdikləri  dollar  qarşılığında  yuxarıda  müəyyən  edilən  sabit 

qiymətlə qızıl satma məsuliyyətini üzərinə götürmüşdü. Bu  qayda 

ilə  hər  ölkə  milli  valyutasını  dollarla  ölçmüş  və  dollara  da  qızıl  

konversiyasını qəbul etdiyi  üçün milli pullar dolayı yolla qızıla ta-

be  olurdu  (milli    pulun  qızıl  dəyərinə  «qızıl  pariteti»  deyilirdi). 

Sistemə  görə  hər  ölkə  milli  pulun  valyuta  bazarındakı  dollar  

qiyməti  ətrafında  ən  çox  1%-lik  alt  və  üst  sərhədlər  içərisində 

üzməsinə icazə verə bilərdi. Daha  yüksək dəyişikliklərə qarşı isə, 

mərkəzi bank bazara dollar vasitəsi ilə (bazarda dollar alqı-satqısı) 

müdaxilə etməli idi. Buna baxmayaraq, tədiyə balansında əsaslı bir 

tarazsızlıq  olardısa,  BPF-nun  razılığı  ilə  üzv  ölkələrə  milli  valyu-

talarını dollara görə devalvasiya etmə səlahiyyəti verilmişdi. 

Bretton-Vuds  sistemi  ABŞ-ı  dünyanın  bir  növ  «Mərkəzi 

Bankı»  mövqeyinə  gətirdi.  Bu  vəziyyətin  o  vaxtkı  şərtlər  içində 

səbəbi  ABŞ  iqtisadiyyatının  dünya  iqtisadiyyatındakı  tutduğu 

rəqibsiz üstünlüyü ilə əlaqədar idi. Amerika iqtisadiyyatı II dünya 

müharibəsindən  sonra  daha  da  gücləndi.  Bu  ölkənin  qızıl 

ehtiyatlarının  heç  tükənməyəcəyi  güman  edilirdi.  Çünki  Avropa 

ölkələrinin iqtisadiyyatı müharibədə dağılmış və Yaponiya da hələ 



 

12

ki, iqtisadi inkişafını başa çatdırmadığına görə ABŞ-ın dünyadakı 

mövqeyi möhkəm idi. 

Burada  bir  şeyi  qeyd  etmək  lazımdır  ki,  xarici  ehtiyatların 

dollarla  tutulması  sistemin  ən  zəif  cəhətlərindən  biri  idi.  ABŞ-ın 

tək  öhdəliyi,  özünə  təklif  edilən  bu  dolları  qızıla  dəyişdirməkdən 

ibarət idi. Amma Amerikadakı tədiyə balansı kəsirlərinin aşırı bir 

şə

kildə  böyüməsi,  başqa  bir  ifadə  ilə  desək,  xarici  ölkələrin  mər-



kəzi  banklarında  toplanan  dolların  ABŞ-ın  ümumi  qızıl 

ehtiyatlarından  çox  olması,  bir  gün  bu    dolların  konvertasiyasına 

son qoya bilərdi. Belə ki, praktiki olaraq vəziyyət belə də oldu.  

Beləliklə,  1946-cı  ildə  başlayan  Sabit  kurslu  Bretton-Vuds 

Sistemi tarixi bir xatirə olaraq yaddaşlarda qaldı. 1973-cü ilin mart 

ayında sənayeləşmiş ölkələr pullarının Amerika dollarını qarşısın-

da  sərbəst  üzməsinə  icazə  verdikdən  sonra  Bretton-Vuds  sistemi 

dağıldı.  Belə  vəziyyətdə  sərbəst  dalğalanmağa  keçmək,  əsas 

sənayeləşmiş  ölkələrin,  demək  olar  ki,  tək  alternativi  idi.  Amma 

bununla  yanaşı  üzən  kurs  sisteminin  qısa  müddətli  olması 

düşünülmüşdü.  Gələcəkdə  keçmişdəki  kimi  əhatəli  yeni  bir 

beynəlxalq valyuta sisteminin qurulacağına inam vardı. Lakin tarix 

ölkələrin bu praktikadan çox şikayət etmədiklərini göstərdi. Bəlkə 

də  məhz  buna  görə  də  yeni  bir  sistemin  qurulması  əhəmiyyətli 

ölçüdə aktuallığını itirdi. 

Bu  gün  dünyada  bütün  ölkələr  tərəfindən  mənimsənilən, 

konvensiyalarla  qurulmuş,  eyni  kurs    sisteminə  görə  vahid  bir 

beynəlxalq  valyuta  sistemi  yoxdur.  Bunun  əvəzində  sabit  kurs 

sistemindən  üzən  kurs  sisteminə  qədər  dəyişə  bilən  və  ölkələrin 

özləri  tərəfindən  seçilən  fərqli  sistemlər  vardır.  Bu  gün  də,  BPF 

beynəlxalq maliyyə münasibətlərini tənzimləmək vəzifəsini davam 

etdirir.  Yalnız  Bretton-Vuds  sisteminin  dağılmasından  sonra  üzv 

olan  ölkələrin  fərqli  praktikalarına  hüquqi  baza  formalaşdırmaq 

üçün,  BPF-nin  quruluş  qanununda  (BPF  qanununda  ikinci 

dəyişilik)  dəyişiklik  edildi.  Bu  dəyişikliyə  görə  müəyyən  edilmiş 

prinsiplərə  əməl  etmək  şərti  ilə  istənilən  ölkə  istədiyi  kurs 

sistemini qəbul edə bilər. 



 

13 

1973-cü  ildə  sabit  məzənnəli  Bretton-Vuds  sisteminin 

ləğvindən    bəri  məzənnələrdə  aşırı  bir  dəyişkənlik  nəzərə  çarpır. 

Daha  əvvəllər  də  açıqlandığı  kimi  məzənnələrdə  müşahidə  edilən 

bu  cür  oynaqlıq  isə  beynəlxalq  ticarət  və  kapital  hərəkətlərinə 

ə

həmiyyətli  ölçüdə  təsir  edir.  Bundan  başqa  bügünkü  idarəetməli 



dalğalanma  sistemli  aspektində,  valyuta  məzənnələrində  balans 

dəyərlərindən dəyişikliklər meydana gəlməkdə və bu tarazsızlıqlar 

bir neçə il davam etməkdədir. Məsələn, Türkiyədə 1990-cı illərin 

ə

vvəllərində  Mərkəzi  Bank  müdaxilələri  nəticəsində  qısamüddətli 



xarici  fondları  ölkəyə  çəkə  bilmək  üçün  valyuta  kurslarını  aşağı 

tutmuşdur.  O  dönəmdə,  yəni    1980-1985-ci  illər  arasında  ABŞ-ın 

tətbiq  etdiyi  təklif  yönümlü  iqtisadi  siyasət  çərçivəsində  ticarət 

balansındakı böyük artımlar da digər bir nümunədir. Böyük ticarət 

kəsirlərinə  baxmayaraq,  dolların  dəyərinin  artması  paradoksal  bir 

vəziyyətdir.  Bunun  səbəbi,  tətbiq  edilən  yüksək  faiz  siyasətindən 

dolayı  ölkəyə  girən  böyük  həcmli  qısamüddətli  xarici  kapitaldır. 

Başqa  bir  sözlə,  bu  tarixlərdə  dollar  açıq  şəkildə  aşırı 

dəyərləndirilmiş  bir  pul  idi.  Məzənnə  oynaqlığı  və  məzənnə 

tarazsızlığı  problemləri,  beynəlxalq  pul  sisteminin  hansı  ölçüdə 

elastik olmasını və hansı ölçüdə iqtisadi siyasətə uyğunlaşması ki-

mi  mövzuları  aktuallaşdırıb.  Beləliklə,  aşağıda  qyed  etdiyimiz 

mövcud  praktikaların  düzəldilməsi  üçün  məzənnələr  mövzusunda 

«hədəf dəyişmə» sahəsi kimi layihələr təklif edilir. Başqa bir sözlə, 

ə

vvəllər  üzən  və  sabit  məzənnə  sistemlərinin  müsbət  cəhətlərini 



toplayan  layihələr  yerinə  optimal  məzənnə  elastikliyi  və  iqtisadi 

siyasətə uyğunlaşdırılması kimi mövzular mübahisə obyekti olub. 

1973-cü  ilin  əvvəllərində  əsas  sənayeləşmiş  ölkələrdə 

Bretton-Vuds  sisteminin  əsasını  meydana  gətirən,  pulların  sabit 

kurslardan  Amerika  dollarıyla  ölçmə  tətbiqlərinə  qərar  verildi. 

Beləliklə, bu ölkələrin pulları ilə Amerika dolları bir-birlərinə qarşı 

dalğalanmağa buraxıldı. 

Bretton-Vuds  sisteminin  «qıfıl  pulu»  olan  dolların 

dalğalanmağa buraxılması bir çox cəhətdən böyük əhəmiyyət kəsb 

edirdi.  Çünki  dollar  beynəlxalq  «dəyər  standartı»  idi.  Beynəlxalq 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə