Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə62/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   58   59   60   61   62   63   64   65   ...   133

 

192

olunması üçün nəzərdə tutulmuşdur. Bu ssudalar üzrə vəsaitlər tez-

tez idxal əməliyyatlarının maliyyələşdirilməsinə yönəldillir. 

Struktur  yenidən  qurma  və  ya  büdcəəvəzedici  reabilitasiya 

borcları  üzrə  ssudalar

  1980-ci  ildən  ödəniş  balansı  ilə  bağlı 

problemlər  ilə  üzləşən  ölkələrə  yardım  kimi  tətbiq  edilir  və  geniş 

spektrli  hökumət  tədbirlərinin  həyata  keçirilməsini  nəzərdə  tutur. 

Bu  cür  ssudaların  ayrılması  kriteriyaları  bir  qədər  münasib 

şə

kildədir  və  DB  ilə  razılaşdırılmış  qaydada  struktur  dəyişikliklər 



proqramının  ölkə  tərəfindən  təqdim  olunmasından  ibarətdir  və 

müvəffəqiyyət  qazanmaq  perspektivləri  vardır.  Bu  cür  ssudalar 

BVF  tərəfindən  ödəniş  balansının  kəsirinin  aradan  qaldırılması 

tədbirlərinin analoji maliyyələşdirilməsinə yaxındır. Buna görə də, 

qeyd  olunan  təşkilatlar  kredit  verilməsi  miqyası,  müddəti  və 

şə

rtləri ilə razılaşırlar. 



BY B də həmçinin fəlakətli halların, məsələn, zəlzələ və  ya 

quraqlıq  halların  (Emergency  Reconstruction  Loans)  nəticələrinin 

aradan  qaldırılması  üçün  bu  cür  ssudalar  verir.  Amma  onların  bu 

günə qədər qiyməti kiçikdir (bütün ayrılan vəsaitlərin 1%-ə  yaxın 

hissəsi).  

BY B  borc  vəsaitlərindən  özü  ssuda  verdiyi  halda,  faiz 

dərəcələri  beynəlxalq  kapital  bazarlarında  onların  hərəkəti  ilə 

ə

laqədar  ümumi  tendensiyalardan  və  pullardan  asılıdırlar.  BY B 



uzun  müddət  faiz  dərəcələrinin  müəyyən  olunması  üçün 

hesablaşma  formullarından  istifadə  etmişdir,  amma  burada 

aşağıdakılar  daxil  olmaqla  70-ci  illərin  sonu  –  80-ci  illərin 

ə

vvəllərində  yeni  yaranan  hallar  nəzərə  alınmırdı:  beynəlxalq 



bazarlarda  qiymətlərin  geniş  şəkildə  artıb-azalması;  beynəlxalq 

kreditləşmədə  dəyişkən  faiz  dərəcələrindən  istifadə  olunmasına 

keçid; kredit ilə əlaqədar verilən vədlər və faktiki olaraq kreditlərin 

verildiyi  vaxt  arasındakı  müddətin  artırılması  və  s.  Bununla 

ə

laqədar 1982-ci ildən etibarən BY B hər yarım ildən bir nəzərdən 



keçirilən dəyişkən faiz dərəcələrindən istifadə etməyə keçdi.  lkin 

faiz  qiyməti  bank  tərəfindən  əldə  olunan  vəsaitlərin  xərclərinə 

ə

saslanır. Orta həcmdə olan kapital xərclərinə sonra marja (0,5%) 




 

193

ə

lavə olunur. Faktiki faiz dərəcəsi bankın marjası nəzərə alınmaqla 



təxminən illik 6-7% təşkil edir. 

BY B  BVF kimi öhdəlik üzrə komissiya haqqı

 

tutur, bu isə 



vəd  olunan,  amma  verilməyən  borc  məbləğinin  illik  0,75%-ni 

təşkil  edir.  Bu  komissiyanın  mahiyyəti  ondan  ibarətdir  ki,  borc 

alan, növbəti tranşın verilməsi üçün kifayət qədər olan vəsaitlərin 

miqdarının  saxlanılmasının  vacib  olması  ilə  əlaqədar  kreditorda 

yarana bilən xərclərin, heç olmazsa, bir hissəsini əvəzləşdirməlidir. 

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) – Təşkilat 1956-

cı ildə yaradılmışdır və baş qərargahı Vaşinqton şəhərində yerləşir. 

BMK-nın 182 üzvü vardır. BMK-ya üzv olmaq üçün BY B-ə üzv-

lük mütləqdir. BMK-nın fəaliyyəti əsasən özəl sektorun inkişafına, 

biznes  sektoruna  və  dövlət  qurumlarına  texniki  yardımın  təqdim 

edilməsinə,  özəl  sektorda  layihələrin  maliyyələşdirilməsinə,  özəl 

ş

irkətlərin beynəlxalq maliyyə bazarlarına çıxışının təmin edilmə-



sinə yardımçı olmaqdan ibarətdir. DB-nin prezidenti eyni zamanda 

BMK-nın prezidenti kimi də fəaliyyət göstərir. BMK üzv ölkələrin 

təmsilçilərindən ibarət olan Müdirlər Şurası tərəfindən idarə edilir. 

BMK-nın kapitalı üzv ölkələrin payına əsasən formalaşır. DB-dən 

fərqli olaraq BMK dövlət zəmanəti olmayan layihələri də maliyyə-

ləşdirir. BMK investisiyalardan əlavə həmçinin texniki yardım və  

məşvərətçi rolunda da çıxış edir.  

Beynəlxalq 

Maliyyə 

Korporasiyası 

(BMK) 

başlıca 


məqsədləri aşağıdakılardır: 

1.

  Özəl  sərmayəli  şirkətlərin  finans  yetərsizliyi  səbəbi  ilə 



ə

laqədar  üzv  hökumətin  zəmanətini  istəmədən  sektora  maliyyə 

dəstəyində yardımçı olmaq; 

2.

  nvestisiya  imkanlarını  təhlil  edərək,  yerli  və  xarici 



sərmayəli iş adamlarını bir araya gətirməyə yardımçı olmaq; 

3.

  Yerli və xarici özəl sərmayəli şirkətlərin ölkədə səmərəli 



investisiyalara yönəlməsinə yardımçı olmaq. 

BMQ  inkişaf  etməkdə  olan  ölkələrdə  fəaliyyətdə  olan  özəl 

sektorlara  investisiya  proqramlarını  dəstəkləyən  və  bu  sahədə 

yardım  edən  bir  quruluşdur.  Qurum  kredit  vermə  mövzusunda 




 

194

geniş  ölçüdə  sərbəstliyə  malikdir.  Açdığı  kreditlər  orta  və  uzun 

müddətli  olub,  kreditə  tətbiq  ediləcək  olan  faiz  həddi  qoyulacaq 

investisiyanın riskinə görə dəyişiləndir. 

BMK kimi maliyyə institutuna tələbat yarandı. Çünki BY B 

öz  statusuna  əsasən  yalnız  hökumətlərə  ssudalar  verir  və  ya 

hökumət  zəmanətləri  tələb  edir  və  özəl  şirkətlərin  nizamnamə 

kapitalında  iştirak  etmək  hüququna  malik  deyildir.  BMK,  əksinə, 

özəl  təşkilatların  xüsusi  kapitalında  iştirak  edir,  o  cümlədən, 

zəmanətlərin verilməsi yolu ilə bu cür təşkilatların səhmlərinin və 

borc  öhdəliklərinin satışına yardım göstərir.  

BMK-nin maddi yardımı uzunmüddətli ssudalar, şəxsi kapi-

talda  iştirak,  zəmanətlər  və  ya  onların  kombinasiyası  formasında 

verilə bilər. 

BMK-nin  hökumət  zəmanətlərini  tələb  etməsinə  baxmaya-

raq, o, öz vəsaitlərinin benefisiarlarının krediti ödəmə qabiliyyətini 

mükəmməl şəkildə təhlil edir. Bundan savayı, maliyyələşmə riski, 

bir  qayda  olaraq,  BMK-nin  ümumi  xərclərin  25%-dən  çox  olma-

yan  hissəsini  təmin  etməklə  sindikatlaşdırılmış  kreditlərdə  iştirak 

hesabına azalır. BMK ilə yanaşı, iri kommersiya bankları və höku-

mət təşkilatları sindikatların iştirakçıları kimi çıxış edə bilərlər.  

BMK  tərəfindən  verilən  ssudalar,  ilk  növbədə,  kapital 

bazarının  maliyyə  xidmətlərinin  və  institutlarının  inkişafı  ilə 

ə

laqədar  maliyyələşmə  üçün  nəzərdə  tutulmuşdur.  Həmçinin 



emaledici  sənaye,  avtomobil  istehsalı,  kimya  sənayesi  və  turizm 

sahəsi üçün verilən ssudalar böyük əhəmiyyət kəsb edir.  

BMK  kreditlərinin  maliyyə  şərtləri  BY B-nə  nisbətən  daha 

“sərtdir”.  Kreditlər,  əksər  hallarda,  bazarın  faiz  dərəcələri  üzrə 

verilir. BMK ssudalarının ən böyük hissəsi müxtəlif valyutalarda 7 

ildən 12 ilə qədər nəzərdə tutulmuşdur.  

BMK-nin özəl firmaların xüsusi kapitalında iştirakı müvafiq 

ölkənin  milli  valyutasında  vəsaitlərin  verilməsi  yolu  ilə  yerinə 

yetirilir. Nə BY B, nə də BMK özəl firmaların səhmdarı olmurlar. 

nvestisiya layihəsinin həyata keçirilməsindən sonra iştirak payları 

satılır.  Bundan  başqa,  BMK  şəxsi  investorların  marağını  artırmaq 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə