Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə45/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   41   42   43   44   45   46   47   48   ...   133

 

138

1)  birbaşa  investisiyalar  –  əsas  kapital  şəklindəki 

uzunmüddətli  sərmayə  və  əldə  edilən  qazancların  yenidən 

investisiyası. 

2)  uzunmüddətli  investisiyalar:  kreditlər,  bank  əmanətləri, 

digər alacaq və borclar; 

3) portfel investisiyası. 

Dövlət sektoru itisqrazları, digər istiqrazlar və aksiyalar. 

4)  qısamüddətli  investisiyalar,  (kreditlər,  qısamüddətli 

borclanma alətləri, bank əmanətləri, digər alacaq və borclar). 

Məsələn,  beynəlxalq  qısamüddətli  yatırımlar  «hot  money  – 

isti pul» adlandırılır. Ölkələrin tədiyə balansı baxımından ölkələrin 

«isti pul» dan asılı olması valyuta kurslarında  ani tarazsızlığa  yol 

açır  və  nəticədə  bu  olay  finans  bazarı,  xarici  ticarət  və  real 

iqtisadiyyata neqativ təsir etməklə, sistematik riskə yol açır. Örnək 

olaraq  1994-cü  ildə  Meksikada,  1997-ci  ildə,  Cənub  Şərqi 

Asiyada, 1998-ci ildə Rusiyada, 2000-ci ildə Türkiyə və Argenti-

nada  baş  verən  finans  böhranlarını  göstərə  bilərik.  « sti  pul» 

inkişaf etməkdə olan ölələr baxımından çox risklidir, ancaq direkt 

və  ya  birbaşa  investisiyalar  (xüsusilə  də  fiziki  sərmayələr)  daha 

istiqrarlı  bir  sərmayə  giriş  sayıla  bilər.  Müddət  baxımından 

qruplaşdırma  apararkən  xarici  sərmayəni  iki  qrupa:  uzunmüddətli 

və qısamüddətli qaynaqlara bölmək olar. 

Qısamüddətli  yatırımlar  –  «hot  money  –  isti  pul»  mənasını 

verir.  Bu  kateqoriyadakı  fondar  bir  il  içində  nağda  dönüşəcək 

aktivlər  və  səhmlər  kimi  hər  an  nağdlaşa  bilən  qiymətlr 

kağızlardır.  stər  müddətin  qısa  olması,  istərsə  də  hər  an  nağd 

dönüşə  bilmələri  qısamüddətli  qaynaqların  hər  an  ölkəni  tərk 

etməsinə gətirib çıxara bilər. Qısamüddətli xarici qaynaqların val-

yutaya döndüyünü görən yerli investorlar valyutaya olan aşırı tələb 

səbəbi  ilə  kursların  sürətlə  yüksələcəyini  və  ölkə  milli  pul 

vahidinin dəyər itirəcəyini bilirlər. Yerli investorlar əllərində olan 

bulunan  fondların    dəyər  itirməməsi    və  hətta  valyutadakı  sürətli 

yüksəlmə  səbəbi  ilə  mənfəət  əldə  edə  bilmək  (spekulyasiya 




 

139

məqsədli)  üçün  ölkə  milli  pulundan  imtina  etməyə  başlayacaq  və 

xarici pul əldə etməyə çalışacaqdır.  

Son 20 il içində inkişaf etməkdə olan ölkələrə yönəlmiş fond 

hərəkətlərində  (istər  qısamüddətli  fondlar,  istərsə  də  portfel 

investisiyası  və  istərsə  də  direkt  və  ya  birbaşa  investisiyalar 

baxımından) önəmli inkişaf olmuşdur. Bütün bunlara təsir göstərən 

amillər aşağıdakılardır: 



1.  Daxili  amillər  –  inkişaf  etməkdə  olan  ölkələrin  istər 

ümumi  iqtisadi,  istərsə  də  finans  bazarları  ilə  bağlı  olaraq  islahat 

tədbirləri  və  cari  bazar  şərtləri  ifadə  edir.  Daxili  amillər  xarici 

kapital  hərəkətlərini  cəlbetmə  baxımından  xarici  amillər  nisbətən 

daha təsirlidir.  

Daxili amillər aşağıdakı başlıqlar altında göstərək: 

1.1.  nkişaf etməkdə olan ölkələrdəki iqtisadi infrastruktur və 

iqtisadi  qanunvericilikdə  dəyişikliklər.  Finans  bazarlarının  şəffaf 

kimi göstəricilər ölkəyə olan etibarı artırır və nəticədə ölkəyə güc-

lü xarici investisiya axını başlayır. 

1.2.  Uğurlu  qiymət  siyasəti.  Qiymət  sabitliyi  yalnız  xarici 

investorlar  üçün  deyil,  yerli  yatırımçılar  üçün  də  investisiyalarını 

planlaya  bilmə,  digər  bir  ifadə  ilə  desək,  investisiya  qərarını 

almada ən önəmli amillərdən biridir. 

 Məsələn, xarici  yatırımçılar qiymət hərəkətlərini təxmin  etmə 

uğurlu  bir  qiymət  istiqrar  proqramına  sahib  olmayan  ölkələri 

gündəmlərinə almazlar. 

1.3. Uğurlu valyuta siyasəti. Xarici yatırımçıların investisiya 

qoyacaqları  ölkələrlə  bağlı  ən  çox  diqqət  edəcəkləri  mövzuların 

başında  həmin  ölkələrin  apardıqları  valyuta  siyasəti  və  nəticə 

olaraq  valyuta  kursları  dayanır.  Çünki  xarici  investorlar,  ilgili 

ölkəyə  gətirib  çox zaman o ölkənin puluna çevirdikləri fondlarını 

müəyyən  bir  investisiya  müddəti  sonunda  ya  öz  ölkələrinn 

pullarına, ya da beynəlxalq konvertabelliyə sahib digər valyutalara 

çevirmək istəyəcəklər. Valyuta kurslarının infilyasiya səviyyəsi və 

faiz nisbətinə görə daha çox artmış olması xarici investorları göz-

ləmədikləri  bir  durumla  qarşı-qarşıya  gətirəcəkdir.Bu  baxımdan 



 

140

xarici  yatırımçılar  investisiya  qoyulan  ölkənin  valyuta  məzənnə 

siyasətinə çox önəm verirlər. 

1.4.  nvestorlar qoyurucu tədbirlərin  alınması. Qısamüddətli 

investisiyalar və portfel yatırımlarında xarici yatırımçıların ən çox 

duracaqları  mövzu  ictimaiyyətə  açıqlanan  məlumatların  tam  və 

doğru  olmasıdır  və  bunların  gələcəkdə  investorların  işlərində 

mühüm  yeri  vardır.  Bundan  başqa,  ölkədə  qəbul  edilmiş  «Xarici 

investisiyaların qorunması haqqında» qanunun mövcudluğu da çox 

önəmlidir. 

1.5.  Xəbərləşmə  texnologiyasının  inkişafı  və  informasiyanın 

doğruluğu. 

1.6.  Özəlləşdirmə  siyasəti.  Özəlləşdirmə  bir  tərəfdən 

qiymətli  kağız  bazarının  inkişafına,  başqa  bir  tərəfdən  isə 

iqtisadiyyata  dövlətin  müdaxiləsini  zəiflətməklə  rəqabətçi  bazar 

mühiti  formalaşdırır  və  nəticədə  xarici  ya-tırımçıların  ölkə 

iqtisadiyyatında yaxından iştirak etməsinə şərait yaradır. 

 

II. Xarici amillə

Hər hansı bir ölkənin xarici sərmayəni cəlb etməsində daxili 

amillərlə yanaşı xarici amillərin də rolu böyükdür. Xarici amillərin 

ə

n başlıcaları aşağıdakılardır: 



1.  Beynəlxalq  faiz  dərəcələri  və  ya  digər  aktivlərin  gəlirlik 

nisbətlərində azalmalar. 

2.  Bazar  iştirakçılarının  sayının  artması.  Eyni  sektorda 

fəaliyyət  göstərən  şirkətlərin  sayının  artması  və  bu  şirkətlər 

arasındakı  müntəzəm  rəqabət  səbəbi  ilə  firmalar  istər  daha  ucuz 

xammal  olan  ölkələrdə    istehsalla  məşğul  olmaq,  istərsədə  yeni 

bazarlar yarada bilmək üçün digər ölkə bazarlarına yönəlirlər. 

3.  Digər  ölkələr  və  regionlarda  yaşanmaqda  olan  iqtisadi 

durğunluq. 

 

 



8.2. BEYNƏLXALQ SOS AL -  QT SAD    NDEKSLƏR 


Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə