Microsoft Word bvkm-xopks docx



Yüklə 3,15 Mb.

səhifə54/133
tarix14.09.2018
ölçüsü3,15 Mb.
1   ...   50   51   52   53   54   55   56   57   ...   133

 

168

2) Yardım prinsipi. Uzunmüddətli investisiya krediti verən 

beynəlxalq  maliyyə  quruluşlarının  hamısının  maliyyələşdirmə 

fəaliyyətlərində yardım prinsipi vardır. 

3)  Uzunmüddətli  investisiya  krediti  verən  beynəlxalq 

maliyyə  təşkilatlarının  böyük  bir  bölümü  hissəvi  maliyyələşmə 

ə

sasında  fəaliyyət  göstərir.  Yəni  kredit  tələbində  bulunaraq  digər 



qaynaqlardan da kredit təmin edilməsini şərt qoyurlar. 

4)  Uzunmüddətli  investisiya  krediti  verən  təşkilatlar. 

Dirçəliş planları kimi geniş əhatəli investiyanın həcmli bölmələrini 

təşkil edən layihələrin maliyyələşməsində yaxından iştirak edir. 

5) Beynəlxalq iştirak əsası. Beynəlxalq maliyyə quruluşları iri-

miqyaslı layihələrin maliyyələşdirilməsində iştirakçı kimi də yer alır. 

Yardım  qarşılığında  heç  bir  ödəmə  şərti  olmadan  verilir. 

Beynəlxalq yardımları aşağıdakı qruplara bölmək mümkündür: 

1)

 ikili və çoxtərəfli yardımlar; 



2)

 maliyyə  yardımı,  texniki  və  ya  qida  malzəmələri  üzrə 

yardımlar; 

3)

 hədiyyə şəklindəki yardımlar; 



4)

 layihə və proqram yardımları; 

5)

 qapalı və sərbəst yardımlar. 



Adətən,  inkişaf  etmiş  ölkələr  inkişaf  etməkdə  olan  ölkələrə 

aşağıdakı səbəblərdən yardım edərlər: 

1)

   siyasi  səbəblər  –  hökumətlər  beynəlxalq  yardımları  öz 

siyasətlərinin bir aləti olaraq istifadə edir; 

2)

   iqtisadi  səbəblər  –  az  inkişaf  etmiş  ölkələrin  sahib  ol-

duqları  qaynaqlarla  inkişaflarını  təmin  etmələri  çox  çətindir  və 

inkişaf etmiş ölkələr az inkişaf etmiş ölkələrin iqtisadi artımlarını 

hər  cür dəstək və  yardımlar  göstərirlər. Çünki  az inkişaf etməkdə 

olan ölkələrdə bazarların genişlənməsi və artan milli gəlir dolayısı 

ilə beynəlxalq ticarətin artması deməkdir. 

3)  insani  və  əxlaqi  düşüncələr  –  zənginlərin  yoxsullara 

yardımda  bulunması  əxlaqi  bir  davranışdır.  Bütün  dinlər  bu  cür 

tövsiyələrə yer verir. Ancaq uzun müddət heç bir qarşılıq gözləmədən 

verilən yardımlarla rastlaşmaq çox nadir hallarda olur. 




 

169

FƏS L 1.  DÜNYA  ƏHƏM YYƏTL  

BEYNƏLXALQ MAL YYƏ  NST TUTLARI  

 

1.1.BEYNƏLXALQ VALYUTA FONDU 

 

BPF  və    Dünya  Bankı  qrubu    Bretton-Vuds  konfransında 

qurulub  və  1946-cı  ildən  fəaliyyətlərinə  başlayıb.  Beynəlxalq 

maliyyə təşkilatlarından ən mühümi Beynəlxalq Valyuta Fondudur 

(BVF).  kinci  Dünya  müharibəsindən  sonra  1944-cü  ilin  iyul 

ayında  ABŞ-ın  Bretton  -  Vuds  şəhərində  BMT-nin  valyuta 

konfransında  beynəlxalq  iqtisadi  əməkdaşlıq  çərçivəsində  45 

ölkənin  nümayəndələrinin  görüşü  zamanı  Vasinqton  Konsensusu 

konsepsiyası  əsasında  yaradılmış  BVF  öz  fəaliyyətinə  01  mart 

1947-ci il tarixindən etibarən başlamışdır. 

  MF  II  Dünya  müharibəsindən  dərhal  sonra  Amerika 

Birləşmiş Ştatları və  nglitərə dövlətlərinin başçılığı ilə 1944-cü il 

1-22  iyul  tarixləri  arasında  ABŞ  vilayətinin  Bretton-Vuds 

qəsəbəsində  Birləşmiş  Millətlər  Təşkilatının  pul  və  maliyyə 

konfransı  keçirildi.  Konfransda  55  ölkənin  nümayəndəsi  iştirak 

etmiş,  müharibədən  sonra  beynəlxalq  iqtisadi  münasibətlərin 

yenidən  tənzimlənməsi,  yeni  bir  ödəmələr  sisteminin  əsasları  və 

ticarətin  sərbəst  bir  şəkildə  inkişaf  etdirilməsi,  çeşidli  güclüklər 

içində olan ölkələrə maliyyə yardımları edilməsi və iqtisadi əmək-

daşlığın  saxlanması  kimi  mövzularda  önəmli  qərarlar  verilmişdir. 

Konfransda  Beynəlxalq  Valyuta  Fondunun  qurulması  haqqında 

qərar qəbul edilmişdir. 

Beynəlxalq  Valyuta  Fondunun  məqsədi  quruluş  anlaşma-

sının birinci maddəsində aşağıdakı şəkildə sıralanmışdır: 

1.

  Beynəlxalq  valyuta  problemləri  barədə  məsləhətləşmələr 



və əməkdaşlıq mexanizmini saxlayan daimi bir qurum vasitəçiliyi 

ilə beynəlxalq valyuta iş birliyini inkişaf etdirmək; 




 

170

2.

  Beynəlxalq ticarətin tarazlı inkişafını gerçəkləşdirmək və 



beləcə  bütün  üzv  ölkələrin  tam  məşğulluq  və  yüksək  bir  iqtisadi 

artıma çatmalarına imkan yaratmaq; 

3.

  Valyuta  sabitliyini  saxlamaq  və  devalvasiya  siyasətini 



ə

ngəlləmək; 

4.

  Çoxtərəfli  beynəlxalq  ödəniş  sisteminin  qurulmasına, 



beynəlxalq  ticarətə  maneçilik  törədən  –  valyuta  idxalat 

məhdudiyyətlərinin aradan qaldırılmasına xidmət etmək; 

5.

  Üzv  ölkələrə  tədiyə  balansındakı  tarazsızlıqları  aradan 



qaldırmaq  məqsədilə  kredit  vermək.  Ümumiyyətlə,  beynəlxalq 

rifahın  yüksəlməsinə  maneçilik  törədən  faktorları  aradan 

qaldırmaq; 

6.

  Üzvlərinin  tədiyə  balanslarındakı  sabitsizlik  dərəcələrini 



azaltma. 

7.

  Yuxarıda adı çəkilən məqsədlərin gerçəkləşdirilməsi üçün 



üzv ölkələrin də yerinə yetirəcəklrəi bəzi şərtlər vardır. Bu şərtlər 

anlaşmanan 4 və 8 maddələrində göstərilmişdir: 

8.

  Turizm  də  daxil  olmaqla  xarici  ticarət  fəaliyyətlərində 



beynəlxalq  xidmət  və  mal  alış-verişlərində  valyuta  da  nəzarət  və 

məhdudlaşdırılmalara,  mərhələ-mərhələ  üzən  valyuta  sisteminin 

tətbiq  edilməsinə,  spekulyativ  xarakterli  sərmayə  hərəkətlərinə 

mane olmaq; 

9.

  Üzv  ölkələrin  devalvasiya  etmə  ehtiyacının  ortaya 



çıxdığında devalvasiya dərəcəsini fonda bildirmək; 

10.


 Ölkə ilə əlaqədar iqtisadi və maliyyə mövzularında fonda 

məlumat vermək; 

11.

 Beynəlxalq  Valyuta  Fondu  anlaşmada  müəyyən  edilən 



qaydaları  pozan  və  öhdəliklərini  yerinə  yetirməyən  ölkələrə  qarşı 

cəza  tətbiq  edə  və  bu  ölkələrə  verilən  kreditləri  dayandıra  hətta 

üzvlükdən xaric edə bilər. 

Bu qurumların məqsədləri beynəlxalq valyuta münasibətləri-

ni  tənzimləmək,  onun  nizamlı  idarəsini  təmin  etmək  və  üzv 

ölkələrin  xarici  öhdəliklərinə  qarşılaşdığı  problemlərə  kömək  et-

məkdir. BPF sabit məzənnə sisteminə əsaslanan  bir qurum olaraq 





Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   133


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə