Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə64/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   60   61   62   63   64   65   66   67   ...   133

 

198

DB  əsasən  Beynəlxalq  Yenidənqurma  və  nkişaf  Bankı  və 

Beynəlxalq 

nkişaf  Assosiasiyası  vasitəsilə  Azərbaycanın 

nəqliyyat 

(52,34%), 

enerji/dağ-mədən 

sənayesi 

(2,31%), 

səhiyyə/qidalanma/əhali  (2,22%),  kənd  təsərrüfatı  (5,74%),  təhsil 

(1,15%),  maliyyə  (0,57%),  sosial  inkişaf  (1,22%),  sosial  müdafiə 

(0,51%),  urbanizasiya  (7,58%),  ətraf  mühit  (0,6%),  su  təsərrüfatı 

(22,63%),  dövlət  sektorunda  idarəetmə  (1,44%),    maliyyə/özəl 

sektorun  inkişafı  (1,7%)  sektorlarına  investisiya  yatırmışdır. 

Azərbaycanda  həyata  keçirilməkdə  olan  2006-2015-ci  illər  üzrə 

Yoxsulluğun  Azaldılması  və  Davamlı  nkişaf  üzrə  yeni  Dövlət 

Proqramı (YAD DP), 2007-2010-cu illəri əhatə edən və YAD DP-

in  məqsədlərini  özündə  birləşdirən  Ölkə  Tərəfdaşlıq  Strategiyası 

(ÖTS)  çərçivəsində  DB  ilə  əməkdaşlıq  davam  etdirilməkdədir. 

ÖTS  Azərbaycan  Respublikası  Hökuməti  tərəfindən  müəyyən 

olunmuş ehtiyac və prioritetlərə əsaslanan partnyorluq planıdır. Bu 

Strategiyada  yüksələn  struktur  islahatları,  dövlət sektorunun  idarə 

olunması və institusional potensialın gücləndirilməsi və daha geniş 

dövlət  zəmanətli  investisiya  proqramının  dəqiqliklə  prioritetləşdi-

rilməsi və səmərəli icrası əks olunmuşdur. ÖTS YAD DP-in məq-

sədlərini  əks  etdirir  və  aşağıda  qeyd  olunan  dörd  vacib  prinsipə 

ə

saslanır: (i) dövlət sektorunun idarə olunmasının keyfiyyət və şəf-



faflığının təkmilləşdirilməsi; (ii) qeyri-neft iqtisadiyyatının davam-

lı və tarazlaşdırılmış inkişafının dəstəklənməsi; (iii) sosial xidmət-

lərin  keyfiyyətinin  və  onlara  çıxış  imkanlarının  yaxşılaşdırılması; 

(iv) ətraf mühitin idarə olunması və mühit dəyişikliklərinin inkişaf 

etdirilməsi. Hazırda DB ilə 2011-2014-cü illəri əhatə edəcək  yeni 

Ölkə  üzrə  Tərəfdaşlıq  Strategiyasının  hazırlanması  istiqamətində 

müvafiq tədbirlər həyata keçirilməkdədir. 

AMB  DB  ilə  sıx  əməkdaşlıq  əlaqələrinə  malikdir  və  eyni 

zamanda  DB-də  Azərbaycan  tərəfindən  müdir  AMB-nin  sədridir. 

Bu  əməkdaşlıq  çərçivəsində  DB-nin  Azərbaycan  üzrə  ölkə 

Strategiyasında  nəzərdə  tutulmuş  tədbirlərin  və  sosial-iqtisadi  və 

infrastruktur  layihələrin  həyata  keçirilməsində  əlaqələndirici  rol 

oynayır.  



 

199

Eyni  zamanda,  DB-nın  Azərbaycanda  müxtəlif  sahələrdə 

həyata  keçirdiyi  layihələrlə  yanaşı  maliyyə  sektorunda  həyata 

keçirilən  islahatlara  yardım  göstərilməsi  məqsədilə  BVF  və  DB-

nin  dəstəyi  ilə  AMB  tərəfindən  formalaşdırılmış  və  həyata 

keçirilən “Maliyyə sektorunun inkişaf strategiyası”ndan irəli gələn 

strateji  məqsədlərə  xidmət  edən  “Maliyyə  sektoruna  texniki 

yardım”  layihəsinin  icrası  müvəffəqiyyətlə  reallaşdırılmışdır.  Bu 

layihə çərçivəsində ölkədə mütərəqqi texnologiya əsasında ödəniş 

sistemlərinin inkişaf etdirilməsi, o cümlədən Xırda Ödənişlər üzrə 

Hesablaşma Klirinq Sistemi, Kart Prosessinq Mərkəzi, Mərkəzləş-

dirilmiş  Kredit  Reyestri  və  s.  mühüm  layihələr  həyata  keçirilmiş-

dir. Layihənin əsas məqsədləri kimi a) hüquqi, tənzimləyici və nə-

zarət sisteminin təkmilləşdirilməsi, b) bank infrastrukturunun güc-

ləndirilməsi  və  c)  bankların  yenidənqurulması  və  diversifikasiya-

sına  texniki  yardım  göstərilməsi  müəyyən  olunmuşdur.  Layihə 

bank  sektorunda  islahatların  stimullaşdırılması  və  dəstəklən-

məsində  əhəmiyyətli  rol  oynamaqla  bank  sisteminin  həcminin, 

habelə  xidmətlərin  miqyasının  və  keyfiyyətinin  nəzərəçarpacaq 

artımına gətirib çıxarmışdır. Layihənin Mərkəzi Bank komponenti 

çərçivəsində  müəyyən  olunmuş  fəaliyyət  planına  uyğun  olaraq 

aşağıdakı hədəflər üzrə əsaslı nəticələr əldə olunmuşdur: 

• Xırda  Ödənişlər  üzrə  Hesablaşma  –  Klirinq  Sisteminin 

(XÖHKS) yaradılması; 

• “Millikart” Prosessinq Mərkəzinin yaradılması; 

• Bank sisteminin mühasibat uçotunun beynəlxalq mühasibat 

uçotu standartlarına (BMUS) tam keçidinin təmin olunması; 

• Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) yaradılması; 

• Kommunal  Xidmət  Haqları  Ödənişi  Sisteminin  (KXHÖS) 

yaradılması. 

2002-ci ildən başlayaraq DB ilə fəal danışıqlar aparılmış və 

nəhayət  24  may  2005-ci  il  tarixində  Azərbaycan  Respublikası  ilə 

Beynəlxalq  nkişaf Assosiasiyası arasında dəyəri 8,4 milyon SDR 



 

200

(12,25 milyon ABŞ dolları) məbləğində “ nkişaf krediti haqqında” 

Saziş (Maliyyə xidmətlərinin inkişafı layihəsi) imzalanmışdır.  

Layihə 


“Azərpoçt” 

Dövlət 


Müəssisəsinin 

mövcud 


platformasından  (şöbə  və  agentliklər,  digər  cari  və  potensial 

imkanlar)  istifadə  etməklə  Azərbaycanda  maliyyə  xidmətlərinin 

inkişafına  şərait  yaratmağı,  kənd  yerlərində  və  kiçik  şəhər 

mərkəzlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışını 

təmin  etməyi  və  yerli  poçt  şöbələri  vasitəsilə  müştərilərə  geniş 

həcmli xidmətlər təklif etməyi nəzərdə tutur.  



 

 

1.3. BEYNƏLXALQ HESABLAŞMALAR BANKI 

 

Beynəlxalq Hesablaşmalar Bankı (BHB) beynəlxalq monetar 

və  maliyyə  əməkdaşlığının  inkişafını  təmin  edən  və  mərkəzi 

banklara  xidmət  göstərən  beynəlxalq  təşkilatdır.  BHB  öz 

mandatını  yerinə  yetirmək  üçün  mərkəzi  banklar  arasında  və 

beynəlxalq  maliyyə  sferasında  müzakirələrin  aparılması  və 

siyasətin  təhlilinin  təşviqi  üzrə  forum,  iqtisadi  və  monetar 

tədqiqatlar üzrə mərkəz, maliyyə köçürmələrində mərkəzi banklar 

üçün  ilkin  tərəfdaş,  beynəlxalq  maliyyə  əməliyyatlarında  agent 

kimi fəaliyyət göstərir. 



 

Hazırda  BHB  dünyanın  ən  yaşlı  beynəlxalq  maliyyə 

təşkilatıdır.  BHB-nin  müştəriləri  əsasən  mərkəzi  banklar  və 

beynəlxalq təşkilatlardır və buna görə də BHB özəl fərdlərə və ya 

hüquqi şəxslərə maliyyə xidmətləri göstərmir və onlardan depozit 

qəbul  etmir.  BHB  tərəfindən  hər  il  təşkil  edilən  tədbirlərdə 

mərkəzi  banklar  və  nəzarət  agentliklərindən  5000-dən  çox 

nümayəndə iştirak edir.   

BHB  tərəfindən  təşkil  edilən  ən  vacib  görüş  mərkəzi  bank 

Sədrləri və rəhbər işçilərinin müntəzəm görüşüdür. Bu görüş Bazel 

şə

hərində 2 aydan bir təşkil edilir və məqsədi dünya iqtisadiyyatı, 



maliyyə bazarları barədə müzakirələr aparmaq,  mərkəzi bankların 

fəaliyyəti ilə əlaqədar təcrübə mübadiləsi üçün imkan yaratmaqdan 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə