Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə58/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   54   55   56   57   58   59   60   61   ...   133

 

180

CDR  (özəl  çəkmə  haqları)  və  BPF.    CDR  BPF-yə  tabe 

olaraq  çıxarılan  beynəlxalq  valyuta  vasitəsidir.  CDR  BPF  içində 

bir  bölmə  tərəfindən  idarə  edilir.  1970-ci  ildə  dünya  ehtiyatlarını 

artırmaq  üçün  çıxarılıb.  Ümumiyyətlə,  bir  üzv  ölkə  digərinin 

mərkəzi  bankından,  o  ölkənin  milli  valyutasının  alma  haqqını 

təmin  edir.  Məsələn,  Azərbaycan  əlindəki  CDR-i  istifadə  edərək 

dollar  ehtiyatına  sahib  olmaq  istəyir.  Buna  nail  olmaq  üçün 

Azərbaycan  əlindəki  CDR-ləri  Amerika  Federal  Ehtiyat  Bankına 

təhvil verəcək. Bu bank isə CDR proqramında iştirak edən bir ölkə 

olaraq  təhvil  verilən  CDR  qarşılığında  Azərbaycanı  dollar  ilə 

təmin etməlidir. Deməli, CDR hesabdan hesaba köçürülən və fiziki 

varlığı olmayan bir hesab vahidir. 

Bu günə qədər iki partiya CDR çıxarılıb.  lk partiya 1970-72-

ci illərə aid olub hər biri milyard dollardır.  kinci partiya da 1979-

81-ci  illəri  əhatə  edib  hər  biri  4  milyard  dollar  olub.  Ondan  sonra 

CDR  çıxarılmayıb.  Beləliklə,  bu  günə  qədər  çıxarılan  CDR-in 

ümumi miqdarı 21, 3 milyard dollardır. 

CDR, BPF-nin idarə heyətinin qərarı ilə yaradılan qarşılıqsız 

bir  ehtiyat  vasitəsidir.  Yəni  bunun  üçün  qızıl  və  ya  valyuta 

qarşılığının olması zəruri deyil. Buna görə də CDR-ə kağız pul da 

deyilir.  Lazım  olan  yetərsay  təmin  edilərsə,  fond  yeni  CDR-in 

çıxarılmasına qərar verə rvə sonra CDR çıxarar. Yəni CDR-lər üzv 

ölkələrə  fond  kvotaları  nisbətində  paylanır.  CDR,  yuxarıda  təhlil 

edildiyi  kimi,  normal  avans  haqlarındakı  kimi  BPF-dən  maliyyə 

mənbəyi  haqqı  normal  avans  haqlarındakı  kimi  BPF-dən  maliyyə 

mənbəyi haqqı vermir. Bunun əvəzinə hər bir üzv ölkəyə digər üzv 

ölkələrin  milli  valyutalarını  əldə  etmək  imkanı  tanınır.  CDR-ə 

malik  olan  ölkələr  bu  CDR-ləri  başqa  ölkəyə  təhvil  verdikləri 

təqdirdə, BPF kanalıyla bunları əldə edənlərə bir faiz ödəyərlər. 

CDR  beynəlxalq  səviyyədə  nəzarətə  tabe  olan  etibarlı, 

məsrəfi  olmayan  bir  ehtiyat  vasitəsidir.  Bu  səbəblə  beynəlxalq 

likvidi  sağlam  bir  mənbəyə  qovuşdurmaq  üçün  yaradılıb.  Ancaq 

təəssüflər  olsun  ki,  Amerika  dollarındakı  sürətli  bir  artımından 

dolayı  reallıqda  dünya  ehtiyat  təklifi  əhəmiyyətli  bir  rol 




 

181

oynamayıb. Yuxarıda qeyd edildiyi kimi, Özəl Avans Haqları həm 

bir beynəlxalq likvid vasitəsi, həm də bir hesab vahididir. CDR bir 

pul sərvəti kimi dünya mal və xidmət ixracı içində ən böyük  yeri 

olan  beş  ölkənin  pulundan  təşkil  olunmuşdur  (Amerikan  dolları, 

Alman  markası,  Yapon  iyeni,  Fransız  frankı  və  ngilis  sterlinqi). 

CDR-in  dollar  və  digər  valyutalara  görə  dəyəri  davamlı  şəkildə 

müxtəlif informasiya vasitələri ilə elan edilir. Bilindiyi kimi, səbət 

pul mexanizminin ən əhəmiyyətli çalarlarından biri dəyərinin fərdi 

pullara  görə  daha  sabit  olmasıdır.  Həqiqətən  də  üzən  kurs 

sisteminin  tətbiq  edildiyi  bütün  valyutaların  qiymətinin  dəyişkən 

olduğu dövrümüzdə sabit dəyər standartına daha çox ehtiyac olur. 

Bu  mövzuda  başqa  bir  vasitə  Ekyü-dür.  Bu  gün  CDR,  BPF  ilə 

yanaşı  müxtəlif  beynəlxalq  və  regionla  qurumlar  tərəfindən  debet 

və  kredit  borclar,  üzvlük  haqqı  və  s.  kimi  kapital  dəyərlərinin 

müəyyən  edilməsində  dəyər  standartı  kimi  istifadə  edilir.  BPF 

xaricində  CDR-i  beynəlxalq  dəyər  standartı  kimi  qəbul  edən  bəzi 

təşkilat  və  qurumlar:  Dünya  Bankı,  slam  nkişaf  Bankı,  sverə 

Milli  Bankı  və  s.-dir.  Bundan  başqa,  yenə  yuxarıda  gördüyümüz 

kimi,  sabit  kurs  (məzənnə)  sistemini  məniməsəyən  bəzi  inkişaf 

etməkdə olan ölkələr də milli pulunu CDR-ə bağlayıb. Bütün bun-

lardan  savayı  bəzi  özəl  şirkətlər  də  istiqrazlarını  CDR-dən  asılı 

olaraq çıxarır. Bu tətbiqlər özəl CDR adlandırılır. 

Amerika  dolları  bir  qədər  dəyər  itirməsinə  baxmayaraq, 

dəyər  standartı  rolunu  hələ  də  davam  etdirməkdədir.  Ancaq 

dolların  dəyərinin  günü-gündən  dəyişməsi  rəsmi  və  özəl 

beynəlxalq maliyyə əməliyyatçılarını sabit dəyərli başqa vasitələrə 

istiqamətləndirib. Bunun da gələcəkdə Avro olacağına ümid edilir. 

Hazırda  BVF-nin  185  üzvü  vardır.  BMT-yə  üzv  ölkələr 

(Tayvan,  Kuba,  Şimali  Koreya,  Andorra,  Monako,  Lixtenşteyn, 

Tuvalu  və  Nauru  istisna  olmaqla)  eyni  zamanda  BVF-nin  də 

üzvləridir.  Fondun  nizamnamə  kapitalı  217  mlrd.  SDR  (Xüsusi 

Borcalma  Hüquqları)  təşkil  edir.  1  SDR  təxminən  1.5  ABŞ 

dollarına bərabərdir. Hər üzv ölkə öz üzərinə düşən hissənin 25%-

ni SDR və ya digər üzv ölkələrin valyutasında, qalan 75%-ni isə öz 



 

182

milli  valyutasında  ödəyir.  Kvotanın  həcmindən  asılı  olaraq  üzv 

ölkələr  arasında  səslər  paylanılır.  Fondda  hər  ölkə  250  baza  səsə 

məxsusdur  və  əlavə  olaraq  ölkə  üzərinə  düşən  kvotanın  hər  100 

min SDR-ə əlavə bir səs verilir.  darəedicilər Şurasının qərarları ya 

sadə  səs  çoxluğu  ilə  (50%-dən  çox)  və  ya  xüsusi  strateji  məqsəd 

daşıdığı  halda  xüsusi  səs  çoxluğu  (səslərin  ümumi  sayının  75-

80%)  ilə  qəbul  olunur.  ABŞ  və  Avropa  ttifaqı  Fondun  əsas 

qərarlarına təsir etmək imkanına malikdir. 

BVF-nin Ali idarəetmə orqanı  darəedicilər Şurasıdır. Şurada 

hər üzv ölkə müdir və onun müavini ilə təmsil olunur. Adətən mü-

dir  vəzifəsinə  üzv  ölkənin  maliyyə  naziri  və  ya  mərkəzi  bankın 

sədri  seçilir.  darəedicilər  Şurası  BVF-nin  əsas  fəaliyyətini  əhatə 

edən məsələlərə baxır:  yeni üzv ölkələrin qəbul olunması və üzv-

lükdən  çıxarılması,  üzv  ölkələrin  fondun  nizamnamə  kapitalında 

iştirak dərəcəsinə yenidən baxılması, icraçı direktorların seçilməsi 

və digər məsələrə baxılır.  çracı direktorların  görüşü ildə bir dəfə 

keçirilir. Lazım olarsa, əlavə görüşlər də təşkil oluna bilər.  

Fondun  təşkilatı  strukturunda  xüsusi  rolu  Beynəlxalq 

Valyuta və Maliyyə Komitəsi (BVMK) oynayır. Komitə BVF-nin 

24  craçı  direktorundan  ibarətdir  və  ildə  iki  dəfə  görüş  keçirmək 

məqsədilə toplaşırlar. Bu komitə məsləhətçi funksiyasını daşıyır və 

qərarvermə hüququna malik deyil.  

Bundan  əlavə  craiyyə  Şurası  da  mövcuddur  ki,  o  da  5  il 

müddətinə  craçı  Direktoru  seçir.  craçı  Direktor  fondun  işçi 

heyətinə başçılıq edir.  craçı Direktor Avropa ölkələrinin birindən 

olmalıdır.  

BVF-nin  Azərbaycanda  fəaliyyəti  :

 

Azərbaycan  BVF-yə 

18 sentyabr 1992-ci il tarixdə üzv seçilmişdir. BVF-də Azərbaycan 

tərəfindən  müdir  Maliyyə  naziri,  əvəzedici  müdir  isə  Mərkəzi 

Bankın sədridir. 

Fonda  üzv  qəbul  edilərkən  ilkin  kvota  117  mln.  SDR  (168 

mln. ABŞ dolları) olmuş, 2000 –  ci ildən isə kvotamız artırılaraq 

160.9  mln  SDR-ə  çatdırılmışdır.  BVF-nin  proqramları  xüsusilə 

inkişaf  etməkdə  olan  ölkələr  üçün  bir  qayda  olaraq  Struktur 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə