Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə40/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   36   37   38   39   40   41   42   43   ...   133

 

123

nkişaf  etməkdə  olan  ölkələrə  verilən  kreditlərin  və 

subsidiyaların təsnifatı   aşağıdakı kimidir: 

I.

 



nkişafın rəsmi maliyyələşdirilməsi ( RM). 

1.

 



nkişafa  rəsmi  yardım  ( RY),  o  cümlədən,  ikitərəfli  və 

çoxtərəfli yardım. 

2.

  Digər  RM, o cümlədən, ikitərəfli və çoxtərəfli şəkildə. 



II.

  xrac ilə əlaqədar kreditlər. 

III.

  Şəxsi kreditlər və subsidiyalar. 



1.

  Beynəlxalq bank krediti.  

2.

  Qiymətli kağızların emissiyası. 



3.

  Qeyri-hökumət təşkilatlarının əvəzsiz subsidiyaları. 



nkişaf  etməkdə  olan  ölkələri  borc  alan  ölkələr  kimi 

səciyyələndirən xüsusiyyətlər  

Borc alan ölkələr kimi inkişaf etməkdə olan ölkələr üç qrupa 

bölünür.  Birinci,  ən  çoxsaylı  qrupa  təqribən  60  ölkə  aid  edilir  və 

bu  ölkələrin  dövlət  kreditləri  və  subsidiyaları  alınan  xarici 

resursların  ümumi  məbləğinin  2/3-dən  az  olmayan  hisəsini  təşkil 

edir.  Bu  ölkələr,  başlıca  olaraq,  aşağı  səviyyəli  iqtisadi  inkişafı 

olan ölkələrdir.  kinci qrupa təqribən 30 orta inkişaf etmiş ölkələr 

daxil edilir və bazar şəraitində bu ölkələrə 23-dən az olmayan pul 

resursları  cəlb  edilir.  Aralıq  qrupa  ssuda  kapitallarının  dünya 

bazarı  kreditlərinə  kifayət  qədər  müraciət  edən  ölkələr  xasdır.  Bu 

qrupun tərkibi birinci iki qrupdan fərqli olaraq sabit deyildir. Belə 

ki, bu ölkələrin bəziləri tədricən ikinci qrupa keçirlər. 

RY-nin  bölüşdürülməsi  zamanı  əsas  kriteriya  kredit  alan 

ölkənin iqtisadi inkişaf səviyyəsi hesab olunduğu halda, adambaşı 

nəzərə  alınmaqla,  Saxaranın  cənubunda  olan  Afrika  ölkələri  ən 

böyük həcmdə vəsait alırlar. Onlara inkişaf etməkdə olan ölkələrin 

ə

halisinin  təqribən  1/10  hissəsi  və  RY-in  ümumi  məbləğinin 



təxminən  1/3  hissəsi  düşür.    Amma,  məsələn,  srail  güzəştli 

kreditlərin  və  subsidiyaların  1/20-dən  çox  hissəsini  alır.  Buna 

baxmayaraq,  onun  əhalisi  inkişaf  etməkdə  olan  ölkələrin  yalnız 

0,1%-i təşkil edir. Bu isə onu sübut edir ki, kredit alan ölkələr üzrə 




 

124

kreditin  bölüşdürülməsi  kriteriyası  yalnız  iqtisadi  deyil,  həmçinin 

siyasi amillərdən asılıdır. 

nkiaf  etməkdə  olan  ölkələr  arasında  ən  iri  borclu  ölkə 

Braziliyadır  (borcu  100  milyard  ABŞ  dollarından  çoxdur). 

Meksika  ondan  bir  qədər  geri  qalır.  Hindistanın,  ndoneziyanın, 

Argentinanın,  Çinin  xarici  dövlətlərə  borcu  50  milyarddan  80 

milyard  ABŞ  dollarına  qədər  olan  məbləği  əhatə  edir.  Onların 

ardınca Koreya Respublikası, Nigeriya, Filippin, Venesuela (90-cı 

illərin əvvəlində onların hər birinin borcu 30 milyard ABŞ dolları 

məbləğində  idi)  gəlir.  Taylandın,  Əlcəzairin,  Malayziyanın, 

Marokkonun,  Perunun  borcu  20  milyarddan  çox  ABŞ  dolları 

məbləğindədir. Ən iri borclu ölkələr siyahısında öz borc ödənişləri 

ilə  bağlı  cədvəli  dəfələrlə  nəzərdən  keçirən  ölkələr  (Braziliya, 

Meksika, Argetina, Nigeriya, Filippin, Venesuela, Marokko, Peru), 

o  cümlədən,  üzərinə  götürdükləri  öhdəlikləri  yerinə  yetirən 

dövlətlər  sadalanır.  Onların  arasında  ssuda  kapitallarının  dünya 

bazarında  yüksək  nüfuzu  olan  ölkələr  də  vardır  (Koreya 

Respublikası,  Tayland,  Malayziya).  Beləliklə,  xarici  borcların  və 

ödəmələrin  ödənişi  ilə  əlaqədar  məbləği  ödəmə  qabiliyyətinin 

yeganə göstəricisi kimi qiymətləndirilə bilməz.  

  

 



7.2.  BEYNƏLXALQ  BORC  BÖHRANI  VƏ  ONUN  HƏLL  

 

Borclu  ölkələrin  borc  ağırlığı  və  ödəmə  qabiliyyəti  onların 

iqtisadiyyatının  real  vəziyyəti  və  dünya  təsərrüfatı  şərtləri  ilə 

adekvatlığı, onların borcun idarə edilmə qabiliyəti və digər milli və 

dünya təsərrüfatı amilləri ilə müəyyən edilir: 

• Cari ödəmə balansı və dövlət büdcəsini vəziyyəti, 

• Daxili 

ə

manət  və  investisiyaların  nisbəti,  dünya 



qiymətlərinin milli ixrac və idxal məhsul və xidmətləri səviyyəsi, 

• Ticarət şərtləri – idxal və ixrac qiymətlərinin nisbəti, 

• Valyuta  kursu  və  milli  valyutanın  alıcılıq  qabiliyyəti 

pariteti, 




 

125

• Kapital həcminin axını və əks axını, 

• Faiz  dərəcələri  səviyyəsi  və  özəl  kreditləşmənin  digər 

şə

rtləri, 



• Borc ağırlığının azaldılması tədbirləri və s. 

Borc  ağırlığı  bir  çox  göstəricilərlə  müəyyən  olunur,  ancaq 

Dünya Bankı tərəfindən əsas qəbul edilənlər bunlardır: 

• Ümumi borcun məbləğinin ÜDM-a nisbəti, 

• Ümumi borcun mal və xidmətlərin gəlirinə nisbəti, 

• Faiz ödəmələrinin mal və xidmətlərə nisbəti, 

• Rəsmi ehtiyatların ümumi xarici borcun məbləğinə nisbəti, 

• Ümumi xarici borcun məbləğində qısamüddətli payı, 

• Ümumi  xarici  borcun  məbləğində  çoxtərəfli  kreditorlara 

borcun payı, 

• Ümumi xarici borcun məbləğində şəxsi kreditlər, həmçinin 

bank və digərlərin payı, 

• 2-ci  qiymətli  kağızlar  bazarında  borc  öhdəliklərinin 

kotirovkası, hansı ki, ölkənin kredit reytinqini müəyyən edir. 



 

nkişaf  etməkdə  olan  ölkələr  içində  ən  çox  borclu  olan 

ölkələr  –  Argentina,  Boliviya,  Braziliya,  Çili,  Kolumbiya,  Kosta-

Rika, Fildşi sahili, Ekvador, Yamayka, Meksika, Tunis, Nigeriya, 

Peru, Filippin, Uruqvay, Venesuela olmuşdur. Adı gedən ölkələrə 

aid  borcların  payı  toplam  borclar  içində  40  faizdir.  Borcların 

böyük bir hissəsi qısamüddətli və yüksək faizli kommersiya bank-

larına olan borclar olduğundan, bu durum borclu ölkələrin ödəmə 

öhdəliklərini  daha  da  çətinləşdirmişdir.  Bu  gün  üçüncü  dünya  öl-

kələrinin  qarşı-qarşıya  dayandıqları  xarici  borc  böhranı,  bu 

ölkələrin  daxili  təməl  problemlərinin  qarşılaşmalarına  yol 

açmışdır.  Borclu  ölkələrin  xarici  borclarının  çox  böyük  bir 

hissəsinin  dövlətə  aid  olması  və  bu  borcları  ödəyə  bilmək  üçün 

hökümət üç yola baş vurmaqdadır: 

1.

 investisiya, təhsil və digər sosial xərclərinin azalmasına; 



2.

 yeni xəzinə bonoları ixrac etməyə; 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə