Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə73/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   69   70   71   72   73   74   75   76   ...   133

 

227

zamanda  BVF-nin  lazım  bildiyi  hallarda  proqramda  lazımi  də-

yişikliklər  etməyə  hazır  olmalıdır.   

Üzv  ölkə  məqsədli  kreditə  ehtiyacı  olması  haqqında  mü-

raciət  etdikdə  BVF-nin  idarəedicilər  Şurası  xüsusi  qərar  hazır-

layır.  Burada  təsdiq  olunur  ki,  həmin  ölkə  iqtisadi  və  maliyyə  

proqramlarını  uğurla  həyata  keçirir,  lakin  beynəlxalq  maliyyə  

bazarında  şəraitin  dəyişməsi  üzündən  müvəqqəti  çətinliklər  ya-

ş

ayır  və  buna  görə  də  əlavə  maliyyə  resurslarına  ehtiyacı  var.  



Kreditin  həcmi  ölkənin  fonddakı  kvotasının  300-500%-i  ara-

sında  olur.   

Hazırda    getdikcə    əhəmiyyəti    artan    beynəlxalq    maliyyə  

sisteminin  əsas  elementi  şəffaflıqdır.  Bu  üzv  ölkələrin  iqtisadi,  

maliyyə    və    bank    sistemi    haqqındakı    məlumatların  

açıqlanmasını    nəzərdə    tutur.  Beynəlxalq    maliyyə    sisteminin  

“yeni    arxitektura”sında    kredit    və    maliyyə  siyasətində  

şə

ffaflığın  təmin olunması  məsələsi  mühüm  yer  tutur.  22  öl-



kənin  təşəbbüsü  ilə  1998-ci  ilin oktyabrında yaradılmış  şəffaflıq  

və  hesabat  məsələləri  üzrə  işçi  qrup  BVF-yə  öz  funksiyaları  

çərçivəsində    üzvlərinin    iqtisadi    siyasətinə    nəzarət    etməyi  və  

onların    informasiyanın    “şəffaflığı”    sahəsində    qəbul    olunmuş  

beynəlxalq  standartlara  nə  qədər  uyğun  gəlməsini  araşdırmağı  

tövsiyyə etdi. Bu tövsiyyələr 1998-ci ilin  30  oktyabrında  “böyük  

yeddilik”    ölkələrinin   maliyyə  nazirləri  və    mərkəzi    banklarının  

rəhbərləri  tərəfindən  qəbul  olundu.   

Böyük    yeddilik    ölkələrinin    qərarını    icra    etmək    üçün  

BVF-nin    müvəqqəti    komitəsi    1999-cu    ilin    aprelində    “Pul  

kredit    və    maliyyə    siyasətinin    şəffaflığının    təmin    olunmasına 

dair  məcəllə”nin layihəsini  qəbul  etdi. Sənədlərin  hazırlanması  

zamanı  Beynəlxalq  Hesablaşmalar  Bankı,  Bank  nəzarəti  üzrə  

Bazel  komitəsi,  Avropa  Mərkəzi  Bankı,  Beynəlxalq  qiymətli  

kağızlar  üzrə  komissiya,  Ə T  və  DB ilə  konsultasiyalar  apa-

rilirdı.    1999-cu    ilin    iyulunda    məcəllə    əsas    xarakter    daşıyan  

sənəd  kimi  təsdiqləndi  və  ona  riayət  etmək  BVF-nin  üzvləri  

üçün  məcburi  xarakter  daşımağa  başladı.   




 

228

Məcəlləyə  əsasən  “şəffaflıq”–  siyasətin  məqsədləri,  onun 

hüquqi,  institutsional  və  iqtisadi  çərçivələri,    siyasət    sferasında  

qərarlar    və    onların    əsaslandırılması,    agentliklərin    hesabat  

vermə    şərtləri,    pul    kredit    və    maliyyə    siyasəti    ilə    bağlı  

informasiyaların  ictimaiyyətə  vaxtında,  aydın  şəkildə,  hamının  

istifadə edə biləcəyi formada  təqdim  olunmasını  nəzərdə  tutur.   

Burada  agentlik  dedikdə  maliyyə   və  ödəniş  sisteminin  idarə  

və  nəzarət  edilməsinə cavabdeh olan hökümət orqanı  nəzərdə  tu-

tulur. “Şəffaflığın”  əsas  elementləri  aşağıdakılardır:  

1.  “Məlumatların    yayılmasının    xüsusi    normaları”.    Bu  

ölkələrin    üzərinə    statistik    göstəricilər,    beynəlxalq    ehtiyatlar,  

xarici  borc  öhdəlikləri,  makroiqtisadi  göstəricilər  və  s. də  daxil  

olmaqla milli  iqtisadiyyat  və  maliyyə  sistemi  haqqında  ətraflı  

və  etibarlı  məlumat  çatdırmaq  məsuliyyətini  qoyur.  

2.  BVF  tərəfindən  hazırlanmış  üzv  ölkələrin  iqtisadi  və  

maliyyə    sisteminin    vəziyyəti    haqqında    “açıq    informasiya  

icmalları”.  Hər  icmal  iki   hissədən ibaərtdir:  konkret  ölkənin  

iqtisadi  və  maliyyə  sistemi  haqqında  ümumi  məlumat və  BVF-

nin    idarəedicilər    Şurası    tərəfindən    həmin    ölkənin    höküməti  

tərəfindən  həyata  keçirilən  iqtisadi  və  maliyyə  siyasətinin  qiy-

mətləndirilməsi.  1999-cu  ilin  sonlarına  yaxın  44  ölkə  üzrə  “açıq 

informasiya    icmalı”  hazırlandı.  Rusiya    haqqında    belə    icmal  

1999-cu  ilin  2  avqustunda  ictimaityyətə  təqdim  olundu.   

cmalda    qeyd    olunur    ki,    1998-ci    ilin    avqustundakı  

böhran    ilk    növbədə    hökümətin    mövcud    olan    vergi-büdcə  

problemlərinin,    o    cümlədən    federal    gəlirlərin    “eroziya”sının  

qarşısını  ala  bilməməsi,  vergi  yığımında  və  struktur  islahatları  

sahəsində    ciddi    irəliləyişlərə    nail    olmaması    ilə    əlaqədardır.  

BVF-nin  idarəedicilər   Şurası  böhrandan  çıxmaq  üzrə  federal  

proqramın    əsas    iqtisadi    problemlərin  həllinə    yönəldilməsini  

müsbət  qiymətləndirir.  Lakin o da qeyd  edilir  ki,  proqramın  bir  

çox    vacib    elementləri    daha    öncə    də    təklif    olunmasına  

baxmayaraq  hələ  də  öz  həllini  tapmayıb.   




 

229

Sяrbяst mюvzular 

 

1.

  Beynəlxalq  maliyyə  təşkilatları:  ümumi  anlayış  və 



qruplaşdırma.  

2.

  Çalışma  sahələrinə  görə  maliyyə  –  kredit  təşkilatlarının 



təsnifatı.  

3.

  Beynəlxalq kredit təşkilatlarının hüquqi durumu.  



4.

  Dünya və regional əhəmiyyətli maliyyə-kredit qurumları.  

5.

  Dünya Bank Qrupu və təşkilatın əsas missiyası.  



6.

  Beynəlxalq  nkişaf Agentliyi  

7.

  Beynəlxalq Maliyyə Korporasiyası  



8.

  Çoxtərəfli  nvestisiya Zəmanəti Agentliyi  

9.

  nvestisiya  Mübahisələrinin  Həlli  üzrə  Beynəlxalq 



Mərkəz  

10.


 DB-nin Azərbaycanda fəaliyyəti  

11.


 BVF-nin məqsəd və fəaliyyəti.  

12.


 Avropa Yenidənqurma və  nkişaf Bankı  

13.


 Asiya  nkişaf Bankı  

14.


  slam  nkişaf Bankı  

15.


 Beynəlxalq Hesablaşmalar Bankı   

16.


 Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələş-

dirilməsinə qarşı mübarizə təşkilatı  

  

 

 



 

 


Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə