Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə7/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   2   3   4   5   6   7   8   9   10   ...   133

 

20

Avropa  Birliyi  və  Avro.  Avropada  ortaq  bir  bazarın 

qurulması  ilə  əlaqədar  qərar  1957-ci  ildə  Romada  qəbul 

olunmuşdur.  Avropa  Birliyinin  əsas  məqsədi  –  rəqabət  sistemini 

gücləndirmək  və  sərmayənin  hərəkətini    sərbəstləşdirməkdir. 

1979-cu  ildə  Avropa  Valyuta  Sistemi  quruldu.  Belçika,  Lüksem-

burq,  Hollandiya,  Almaniyanın  dövlət  başçıları  bu  ölkələr  üçün 

etibarlı olan pul vahidi – «Ekyü»nü yaratdılar. Sonradan pul vahidi 

sisteminə  ngiltərə,  Finlandiya,  Portuqaliya,  Yunanıstan  və 

spaniya  da  girdi.  1991-ci  ildə  Maastrixdə  (Hollandiyanın  bir 

qəsəbəsi)  Avropa  iqtisadi  və  valyuta  birliyi  haqqında  müqavilə 

imzalandı.  1994-cü  ildə  Avropa  komissiyası  Avropa  Birliyi 

ölkələrinin  iqtisadi  göstəricilərinin  təhlili  nəticəsində  Avro 

sisteminə qatılacaq 11 ölkənin adını açıqladı(müəyyən səbəblərdən  

Avro  sisteminə  –  ngiltərə.  sveç,  Danimarka    kimi  ölkələr 

qatılmadı). Avro pul vahidinə Avropa Birliyinin iqtisadi cəhətdən 

güclü  üç  ölkəsi  –  Böyük  Britaniya,  Danimarka, 

sveç 

qoşulmadılar. Pul vahidləri və iqtisadiyyatları sabit olan dövlətlər 



–  Belçika,  Hollandiya,  Lüksemburq, 

rlandiya  Avronun 

yaranmasını  ilk  gündən  dəstəklədilər.  Ancaq  Avronu  pul 

vahidlərinin dəyərlərini çox də güclü olmayan və inflyasiya nisbəti 

güclu  dövlətlərə  nisbətən    yüksək  rəqəmlərə  çatan  ölkələr,  yəni 

spaniya,  Portuqaliya,  taliya  və    Yunanıstan  kimi  ölkələr 

dəstəklədilər. 

31  dekabr  1998-ci  ildə  Avropa  Birliyi  ölkələrinin  maliyyə 

nazirləri  Avroya  qarşı  milli  pul  vahidlərinin  dəyərini  müəyyən 

etdilər.  Beləliklə:  1  Avro=1,95583  Alman  markası,  1 

Avro=6,55957  Fransız  frankı,  1  Avro=1936,27  taliya  lirəsi,  1 

Avro=40,3399  Belçika  frankı,  1  Avro=2,20371  Hollandiya 

quldeni,  1  Avro=166,386 

span  peseti,  1  Avro=200,482 

Portuqaliya  eskudosu,  1  Avro=13,7603  Avstriya  şillinqi,  1 

Avro=0,787564  rlandiya  funtu,  1  Avro=5,94573  Finlandiya 

markası. 

1  yanvar  1999-cu  ildə  Avropanın  Maliyyə  Mərkəzi  qəbul 

edilən  Frankurt  Namaynıda  yeni  pul  vahidi  –  Avronun  təqdimatı 



 

21 

oldu və onun dəyəri amerikan dollarına qarşı 1.17 olduğu halda 1 

il  sonra  0.97  dollar  oldu,  yəni  Avro  dəyərini  Amerikan  dollarına 

qarşı 20 faiz itirdi. Hal- hazırda  isə 1 Avro  =  1,24 $ təşkil edir. 

 

 

1.3. BEYNƏLXALQ  MAL YYƏDƏ ƏSAS  PAR TET  

ŞƏ

RTLƏR  



 

Finans  bazarlarındakı  aparılan  və  aparılacaq  əməliyyatların 

ə

n önəmli müəyyən edici amili – inflyasiya, faiz və valyuta kursu 



arasındakı  qarşılıqlı  münasibətlərin  təhlili  qəbul  edilir.  Dünya 

iqtisadi  inteqrasiyasıyasında  iştirak  edən  bir  ölkədə  bir  neçə 

iqtisadi  parametrlər  arasında  əsas  paritet  şərtləri  mövcüddur.  Bu 

ə

sas  paritet  şərtləri  bazarlar  üzərində  süni  əngəl  olmadığı  müddət 



çərçivəsində  inflyasiya,  faiz    dərəcəsi  və  valyuta  kursları  kimi 

parametrləri  əhatə  edir.  Ümumi  bir  ifadə  ilə  paritet  şərtləri  adı 

verilən bu münasibətlər beynəlxalq Finansın əsasını  təşkil edir.   

Dünya  ilə  bütünləşmiş  bir  ölkədə,  bir  neçə  iqtisadi 

parametlər arasında-  inflasiya, faiz və valyuta kursu arasında  əsas 

bərabərlik  münasibətləri  vardır.  Bu  təməl  bərabərlik,  bazarlar 

üzərində  süni  əngəl  bulunmağı  durumlarda  inflasiya,  faiz  və 

valyuta kursları kimi dəyişkənləri əhatə edər. Ümumi bir ifadə ilə, 

paritet şərtləri (parity conditions) adı verilən bu münasibətlər bey-

nəlxalq finansın əsasını  təşkil edir. 

Tək  qiymət  qanunu  və  arbitraj  –  Arbitrajın    məqsədi  risk 

yüklənmədən  mənfəət  saxlamaqdır  («ucuza  al,  bahalıya  sat» 

prinsipinə  görə  hərəkət  edirlər).  Arbitrajçılar  bazardan  valyutanı 

ucuz  qiymətə  alıb,  yüksək  qiymətə  satdıqca  həmən    bazarda 

qiymətlər  yüksəlir,  digərində  isə  qiymət    düşər  və  nəticədə 

bərabərlik təmin edilər. Tək qiymət qanuni bu bazarlarda, real faiz 

dərəcələrinin bütün  ölkədə eyni olması sonuncunu verir. Buna da 

beynəlxalq Fiser təsiri deyilir.  

Beynəlxalq finansda arbitraj fəaliyyətinin nəticəsində ortaya 

çıxan təməl bərabərlik aşağıdakı beş qrupda toplaya bilərik:  




 

22

1.

  Satın alma gücü paritesi (PCP); 



2.

  Faiz paritesi (FR); 

3.

  Ümumi Fiser təsir (FE); 



4.

  Beynəlxalq Fiser təsiri ( FE); 

5.

  rəlidəki anında kursla gələcəkdəki təslim kursunun səhvə 



yol vermədən proqnozlaşdırılması. 

qtisadi  varlığın  eyni  zamada  qiymət  fərqindən  mənfəət 

təmin  etmək  üçün  valyutanın  eyni  vaxtda  alınıb-satılması 

ə

məliyyatına arbitraj deyilir. 



Bu  tərifdən  başa  düşmək  olar  ki,  arbitraj  bütün  iqtisadi  və 

maliyyə  varlıqlarına  şamil  edilən  geniş  bir  anlayışdır.  Əsas  ayırcı 

xüsusiyyəti  eyni  andakı  qiymət  fərqindən  faydalanma  ideyasıdır. 

Bu  əməliyyatın  heç  bir  riski  yoxdur.  Risksiz  olması  arbitrajı 

spekulyasiyadan ayıran ən əhəmiyyətli xüsusiyyətidir. 

Valyuta  arbitrajın  birinci  səbəbi  iki  pul  arasındakı 

məzənnənin  eyni  anda  müxtəlif  bazarlarda  fərqli  qiymətlərlə 

olmasıdır.  

Arbitraj  müxtəlif  bazarlarda  məzənnələr  arasında  pozulan 

müvazinəti  bərqərar  edir  və  o  bütün  dünya  içində  məzənnələr 

arasında  uyğunluğun  davam  etməsinə  kömək  göstərir.  Əməliyyat 

xərclərini nəzərə alsaq, valyuta məzənnələri arasındakı fərq ancaq 

bu xərclərin miqdarı qədər olacaqdır. 

Arbitrajçıların  məqsədi  risk  almadan  ən  yüksək  gəliri  əldə 

etməkdir.  Bu  münasibətlər  çərçivəsində,  məsələn,  əgər  bir  il 

ə

rzində  Azərbaycanda  inflyasiya  dərəcəsi  Rusiyadakı  inflyasiya 



dərəcəsinə  nisbətən 50% çox olması gözlənilirsə, o zaman manat 

gələcək  il  rubl    qarşısında  50%  dəyər  itirməli  və  Azərbaycanda  

faiz dərəcələri Rusiyadakı bank faizlərindən eyni nisbətdə, yəni 50 

% yüksək olmalı və  rublun bir illik müddətli təhvil kursu da spot 

kursuna görə 50% daha dəyərli olmalıdır. Digər bir ifadə ilə, bir il 

sonrakı anında təslim kursunun gözlənilən dəyəri, bugünkü bir illik 

müddətli təslim kursuna bərabərdir. 

Faiz  pariteti  nəzəriyyəsi  pul  bazarlarındakı  arbitraj 

imkanlarının  bir  nəticəsi  olaraq  meydana  çıxır.  Əgər  müxtəlif 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə