Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə66/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   62   63   64   65   66   67   68   69   ...   133

 

204

Avropa Şurasının  nsan Haqları və Hüquqi  şlər üzrə Baş Direktor-

luğunun  bir  hissəsidir.  Hazırda  Avropa  Şurasının  Moneyval  üzrə 

craçı  Katibi  c-b  Con  Rinqquthdur.  MONEYVAL-ın  toplantıları 

Fransanın  Strasburq  şəhərində  keçirilir.  llik  plenar  toplantıların 

sayı  digər  geniş  toplantıların  təşkil  olunub-olunmamasından  asılı 

olaraq 3 və ya 4-dür.  

MONEYVAL  Dünya  Bankı,  BVF,  FATF  və  digər 

beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. 

Moneyvalın Azərbaycanda fəaliyyəti haqqında məlumat: 

Avropa Şurasının Çirkli Pulların Yuyulması və Terrorçuluğun Ma-

liyyələşdirilməsinin  Qiymətləndirilməsi  üzrə  Ekspertlər  Komitəsi 

tərəfindən MONEYVAL-ın prosedurlarının V  mərhələsinə əsasən 

11 dekabr 2009-cu il tarixində Azərbaycan üzrə hesabatını açıqla-

mışdır. Hesabata əsasən Azərbaycanın çirkli pulların yuyulması və 

terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında 

qanunvericilik  bazasını  hazırlanmış  və  icrasına  başlanılmışdır. 

Bundan  əlavə,  Azərbaycanda  maliyyə  monitorinqi  xidməti 

ə

məliyyatlara başlamış, hesabatlar qəbul edilir və araşdırılır. 



 

 

1.5. EGMONT  QRUP (MAL YYƏ MON TOR NQ B RL Y ) 

 

 “Egmont”  Qrup  beynəlxalq  əməkdaşlığın  stimullaşdırılması 

üzrə  Maliyyə  Monitorinqi  Birliyinin  (MMB)  qeyri-rəsmi  beynəl-

xalq  qrupudur.  “Egmont”  Qrup  MMB  şəbəkəsinin  inkişafının  ta-

nınması  ilə  1995-ci  ildə  Brüssel  şəhərində  yaradılmışdır.  MMB-

nin  qurumları  mütəmadi  görüşərək,  xüsusən  məlumat  mübadiləsi, 

təlim  və  təcrübə  mübadiləsi  sahələrində  əməkdaşlığın  yollarını 

müəyyənləşdirirlər. 



 

“Egmont”  Qrupunun  məqsədi  MMB-lərə  bütün  dünyada 

çirkli  pulların  yuyulması  və  terrorçuluğun  maliyyələşdirilməsinə 

qarşı  mübarizə  üzrə  əməkdaşlığı  təmin  etmək  və  bu  sahədə  yerli 




 

205

proqramların  həyata  keçirilməsinə  yardım  etməkdən  ibarətdir.  Bu 

yardıma aşağıdakılar daxildir: 

• Məlumatların  qarşılıqlı  mübadiləsi  üzrə  beynəlxalq 

ə

məkdaşlığın genişləndirməsi və sistemləşdirməsi; 



• MMB  tərəfindən  işə  götürülən  əməkdaşların  təcrübə  və 

bacarıqlarının  təkmilləşdirməsi  üçün  onların  həvəsləndirməsi  və 

təlimlər təklif etməklə MMB-lərin effektivliyinin artırılması; 

• “Egmont”  nternet Mənbəyi kimi texnoloji tətbiq vasitələri 

ilə  MMB-lər  arasında  daha  yaxşı  və  təhlükəsiz  əlaqələrə  yardım 

etmək; 


• MMB 

üzvlərinin 

ə

məliyyat 



bölmələri 

arasındakı 

ə

məkdaşlığın və dəstəyin artırılmasına kömək göstərilməsi. 



 “Egmont” Qrupa üzv olmaq üçün çirkli pullarla əlaqəsi olan 

maliyyə  məlumatlarının  qəbul  və  təhlil  edilməsi  və  səlahiyyətli 

şə

xslərə  bildirilməsi,  həmçinin  maliyyə  informasiyasının  aşkar 



edilməsi  üzrə  məsuliyyət  daşıyan  mərkəzi  və  ya  milli  agentlik 

olmaqla, “Egmont” Qrupun tələblərinə uyğun olan hər bir maliyyə 

monitorinqi  təşkilatı  müraciət  edə  bilər.  “Egmont”  Qrupa  üzvlük 

prosesi 8 mərhələdən ibarətdir. 

 “Egmont”  Qrupun  tərkibinə  MMB  rəhbərliyi,  “Egmont” 

Komitəsi,  şçi Qrupu və “Egmont” Katiblik Qrupu daxildir.  

“Egmont”  Qrupun  darə  Heyətinə  MMB  rəhbərliyi  nəzarət 

edir.  MMB  rəhbərliyi  “Egmont”  Qrupun  üzvlüyü,  strukturu, 

büdcəsi və prinsipləri üzrə qərarları qəbul edir. Hazırda “Egmont” 

Qrupun  sədri  c-b  Luis  Urrutiyadır.  Bununla  yanaşı,  o  MMB-nin 

Meksika  üzrə  rəhbəri  və  “FATF”ın  vitse-prezidentidir.  C-b 

Urrutiyanın  “Egmont”  Qrupa  sədrliyi  2010-cu  ilin  iyun  ayında 

bitəcəkdir və o, “FATF”ın prezidenti olacaqdır. 

“Egmont”  Komitəsi  MMB  rəhbərliyi  və  şçi  Qrupu  üçün 

məsləhətçi və əlaqələndirici kimi fəaliyyət göstərir.  nkişaf, əmək-

daşlıq  və  təcrübə  mübadiləsinin  aparılması  məqsədilə  “Egmont” 

Qrup aşağıdakı 5  şçi Qrupu yaratmışdır: 

• Hüquq  şçi Qrupu; 




 

206

• Əhatə dairəsi  şçi Qrupu; 

• Təlim  şçi Qrupu; 

• Əməliyyat  şçi Qrupu; 

•  T  şçi Qrupu. 

“Egmont”  Qrupun  Katibliyi  Kanadanın  Toronto  şəhərində 

yerləşməklə  2007-ci  ildə  yaradılmışdır.  Katiblik  əsas  etibarı  ilə 

inzibati işləri görür.  



 

 


 

207

FƏS L 2.  REG ONAL ƏHƏM YYƏTL  

BEYNƏLXALQ MAL YYƏ TƏŞK LATLARI 

 

2.1. AVROPA YEN DƏNQURMA VƏ  NK ŞAF BANKI 

 

Avropa  Yenidənqurma  və  nkişaf  Bankı  (AY B)  1991-ci 

ildə, Mərkəzi və Şərqi Avropada yardıma ehtiyacı olan post - sovet 

ölkələrində  özəl  sektorun  canlandırılmasına  yardım  məqsədilə 

yaradılmışdır.  AY B  hazırda  regionda  ən  böyük  investor  rolunu 

oynayır və öz maliyyə vəsaitlərindən başqa digər əhəmiyyətli bir-

başa  investisiyaları  da  özündə  cəmləşdirir.  AY B-in  61  ölkə  və  2 

beynəlxalq institutdan ibarət səhmdarı vardır. Lakin, dövlət sekto-

runa  malik  səhmdarlarının  olmasına  baxmayaraq  Bank  əsasən  di-

gər kommersiya tərəfdaşları vasitəsilə özəl sektora investisiya yatı-

rır. AY B bank, sənaye və biznes sektoru üçün layihələri maliyyə-

ləşdirir. O həmçinin özəlləşdirməyə dəstək, dövlət müəssisələrinin 

restrukrizasiyası  və  bələdiyyə  xidmətlərinin  təkmilləşdirilməsi 

istiqamətində dövlət müəssisələri ilə də əməkdaşlıq edir. 

AY B  –  1990-cı  ildə  dünya  üzrə  üçüncü    ən  böyük  kredit 

təşkilatı  olmaqla  Avropa  yenidənqurma  və  nkişaf  Bankı  üzrə 

Sazişin  imzalanması  ilə  yaradılmışdır.  Öz  fəaliyyətinə  1991-ci  il-

dən başlamışdır. Bankın mərkəzi ofisi  böyük Britaniyanın London 

şə

hərində yerləşməkdədir.  AY B-na 60 yaxın ölkə və institututlar 



daxildir.  

AY B  öz  mandatına  əsasən  yalnız  demokratik  prinsiplərə 

söykənən  ölkələrlə  əməkdaşlıq  edir.  Hal  -  hazırda  AY B  Orta 

Avropa və Mərkəzi Asiya regionunda 29 ölkəyə  investisiya ayırır. 

Bank  əsasən  istiqrazların  emissiyası  hesabına  vəsaitlər  cəlb  edir. 

Bankın  fərqliyiyi  ondan  ibarətdir  ki,  bank  investisiya  layihələrinə 

geniş  həcmdə  milli  valyutalar  cəlb  edir.  Bütün  investisiya 

layihələrində  Bank  bazar  iqtisadiyyatının  formalaşması,  özəl 

sektora yardım məqsədilə zəruri infrastrukturun inkişaf etdirilməsi, 

yerli kapitalın cəlb edilməsi və s. istiqamətlərdə dəstək olur. 1991 - 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə