Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə70/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   66   67   68   69   70   71   72   73   ...   133

 

217

müəssisələrə  kiçik  həcmli  kreditlərin  verilməsində  əsas  mənbə 

olduqlarına  görə  onlar  iqtisadiyyatda  vacib  mövqe  tuturlar.  A B 

həmçinin,  Azərbaycanın  yol  sektorunda,  xüsusilə  yolların 

inkişafında  əhəmiyyətli  rol  oynamaqdadır.  Respublikada  yolların 

inkişafı  proqramı  üzrə  təqdim  edilmiş  çoxtranşlı  maliyyələşmə 

mexanizmi  A B  və  Azərbaycan  arasında  əməkdaşlığın  yeni 

mərhələsini müəyyən etmişdir. A B həmçinin, regional şəhərlərdə 

su  təchizatı  və  kanalizasiya  qurğularının  bərpa  edilməsi  üzrə 

kreditlər vermiş, eləcə də uzunmüddətli dayanıqlı iqtisadi və sosial 

inkişaf strategiyasının və proqramların hazırlanması üzrə Hökumə-

tə dəstək məqsədilə texniki yardımlar ayırmışdır. A B yoxsulluğun 

azaldılması  və  dayanıqlı  iqtisadi  artımın  gücləndirilməsi 

istiqamətində Hökumətin məqsəd və fəaliyyətinə şərik olur.  

A B-in  Azərbaycana  yardım  strategiyası  ikili  xarakter 

daşıyır:  (i)  ən  kəskin  ehtiyac  içində  yaşayanlar  üçün  mühüm  ic-

timai ehtiyacların və xidmətlərin təmin edilməsinin təkmilləşdiril-

məsində  Hökumətə  köməklik  etmək;  (ii)  rəqabətə  əsaslanan  özəl 

investisiyaların həyata keçirilməsi və yeni iş yerlərinin yaradılması 

üçün  zəruri  mühitin  yaradılmasına  yardım  etmək.  A B-in 

strategiyaya  əsaslanan  bu  əməliyyatları  idarəçiliyin  yaxşılaşdırıl-

masına  və  institutların  möhkəmləndirilməsinə  xüsusi  təsir  göstə-

rir. slam  nkişaf  Bankı  tərəfindən  Azərbaycanda  həyata  keçirdiyi 

layihələrə  Xaçmaz  Elektrik  Stansiyası  və    Ötürmə  Xətti,  Ucar-

Yevlax  yolunun  yenidən  bərpası,  Mingəçevir  Su  Anbarı  Layihəsi 

(2-ci  Faza),  Samur  Abşeron  rriqasiya  Vəlvələçay-TaxtaKörpü 

kanalı, Yevlax-Gəncə yolunun bərpası, Cənub Enerji Zavodu,  qti-

sadi  nkişaf    Nazirliyinin  potensialının  gücləndirilməsi,  Nazirlər 

Kabinetiinin potensialının gücləndirilməsi, kəndlərin inkişafı, Bakı 

Tullantıları  Enerji  Zavodu,  Mil-Qarabağ  Su  Kollektorunun 

yenidən bərpası layihələrini aid etmək olar. 

 

 




 

218

2.7. ƏRƏB VALYUTA FONDU 

 

Fondun  yaradılması  haqqında  qərar  21  ərəb  ölkəsinin  təşkil 



etdiyi Ərəb Dövlətləri  qtisadi Konseyi tərəfindən 1976-cı ilin ap-

relində  Kabotla  imzalanmışdır.  Mərkəzi  Əbu-Dabidə  olan  Ərəb 

Valyuta  Fondunun  üzvləri  eyni  zamanda  Ərəb  Birliyi  üzvləridir. 

Ə

rəb Valyuta Fondunun başlıca məqsədləri aşağıdakılardır: 



1.

  üzv  ölkələrin  tədiyə  balansları  üzərindən  ortaya  çıxa 

biləcək tarazsızlıqları aradan qaldırmaq; 

2.

  üzv  ölkələr  arasında  valyuta  kurslarının  sabit  qalmasını 



və konvertabelliyini təmin etmək; 

3.

  Ərəb  qtisadi Birliyinin gücləndirmək; 



4.

  üzv  ölkələr  tərəfindən  xarici  bazarlara  yönələn 

investisiyalar mövzusunda tövsiyələr hazırlamaq; 

5.

  Vahid  ərəb  pulunun  təşkili  üçün  gərəkli  çalışmaları  hə-



yata keçirmək; 

6.

  üzv  ölkələrin  beynəlxalq  maliyyə  və  iqtisadi  problem-



lərində yardımçı olmaq; 

7.

  üzv ölkələrin ticarətini möhkəmləndirmək və ölkələr ara-



sında ödəmələri nizamlamaq. 

Ə

rəb  Valyuta  Fondu  üzv  ölkələrə  tədiyə  balansı  kəsirlərini 



örtmək üçün qısa və orta müddətli kreditlər verir. Bununla yanaşı 

üzv ölkələr arasında ticarətin inkişafını gücləndirmək məqsədilə bu 

ölkələrin  fonddakı  sərmayələrinin  payları  nisbətində  kredit  alma 

imkanı gerçəkləşdirir. 

 

 

 



 

 


 

219

FƏS L III.  PAR S  VƏ  LONDON  KLUBLARININ 

MƏQSƏD VƏ FƏAL YYƏT  

 

Qeyri-formal  beynəlxalq  maliyyə  təşkilatları  daim  fəaliyyət 

göstərmir və hüquq statusuna, hesablara, eləcə də, BVF-nə, BY B-

nə  və  başqa  təşkilatlara  xas  olan  qeyri  atributlara  malik  deyildir. 

Onları dövlətlərarası münasibətlər ilə bağlı bəzi problemlərin həll 

olunduğu forumlar kimi qiymətləndirmək olar. 

Bu  cür  təşkilatlar  arasında,  birinci  növbədə,  Paris  və  London 

kreditorlar klubunun, eləcə də, inkişaf etmiş ölkələrin (G-7, G-10) və 

inkişaf etməkdə olan ölkələrin (G-77) qruplarının adını çəkmək olar.  

Paris  klubu  qeyri-formal  orqandır  və  burada  bu  və  ya  digər 

ölkənin böyük miqdarda xarici borc problemləri yaranır və onların 

yenidən  rəsmiləşdirilməsi  məsələsi  ortaya  çıxır.  Bununla  belə, 

Paris klubunun iclaslarının iştirakçıları yalnız kreditor-dövlətlər və 

borc alanların nümayəndələridir. Beləliklə, burada hökumətlərarası 

səviyyədə  orqandan    söhbət  gedir.  Paris  klubunu  beynəlxalq 

ictimai maliyyə təşkilatlarına aid etmək olar.  

London kreditorlar klubu Paris klubunun “oxşarı” kimi çıxış 

edir. Sonuncu orqan vasitəsilə dövlətin öz borclularına dair tələblə-

ri tənzimləndiyi halda, London klubunda bankların tələblərinə ba-

xılır. Müvafiq qaydada klubun iclaslarının iştirakçıları banklar he-

sab olunur. Beləliklə, London kreditorlar klubu beynəlxalq ictimai 

maliyyə təşkilatı hesab edilməməlidir. London klubunun iclasların-

da,  əsas  etibarilə,  inkişaf  etmiş  ölkələrin  bankları  iştirak  edirlər. 

Amma  inkişaf  etməkdə  olan  ölkələrin    və  ya  keçid  iqtisadiyyatı 

dövrünü yaşayan ölkələrin bankları ilə əlaqədar mübahisəli məsə-

lələr  yarandığı  halda,  onların  nümayəndələri  də  həmçinin  onların 

müştərək iclaslarına dəvət olunurlar.  

Kreditor    ölkələrin    Paris    klubu.  Paris  klububnun  yaran-

ması  tarixi  1956-cı  ildə  yaranmışdır.  Bu  zaman  Fransa  hökuməti 

Argentinanın xahişi ilə bütün kreditor ölkələr ilə eyni zamanda bu 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə