Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə72/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   68   69   70   71   72   73   74   75   ...   133

 

223

Kangyo    Bank,    ndustrial    Bank    of    Japan    (Yaponiya);    Credit  

Lyonnais  SA,  Banque  Nationale  de  Paris  SA  (Fransa);  Credi-

tanstalt-Bank  (Avstriya).         

  Bu  bankların  Alyansına 1991-ci  ilin  dekabrında  yaran-

mış  Bankların    Konsultativ    Komitəsi    (BKK)    rəhbərlik    edir.  

BKK    Rusiyanın    xarici    kommersiya    banklarına    (SSR -  nin  

kreditorları)    olan    borcunun    ümumi  prinsiplərini  hazırlayan    bir 

orqandır.    BKK-nın    aparıcı    bankı    Deutche    Bank    AG-dir.  

Müxtəlif    illərdə    BKK-nın    tərkibinə    aşağıdakı    banklar    daxil  

olublar: 



 

224

FƏS L IV.  DÜNYA  MAL YYƏ  S STEM N N  

TƏKM LLƏŞD R LMƏS  

 

Beynəlxalq  maliyyə  sisteminin  möhkəmləndirilməsi  məsə-

ləsi  XX  əsrin  sonunda  baş  verən  və  Avropa,  Asiya,  həmçinin  

Latın    Amerikasının    bir    çox    ölkələrini  əhatə  edən  növbəti  ma-

liyyə  böhranından  sonra  geniş  müzakirə    olunmağa  başlandı.  

BVF-nin  qiymətlənləndirməsinə  görə  bu  böhran  son  50  il  ər-

zində  baş  verən  böhranlar  arasında  öz  əhatə  dairəsinə  görə  bi-

rinci  yerdə  dayanır  və  buna  görə  də  böyük  narahatçılıq  doğu-

rur.    Məhz    bu  səbəbdən    bank-maliyyə    sisteminin    subyektləri  

gələcəkdə  eyni  halın  təkrarlanmaması  üçün  beynəlxalq  valyuta  

və  maliyyə  sisteminin  “arxitektura”sında  dəyişikliklərin  zəruri  

olması  fikrini  dəstəkləyirlər. Buradakı  “arxitektura”  anlayışına  

ayrı-ayrı  qurumlar,  bazarlar,  hökümətin,  müəssisələrin  və  ayrı-

ayrı  şəxslərin  iqtisadi  və  maliyyə  fəaliyyətini  həyata  keçirmək  

üçün  istifadə  etdikləri müxtəlif tədbirlər  daxildir.  BVF-nin  qiy-

mətləndirməsinə  əsasən  möhkəm və  stabil  beynəlxalq  maliyyə  

sisteminin  təşkili  dünyanı  maliyyə  böhranlarına  qarşı  daha  dö-

zümlü  edəcək  və  bütün  ölkələrə  iqtisadi  artım  və  həyat  səviy-

yəsinin    yüksəldilməsi    də    daxil  olmaqla  vahid   sistemin   üstün-

lüklərindən  faydalanmaq  üçün  imkan  yaradacaq   

1995-ci  ildə  Qalifaksda  “böyük  yeddilik”  (G-7)  ölkələri-

nin  liderlərinin  sammiti  (hər  il   keçirilir)  maliyyə  böhranları-

nın    aradan    qaldırılması      məqsədilə    tədqiqatların    metodlarının  

öyrənilməsi  üçün  bir  stimul  oldu. G-10 (G-7+  Belçika,  Holan-

diya,  sveç,  sveçrə)  ölkələrinin  mərkəzi  banklarının  və  maliyyə  

nazirliklərinin    nümayəndələrindən    işçi    qrupu    formalaşdırıldı,  

Bu  işçi  qrupu  1996-cı  ilin  mayı  üçün  müvafiq  məruzə    hazır-

ladı. Burada  qeyd  olunurdu  ki,  nə  borc  alan  ölkələr,  nə  də  

kreditorlar  böhranın  mənfi  nəticələrindən  özlərini  qoruya  bil-

məyəcəklər.   




 

225

Məruzədə  bazar  iqtisadiyyatı  ilə  əlaqədar  əməliyyatların  

təkmilləşdirilməsi,  həmçinin  böhran  şəraitində   olan  ölklər və  

özəl sektorun borc  probleminin həll edilməsinin əhəmiyyəti  vur-

ğ

ulanırdı.    Qarşılıqlı    əlaqə      və    əməkdaşlığın    təmin    olunması  



üçün    istiqrazların    alqı-satqı    əməliyyatlarında    dəyişikliklərin  

edilməsi  təklif  olunurdu.  Məruzədə  borclu  subyektlərin  kredit-

ləşdirilməsi  sahəsində    BVF-nin  imkanlarının   genişləndirilməsi  

ideyası  da  irəli  sürülmüşdür.   

1997-ci    ilin    noyabrında    Vankuverdə    keçirilmiş    Asiya-

Sakit  okean  regionu  ölkələrinin  liderlərinin  görüşündə  inkişaf  

etməkdə    olan    bazarlarda    baş    verən    bööhranların  səbəblərinin  

daha    dərindən    araşdırılması    məsələsi    qaldırıldı.    1998-ci    ilin  

aprelində    dünya    maliyyə    sistemində    sistem    rolunu    oynayan  

ölkələrdən    G-22    qrupu    təşkil    olundu.    Bu    qrupa    daxil    olan  

ölkələrin  nümayəndələri  aşağıdakı  istiqamətlər  üzrə  təkliflərin  

hazırlanması  üçün  3  işgüzar  qrup  formalaşşdırdılar: “şəffaflıq” 

və məsuliyyətin artırılması; milli maliyyə sistemlərinin  möhkəm-

ləndirilməsi;    böhrandan    çıxmaq    üçün    dövlət    və    özəl    sektor  

arasında  ağırlığın  bölüşdürülməsini  stimullaşdırmaq.   

ş

çi    qrupların    məruzələri    1999-cu    ilin    oktyabrında  



keçirilən    idarəedicilər    Şurasının    növbəti    toplantısında    təqdim  

olundu.    Bu    məruzələrin    müzakirəsinin    nəticəsi    olaraq    G-7  

ölkələrinin    məsul    şəxsləri  birgə  bəyanat  hazırladılar.  Başlayan  

diskussiyada   EÖ-in  və  beynəlxalq  təşkilatların  nümayəndələri  

aktiv    iştirak    edirdilər.  Beynəlxalq    maliyyə  sistemində    islahat-

ların    aparılması    mövzusu    1999-cu    ildə    Davosda    keçirilən  

iqtisadi  forumda  geniş  müzakirə  olundu.  Bu  mövzu  haqqında  

xarakterik  fikirlər  BMT-nin  iqtisadi  və  sosial   məsələlər  üzrə  

craçı  komitəsinin  “yeni  beynəlxalq  maliyyə  sisteminə doğru” 

adlı  məruzəsində,  həmçinin  ABŞ-ın  prezidentinin  1999-cu  il-

dəki  iqtisadi  məruzəsində  öz  əksini  tapırdı.   

Beynəlxalq  maliyyə  sisteminin  təkmilləşdirilməsi  prosesi  

aşağıdakı  aspektlərdə  öz  əksini  tapırdı: 



 

226

  iqtisadi  informasiyanın  ictimaiyyətə   açıqlanması  üzrə  



beyməlxalq    standartların    inkişafı    (Social    Data    Dissemination  

Standard); 

  bank  nəzarətinin  beynəlxalq  standartlarının  yaradılması 



(the  Basie  Core  Principles  for  Banking  Supervision); 

    BVF-nin    maliyyə    imkanlarının    artırılması    (the    New 



Arrangement  to  Borrow,  NAB  şərçivəsində);      

  Fond  üzvlərinə  investorların  etibarının  itirilməsi  kimi  



gözlənilməz  və  məhvedici  hallar  üzrə  kömək  etməyi  hədəflə-

yən   yeni  kreditləşdirmə  mexanizminin   yaradılması. SRF  xətti  

üzrə  maliyyə  vasitələrinin  təqdim  olunması  şərtləri  maraqların  

aşağı  düşməsi  halında  borcların  qaytarılmasını  təmin  etməlidir.   

“Yeni  arxitektura”nın  planında  “böhranların  aradan  qal-

dırılmasının  yeni  vasitələri” – “məqsədli  kredit   kanalı”  (MKK)  

işlənib  hazırlanıb.  Bu  BVF-nin  üzvlərinə  hətta  dünya  maliyyə  

sistemində  problemlər olduğu halda  belə  stabilliyi qorumaq üçün 

imkan    yaradacaq.  MKK  BVF-nin  üzvlərinə  dünya    kapital  

bazarında    mənfi    yöndə    dəyişikliklər    baş    verdiyi    hallarda  

ödəniş  balansının effektivliyini təmin etmək   üçün  qısamüddətli  

maliyyə  vəsaitləri  təqdim  edir.  

MKK-ya  giriş  imkanı  əldə  etmək  üçün  aşağıdakı  şərtləri  

yerinə  yetirmək  lazımdır: 

  BVF-nin  idarəetmə  Şurasının  məqsədli  kredit  vermək  



üçn  seçdiyi  ölkə  (BVF-nin  üzvü)  həmin  anda  sabit   maliyyə  

şə

raitinə    malik    olmalı    və    BVF-nin    resurslarının    istifadəsinə  



tələbatı  olmamalıdır;   

  namizədin  iqtisadi  göstəriciləri  BVF  tərəfindən  son  in-



formasiya    icmalında  müsbət    qiymətləndirilir  və    BVF-ni    üzvü  

olan  ölkə “Məlumatın  ötürülməsinin  xüsusi  normaları”  çərçivə-

sində  lazımi  məlumatları  təqdim  edir;   

  xarici  borc  və  xarici  ehtiyatların  tənzimlənməsi  nəticəsin-



də  ölkənin   maliyyə  sektorunda  tərəqqinin  müşahidə  olunması; 

    namizəd    idarəedicilər    Şurasına    təsdiq    olunmaq    üçün  



inandırıcı  iqtisadi  və  maliyyə  proqramı  təqdim  etməlidir. Eyni  


Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə