Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə49/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   45   46   47   48   49   50   51   52   ...   133

 

152

maliyyə sektorunda itkilər: 3 trln. $  və ya qlobal ÜDM-in 4.3%-i 

təşkil etmişdir. 

Beynəlxalq  təcrübə  göstərir  ki,  bank  böhranının  aradan 

qaldırılmasına yönəlik çəkilən məsrəflər orta hesabla ÜDM-un 15-

20%-ni təşkil edir. Məlumdur ki, əksər ölkələrdə bank böhranının 

qarşısının  alınması  çox  böyük  məsrəflər  tələb  olunmuşdur: 

spaniya  və  Macarıstanda  15%-ə  qədərini,  Malayziyada  20,5%-i 

həcmində,    Meksikada    isə  30%-dən  yuxarı  səviyyəyə  çatmışdı. 

Bir  sıra  ölkələrdə  bu  göstərici  40-50%-ə  çata  bilər.  Türkiyənin 

bank 

sektorunun 



yenidən 

kapitallaşmasına 

və 

struktur 



yenilənməsinə dövlətin sərf etdiyi məsrəflər 40-50 mlrd. dollar və 

ya  ÜDM-un  üçdəbirini  təşkil  edirdi.  Türkiyədə  hətta  bank 

sektorunun  25%-nin  öhdəliklərini  öz  üzərinə  götürəcək  yeni 

tənzimləyici orqan (BDDK) yaradıldı.  

Rusiyada bankların struktur  yenilənməsinə sərf olan birbaşa 

maliyyə  məsrəfləri  1998-  ci  ildə    ÜDM-un  0,2%-ni  təşkil  etdiyi 

halda, 2009- ci ilin aprel ayına  bu göstərici 21,7% təşkil etmişdi. 

2007  –  2008  ci    il  böhranından  sonra    ABŞ    höküməti  bankların 

struktur  yenilənməsinə  sərf  etdiyi  birbaşa  maliyyə  məsrəfləri 

ÜDM-un 38,7 %-ni təşkil edir, yəni rəqəmlə ifadə etsək- 5500 mlr. 

$. Avrozonada  isə, böhranın qarşısının alınması ilə əlaqədar məs-

rəflər  ÜDM-un  23,4%-i  həcminə  çatmışdı  (3285mlr.  $),  o  cüm-

lədən  AFR    hökümətinın  antiböhran  proqramının  həcmi  500  mlr. 

Avro,  Fransada  360    mlr.  Avro,  rlandiyada  400  mlr.  Avro  təşkil 

etmişdir. 

Son  məlumatlara  görə  hazırki  finans  böhranı  nəticəsində 

dünya üzrə bankların məcmu itkiləri 700 mlrd dollardan çox təşkil 

edir,  bunlardan  yarıya  qədəri  Amerika  banklarının  payına  düşür. 

Banklar  bu  məbləğin  təxminən  50%-ni  artıq  yeni  kapitalın  cəlb 

olunması hesabına kompensasiya edə biliblər. Lakin BMF-nun son 

hesablamalarına  görə  bankların  itkilərinin  məbləği  iki  dəfədən  də 

çox-1,6 trln. dollaradək arta bilər.   

Beləliklə,  Qlobal  maliyyə    böhranı  (2008)  və  postkrizis 

ssenarisinin inkişafı ardıcılıqla aşağıdakı kimi olmuşdur: 




 

153

1.

 ABŞ ipoteka kreditləşmə sisteminin çöküşü; 



2.

 kredit  həcminin  azaldılması  və  kredit  xəttinin  açılmasına 

ciddi nəzarət; 

3.

 Fond indekslərinin aşağı doğru meyli; 



4.

 büdcə defiçitlərinin artımı; 

5.

 Real sektorda geriləmə; 



6.

 işsizliyin güclənməsi; 

7.

 istehlak xərclərinin azalması. 



Məlum  olduğu  kimi,  dünya  maliyyə  böhranı  Amerikanın 

daşınmaz  əmlak  bazarında  möhtəkirlikdən  başlanmışdır.  Bundan 

başqa,  törəmə  maliyyə  alətlərinin  yaranma  səbəblərindən  biri 

risklərdən  qorunmaq  olsa  da,  onların  spekulyativ  məqsədlə 

istifadəsi  sürətlə  artdı.  poteka  “köpüyü”  partlayaraq,  bütün 

dünyada bank sektorundakı böhrana  təkan vermişdir ki, bu da öz 

növbəsində,  dünyanın  bütün  dövlətlərinin  iqtisadiyyatında  real 

sektorda  resesiyya  səbəb  olmuşdur.  Bütün  bunlar  maliyyə 

bazarlarında  güvən  amilinin  itməsinə  və  panikanın  yayılmasına 

gətirib  çıxardı.  Amerikanın  bank  sistemində  başlayan  böhran 

sürətlə  dünyanın  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrinə 

yayıdı. 


Beləliklə,  2007-  2008  –ci  illərdə  başlanan  və  indiyədək 

davam edən   qlobal  maliyyə böhranını 4 mərhələyə bölmək olar: 

1.

  Anglo- sakson  maliyyə böhranı ( 2007 –ci ilin yaz ayın-



dan  2008-  ci  ilin  mart  ayınadək).  Qlobal    böhranının  ilk  mərkəzi 

ABŞ ipoteka bazarında problemlərin yaranması ilə meydana çıxdı 

və  ABŞ-ın  ən  iri  ipoteka  Bankının  “Bear  Stearns”  qurtarılmasına 

yönəlik başlanan əməliyyat oldu. 

2.

  Hüdüd  çəkmə  vəya  sərhəd  çəkmə  (decoupling,  mart- 



avqust  2008-  ci  il).  Böhran  bütünlüklə    iqtisadi  cəhətdən  inkişaf 

etmiş ölkələrə yayıldı, ancaq bununla yanaşı ümid varqlmaqda idi 

ki,  böhran    inkişaf  etməkdə  ölkələrə  təsir  etməyəcək  və  nəticədə 

onların  dinamik    iqtisadi  inkişafı    burulğan  içində  olan  ölkələrin 

xilas edilməsində əsas katalizator olacaqdır. 



 

154

3.

  Kredit  daralma  əməliyyatı  (de-  leveraging,sentyabr- 



noyabr  2008  ci  il).  Qlobal  böhranın    inkişaf  etməkdə  ölkələrə 

bulaşması  və  inkişaf  etmiş  ölkələrdə  resesiyanın  başlanması 

haqqında  rəsmilərin  etirafları.  Dünyanın  bir  çox  ölkələrində  bank 

sisteminin kollaps təhlükəsinin başlanğıcı. 

4.

  Emissionla  vurulmaq  vəya  doldurmaq  (  quantitative 



easing,  noyabr  2008  –ci  ilin  sonundan  indiyədək  olan  müddətə).  

Dünya  ökələrinin  əksər  hökümətləri  istehsalat  kollapsına    yol 

verməmək  üçün  monetar  və  fiksal  xarakterli  çox  çesidli  tədbirlər 

paketi  hazırladı  və  məqsəd  ilk  növbədə,  pul  təklifini  artırmaqla 

tələbi stumallaşdırmaqdır.  

 

 

9.2. BANK S STEM NDƏ ANT BÖHRAN TƏDB RLƏR  

PROQRAMI  

 

Bir  çox  ölkələrin  hökumətləri  və  mərkəzi  bankları  bank 

böhranının  həlli  və  öz  bank  sistemlərinin  struktur  yenilənməsi  ilə 

müxtəlif üsullarla məşğul olurdular. Təcrübə göstərdi ki, nə struk-

tur yenilənməsinin ideal forması, nə də bank sektorunda vəziyyətin 

normallaşdırılmasının  universal  strategiyası  mövcud  deyil  və  bir 

çox hallarda bu və ya digər fəaliyyət konkret vəziyyətlərdən asılı-

dır. Vaxt keçdikcə banklar da, dövlətlər də böhran hallarının mənfi 

nəticələrinin  qarşısının  alınmasına  yönəlmiş  bütöv  tədbirlər  kom-

pleksləri,  o  cümlədən,  kredit  münasibətlərinin  təkmilləşdirilməsi 

və  Mərkəzi  Bank  infrastrukturlarının  bütövlükdə  etibarlılığını 

yüksəldən tədbirlər işləyib hazırladılar. 

Bir  qayda  olaraq  əsas  maliyyə  yükü  birbaşa  və  ya  dolayı 

yolla,  o  cümlədən,  restrukturizasiya  üçün  yaradılan  dövlət  agent-

liklərinin fəaliyyətinin maliyyələşdirmək dövlət büdcəsinin üzərinə 

düşdü. Bank sisteminin struktur dəyişikliklərinin həyata keçirilmə 

zamanı  əksər  ölkələrdə  bu  prosesin  həyata  keçirilməsinin  həvalə 

edildiyi xüsusi institutlar yaradıldı. Ənənəvi olaraq dövlətlər bank 

böhranlarının nəticələrinin aradan qaldırılması prosesində aktiv rol 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə