Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə57/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   53   54   55   56   57   58   59   60   ...   133

 

177

Aparılan  islahat  nəticəsində  fondun  kredit  proqramlarının 

sayı,  onların  həcmi  azaldılmış,  kreditlərin  qaytarılması  müddəti 

qısaldılmış  və  vəsaitlərdən  istifadə  olunmasına  nəzarət 

gücləndirilmişdir. 

Fondun  kreditlərinin  bir  çox  növləri  bir  sıra  ümumi 

xüsusiyyətlərə  malikdir.  Birincisi,  ən  əvvəl,  kreditin  miqdarı 

ölkənin  BVF-də  kvotası  ilə  əlaqələndirilir.  Buna  baxmayaraq, 

istisna halları da vardır.  kincisi, kredit alınan vəsaitlər formasında 

təqdim olunur, bununla ölkə öz şəxsi valyutası hesabına BVF-dən 

xarici valyuta və ya XAH alır. Təyin olunan vaxt başa çatanda üzv 

ölkə  kreditin  təqdim  olunduğu  vəsaitlərdə  milli  valyutasını  geri 

almalıdır.  Üçüncüsü,  ölkə  fond  ilə  razılaşdırılmış  qaydada 

(kreditlərin  əlaqəli  xarakteri)  iqtisadiyyatda  islahatlar  aparılması 

üzrə  müəyyən  öhdəlikləri  qəbul  etdiyi  və  yerinə  yetirdiyi  halda, 

kreditlər verilir. 

2000-ci  ildən  müntəzəm  kredit  xərclərinin  sayı  beşə 

bərabərdir.  Bundan  əlavə,  vəsaitlərin  adi  qaydada  olduğundan 

fərqli  olaraq  daha  münasib  şəraitdə  təqdim  olunduğu  kredit  xətti 

saxlanılır. 

BVF  kreditlərinin  əsas  növləri  “stand-by”  (Stand-By 

Arrangement  -  SBA) 

adlanan  kredit  razılaşmaları  hesab  olunur. 

Onların  əsas  təyinatı  –  ödəniş  balansının  kəsirinin  aradan 

qaldırılması  üçün  üzv  ölkələrin  makro-iqtisadi  sabitləşdirilmiş 

proqramlarının  kreditləşdirilməsidir.  Kredit  xətləri  çərçivəsində 

ölkənin əldə etdiyi vəsaitlər tranşlar vasitəsilə təqdim olunur. Ölkə 

tərəfindən  sabitləşdirilmiş  proqramların  yerinə  yetirilməsi  şərtilə 

hər bir növbəti tranş ayrılır. BVF sonuncularda üzv ölkənin razılığı 

ilə  aşağıdakı  makro-iqtisadi  xarakterli  tədbirləri  müəyyən  edir: 

büdcə  kəsirinin  aradan  qaldırılması,  inflyasiya  səviyyəsinin  aşağı 

salınması,  ixrac  və  idxal  kvotaların  və  rüsumların  aradan 

qaldırılması və ya yumşaldılması və s. ilə əlaqədar. Əgər ölkə BVF 

ilə bağlanılmış müqavilələrin şərtlərini yerinə yetirmirsə, o zaman 

növbəti tranş saxlanıla bilər və ya onun təqdim olunması haqqında 

öhdəlik ləğv edilə bilər.  



 

178

BVF-nin  yeni  kredit  növləri  ölkənin  mərkəzi  bankının 



valyuta ehtiyatlarının artırılması (Supplemental Reserve Facility - 

SRF) 

üçün vəsaitlərin verilməsi hesab olunur. Bu vəsaitlər ödəniş 

balansının  böyük  həcmli  kəsirinə  gətirib  çıxara  bilən  valyuta 

kursunun  kəskin  artıb-azalmasının  aradan  qaldırılmasına  xidmət 

göstərir.  

Kompensasiya  formasında  maliyyələşmə  xətti  (KMX) 

xammal ixracatçıları və taxıl idxalatçıları olan ölkələr üçün açılır. 

Birinci  halda,  valyuta  gəliri  dünya  miqyaslı  ixrac  qiymətlərinin 

konyunkturasından  asılı  olan  ölkələrdə  müvəqqəti  vurulan 

ziyanlar,  ikinci  halda  isə,  taxılın  ixrac  qiymətlərinin  artması  ilə 

ə

laqədar əlavə xərclər komepensasiya olunur.  



Qeyd  olunan  kreditlər  çərçivəsində  əlavə  edilən  faizlər 

vəsaitlərin  mənbələrindən,  eləcə  də,  XAH  faiz  dərəcəsindən 

asılıdır.  Bu  isə  XAH  kursunun  hesablanması  üçün  valyutasından 

istifadə  olunan  ölkələrdə  əvvəlcədən  müəyyənləşdirilmiş  üçaylıq 

maliyyə  vasitələri  (xəzinə  öhdəlikləri,  depozit  sertifikatları, 

banklararası depozitlər)  üzrə təxmini ölçülür. Bundan əlavə,  BVF 

borc  alan  ölkələrdən  təşkilati  xərclərin  ödənilməsi  üçün  kredit 

məbləğindən 0,5% miqdarında komisyon haqqı tutur.  

Ə

halinin  hər  birinə  düşən  gəlirin  aşağı  olduğu  və  ödəniş 



balansı  ilə  əlaqədar  böyük  problemlər  ilə  üzləşən  ölkələr  üçün 

BVF  yoxsulluğa  qarşı  mübarizə  və  iqtisadi  artımın  təminatı 



(YM AT)  üzrə  kreditlər

  təqdim  edir.  Onların  faiz  dərəcəsinin  illik 

qiyməti adətən 0,5% ötüb keçmir. Kreditlərin verilməsindən əvvəl 

borc  alan  ölkə,  BVF  və  Dünya  Bankı  birlikdə  tərəflərin  illik 

razılaşmalarında  konkretləşdirilmiş  struktur  dəyişikliklərin  əsas 

proqramı  olan  iqtisadi  inkişaf  üzrə  ortamüddətli  çərçivə  planını 

işləyib  hazırlayırlar.  Kredit  tranşlar  üzrə  sabitləşdirilmiş 

proqramlardan  fərqli  olaraq,  iqtisadi  inkişaf  üzrə  çərçivə  planı 

daha az ciddi xarakter daşıyır; xüsusi olaraq, inflyasiyanın, dövlət 

borcunun  və  b.  nəzərdə  tutulan  səviyyəsi,  bir  qayda  olaraq, 

müəyyən olunmur.  



 

179

Kredit  tranşlarının  və  xüsusi  xətlərinin  təqdim  olunması 

haqqında  məsələnin  həll  olunması  zamanı  bir  sıra  kəmiyyətlərin, 

məsələn mühüm məhsulların idxal və ixrac qiymətləri, beynəlxalq 

maliyyə bazarlarında faiz qiymətləri və b. ölkənin ödəniş balansına 

təsiri  araşdırılır.  Əgər  onlar  qeyri-münasib  şəkildə  dəyişirsə,  bu, 

ölkənin ödəniş balansında əks olunur. Fondun ekspertlərinin rəyinə 

görə,  kreditin  verilməsi  haqqında  qərar  qəbul  edilə  bilər.  Əgər 

araşdırılan  kəmiyyətlər  gözlənildiyindən  daha  münasib  şəkildə 

dəyişilərsə,  o  zaman  ölkə  öz  valyuta  ehtiyatlarını  artırmalı  və  ya 

BVF-dən borc götürülən vəsaitləri azaltmalıdır. 

Bir sıra ölkələrin öz ödəniş öhdəliklərinə riayət etməməsi ilə 

ə

laqədar  BVF  sığorta  hesabları  (Special  Contingent  Accounts) 



açmışdır.  Əsas  etibarilə,  BVF  kreditləri  üzrə  faizlərdən,  o 

cümlədən,  borclu  ölkələrin  və  kreditor  ölkələrin  ödəmələri 

hesabına  bu  hesablara  vəsaitlər  daxil  olur.  BVF-nin  illik  sığorta 

ehtiyatları 5% artırılır. 

BVF-nun  əsəs  məqsədi  qlobal,  regional  və  yerli  kontekstdə 

makroiqtisadi  və  maliyyə  sabitliyinin  təmin  edilməsi,  beynəlxalq 

ticarətə  yardım,  tam  məşğulluğun  və  davamlı  iqtisadi  artımın 

sürətləndirilməsi, yoxsulluğun azaldılması, dünya üzrə beynəlxalq 

ödəmələr  sisteminin  bərpa  edilməsi,  valyuta  kurslarının 

tənzimlənməsi, 

beynəlxalq 

valyuta-maliyyə 

bazarlarında 

beynəlxalq  əməkdaşlıqın  artırılması,  valyuta  məhdudiyyətlərinin 

aradan qaldırılması və s.-dən ibarətdir.  

MF üzv ölkələrə qısa  müddətli kreditlər açır.  Fond tərəfin-

dən saxlanan kreditlər «Stand bu Anlaşmaları» ilə «iqtisadi sabitlik 

proqramları»  çərçivəsində  verilir.  «Stand  Bu  Anlaşmaları»nda  bir 

niyyət məktubu hazırlanır. Niyyət məktubunda hökumətin iqtisadi 

və maliyyə siyasəti göstərilir.  MF üzv ölkələrə saxladığı maliyyə 

dəstəyi  yanında  texniki  yardımlar  da  verir.  Üzv  ölkələr  iqtisadi, 

maliyyə və texniki problemlərin həllində vasitəçilik xidmətləri də 

göstərir.  Bunlardan  başqa,  Vaşinqtonda  qurulan  bir  institut 

nəzdində  üzv  ölkələrin  Mərkəz  Bankı  və  Maliyyə  Nazirliyinin 

məsul vəzifələri üçün çeşidli təhsil proqramları da verir. 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə