Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə63/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   59   60   61   62   63   64   65   66   ...   133

 

195

üçün  nizamnamə  kapitalına  qoyulan  əmanətlərin  miqdarı  üçün 

zəmanət  verir.  (Guaranteed  Recovery  of  nvestment  Principal) 

adlanan GR P prinsipi onu nəzərə alır ki, BMK itki ilə əlaqədar öz 

üzərinə  risk  götürməklə  investorların  təqdim  etdiyi  vəsaitləri 

nizamnamə  kapitallarına  yerləşdirir.  Dividentlər  və  kapital  gəliri 

investorlar  ilə  BMK  arasında  əldə  olunmuş  razılaşmaya  uyğun 

olaraq  onlar  arasında  bölüşdürülür.  Razılaşmanın  vaxtı  başa 

çatdıqdan sonra investor iştirak payını öz adına qeyd etmək və ya 

ondan imtina etmə imkanları arasında seçim edir. Bununla yanaşı, 

ə

n azı ilkin kapital haqqı ona qaytarılır.  



Çoxtərəfli  nvestisiya  Zəmanəti  Agentliyi  (Ç ZA)  – 

Təşkilat  1988-ci  ildə  yaradılmış  və  nizamnamə  kapitalı  1  mlrd. 

ABŞ dolları məbləğində müəyyən edilmişdir. Ç ZA əsasən inkişaf 

etməkdə  olan  ölkələrə  birbaşa  xarici  investisiyaların  yatırılmasını 

təmin  edir.  Bu  təminat  əsasən  investorların  siyasi  risklərdən 

siğortalanması,  investor  və  hökumət  arasında  vasitəçilik, 

investisiyaların  cəlb  edilməsi  sahəsində    hökumətə  məsləhət 

xidmətinin  göstərilməsi  formasında  həyata  keçirilir.  Bu  təşkilatın 

zəmanəti investorların müqavilə şərtlərinin pozulmasından, dövlət 

tərəfindən müsadirə edilməsi riskindən, vəsaitlərin azad axını kimi 

risklərə  zəmanət  verir.  Lakin,  Ç ZA-nın  zəmanətləri  kommersiya 

risklərindən, məsələn müflisləşmə riskindən qorumur.  Zəmanətin 

təqdim  edilməsi  prosesində  aşağı  gəlirli,  siyasi  böhran  və  ya 

münaqişə  olan  ölkələrə,  ekologiya  və  sosial  baxımdan  vacib 

layihələr  və  infrastrukturun  inkişafına  üstünlük  verilir.  Ç ZA-nın 

zəmanətləri  investisiya  yönəldilən  ölkədə  qeydiyyatda  olmayan 

ş

irkət və özəl şəxslərə təqdim edilir. Zəmanətlər 3 -15 il müddətinə 



təqdim  edilir.  DB-dan  fərqli  olaraq,  investisiya  yönəldilən  ölkə 

tərəfindən qarşılıqlı zəmanət tələb olunmur. Həmçinin, Ç ZA özəl 

investor  kimi  çıxış  edə  bilməz  və  kreditlər  təqdim  etmir.  Hal  - 

hazırda  ən  maksimal  zəmanət  kimi  bir  investisiya  layihəsi  üçün 

110  mln.  ABŞ  dolları  və  bir  ölkə  üçün  440  mln.  ABŞ  dolları 

nəzərdə  tutulur.  Qeyd  etmək  lazımdır  ki, təşkilat  spirtli  içkilər  və 

tütün  istehsalına  və  qumar  oyunları  ilə  bağlı  biznes  layihələrə 



 

196

zəmanət vermir. Ç ZA tərəfindən 1988-ci ildən etibarən 17.4 mlrd. 

ABŞ  dolları  məbləğində  900-ə  yaxın  zəmanət  təqdim  edilmişdir. 

Həmçınin,  Ç ZA  ABŞ-ın  50  mlrd.  dollar  məbləğində  96  ölkəyə 

birbaşa investisiyanın  yatırılmasını dəstəkləmişdir.  

ZÇA  yalnız  qeyri-kommersiya  riskləri  üzrə  xarici 

investorlara zəmanətlər verir. Agentlikdə onlara aid edilir: valyuta 

köçürülməsinə, ekspropriasiya və bu kimi oxşar tədbirlərə qoyulan 

məhdudiyyətlər  və  bunun  nəticəsində  zəmanətin  sahibi  öz  kapital 

qoyuluşuna,  ona  nəzarət  edilməsi  və  ya  bu  cür  kapital 

qoyuluşundan  əhəmiyyətli  dərəcədə  əldə  edilən  gəlir  ilə  bağlı 

mülkiyyət  hüququndan  məhrum  edilir;  müqavilələrin  pozulması; 

müharibələr və ya mülki iğtişaşlar.  

Investisiya  qəbul  edən  ölkədə  xarici  investorlarda  itkilərə 

gətirib  çıxaran  şüurlü  törədilən  hərəkətlər  ilə  yanaşı,  yerli 

hökumətlərin  müdaxiləsi  lazım  olduqda  fəaliyyətsizlik  göstərdiyi 

hallarda  ZÇA  zəmanətləri  genişləndirilir.  Bununla  yanaşı, 

müxtəlif  cür  qeyd-şərtlər  nəzərdə  tutulmuşdur  və  onlara  əsasən 

ümumi  iqtisadi  vəziyyətin  nəticəsi  kimi  xarici  investorların 

fəaliyyətində  mənfi  halları  şərh  etmək  mümkündür.  Məsələn, 

xarici investor sübut etməlidir ki, iqtisadiyyatın tənzimlənməsi ilə 

ə

laqədar  ümumi  xarakter  daşıyan  tədbirlərin  deyil,  məhz 



investisiyanı  qəbul  edən  ölkənin  yürütdüyü  ayrı-seçkilik  siyasəti 

nəticəsində itkilərə məruz qalmışdır.  

Yalnız  ZÇA  üzvləri  olan  inkişaf  etməkdə  olan  ölkələrdə 

risklərin  yarandığı  hallarda  zəmanətlər  verilir.  Zəmanətlərin 

obyekti  birbaşa  xarici  investisiyalar,  eləcə  də,  investisiyanı  alan 

ölkənin ərazisində şirkətlərin səhmlərinin alqısı ilə həyata keçirilən 

investisiyalar  hesab  olunur.  Zəmanət  verilən  kapital  qoyuluşu  ilə 

ə

laqədar  hüquq  və  ya  tələblər  investor  tərəfindən  güzəştlər 



formasında agentliyə təqdim olunur.  

Agentlik  kapitalların  hərəkətində  maneələrin  aradan 

qaldırılması,  o  cümlədən,  birbaşa  xarici  investisiyalara  şərait 

yaradılması  və  investorlar  ilə  investisiya  qəbul  edən  ölkələr 

arasında mübahisələrin tənzimlənməsi üçün kömək etməlidir.  



 

197

nvestisiya  Mübahisələrinin  Həlli  üzrə  Beynəlxalq 

Mərkəz  ( MHBM)  –  Mərkəz  1966-cı  ildə 

nvestisiya 

Mübahisələrinin  Dövlətlərarası  Həlli  üzrə  Konvensiyanın 

imzalanması  nəticəsində  yaradılmışdır.  Mərkəzin  əsas  məqsədi 

tərəflərin  barışması  üçün  hüquqi  şəraitin  yaradılması,  beynəlxalq 

investisiyalar üzrə mübahisələrdə arbitraj prosedurların aparılması, 

özəl investisiyalara qeyri–iqtisadi maneələrin aradan qaldırılmasın-

dan ibarətdir. Hazırda 143 ölkə təşkilatın üzvüdür. Təşkilat müba-

hisələri  iki  yolla  həll  edir:  tərəflərin  barışması  və  arbitraj  məh-

kəməzi.   MHBM Administrativ Şura və Katiblik tərəfindən idarə 

olunur. Administrativ Şuranın Sədri – DB-nin Prezidentidir və Şu-

rada  Konvensiyanı  ratifikasiya  edən  ölkələrin  bir  nümayəndəsi 

təmsil olunur.  

DB-nin  Azərbaycanda  fəaliyyəti  haqqında  məlumat  –

 

Azərbaycan  Respublikasının  ölkədə  sosial–iqtisadi  inkişafı  təmin 

etmək,  əhalinin  sosial  rifah  halını  yaxşılaşdırmaq,  sosial–iqtisadi 

və  infrastruktur  layihələri  həyata  keçirmək  üçün  beynəlxalq 

maliyyə-kredit institutları ilə əməkdaşlıq əlaqələrinin yaradılması-

na  və  onların  dəstəyinə  ehtiyacı  yaranmışdır.  Bu  məqsədlə  Azər-

baycan  DB-yə  üzv  olmaq  istiqamətində  müvafiq  tədbirlər  həyata 

keçirmiş və 1992-ci ilin sentyabr ayında  Dünya  Bankına, 1995-ci 

ilin  martında  Beynəlxalq  nkişaf  Assosiasiyasına,  həmçinin  1992 

və  1995-ci  illərdə  müvafiq  olaraq  Çoxtərəfli  nvestisiyaların 

Təminatı  Agentliyi  və  Beynəlxalq  Maliyyə  Korporasiyasına  üzv 

seçilmişdir.  

Üzv  seçilən  andan  etibarən  DB  ölkəmizin  bazar  iqtisadiy-

yatına keçidində, çevik iqtisadi inkişafın reallaşdırılması və neft və 

qaz  ehtiyatlarının  artmasından  faydalanmaq  üçün  qeyri-neft  sek-

toru  infrastrukturunun  bərpası  və  inkişafı  üzrə  Azərbaycana  yar-

dım  etmişdir.  Həmçinin,  DB  sosial  sektorda  xidmətlərin  keyfiy-

yətinin yaxşılaşdırılması, qaçqın və məcburi köçkünlərə, həmçinin, 

təhsil  sektorunda  məktəblərin  yenidən  bərpası  və  müəllimlərin 

təlimləndirilməsi  istiqamətində  layihələrin  həyata  keçirilməsinə 

dəstək vermişdir.  



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə