Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə61/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   57   58   59   60   61   62   63   64   ...   133

 

189

 

Bank  yaradılan  zaman  maliyyə  resursları  onun  üzvlərinin 



üzvlük  haqqı  hesabına  əldə  edilir  və  bu  mənbə  sayəsində  yeni 

üzvlərin daxil olması ilə artırılır. Amma nizamnamə kapitalı yalnız 

birinci  mərhələdə  proqramın  maliyyələşdirilməsində  əsas  rol 

oynamışdır.  

Hazırkı  vaxtda  BY B  ən  yüksək  AAA  kredit  reqtinqi  olan 

ortamüddətli  və  uzunmüddətli  borc  öhdəliklərinin  emissiyası  və 

yerləşdirilməsi,  eləcə  də,  təyin  olunmuş  faiz  qiymətləri  üzrə 

hökumətlərin, 

mərkəzi 

bankların 

qiymətli 

kağızlarının 

yerləşdirilməsinə yardım yolu ilə beynəlxalq maliyyə bazarlarında 

aparılan əməliyyatlar hesabına əsas vəsaitləri əldə edir. BY B 100-

dən  çox  ölkədə  öz  qiymətli  kağızlarını  yerləşdirir  və  beynəlxalq 

kapital bazarlarında ən iri borc alan, o cümlədən, milli bazarlarda 

ə

n iri borc alanlar – qeyri-rezidentlərdən biri hesab olunur. 



BVF-dən  fərqli  olaraq  BY B  yalnız  hökumətlərdən  deyil, 

həmçinin  özəl  təşkilatlardan,  xüsusən,  iri  TMB-dən  kifayət  qədər 

böyük miqdarda vəsaitlər əldə edir.  

Son  vaxtlar  əvvəlcədən  verilmiş  ssuda  və  faizlərin 

ödənilməsindən  əldə  olunan  vəsaitlər  daha  çox  əhəmiyyət  kəsb 

edir.  BY B  müntəzəm  olaraq  həmçinin  etibarlı  kapital  qoyuluşu 

üçün imkan əldə etmək istəyən investorlara bank tərəfindən verilən 

ssudalar üzrə zəmanətli tələblərin satışını (təmin edilməsini) yerinə 

yetirir. 

1982-ci ildən etibarən ənənəvi ortamüddətli və uzunmüddətli 

borclardan  əlavə,  pul  bazarlarında,  xüsusilə,  qısamüddətli  diskont 

notaların  və  dəyişkən  faiz  qiymətləri  notalarının  yayılması  və 

emissiya  banklarının  açdığı  kredit  xətləri  çərçivəsində  bu 

banklardan  qısamüddətli  kreditlərin  götürülməsi  hesabına  BY B 

vəsaitlər cəlb etməyə başlamışdır.  

B A-da  resursların  əsas  mənbəyini  nizamnamə  kapitalına 

ödəmələr, BY B-nin ona ötürdüyü gəlirin bir hissəsi və əvvəlcədən 

verilmiş ssudaların ödənişi təşkil edir. Belə ki, B A faktiki olaraq 

ə

sas qeyri-kommersiya prinsiplərinə əsasən fəaliyyət göstərir.  




 

190

 

BY B  və  B A,  əsas  etibarilə,  layihələr  üçün  ssuda  və 



kreditlər  verməklə  maliyyələşmə  üçün  layihələrin  seçilməsi  ilə 

ə

laqədar  olaraq  eyni  siyasət  yürüdürlər.  Bu  layihələr  iqtisadi  və 



texniki  baxımdan  nöqsansız  hesab  olunur  və  borclu  ölkələrin 

iiqtisadi inkişafı üçün yüksək prioritetə malikdirlər.  

Kredit  alan  ölkələrin  seçilməsi  şərtlərində,  eləcə  də, 

borcların özündə əhəmiyyətli fərqlər mövcuddur. BY B, bir qayda 

olaraq,  borclu  ölkənin  milli  valyutasında  deyil,  devizlərdə 

(beynəlxalq  səviyyədə  ödəniş  vəsaitləri  kimi  qəbul  edilmiş) 

vəsaitlər  verir.  BY B-nin  Nizamnaməsinə  uyğun  olaraq  borclu 

ölkələrin  ödəmə  qabiliyyəti  kifayət  qədər  yüksək  olmalıdır.  Buna 

görə də, hər şeydən əvvəl, onun beynəlxalq borclarının miqdarı və 

strukturu  yoxlanılır.  Əgər  inkişaf  etməkdə  olan  ölkədə  bu 

baxımdan hər şey qaydasında olmazsa, o zaman o, BY B-in kredit 

alanı ola bilməz. 

B A-nin  tələbləri  mülayim  xarakter  daşıyır  və  ölkənin  borc 

vəziyyətindən  çox,  verilən  vəsaitlərdən  məqsədli  və  səmərəli 

şə

kildə  istifadə  olunması  ilə  əlaqədardır.  Bundan  əlavə,  əhalinin 



hər  bir  nəfərinə  düşən  ÜMM

 

səviyyəsinin  kriteriyaları  formal 



olaraq  müəyyən  olunur,  bu  zaman  ölkə  B A-nin  vəsaitlərini  ala 

bilər:  1305  ABŞ  dollarından  çox  olmayaraq  (BY B-də,  əksinə 

çoxdur).  Amma  təcrübədə  B A  kreditləri  xeyli  aşağı  gəlir 

səviyyələrində verilir. 

BY B və B A kredit alanı hökumət və ya hökumət zəmanəti 

alan  təşkilat  ola  bilər.  Beynəlxalq  nkişaf  Agentliyi    (B A)  – 

Təşkilat 24 sentyabr 1960-cı il tarixində yaradılmış və dünyanın ən 

kasıb  80  ölkəsinə  (onlardan  39-u  Afrika  qitəsində  yerləşən 

ölkələrdir)  uzunmüddətli  qrantlar  və  faizsiz  kreditlərin  təqdim 

edilməsi  ilə  məşğuldur.  Bu  kreditlər  35-40  il  müddətinə  faizsiz 

ayrılır.  Təşkilatın  yaradılmasından  bu  günə  qədər  artıq  161  mlrd. 

ABŞ  dolları  məbləğində  kredit  və  qrantlar  ayrılmışdır.  Bu 

vəsaitlərin  50%-i  Afrika  ölkələrinə  ayrılmışdır.  BY B-dən  fərqli 

olaraq,  B A  dünyanın  ən  iri  ölkələri  tərəfindən  maliyyələşdirilir. 




 

191

Ə

lavə vəsaitlər BY B-in gəlirlərindən və B A-nın ayırdığı kreditlər 



üzrə  faiz  ödənişlərindən  formalaşır.  B A-nın  vəsaitləri  əsasən 

təhsil, 


içməli 

su 


təchizatı, 

kommunal 

infrastrukturun 

yaxşılaşdırılması, ətraf  mühitin qorunması və digər bu kimi sosial 

layihələrin həyata keçirilməsinə ayrılır.   

BY B  və  B A-nin  bir  çox  ssuda  və  kreditləri  “layihə 

xarakter”i  daşıyır,  yəni,  konkret  dirçəliş  və  inkişaf  layihələrinə 

uyğun olaraq ayrılır. 

Dünya  Bankının  mütəxəssisləri  öz  borclarını  aşağıdakı 

şə

kildə təsnif edirlər.  



Xüsusi investisiya ssudaları (Specific  nvestment Loans) 

yeni 


istehsalat  binalarının  tikilməsi,  artıq  mövcud  olan  obyektlərdə  is-

tehsalın genişləndirilməsi və ya onların texniki təminatının təkmil-

ləşdirilməsi  məqsədilə  müəyyən  obyektin  maliyyələşdirilməsi 

üçün verilir. Faktiki olaraq, məhz bu cür ssudalar layihə ssudaları-

na aid edilir və əvvəl olduğu kimi, ümumi borc miqdarında (50%-ə 

yaxın) üstünlük təşkil edirlər. 



Sektor  əməliyyatları  (Sector  operations). 

Bu  ad  altında 

müxtəlif  ssudalar  birləşir  və  onlar  iqtisadiyyatın  nəqliyyat, 

energetika,  kənd  təsərrüfatı  və  b.  məqsədyönlü  sektorları 

çərçivəsində  layihələrin  maliyyələşdirilməsi  üçün  verilir. 

Məqsədyönlü  sektorlar  çərçivəsində  maliyyə  obyektlərinin 

müəyyən  olunması  Dünya  Bankının  təyin  etdiyi  kriteriyalar  üzrə 

ssuda  alan  ölkələrin  hökumətləri  tərəfindən  yerinə  yetirilir. 

Ssudalar  ya  bilavasitə  hökumətə  (Sector 

nvestment  and 

Maintenance  Loans)

,  ya  da  hökumətin  təyin  etdiyi  təşkilatlara 

verilir  və  faktiki  olaraq  onunla  son  ssuda  alan,  məsələn,  milli 

maliyyələşdirmə  və  inkişaf  cəmiyyətləri  və  ya  aqrar  fondlar 



(Financial  ntermediary  Loans) 

arasında  vasitəçilər  kimi  çıxış 

edirlər.  Sektor  əməliyyatlarına  həmçinin  struktur  yenidən  qurma 

şə

raitində  sektor  borcları  aid  edilir  (Sector  Adjustment  Loans)  və 



onlar  iqtisadi  siyasətin  dəyişilməsi  zamanı  yarana  bilən 

məqsədyönlü  sektorlar  çərçivəsində  ümumi  məsələlərin  həll 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə