Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə56/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   52   53   54   55   56   57   58   59   ...   133

 

174

ə

lavə  səsə  malikdir.  Kvota  ÜMM  (Ümumi  Milli  Məhsul),  qızıl-



valyuta  ehtiyatlarının miqdarı, ixracın və idxalın həcmi  və başqa 

göstəricilər əsasında nəzərə alınır. 

craçı  Direktorluqda  veto  qaydası  qüvvədədir  və  səslərdə 

birinciliyi bitərəfləşdirir.  craçı Direktorluğun üzvlərinin sayı 24-ə 

bərabərdir. Onlardan 5-i ən yüksək kvotası olan ölkələr tərəfindən 

seçilir.  90-cı  illərdə  craçı  Direktorluğun  daimi  üzvlərinə 

Rusiyanın,  Çinin  və  Səudiyyə  Ərəbistanının  nümayəndələri  əlavə 

edilmişdir.  

   BVF-nin  maliyyə  vəsaitlərinin  əsasını  üzv  ölkələr  üçün 

müəyyən  olunmuş  kvota  hesabına  onların  ödənişləri  təşkil  edir. 

Kvotalara  uyğun  olaraq  BVF-nin  əksər  kreditləri  üçün  alınma 

hüquqları  və  səs  hüququ  müəyyən  olunur.  lkin  olaraq  ölkələrin 

ödəniş  öhdəliklərinin  dörddən  biri  qızıl  ilə,  qalanı  isə  -  ölkənin 

tədavül  olunmayan  faizsiz  nota  şəklində  (əslində    -  adi  veksel) 

formalaşdırılmış valyutaları ilə yerinə yetirilirdi. 

1978-ci  ildə  BVF-nin  Nizamnaməsinin  ikinci  dəfə 

dəyişilməsi  ilə  qızılın  yerini  xarici  valyutada  ödənişlər  tutdu. 

Amma  fond  ödənişlərinin  bu  hissəsinin  ölkələrin  öz  valyutası  ilə 

(zəif  inkişaf  etmiş  ölkələr  üçün)  yerinə  yetirilməsinə  icazə  verə 

bilər. 


Üzvlərin  ödənişləri  ilə  yanaşı,  BVF  özünün  kredit 

resurslarının  artırılması  üçün  digər  imkanlardan  da  istifadə  edə 

bilər: BVF üzvləri vasitəsilə valyutanın təqdim olunmuş XAH üzrə 

təyin olunmuş normalarda icbari satışı; BVF üzvlərinin razılığı ilə 

onlardan  götürülmüş  vəsaitlər  (burada  xüsusi  olaraq  ABŞ  böyük 

rol  oynayır.);  beynəlxalq  maliyyə  bazarlarında  əməliyyatlar; 

vaxtından əvvəl verilmiş kreditlər üzrə faiz ödənişləri və əsas borc 

məbləğlərinin  qaytarılması;  bir  qrup  ölkələr  tərəfindən  açılan 

kredit xətləri (G-10 kredit xətləri daha mühüm rol oynayır). 

Fond  indiyə  qədər  beynəlxalq maliyyə  bazarlarında  praktiki 

olaraq  vəsaitlərin  cəlb  olunması  imkanlarından  istifadə  etmir. 

BVF-nin bir sıra fəal üzvləri ehtiyat edirlər ki, beynəlxalq maliyyə 




 

175

bazarlarında əməliyyatlar ilə əlaqədar fond onların həmişə əlverişli 

olmayan qaydada inkişaf etməsindən asılı vəziyyətə düşür. 

BVF-nin  vəsait  mənbəyi  həmçinin  müəyyən  edilmiş 

paritetlər  sistemi  dövründə  yığılmış  qızıl  ehtiyatının  satışıdır. 

BVF-də  qızıldan  istifadə  olunmanın  iki  yolu  vardır,  bu  isə  əksər 

üzvlərin 85% səsi ilə  darə Heyətinin qərarını tələb edir. Birincisi, 

BVF  qızılı  mühasibat  qiyməti  ilə  (1  troyya  unsiyası  =  35  SDE) 

1975 –ci ilin sonunda BVF-nin üzvü olan ölkələrə satıla bilər (qızıl 

ehtiyatlarının  restitusiyası).  kincisi,  fond  qızılı  iştirakçı  ölkələrə 

və  ya  bazarda  bazar  qiyməti  ilə  sata  bilər.  Bu  zaman  mühasibat 

qiymətindən  artıq  alınmış  əlavə  mədaxil  xüsusi  hesaba  (Special 

Disbursement  Account  –  SDA  –  Xüsusi  Xərclər  Hesabı  daxil 

edilir.  Burada,  əvvəlcə,  inkişaf  etməkdə  olan  ölkələrə  yardım, 

eləcə  də,  faiz  subsidiyası  formasında  (BVF  kreditləri  üzrə  SDA 

hesabından  faiz  xərclərinin  bir  hissəsinin  ödənilməsi)  BVF 

üzvlərinin  ödəniş  balansının  yaradılması  üçün  bu  hesabdan 

müntəzəm kreditlər ayrıla bilər.  

BVF-nin  qızıl  ehtiyatının  bazarda  satışının,  demək  olar  ki, 

1/3 hissəsi əksər inkişaf etməkdə olan ölkələrin BVF-də kvotasına 

proporsional  şəkildə  həmin  ölkələrə  əvəzsiz  yardım  məqsədilə 

yönləndirilə  bilər.  Əldə  olunmuş  qalan  vəsaitlər  Trast  Fonduna 



(Trust  Fund)

  köçürülmüşdür.  Fond  1976-cı  ildə  BVF-nin  ikinci 

dəfə  dəyişilmiş  Nizamnaməsi  təsdiq  olunana  qədər  inkişaf 

etməkdə  olan  ölkələrin  xeyrinə  qızılın  satışı  proqramının  yerinə 

yetirilməsi  üçün  xüsusi  aktiv  olaraq  yaradılmışdır.  Amma  bu 

fondun  xeyrinə  vəsaitlər  həmçinin  kapital  qoyuluşundan,  ianələr-

dən,  qızılın  satışından  əldə  olunan  vəsaitlər  şəklində  BVF-nin 

gəlirlərindən  daxil  olmuş  və  bir  sıra  inkişaf  etmiş  ölkələr 

tərəfindən tələb olunmurdu. 55 ən  yoxsul ölkələr Trast Fondunun 

yardımını  alırdı.  Trast  Fondu  sonuncu  kreditləri  verdikdən  sonra 

1981-ci  ildə  öz  fəaliyyətini  dayandırdı.  Faizlər  və  əsas  borc 

məbləği həmin andan Xüsusi Xərclər Hesabına daxil olurdu.  




 

176

BVF-nin  öz  qızıl  ehtiyatının  çox  hissəsini  satmasına  bax-

mayaraq, o, indiyə qədər dünyada qızılın ən iri sahibi hesab olunur 

(təxminən  6 min ton). 

Hər  bir  ölkə  BVF  ilə  maliyyə  əməliyyatlarının  həyata 

keçirilməsi  üçün  maliyyə  agentini  (fiscal  agency)  və  depozitarı 

(depositary)  təyin  etməlidir.  Xəzinə  (Maliyyə  Nazirliyi),  mərkəzi 

bank, sabitləşdirilmiş fond, digər səlahiyyətli orqan maliyyə agenti 

ola  bilər.  BVF  ölkənin  adından  Müqavilə  Maddələrində  təsbit 

olunan  bütün  əməliyyatları  və  sövdələşmələri  (Sövdələşmələr  – 

ölkələrə  fondun  resurslarından  valyuta  vəsaitlərinin  təqdim 

edilməsidir.  Əməliyyat  –  fondun  resursları  hesabına  vasitəçi 

maliyyə  və  texniki  xidmətlərin  göstərilməsidir)  yerinə  yetirmək 

hüququ  olan  və  ölkə  tərəfindən  səlahiyyətləndirilmiş  maliyyə 

agentləri  ilə  iş  aparır.  Bundan  başqa,  hər  bir  ölkə  BVF-də  milli 

valyutada  ifadə  olunan  aktivlər  üçün  depozitar  kimi  öz  mərkəzi 

bankını  təyin  etməlidir.  Əgər  ölkənin  mərkəzi  bankı  yoxdursa,  o 

zaman maliyyə institutu bu məqsədlər üçün seçilməlidir.  

Ə

gər üzv ölkə onun valyuta ehtiyatlarının bir hissəsini əvəz 



edən  tədavül  olunmayan  faizsiz  notaları  və  ya  analoji  maliyyə 

vasitələrini  emissiya  edirsə,  o  zaman  depozitar  tələb  olduqda  və 

gecikmə  olmadan  ölkənin  öz  valyutasında  saxladığı  vəsaitləri 

fonda, məbləğləri bu ölkənin ərazisində yerləşən fond adlanan hər 

hansı  benefisiara  köçürməli  və  BVF-nin  adından  qiymətli 

kağızların  sahibi  kimi  çıxış  etməlidir.  Əlavə  olaraq,  hər  bir  üzv 

ölkə  onun  səlahiyyətləndirdiyi  depozitar  tərəfindən  ödəniş 

olmaması  nəticəsində  yarana  bilən  itkilərdən  bütün  aktivlərə 

zəmanət verir.  

BVF-nin  kredit  portfeli  kifayət  qədər  genişdir  və  daim 

dəyişir:  üzv  ölkələrə  göstərilən  bəzi  kredit  yardımları  öz 

fəaliyyətini  dayandırır,  digərləri  isə  təcrübədə  tətbiq  olunur. 

Fondun  kredit  siyasəti  sahəsində  son  islahat  bir  çox  inkişaf 

etməkdə olan ölkələrdə baş vermiş maliyyə böhranlarından sonra, 

eləcə də, fondun kreditlərinin qaytarılmaması və gecikdirilməsi ilə 

ə

laqədar 2000-ci ildə aparılmışdır. 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə