Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə65/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   61   62   63   64   65   66   67   68   ...   133

 

201

ibarətdir.  Mərkəzi  bank  rəhbərlərinin  digər  görüşləri  monetar 

siyasətin  yürüdülməsi,  beynəlxalq  maliyyə  bazarlarına  nəzarət, 

mərkəzi  bankların  idarəedilməsi  və  digər  bu  kimi  məsələlərin 

müzakirəsinə fokuslaşmışdır.   

BHB  eyni  zamanda    tədqiqatlar  və  statistika,  seminar  və 

konfransların  təşkili,  mərkəzi  banklar  üçün  bank  xidmətlərinin 

göstərilməsi istiqamətində də fəaliyyət göstərir. 



Təşkilata üzvlük: BHB-nin hazırda xarici ölkələrin mərkəzi 

banklarlından ibarət 56 üzvü vardır. 



Təşkilatı  struktur:  BHB-nin  üzvü  olan  mərkəzi  bankların 

hər  biri  Ümumi  Yığıncaqda  təmsil  olunur  və  müzakirə  olunan 

məsələlər  üzrə  səs  verirlər.  Nümayəndələrin  səs  hüquqları  BHB-

nin  həmin  ölkədə  emissiya  etdiyi  səhm  saylarına  mütənasib 

formalaşdırılır.  Ümumi  Yığıncaqda  mərkəzi  bankların  qərarları 

ə

sasən  gəlir  və  mənfəətin  bölüşdürülməsi,  illik  hesabatın  və 



Bankın  hesablarının  təsdiqi,  darə  Heyətinin  üzvlərinə  ödənilən 

vəsaitlərin  razılaşdırılması  və  Bankın  xarici  auditorlarının 

seçilməsi məsələlərinə fokuşlaşır. Ümumi Yığıncaq adətən iyunun 

sonu  -  iyulun  əvvəllərində  keçirilir.  Lakin,  Ümumi  Yığıncaq 

Bankın  nizamnaməsinə  düzəliş,  əsas  kapitala  və  ya  likvidliyə 

dəyişiklik edilməsi məqsədilə növbədənkənar da çağırıla bilər.  

Bankın  Direktorlar  Şurasının  19  üzvü  var.  Şurada  əlavə 

olaraq  6  Mərkəzi  Bank  Sədrlərindən  ibarət  direktorlar  da  təmsil 

olunur.  Bunlar  Belçika,  Fransa,  Almaniya,  taliya,  ngiltərə 

Mərkəzi Bankının və ABŞ Federal Ehtiyatlar Sisteminin Sədridir. 

Hər bir əlavə direktor həm də eyni millətdən olan digər üzvü təyin 

edə bilər. Braziliya, Kanada, Çin, Yaponiya, Nederland,  sveç and 

sveçrə  Mərkəzi  Bankının  Sədrləri  və  Avropa  Mərkəzi  Bankının 

Prezidenti hazırda  darə Heyətinə üzv seçiliblər.  

Direktorlar Şurasının üzvləri arasından 3 illik müddətə Sədr 

seçilir. Şura həm də Sədr müavini seçir. Şura BHB-nin strategiya 

və  siyasətinin  formalaşdırılması,  idarəetməyə  nəzarət  və  Bankın 

Nizamnaməsi  ilə  müəyyən  olunmuş  digər  funksiyaları  icra  edir. 

Ş

ura ildə ən azı 6 dəfə görüşür. Şuranın seçilmiş üzvləri tərəfindən 




 

202

formalaşdırılan  4  Məşvərətçi  Komitə  işlərin  icrasında  Şuraya 

yardım edir. 

Administrativ  Komitə  büdcə  və  xərclər,  insan  resursları 

siyasəti,  informasiya  texnologiyaları  sahəsinə  cavabdehdir. 

Komitəyə Sədr müavini rəhbərlik edir.  

Bank  və  Risklərin  idarəedilməsi  Komitəsi  BHB-nin  bank 

ə

məliyyatları  üçün  biznes  modellər  və  maliyyə  məqsədlərinə, 



BHB-nin  risklərin  idarəedilməsi  çərçivəsinin  yaradılmasına 

cavabdehdir.  

Audit Komitəsi Şura ilə Daxili və Xarici Auditorlar arasında 

ə

laqələndirməni  həyata  keçirir  və  Bankda  risklərin  idarəedilməsi 



çərçivəsi və siyasətinin icrasına nəzarət edir.  

 Təyinat  Komitəsi  BHB

-nin  craçı  Komitəsinin  6  üzvünün 

təyinatına cavabdehdir və Şuranın Sədri tərəfindən rəhbərlik edilir.  

BHB-nin  Baş  meneceri  Direktorlar  Şurası  tərəfindən 

müəyyən olunan siyasətin həyata keçirilməsinə və Bankın ümumi 

idarədilməsinə  cavabdehdir.  Menecmentə  Baş  Katiblik,  qtisadi 

müvavir,  Monetar  və  qtisadi  departament,  Bank  deparatmenti  və 

Baş Konsul daxildir.   



 

 

1.4. Ç RKL  PULLARIN YUYULMASI VƏ 

TERRORÇULUĞUN MAL YYƏLƏŞD R LMƏS NƏ QARŞ

MÜBAR ZƏ TƏŞK LATI (MONEYVAL) 

 

Moneyvalın fəaliyyətinin məqsədi üzv ölkələrin öz ölkələrin-



də çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi-

nə qarşı effektiv mübarizə sistemlərinə malik olmalarını təmin et-

məkdən ibarətdir. Bu standartlar Maliyyə Fəaliyyəti üzrə  şçi Qru-

punun (FATF) tövsiyələrində öz əksini tapmışdır. Bu tövsiyyələrə 

misal olaraq narkotik və psixotrop maddələrdən qeyri-qanuni isti-

fadə üzrə 1998-ci il Birləşmiş Millətlər Konvensiyasını, transmilli 

səviyyədə təşkil olunan cinayətə qarşı Birləşmiş Millətlər Konven-

siyasını,  çirkli  pulların  yuyulması  üçün  maliyyə  sistemindən 




 

203

istifadəyə  qarşı  preventiv  tədbirlər  üzrə  müvafiq  Avropa  Birliyi 

Direktivləri və s. göstərmək olar. 

Bu  monitorinq  mexanizmi  FATF-a  üzv  olmayan  Avropa 

Ş

urasına  üzv  ölkələrdə  çirkli  pulların  yuyulması  və  terrorçuluğun 



maliyyələşdirilməsinə  qarşı  mübarizə  tədbirlərini  təhlil  edir. 

MONEYVAL-a üzv olan, lakin sonralar FATF-a üzv olan Avropa 

Ş

urasına  üzv  ölkələr  MONEYVAL-a  tam  üzv  olmasını  (məs. 



Rusiya Federasiyası) qərara ala bilər.  

MONEYVAL  “FATF  təmayülü”nün  aparıcı  regional  qrup-

larından  biridir.  Sözügedən  təşkilat  qarşılıqlı  qiymətləndirmələrin 

diqqətli təhlili vastisəsilə ona üzv ölkələrə hüquq, maliyyə və qa-

nunun  həyata  keçirilməsi  istiqamətində  bütün  zəruri  beynəlxalq 

standartlara  çıxış  imkanlarını  yaradır.  MONEYVAL-ın  hesabatı 

çirkli  pulların  yuyulması  və  terrorçuluğun  maliyyələşdirilməsinə 

qarşı  mübarizə  istiqamətində  yerli  rejimlərin,  həmçinin,  beynəl-

xalq  səviyyədə  bu  sahədə  əməkdaşlıqda  dövlətlərin  bacarığının 

effektivliyinin  təkmilləşdirilməsi  üzrə  yüksək  səviyyədə  nəzərdən 

keçirilmiş  tövsiyələrlə  təmin  edir.  Bundan  əlavə,  təşkilat 

sözügedən sahədə xüsusi tədris də təşkil edir. 

MONEYVAL-a 28 daimi və 2 müvəqqəti ölkə üzvdür. Avst-

riya və Birləşmiş Krallıq  FATF Administrasiyası tərəfindən təyin 

edilən 2 müvəqqəti dövlətlərdir. Digər 28 daimi üzvlər aşağıdakı-

lardır:  Albaniya,  Andorra,  Ermənistan,  Azərbaycan,  Bosniya  və 

Hersoqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Estoniya, Gür-

cüstan, Macarıstan,  srail, Latviya, Litva, Lixtenşteyn, Malta, Mol-

dova,  Monako,  Monteneqro,  Polşa,  Rumıniya,  Rusiya  (həmçinin 

FATF-ın  üzvü),  San  Marino,  Serbiya,  Slovakiya,  Sloveniya, 

Makedoniya və Ukrayna. 2006-cı ilin yanvar ayında  srail dövləti 

MONEYVAL-ın fəal müşahidəçilik statusunu almışdır. 

MONEYVAL  Avropa  Şurasının  Çirkli  Pulların  Yuyulması 

və  Terrorçuluğun  Maliyyələşdirilməsinin  Qiymətləndirilməsi  üzrə 

Ekspertlər  Komitəsi  tərəfindən  idarəyə  təyin  olunan  rəis  və  rəis 

müavini  tərəfindən  idarə  olunur.  Avropa  Şurasının  təmin  etdiyi 

Katiblik də Komitənin işinə köməklik göstərir. Sözügedən Katiblik 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə