Microsoft Word bvkm-xopks docx


•   Qısamüddətli    beynəlxalq    finans    axınları    üzərində   güclü  nəzarətin  təşkili



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə52/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   48   49   50   51   52   53   54   55   ...   133

 

161

•   Qısamüddətli    beynəlxalq    finans    axınları    üzərində  

güclü  nəzarətin  təşkili. 

 

Sərbəst mövzular  

 

1.



 Qlobal maliyyə böhranı .  

2.

 Hot money və maliyyə böhranrı.  



3.

 Qloballaşma  nəticəsində  maliyyə  böhranlarına  təsir  edən 

amillər 

4.

 Qlobal maliyyə böhranını (2007-2008) səbəb və nəticələri.  



5.

 Anglo-sakson maliyyə böhranı  

6.

 Qlobal böhranının ilk mərkəzi ABŞ ipoteka bazarı 



7.

 Qlobal böhranın inkişaf etməkdə ölkələrə bulaşması  

8.

 Qlobal  maliyyə  böhranı  (2008)  və  postkrizis  ssenarisinin 



inkişafı 

9.

 ABŞ ipoteka kreditləşmə sisteminin çöküşü  



10.

 Dövlət idarəetmə sistemində antiböhran tədbirlər.  

11.

 Müxtəlif  ölkələrdə  dövlət  orqanlarının  tətbiq  etdikləri 



antiböhran tədbirlərin təhlili.  

 

 

 



 


 

162

 

 

 

 

 

 

 

II H SSƏ. BEYNƏLXALQ 

MAL YYƏ-KRED T 

TƏŞK LATLARI 

 

 



 

163

BEYNƏLXALQ MAL YYƏ  KRED T TƏŞK LATLARI: 

ÜMUM  ANLAYIŞ VƏ QRUPLAŞDIRMA 

 

Beynəlxalq  maliyyə  təşkilatlarından  birincisi  Beynəlxalq 



Hesablaşmalar  Bankı (BHB) olmuş və o, beynəlxalq hesablaşma-

ödəniş  sistemlərinin  təşkil  olunması  və  bank-təsisçilərin 

fəaliyyətinin  əlaqələndirilməsi  məqsədilə  1930-cu  ildə  bir  sıra 

mərkəzi  banklar  tərəfindən  yaradılmışdır.  Amma  o,  valyuta-

maliyyə  münasibətləri  sahəsində  dövlətlərin  fəaliyyətinin 

ə

laqələndirilməsi  işlərini  yerinə  yetirmirdi.  Bundan  əlavə,  o  dövr 



ə

rzində  beynəlxalq  valyuta  sistemində  (BVS)  daim  fəaliyyət 

göstərən  valyuta  tənzimlənmə  və  nəzarət  orqanları  yox  idi.  BVS-

nin  inkişafı  problemi,  onun  prinsiplərinin  işlənib  hazırlanması  və 

dəyişilməsi  beynəlxalq  konfranslarda  həll  olunurdu.  Bundan 

başqa,  təcrübədə  təkmilləşdirilən  prinsiplərə  heç  də  həmişə  riayət 

olunmurdu. O zaman qüvvədə olan qızıl-deviz standartı sisteminin 

qaydalarına uyğun olaraq valyuta kursları qızıl paritetlərinə əsasən 

müəyyən  olunmalı  idi.  Amma  30-cı  illərin  əvvəlində  bir  neçə 

valyuta blokları (sterlinq, dollar, ispan pezeti və b.) yarandı və bu 

bloklar çərçivəsində ölkələr – bu cür blokların iştirakçıları valyuta 

siyasətinin  müstəqil  şəkildə  hazırlanmış  prinsiplərinə  riayət 

edirdilər  və  qızıl  paritetinə  uyğun  olaraq  təyin  olunmuş  valyuta 

kurslarını qəbul etmirdilər.  

kinci  Dünya  Müharibəsinin  əvvəlində  beynəlxalq  valyuta 

sistemində  bütövlükdə  pozulma  var  idi  və  müharibənin  sonunda 

faktiki olaraq məhv edildi. Bu isə daim fəaliyyət göstərən valyuta 

tənzimlənmə və nəzarət orqanının yaradılmasını tələb etdi və belə 

bir  orqan  1944-cü  ildə  BVF  qismində  təsis  olundu.  Bu  orqan 

tərəfindən  işlənib  hazırlanan  prinsiplər  bir-birinə  zidd  xarakter 

daşısa  da,  beynəlxalq  valyuta  sisteminin  daha  dayanıqlı  şəkildə 

fəaliyyət göstərməsində mühüm rol oynamışdır. 

Bununla yanaşı,  kinci Dünya müharibəsində fəlakətə məruz 

qalmış  ölkələrin  iqtisadiyyatının  bərpa  olunmasını  nəzərdə  tutan 

Marşall planının həyata keçirilməsi üçün 1944-cü ildə Beynəlxalq 



 

164

Yenidənqurma  və  nkişaf  Bankı  (BY B)  yaradıldı.  Amma  artıq 

tezliklə  məlum  oldu  ki, BVF  və  BY B  tərəfindən  yerinə  yetirilən 

məsələlər  genişləndirilməlidir.  Ölkələr  arasında  iqtisadi  inkişaf 

baxımından  böyük  bir  uyğunsuzluq  mövcud  idi.  Müstəmləkə 

tabeçiliyində  olan  Afrikanın,  Asiyanın  və  Latın  Amerikasının  bir 

çox  kasıb  ölkələri  iqtisadi  artımın  təmin  olunması,  sosial 

problemlərin həlli ilə əlaqədar böyük problemlər ilə qarşılaşırdılar. 

BVF və BY B inkişaf  etməkdə olan ölkələrə  yardım proqramının 

həyata keçirilməsinə başladılar. 

Dünyada  bir  çox  beynəlxalq  maliyyə  təşkilatları  (BMT) 

mövcuddur. Maliyyə təşkilatının təsisçiləri müxtəlif ölkələri təmsil 

edən şəxslər, eləcə də, dövlət strukturunu təmsil edən həm xüsusi, 

həm də rəsmi şəxslər olduqda, bu cür təşkilat beynəlxalq təşkilata 

aid  edilə  bilər.  Dünya  iqtisadiyyatında,  o  cümlədən,  maliyyə 

sahəsində  qloballaşma  baş  verdiyinə  görə  beynəlxalq  investisiya 

fondları,  hecer,  lizinq,  konsaltinq  və  digər  şirkətlər,  transmilli 

banklar  və  başqa  beynəlxalq  maliyyə  təşkilatları  meydana 

çıxmışdır.  Onların  hər  biri  üçün  səciyyəvi  xüsusiyyət  müxtəlif 

ölkələri  təmsil  edən  şəxslərin  kapitalında  iştirak  etməkdən 

ibarətdir.Onlar  bir  çox  ölkələrdə  fəaliyyət  göstərirlər,  baş 

menecerlər və işçi heyəti də həmçinin müxtəlif dövlətlərə mənsub 

olan şəxslər tərəfindən təmsil olunurlar. 

Dövlət orqanları və təşkilatları (hökumət, mərkəzi banklar və 

b.)  tərəfindən  yaradılan  BMT  qrupları  da  vardır.  Məhz  onlar 

beynəlxalq  ictimai  maliyyə  təşkilatları  (B MT)  adlanırlar.  Bu, 

onların adında “ictimai” sözü ilə xüsusi qeyd olunur. Beləliklə, hər 

hansı  bir  təşkilatın  beynəlxalq  ictimai  maliyyə  təşkilatına  aid 

edilməsini  müəyyən  edən  xüsusiyyət  təşkilatın  beynəlxalq 

razılaşmalar əsasında təşkil olunması xüsusiyyətidir. 

Maliyyə  təşkilatı  tərəfindən  aparılan  əməliyyatların  miqyas 

və  xarakterini  bu  cür  hesab  etmək  olmaz.  Əlbəttə,  dövlətlərarası 

təşkilatlar,  bir  qayda  olaraq,  dünya  miqyaslı  və  ya  ayrı-ayrı 

regionlarda  geniş  yayılmış  şəbəkəsi  olan  iri  təşkilatlardır.  Amma 

müasir dövrdə şəxsi kapital elə bir inkişaf səviyyəsinə çatmışdır ki, 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə