Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə41/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   37   38   39   40   41   42   43   44   ...   133

 

126

3.

 pul təklifini artırmaq yolu; 



Beləliklə,  iqtisadiyyatın  mövcud  qaynaqları  özəl  sektordan 

dövlətə transfer edilir və bu durum daha çox borclanmaya yol açır. 

Xarici  borc  ödəmələrində  qarşılaşılan  ikinci  önəmli  problem 

valyuta ilə əlaqədardır.  qtisadiyyatda valyuta ehtiyatlarının artımı 

ixracatın  artırılması  ilə  mümkündür.  Ancaq  üçüncü  dünya 

ölkələrinin  hamısının  ixracatlarını  artırmağa  çalışmaları,  dünya 

iqtisadiyyatında  bir  təklif  çoxluğuna  yol  açaraq,  bu  malların 

qiymətlərinin  düşməsinə  səbəb  olur.  Bunun  nəticəsində  isə  xarici 

ticarət  balansının  vəziyyəti  daha  da  pisləşir.  Borc  böhranının 

üçüncü  problemi  daha  çox  kredit  verən  ölkələrlə  əlaqədardır. 

Kreditor ölkələr bazarlarını inkişaf yolunda olan ölkələrin məhsulla-

rına  açmalı  və  bu  ölkələrə  qarşı  proteksionist  siyasəti  aparmamalı-

dırlar.  Borclu  ölkələr  ancaq  bir  şeylər  sataraq  borclarını 

ödəyəcəkləri  üçün  sənayeləşmiş  ölkələr  borclu  ölkələrə  qarşı  sər-

bəst  ticarət  siyasəti  aparmalıdırlar.  Ancaq  bütün  bunlara 

baxmayaraq, borc böhranı günümüzdə ən böyük iqtisadi və siyasi 

problemlərdən biridir. Üçüncü dünya ölkələrinin xarici borclarının 

azalmasında yeni bir texnika: xarici borc – səhm dəyişimidir. Son 

zamanlar inkişaf etməkdə olan ölkələrin xarici borclarının azaldıl-

ması  mövzusunda  ortaya  qoyulan  yeni  nəzəriyyələr  arasında  rast 

gəlinən xarici borcun səhmlərlə ilə dəyişdirilməsi  ilk dəfə 1995-ci 

ildə həyata keçirməyə başlamışdır. 1995-ci ilin ortalarından sonra 

Çili hökumətinin xarici banklara olan 14 milyardlıq borclarının 3,3 

milyard  dollarını  xarici  borc  səhm  dəyişimi  edərək  çeşidli,  borc 

konversiyası mexanizmlərindən istifadə  edərək ödəmişdir. Argen-

tina, Braziliya, Çili, Kolumbiya, Kosta-Rika, Dominika, Ekvador, 

Misir,  Qonduras,  Yamayka,  Tunis,  Nigeriya,  Peru,  Filippin, 

Uruqvay  və  Venesuela  kimi  inkişaf  yolunda  olan  ölkələr  xarici 

borc-səhm konvensiya proqramını böyük ölçüdə qəbul etmişlər. 

 

 



7.3. BORC BÖHRANININ HƏLL  PROQRAMLARI 

 


 

127

Borc böhranı ilə rastaldıqda, ölkələr öz problemlərini bir sıra 

tədbirlərin köməyi ilə həll edirdilər. Bir tərəfdən  onlar borcun bir 

hissəsinin  ödənilməsi  üçün  kifayət  edən  miqdarda  daxili  xərcləri 

azaldır, digər tərəfdən borc yükünü real səviyyəyə endirmək üçün 

kredit  razılaşmaları  şərtlərinin  dəyişilməsi  mümkünlüyünü  öz 

kreditorları  ilə  müzakirə  edirdilər.  1985-ci  ilin  sonunda  kreditor 

ölkələr  Beyker  planı  adı  altında  tanınan,  şərtləri  çox  da  ağır 

olmayan  siyasət  təklif  etdilər.  Borclu  ölkələr  Beynəlxalq  Valyuta 

Fondu  və  Dünya  Bankından  əlavə  finans  yardımını  almalı  idilər. 

Borclu  ölkələrə  qarşı  finans  vəsaiti  artırmaq  yerinə,  bu  ölkələrin 

hökumətləri  Beynəlxalq  Valyuta  Fondu  Dünya  Bankının  nəzarəti 

altında uzunmüddətli islahatlar keçirməyə öhdəlik götürdülər. 

Kommersiya  bankları  və  borclu  ölkələr  London  klubu 

çərçivəsində  öz  razılaşmaları  üzrə  danışıqlar  apardığı  müddətdə, 

həm də Paris klubu çərçivəsində dövlətlərarası kreditlər müzakirə 

olunurdu.  Paris  klubunda  təqdim  olunan  banklar  və  kreditor  ölkə 

hökumətləri  borc  ödənməsi  qaydasına  yenidən  baxmaq  haqqında 

razılığa o şərtlərlə gəldilər ki, borclu ölkələrin islahat proqramları 

Beynəlxalq Valyuta Fondu tərəfindən təsdiq olunsun. 



Bredi planı. Beyker planının – borc problemlərinin hamısını 

həll  edə  bilməməsi  aydın  olan  kimi  bir  sıra  analitiklər  alternativ 

proqramlar  təklif  etməyə  başladılar.  Təkliflərin  çox  olmasına 

baxmayaraq, onların çoxusu 2 prinsipə əsaslanırdı: 

1.

  Borclu  ölkələrin  borc  yükünü  ardıcıl  olaraq  azaltmaq 



zəruriliyi. 

2.

  Borc  ödənməsi  şərtləri  yalnız  o  ölkələr  üçün  yumşaldıl-



malıdır ki, onlar beynəlxalq nəzarət altında aparılan radikal islahat-

lara əməl etsin. 

Üçünçü prinsip tez-tez şübhə doğururdu, lakin, nəhayət, o da 

tanındı.  Ona  uyğun  olaraq,  əgər  banklar  borc  azaldılması 

istiqamətində  kredit  razılaşmalarına  yenidən  baxmağa  razı  olsa, 

gələcək itkilər zəminində kommersiya banklarına müdafiə təqdim 

olunmalıdır. Bu cür müdafiə – borcun azaldılmasından sonra qalan 

hissəsi üzrə dövlət zəmanəti formasında təqdim oluna bilərdi. 




 

128

Yeni  təyin  olunmuş  Buş  hökuməti  bir  çox  analitiklər  üçün 

gözlənilmədən  Bredi  planını  irəli  sürdükdən  sonra,  borc 

böhranının  həlli  üçün  yeni  üsullar  ətrafında  gedən  mübahisələr 

daha da qızışdı. Yeni üsul Beyker planından əhəmiyyətli dərəcədə 

onunla  fərqlənirdi  ki,  o,  problemin  həllinin  vacib  addımı  kimi 

kommersiya  banklarına  olan  borcların  xeyli  azaldılmasını  təklif 

edirdi.  Bununla  birgə,  Bredi  planı  onu  da  nəzərə  alırdı  ki, 

Beynəlxalq  Valyuta  Fondu  və  Dünya  Bankı  borc  ixtisarını  təmin 

edən  kredit  siyasəti  yeritməlidir.  Bredi  planı  birmənalı  qəbul 

olunmuşdur ki, qısa və ortamüddətli əsas üzərində əlavə kreditlərin 

verilməsi  şərti  olsa  da,  bir  çox  borclu  ölkələr  öz  xarici  borclarını 

tam ödəyə bilməyəcək. Bredi planında konkret məlumatlar yox idi, 

hər  bir  ölkənin  öz  xarici  kreditorları  ilə  birlikdə  gələcəkdə  bütün 

detalları  işləyib  hazırlanması  gözlənilirdi.  Lakin  bu  plan  ilə  borc 

iztisarı  mexanizminin  əsas  xüsusiyyətləri  müəyyən  olunmuşdu: 

ölkələr ya əsas borc məbləği və ya faiz dərəcələrini endirmək yolu 

ilə  öz  borc  miqdarının  azaldılması  haqqında  kreditor  banklarla 

razılığa  gəlməli  idi.  Yeni  sxemə  uyğun  olaraq  borclu  ölkə  borc 

ixtisarının  mümkün  vasitələri  siyahısını  banklara  təqdim  edirdi, 

banklar  isə  bu  siyahıdan  optimal  variantı  seçməli  idi.  Bəzi 

variantlar borcun ixtisarı əvəzinə borclu ölkələrə yeni kreditlər ve-

rilməsini təmin edirdi. Nə üçün banklar bu və  ya digər ölkə üçün 

borcun  azaldılması  istiqamətində  danışığa  gedə  bilirdilər?  Əsas 

cəhət aşağıdakılardan ibarətdir: nəhəng miqyaslı borcların heç vaxt 

tam  həcmdə  ödənilə  bilməməsi  faktını  təsdiq  etməkdən  başqa 

bankların  ayrı  çıxış  yolu  yox  idi.  Borcların  hamısının 

qaytarılmasına  çalışmaqda,  banklar  borclu  ölkələrdəki  vəziyyəti 

elə sabitsizləşdirə bilərdi ki, son nəticədə ödəmədən alınan məbləğ 

danışıqlar  zamanı  borcu  azaltmaq  yolu  ilə  almaq  mümkün  olan 

məbləğdən az ola bilərdi. 

Bu  amil  «borc  qoruyucusu»  adı  aldı.  Ümidsiz  borclar 

çoxluğu faktiki olaraq ödəmələri həyata keçirmək üçün borcluların 

uzunmüddətli  imkanlarını  ixtisar  etdi.  Danışıqlar  prosesi  zamanı 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə